Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə61/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   57   58   59   60   61   62   63   64   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

183 



gül-dür, çü şəkilçidir. 

— Təsərrüfatçılıqdan sözünün kökü  təsərrüfatçılıq, təsərrü-



fatçılıq sözünün kökü təsərrüfatçı, təsərrüfatçı sözünün kökü isə 

təsərrüfat-dır. 

IV  sinifdə  ―Sözün  quruluşu‖  mövzusu  keçildikdən  sonra  mək-

təblilərə  qonaqkənd,  Aygün,  yer-göy,  yavaş-yavaş,  on  bir  və  s. 

sözlər verilir. Şagirdlər onları sözün quruluşuna görə təhlil edirlər. 



— Qonaqkənd mürəkkəb sözdür. Bu iki sözün birləşməsindən 

yaranmışdır: qonaq və kənd. Qonaqkənd kənd adıdır. Bu söz biti-

şik yazılır. 

— Aygün mürəkkəb sözdür. Ay və gün sözlərinin birləşməsin-

dən  yaranmışdır.  Ay  və  gün  göy  cisimlərinin  adıdır.  Bu  sözlərin 

birləşməsindən insan adı yaradılmışdır. Aygün sözü bitişik yazılır. 

— Yer-göy defislə yazılan mürəkkəb sözdür. Yer və göy ayrı-

lıqda antonim sözlərdir.

  

 Yavaş-yavaş sözü defıslə yazılan mürəkkəb sözdür. Bu eyni 

sözün təkrarından əmələ gəlmişdir. 



—  On  bir  sözü  mürəkkəb  sözdür.  Ayrılıqda  onların  hər  ikisi 

müstəqil  sözdür.  Bu  sözlər  bir-birinə  yanaşmaqla  yeni  məzmunla 

başqa bir söz yaratmışlar. 

Müəllim sözün quruluşuna görə təhlili, tələffüz və yerli şivə xü-

susiyyətləri ilə əlaqədar məktəblilərin yazıda yol verdikləri nöqsan-

ları onlara aydınlaşdırır, başa salır. 



b) Nitq hissələrinə görə: 

Bu  təhlildə  dərsin  qarşısında  qoyulmuş  məqsədə  uyğun  olaraq 

ayrı-ayrı  sözlərin  hansı  nitq  hissəsinə  aid  olması  ilə  yanaşı,  digər 

qrammatik  əlamətlərini  (məsələn  ismin  sualını,  xüsusi  və  ümumi 

olmasını, quruluşca növünü, tək və ya cəm olmasını, halını, yaxud 

feilin  sualını,  quruluşca  növünü,  zamanı,  şəxsini,  məsdər  şəkli  ol-

masını və s.) də müəyyənləşdirmək tələb edilməlidir. 

II sinifdə şagirdlər sözlərə morfoloji suallar qoymaqla kifayətlə-

nə bilərlər. III sinifdə isə ―İsim‖ (ismin sualları, xüsusi isimlər, tək 

və  cəm  isimlər,  ismin  cümlədə  dəyişməsi),  ―Sifət‖  (sualları,  sifət 

düzəldən şəkilçilər) və ―Feil‖lə (sualları, feilin zamana görə dəyiş-



Ağarəhim                                                                                                     Əsərlər 

 

184 



məsi və məsdərlə) tanış olur, onlarla əlaqədar sadə nəzəri məlumat-

lara yiyələnir, öyrəndiklərini praktik çalışmalara tətbiq edirlər. Ona 

görə də məktəblilər morfoloji təhlil baxımından əvvəlcə sözün han-

sı nitq hissəsinə aid olduğunu, sonra onun qrammatik  əlamətlərini 

tapırlar. IV siniflərdə isə ―isim‖, ―sifət‖ və ―feil‖ haqqındakı mate-

riallar daha da  genişləndirilir, mürəkkəbləşdirilir  və bundan başqa 

―Say‖, ―Əvəzlik‖ və ―Zərf‖ nitq hissələri də tədris olunur. Qabaqcıl 

müəllimlər nitq hissələrinə görə (bölmə üzrə (bütöv)) təhlildə cəd-

vəllərdən istifadə edirlər. Məsələn, ―İsim‖ mövzusunun tədrisindən 

sonra şagirdlərə belə cədvəl təqdim olunur. 

 

Sözlər 


ISIM 

sualı 


xüsusi 

isim 


Qurulusca 

tək 


cəm 

Ismin hansı 

halındadır 

sadə 


düzəltmə 

mürəkkəb 

Kitab 

nə? 






Adlıq 

Yazıçıya 

kimə? 







Yönlük 


Göyçayda 

harada? 






Yerlik 

Qələmlər 

nə? 







Adlıq 


 

Sifətlə əlaqədar: 

Sozlər 

SİFƏT 


Sualı 

 

Hansı isimlə 



bağlıdır 

Quruluşca növü 

sadə 

düzəltmə  mürəkkəb 



Yaglı 

necə? nə cür? 

ət 





Xoşxasiyyət  necə? nə cür? 

çanaq 





Yaşıl 


necə? nə cür? 

yarpaq 




 

Ola bilər ki, bütün nitq hissələrinin (isim, sifət, say, əvəzlik, feil 

və zərfin) tədrisindən sonra məktəblilərə onların  (nitq hissələrinin) 

daxili quruluşu əks olunmuş  yaddaş cədvəli verilsin. Təhlil prose-

sində  şagirdlər  cədvələ  baxıb,  ardıcıllığı  gözləməklə  sözlərin  mor-

foloji  təhlilini  aparsınlar.  Belə  cədvəllər  ayrı-ayrı  nitq  hissələrinin 

bütün əlamətlərini şagirdlərin gözləri qarşısında bir növ əyaniləşdi-

rir. 


Morfoloji təhlil məqsədilə belə bir cümlə təqdim olunur: 


Ağarəhim                                                                                                     Əsərlər 

 

185 



Dördüncülər yaşıl çəməndə qırmızı lalələri dərdilər. 

Dördüncülər-saydır, neçənci? sualına cavab verir, sıra sayıdır, 

quruluşca düzəltmədir; 



Yaşıl-sifətdir, necə? sualına cavab verir, çəməndə ismi ilə bağ-

lıdır, quruluşca sadədir



Çəməndə-isimdir, harda?  sualına cavab verir, ümumi isimdir, 

sadədir, təkdir, yerlik haldadır; 



Qırmızı-sifətdir, necə? nə cür? suallarından birinə cavab verir, 

lalələri ismi ilə bağlıdır, quruluşca sadədir; 

Lalələri-isimdir, nəyi? sualına cavab verir, ümumi isimdir, qu-

ruluşca sadədir, cəmdədir, yönlük haldadır: 



Dərdilər — feildir, nə  etdilər? sualına cavab verir, feilin keç-

miş zamanındadır, üçüncü şəxsin cəmindədir. 

IV  sinifdə  bütün  nitq  hissələri  keçildikdən  sonra  məktəblilərə 

müvafıq cümlələri aşağıdakı cədvəl üzrə təhlil etmək tapşırılır: 

 

Cümlə-


dəki 

sözlər 


Nitq 

hissəsi 


Sualı 

Qurulusca 

növü 

Tək və 


ya cəm 

olması 


Halı 

Zamanı 


Şəxsi 

Tanklar 


isim 

nələr? 


sadə 

cəm 


adlıq 

... 


 

Qalın 


sifət 

necə? nə 

cür? 

sadə 


tək 

... 


... 

 

Meşənin 



isim 

haranın? 

sadə 

tək 


yiyəlik 

... 


 

İçindən 


zərf 

haradan? 

sadə 

tək 


... 

... 


 

Çıxdılar 

feil 

nə etdilər? 



sadə 

cəm 


... 

... 


III 

 

Morfoloji təhlil üçün təqdim olunan materiallarda hələ öyrənil-



məmiş qaydalara, mübahisəli məsələlərə yol vermək olmaz. 

 

Sintaktik təhlil 

 

Sintaktik təhlil sintaksis üzrə qazanılan biliklərin praktikaya bi-



lavasitə tətbiqidir. Bu təhlil başlıca olaraq üç məqsədə: a) təhlil olu-

nan cümlənin növünü müəyyənləşdirməyə; b) cümlənin quruluşunu 

təyin etməyə; v) cümlənin incə məna xüsusiyyətləri haqqında ətraf-

lı məlumat verməyə xidmət edir. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə