Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə62/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   58   59   60   61   62   63   64   65   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

186 



Təcrübə  göstərir  ki,  sintaktik  təhlilin  səmərəli  təşkili  bir  tərəf-

dən şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin səviyyəsini 

aşkara  çıxarmağa  xidmət  edirsə,  digər  tərəfdən  onların  bu  sahədə 

mənimsədiklərini möhkəmləndirməyə kömək göstərir. Bir sıra me-

todik ədəbiyyatda sintaktik təhlilin iki növü qeyd olunur: a) cümlə 

üzvlərinə  görə  təhlili;  b)  cümlənin  qürulüşuna  görə  təhlil.  Hər  iki 

halda lazım gəldikcə cümlənin növü təyin edilərək ona tam xarak-

teristika verilir. 

Sintaktik təhlilin  hər iki növü məktəblilərin qrammatikadan al-

dıqları bilikləri praktikaya birbaşa tətbiq etməyə şərait yaradır. Bu 

prosesdə onlar gərgin təfəkkür fəaliyyətinə qoşulur, düşünür, nəzəri 

və təcrübi bilikləri yada salır, dil faktlarının oxşar və fərqli cəhətlə-

rini  tutuşdurur,  müqayisələr  aparır,  konkret  nəticələrə  gəlirlər.  Be-

ləliklə,  şagirdlərin  suallar  irəli  sürmək,  suallar  əsasında  sözlərin 

əlaqələrini müəyyənləşdirmək bacarıqlarını inkişaf etməyə başlayır. 

Belə şəraitdə məktəblilər öz fıkirlərini sübuta yetirməklə, şəxsi mü-

lahizələrini  söyləməklə  kifayətlənmir,  öz  məntiqi  təfəkkürlərini, 

rabitəli nitqlərini inkişaf etdirirlər. 

Sintaktik təhlil bir çox cəhətdən əhəmiyyətlidir: a) əldə etdikləri 

nəzəri məlumatları, onların praktikaya tətbiqi qaydalarını məktəbli-

lərə  təfərrüatı  ilə  xatırlatmaq;  mühakimə  yürütmək  və  bildiklərini 

konkret  şəraitdə  praktikaya  tətbiq  etmək  və  bu  əsasda  fikirlərini 

əsaslandırmaq və sübuta yetirmək; v) nəzəriyyə ilə praktika arasın-

dakı qarşılıqlı və dialektik əlaqələri görə bilmək, bunlar arasındakı 

qanunauyğunluqları meydana çıxarmaq və onlara düzgün, dəqiq və 

elmi münasibət bildirmək və s. 

Onu da qeyd edək ki, sintaktik təhlil cümlə qurma və cümlənin 

məntiqi,  strukturu,  kommunikativ,  semantik  və  aspektlərarası  əla-

qələrinin  öyrədilməsi  üzrə  işlərin  əsasını  təşkil  edir.  Görkəmli  rus 

linqvistləri 

A.A.Potebniya,  A.A.Şaxmatov,  A.M.Peşkovski, 

V.V.Vinoqradov  və  başqaları  diqqəti  cümlə  təhlilinin  müxtəlif  as-

pektlərdən  aparılmasının  ―vacibliyinə‖  yönəldirlər.  Bu  məsələnin 

zəruriliyini cümlənin mürəkkəb sistemi tələb edir. L.V.Şerba haqlı 

olaraq yazır: ―...ədəbi dildə hər şey bir-biri ilə o qədər sıx bağlıdır 



Ağarəhim                                                                                                     Əsərlər 

 

187 



ki, nəyə toxunsan,  onunla bir sıra elementlər də hərəkətə gəlir‖. 

Cümlənin təhlili zamanı aspektlərarası əlaqənin nəzərə alınma-

sının  idraki  və  metodik  əhəmiyyətini  yüksək  qiymətləndirən 

V.V.Babaytseva təhlil zamanı müxtəlif aspektlərin sərhədini ardıcıl 

şəkildə ayırmağı və onları cümlə üzvü terminində sintez etməyi la-

zım  bilir.  Alimin  fikrincə,  cümlənin  dil xüsusiyyətlərinin  göstəril-

məsində,  üzvlərinə  görə  təhlil  aparılmasında  onun  semantik  və 

struktur aspektdən təhlilinə fikir verilir. Cümlənin  semantik cəhət-

dən təhlilinin özünə də kommunikativ aspektdən yanaşılır. 

Qabaqcıl  müəllimlər  sintaktik  təhlildə  qrammatik  sualların  qo-

yuluşuna mühüm didaktiv vasitə kimi baxırlar. Onu da yadda saxla-

maq lazımdır ki, cümlə üzvlərinə görə təhlil zamanı istifadə edilən 

aparıcı suallar sintaktik suallardır. Lakin bu suallar cümlədə yerinə 

görə ya bir-birinə uyğun gəlir, bəzən eyniləşir, bəzən də biri digəri-

nə keçir, daha dəqiq desək, biri o birinə təsir göstərir. Sualın qram-

matik funksiyası sözün fiınksiyasını dəyişir. Bu funksiyaları nəzərə 

almadan  sintaktik  təhlil  prosesində  müvəffəqiyyət  qazanmaq  çox 

çətindir. Bəs, bu funksiyalar hansılardır? 



1.  Cümlədə  sintaktik  və  morfoloji  əlamətlər  toplanan  sözə 

verilən eyni sualın sintaktik funksiyası. 

Morfoloji əlamətini qoruyub saxlayan, öz ilkin formasında çıxış 

edən  sözə  cümlədə  daşıdığı  funksiya  baxımından  yalnız  bir  sual 

vermək  mümkündür.  Belə  hallarda  morfoloji  sualla  sintaktik  sual 

bir-birini tam mənası ilə əvəz edə bilir. Bu zaman dildə isim-müb-

təda və ya tamamlıq, sifət-təyin, zərf-zərflik, şəxsə görə isim və ya 

feil-xəbər şəklində məntiqi formul yaranır. Formula görə, morfoloji 

sualla sintaktik sual birləşir, biri digərinin rolunda çıxış edir və eyni 

funksiyanı  yerinə yetirir. Məsələn, Qızılgül  ətirli  çiçəkdir  cümlə-

sində qızılgül sözü nə?, ətirli sözü necə? sualını tələb edir. Onlar-

da həm morfoloji, həm də sintaktik əlamətlər birləşib, hər iki halda 

qızılgül  sözünə  nə?,  ətirli  sözünə  isə  necə?  sualı  verilir.  Deməli, 

burada  isim-mübtəda,  sifət-təyin  formulu  yaranır.  Bu  formulların 

tələbinə görə, sözə eyni (bir) sual verilir. Onların morfoloji və sin-

taktik  cəhətdən  yükdaşıma  funksiyası  eyniləşir.  Təlim  prosesində 




Ağarəhim                                                                                                     Əsərlər 

 

188 



bu  cəhətin  nəzərə  alınması  zəruridir.  Bunsuz  cümlədə  sözün  ikili 

(morfoloji və sintaktik) təbiətini şagirdlərə öyrətmək çətindir. 



2.  Cümlədə  sözə  verilən  iki  (morfoloji  və  sintaktik)  sualın 

funksiyası. 

Adından göründüyü kimi, cümlədə sözə iki sual verilə bilər. Bu 

zaman morfoloji sualla sintaktik sual bir-birini heç cür əvəz edə bil-

mir.  Məsələn,  İşləmək  Ulduzun  çoxdankı  arzusudur,  Şagirdlər 



günəşi qarşılamaq üçün Xəzərin sahilinə toplaşdılar cümlələrinə 

nəzər salaq. Birinci cümlədə işləmək sözünə həm nə etmək?, həm 

də nə? suallarını, ikinci cümlədə isə qarşılamaq üçün ifadəsinə nə 

etmək üçün? və nə üçün? suallarını vermək mümkündür. 

Bu  cümlələrdə  sözlərə  verilən  nə  etmək?,  nə  etmək  üçün? 

sualları morfoloji; nə?  və nə  üçün?  sualları isə sintaktik xarakterə 

malikdir. Danışdıqları funksiyaya görə həmin cümlələrdə morfoloji 

sualları  sintaktik  suallarla  əvəz  etmək  qeyri-mümkündür.  Yaxud, 

başqa  bir  misal:  Oxumaq  Sevincin  arzusudur.  Sevincin  arzusu 



oxumaqdır  cümlələrini götürək. Məlumdur ki, oxumaq sözü mor-

foloji təbiətinə görə məsdərdir. Bu sözdə sintaktik funksiyanın heç 

bir  spesifıkası  yoxdur.  Lakin  göstərilən  cümlələrdə  həmin  sözlərə 

qoyulan (Nə Sevincin arzusudur? Sevincin arzusu nədir?) sualları 

məsdərlə  ifadə  olunan  oxumaq  və  oxumaqdır  sözünün  sintaktik 

funksiyasını daşıyır. 

Buradan  belə  bir  nəticə  çıxır  ki,  cümlədə  sözün  iki  sualından 

biri morfoloji, digəri isə sintaktik sual olur. Müəllimin vəzifəsi isə 

bu sualları məna və funksiyasına görə düzgün müəyyənləşdirmək-

dən ibarətdir. Müəllimlər onu yadda saxlamalıdırlar ki, Azərbaycan 

dilində  yiyəlik  halı  sözə  verilən  nəyin?  haranın?  kimin?  sualları 

sintaktik suallar olmur. 



3.  Cümlədə  sözə  verilən  bir  neçə  (iki  və  daha  artıq)  sualın 

sintaktik funksiyası. 

Dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan dilində də 

cümlədəki  bir  çox  sözlərin  çox  mənalıq  münasibəti  mövcuddur. 

Onu da qeyd edək ki,  bu sualların  hər biri  sintaktik  funksiya daşı-

yır. Uşaqlar Gəncəyə qatarla gedirlər Tahiri qonşuya çağırdılar 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə