Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə56/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   52   53   54   55   56   57   58   59   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

168 



daha  mürəkkəb  (―Cümlə  üzvləri‖)  anlayışların  tərkibinə  daxil  ol-

masıdır.  Dar  mənada  tamlığı  isə  geniş  (―İsim‖,  ―Sifət‖,  ―Cümlə 

üzvləri‖) anlayışların  daha kiçik (―Ismin  hallanması‖, ―Sifətin qu-

ruluşca növləri‖, ―Baş üzvlər‖, ―İkinci dərəcəli üzvlər‖ və s.) anla-

yışlara parçalanmasıdır. Təcrübə göstərir ki, təlim prosesində geniş 

və dar mənada anlayışları təcrid olunmuş şəkildə götürmək biliklər 

sisteminin natamam mənimsənilməsinə gətirib çıxarır. Nəticədə şa-

girdlər  qazandıqları  bilikləri  təcrübəyə  tətbiq  edə  bilmirlər.  Belə 

natamamlıq  (yanmçılıq)  təlim  prosesində  məktəblilərin  müxtəlif 

xarakterli nöqsanlara yol vermələrinə şərait yaradır. 

N.A.Mençinskaya  yazır:  ―Anlayışların  müvəffəqiyyətlə  tətbiqi 

bilavasitə anlayışların sistemə daxil olmasından asılıdır‖.

1

 

Anlayışların tamlığı prinsipi bir-birindən asılı olan anlayışların 



qarşılıqlı  əlaqədə  öyrədilməsini  tələb  edir.  Məsələn,  mübtəda-xə-

bər, sadə-mürəkkəb cümlə və s. anlayışların dəqiq mənimsənilməsi 

üçün onlar  arasındakı  qarşılıqlı  əlaqələrə  əsaslanmaq lazımdır. Bu 

tələb əslində həmin qoşa anlayışların mahiyyətindən doğur. Belə ki, 

əgər  mübtədanın  tərifınə  diqqət  yetirilsə,  burada  xəbərin  iştirakı, 

eləcə  də  xəbərin  tərifində  mübtədanın  əlamətlərinin  əks  olunduğu 

nəzərə çarpacaqdır. Yaxud, başqa bir misal. Sadə cümlənin tərifın-

də ―cümlə bitmiş bir fıkir ifadə edir‖, mürəkkəb cümlədə isə ―mü-

rəkkəb cümlə iki və daha çox sadə cümlənin birləşməsindən əmələ 

gəlir‖ ideyası formalaşır. Buradan şagirdlər belə bir məntiqi nəticə 

çıxara bilər ki, əgər sadə cümlədə bir bitmiş fikir ifadə edilirsə, mü-

rəkkəb cümlənin tərkibindəki sadə cümlələrdə təzahür olunan sadə 

fıkirlər  birləşərək  bir  mürəkkəb  fikir  yaradır.  Sadə  cümlələrdə  bir 

mübtəda və bir xəbər çıxış etdiyi halda, mürəkkəb cümlənin tərki-

bindəki hər sadə cümlənin öz mübtəda və xəbəri olur. Yəni mürək-

kəb cümlədə nə qədər sadə cümlə varsa, o qədər də mübtəda və xə-

bər vardır. Bu onu göstərir ki, Azərbaycan dilindən biliklərin dərk 

edilməsi üçün onların məktəblilərin idrakının potensial imkanlarına 

uyğunlaşdırılması  zəruridir.  Həcm  və  keyfiyyətcə  normal  şəkildə 

                                                 

1

  Менчинская  Н.А.  О  консепции  формирования  умственного  дейстия. 



Ж. «Воп.психол», 1960, №1. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

169 



müəyyənləşən məzmun və bu istiqamətdə qurulan təlim şagirdlərin 

idraki  imkanlarını  genişləndirməklə,  onların  əqli  inkişaflarına  da 

güclü kömək göstərir. Bu, heç şübhəsiz ki, ibtidai siniflərdə hər si-

nif üzrə təlimin məzmununun həcm və keyfıyyətcə dəqiq müəyyən-

ləşdirilməsini  tələb  edir.  L.S.Vıqotskinin  sözləri  ilə  desək,  normal 

halda ―təlimin vəzifəsi inkişafı aktual zona səviyyəsinə keçirə bil-

məsindən  ibarət  olmalıdır‖

.

1



  L.S.Vıqotskiyə  görə,  ―aktual  zona‖ 

səviyyəsi  hər  hansı  problemin  şagird  tərəfindən  müstəqil  icra 

edilməsi  mümkünlüyüdür.  Belə  olduqda  şagird  mahiyyətini  aşkar 

etməyə  cəhd  göstərdiyi  hadisə  haqqında  biliklərə  müstəqil  olaraq 

tam yiyələnə biləcəkdir. L.V.Zankova görə, ümumiləşdirmə özü əsl 

və geniş mənada anlayışdır

2

. Anlayışın yaranması isə mücərrəddən 



konkretə gedir. 

İbtidai  siniflərdə  məktəblilərin  təfəkkürü  konkret  olur.  Lakin 

təcrübə göstərir ki, dilin tədrisi prosesində tədrici mücərrədləşməni 

də nəzərə almaq lazımdır: məsələn, şagirdlər hər hansı əşyanı hissi 

əyaniliyin köməyi ilə görür, onun adını (maddi qabığını) və əlamə-

tini ifadə edən sözü (səs kompleksini) öyrənir, adla əlaməti bildirən 

söz  arasında  qrammatik-semantik  əlaqə  yaradır,  onları  daha  geniş 

və  rəngarəng  əlaqələr  sistemində  işlədir,  mənanı  genişləndirməyə, 

dərinləşdirməyə çalışırlar. Nəticədə onların mücərrəd təfəkküründə 

inkişafa doğru açıq bir meyl baş verir: məsələn, birinci halda şagird 



alma,  limon,  nar,  ikincidə  qırmızı  (şirin,  yumru...)  alma,  sarı 

(sulu,  turş,  ətirli...)  limon,  turş  (qırmızı,  giləli,  yumru...)  nar 

kimi söz birləşmələri, üçüncüdə isə Alma yetişir, Nar dərilir, Li-



mon  saralır  kimi  mübtəda  və  xəbərdən  ibarət  cümlələr  qururlar. 

Təxminən belə cümlələr ikinci dərəcəli üzvlər hesabına genişlənir, 

onun yükdaşıma funksiyası artır. Anlayışların dilin konkret hadisə-

ləri ilə çoxtərəfli münasibəti nəticəsində məktəblilərin şüurunda dil 

kateqoriyaları  diferensasiyasiya  edilir.  Azərbaycan  dilindən  ―...an-

                                                 

1

  Выготский  Л.С.  Мышление  и  речь.  Изд-во  АПН  РСФСР,  М.,  1956, 



стр.49. 

2

  Занков  Л.В.  Дидактика  и  жизнь.  Изд-во  «Просвещение»,  М.,  1968, 



стр.36. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

170 



layışların  möhkəm  mənimsədilməsi  üçün  hər  bir  yeni  məfhumu 

əvvəllər öyrənilmiş məfhumla müqayisə etmək, tutuşdurmaq lazım-

dır. Dilin müxtəlif kateqoriyalarını bildirən sözlərin tutuşdurulması 

çox faydalıdır. Məsələn, şagirdlərə əşya haqqında anlayış verildik-

dən sonra söhbət feildən gedərkən, oxşar məna daşıyan və qarışdırı-

lan  sözlər  qarşı-qarşıya  qoyulur:  su-sulayır-sulu  sözləri  qarşı-qar-

şıya qoyulur‖.

1

 



Nitq  hissələrinin    xarakteristikası  verilərkən  yalnız  onların  se-

mantik  əlamətlərini  deyil  (yəni  onların  nəyə  ifadə  etməsini  deyil), 

formal  əlamətlərini  də  (ismin  hallanması,  feilin  zamana  və  şəxsə 

görə dəyişməsi və s.) göstərmək lazımdır. 

Məktəblilər  başa  düşməlidirlər  ki,  sözün  forması  da  müəyyən 

mənaya malikdir, sözdə xarici ifadə forması da (məsələn, məsdərin 

əlaməti  -maq,  -mək;  gələcək  zamanın  əlaməti  -acaq,  -əcək,  -ya-

caq,  -yəcək; -ar, -ər;  -yar,  -yər  və s. məna daşıyır. Bu zaman şa-

girdlər ismin hallarını yalnız suallarına görə deyil, həm də şəkilçilə-

rə görə, cümlədəki roluna görə tanımağı öyrənirlər. Onlar qramma-

tik hadisələrə müxtəlif cəhətdən yanaşır, onları müxtəlif əlaqələrdə 

başa düşürlər.

2

 



Beləliklə,  məktəblilər  Azərbaycan  dilinin  anlayışlarını  təcrübi 

çalışmalar əsasında mənimsəyir, konkret misallar gətirir, nitq prak-

tikasında onlardan bacarıqla istifadə edirlər. 

 

6. Azərbaycan dilindən çalışmalar sistemi 

 

İbtidai  siniflərin  Azərbaycan  dili  dərsliklərindəki  çalışmalar 



məzmununa  və  məqsədinə  görə  müxtəlif  xarakterə  malikdir:  a) 

Azərbaycan  dilindən  qazanılan  bilikləri  bilavasitə  möhkəmləndir-

məyə xidmət etməklə bilavasitə nitq inişafına xidmət edənlər; v) şi-

fahi  və  yazılı  nitq  bacarıq  və  vərdişləri  aşılamağa  xidmət  edənlər. 

Bu çalışmaları müəyyən qruplara bölmək mümkündür: fonetik, or-

                                                 

1

 Abdullayev A., Kərimov Y. İbtidai siniflərdə ana dili tədrisinin metodikası. 



Bakı, ―Maarif‖, 1968, səh.199. 

2

 Yenə orada. səh.199. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə