Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə59/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   55   56   57   58   59   60   61   62   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

177 



ra tabe olduğunu görür, dərk edir. Ona görə də təhlildə şagirdlərin 

fonetik qabiliyyətlərinin inkişafı, sözlərin səs tərkibinin açılması və 

onlar  arasındakı  daxili  uzlaşma  əlaqələrinin  müəyyənləşməsi  üzrə 

sistemli işlər aparılmalıdır: 

1) Yeni səsin sözün əvvəlində, ortasında və sonunda tapılması; 

2) Sözlərin səs tərkibinin müəyyənləşdirilməsi

3) Sözdəki sait və samitlərin ayrılıqda tələffüzü, onların köməyi 

ilə hecaların düzəldilməsi və tələffüzü

4)  Sözlərdə  (müəllim,  Nailə,  ailə,  radio  və  s.)  səs  və  hərflərin, 

hecaların sayının müəyyənləşdirilməsi

5) Sözlərdə fərqli səsin müəyyənləşdirilməsi və həmin sözlərin 

müqayisəsi (at-ad, tal-sal, tar-nar, tal-nar, Almaz-almas və s.); 

6)  Sözlərin  yazılışını  tələffıizündən  fərqləndirən  səslərin  tapıl-

ması və işləndiyi sözlərin müqayisə edilməsi (sünbül-sümbül, kom-

bayn-kambayn); 

7) Çox hecalı sözlərdə uzun və qısa tələffüz edilən saitlərin bir-

birini izləməsinə diqqətin yetirilməsi. 

Təcrübə  göstərir  ki,  fonetik  təhlildə  düzgün  tələffüz  qaydaları 

ilə savadlı  yazının öyrədilməsi qarşılıqlı şəkildə  birləşir. Ona  görə 

də  burada  akustik  metodlardan  yaradıcı  şəkildə  istifadə  olunmalı-

dır. 

Məktəblilər  nitqdə  fonetik  xarakter  daşıyan  səhvlərə  yol  verir-



lər: 

a)  yerli  şivə  xüsusiyyətləri  ilə  (gəlerəm,  alıf  baxeram,  bajı, 



üzük, qardeşim, nöş, cici (ana), bəhli (albalı) və s.) əlaqədar; 

b)  orfoepiya  və  orfoqrafiya  normaları  arasındakı  fərqlə  (ailə, 



radio,  kolbasa  və  s.  kimi  yazılan  sözlərin  ayilə,  radiyo,  kalbasa 

şəklində tələffüz olunduğunu bilməməklə) əlaqədar. 

Bunlardan başqa, nitqdə səs artırma (rayon, stansiya  əvəzində 

irayon, istansiya), heca buraxma (baxırdı, uşaqların əvəzinə bax-

dı, uşaqların), heca artırma (neft, sabun əvəzinə neftin, sabunun) 

və  bir səsi başqaları ilə  əvəz etmə  (xal,  şal  əvəzinə  hal,  sal)  və s. 

kimi nöqsanlara da yol verirlər. 

I-IV siniflərdə  fonetik təhlil  zamanı bir sıra istiqamətlər diqqət 




Ağarəhim                                                                                                     Əsərlər 

 

178 



mərkəzində durmalıdır: 

1) sözlərdə səs və hərf; 

2) saitlər, saitlərin növləri (qalın və incə, dodaqlanan və dodaq-

lanmayan); 

3) samitlər, samitlərin növləri (kar və cingiltili); 

4) sözlərdə hecaların sayı, hər hecanın tərkibi. 

5) sözlərdə vurğunun müəyyənləşdirilməsi və s. 

Təcrübə göstərir ki, fonetik təhlildə şagirdlərin  yaş və bilik sə-

viyyəsinə  uyğun  tələffüzü  ilə  yazılışı  arasında  fərq  olan  ayrı-ayrı 

sözlərin seçilməsi məsləhətdir. Məsələn, elə götürək müəllim, şair, 



komandir sözlərini, Müəllim sözü yazılışında yeddi hərf, üç heca, 

tələffüzündə  isə  ü  saiti  düşməklə  altı  səs,  iki  heca  (müəllim)  ilə 

ifadə  olunur.  Şair  sözü  müəllim  sözündən  fərqlidir.  Belə  ki,  şair 

sözü yazılışda dörd hərf, iki heca və tələffüzündə isə iki sait arasın-

da y samiti əlavə olunmaqla beş səs və iki heca ilə ifadə edilir. 

Tələffüz və yazılışında komandir



 

sözünün səs və hərf tərkibin-

də  hecalarının  sayında  heç  bir  fərq  yaranmır.  Lakin  tələffüzündə 

həmin sözün birinci hecasındakı sait 



a, 

yazılışında isə 



kimi çıxış 

edir. Aydındır ki, belə sözlərin fonetik təhlili zamanı şagirdlər səs, 

hərf tərkibini, tələffüzü ilə yazılışı, səslər və hərflər arasındakı fərqi 

konkret nümunələr əsasında görür və öyrənirlər. 

III sinifdə fonetika bəhsi keçildikdən sonra müəllim fonetik təh-

lil aparır. Koridor sözünü yazı taxtasında yazır. Sonra belə bir mü-

sahibə aparır: 

— Uşaqlar, koridor sözündə hansı hərflər iştirak edir? 

— k, o, r, i, d, o, r. 

— Bu sözdə neçə hərf var? 

— Yeddi. 

— Bu sözdə neçə səs iştirak edir? 

— Yeddi. 

— Bu sözün yazılışı ilə tələffüzü arasındakı fərq nədir? 

—  Bu  sözün  yazılışında  birinci  hecadakı  o  saiti  tələffüzdə  a 

kimi çıxış edir. 

— K necə səsdir? 




Ağarəhim                                                                                                     Əsərlər 

 

179 



— K samitdir, kardır: 

— Bəs 


o?

 

— O saitdir, qalındır, dodaqlanandır. 



Digər  səslər  üzərində  də  belə  iş  gedir.  Məktəblilər  belə  cavab 

verirlər. 

—  R  -  samitdir,  cingiltilidir: 

-  saitdir,  incədir,  dodaqlanma-

yandır: d - samitdir, cingiltilidir və s. 

Səslər xarakterizə olduqdan sonra müəllim növbəti sualı verir: 

— Koridor sözü neçə hecadan ibarətdir? 

— Üç hecadan. 

— Hansılardır? 

— Ko-ri-dor. 

— Hecaların tərkibi necədir? 

—  Birinci  hecada  bir  samit  və  bir  sait,  ikinci  heca  da  birinci 

heca kimidir, üçüncü hecada isə bir samit, bir sait və yenə də samit 

vardır. 

Bundan  sonra  şair,  dovşan,  toqqa  və  s.  tipli  sözlərin  hərəsini 

bir  dərsdə  yazılı  təhlil  etmək  şagirdlərdən  tələb  olunur.  Şagirdlər 

sözləri təqribən belə təhlil edirlər: 

1.  Şair  sözü  dörd  hərfdən  ibarətdir  ş,  a,  i,  r.  Bu  sözün  yazılı-

şında dörd hərf iştirak edir. Ş samitdir, kardır a-saitdir, qalındır, do-

daqlanmayandır:  i-saitdir,  incədir,  dodaqlanmayandır;  r-samitdir, 

cingiltilidir. 



Şair sözünün yazılışı tələffüzündən fərqlənir. 

Belə ki, bu sözün tələffüzündə saiti ilə saiti arasında y samiti 

əlavə olunur. 

Şair sözündə iki heca vardır: şa-ir. Birinci heca bir samit və bir 

saitdən, ikinci heca isə bir sait və bir samitdən ibarətdir. 

2.  Dovşan  sözü  altı  hərfdən  ibarətdir:  d,  o,  v,  ş,  a,  n.  Sözün 

tələffüzündə  beş  səs  çıxış  edir:  tələffüzündə  v  samitindən  istifadə 

olunmur.  D-samitdir,  cingiltilidir.  O-saitdir,  qalındır,  dodaqlanan-

dır.  V-samitdir,  cingiltilidir.  Ş-samitdir,  kardır.  A-saitdir,  qalındır, 

dodaqlanmayandır.  N-samitdir,  cingiltilidir.  Dovşan  sözündə  iki 

heca vardır: dov-şan.  Birinci heca bir samit, bir sait, bir samitdən 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə