Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə55/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   51   52   53   54   55   56   57   58   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

165 



metod adlandırır. B.M.Kedrov

1

 isə qrammatik  təhlildən bəhs edər-



kən priyom və metodu sinonim kimi verir. 

Son dövr metodik ədəbiyyatda metod priyomların məcmuyu ad-

landırılır.  Prof.B.A.Əhmədov  metoda  belə  bir  tərif  verir:  ―...təlim 

metodları  dərsdə  keçirilən  materialın  şagirdlərin  şüurunda  adekvat 

şəkildə əks etdirilməsi, fənnin  mahiyyətinin  başa salınması və qa-

nunlarının dərk olunması üçün müəllimin tətbiq etdiyi priyomların 

məcmuyu... vəhdətidir. Buradan göründüyü kimi, metod priyomla-

rın birləşməsindən yaranır. Dərs prosesində priyomlar tez-tez dəyi-

şir, qarşılıqlı əlaqəyə girir. Priyom tədris materiallarının məzmunu-

nun tam açılmasına xidmət edən pedaqoji anlayışdır. Məktəb təcrü-

bəsi  göstərir  ki,  tədris  materialının  məzmunundan,  sinfin  səviyyə-

sindən, yaranmış şəraitdən, müəllimin iş üslubundan, dərsin qarşısı-

na qoyulmuş məqsəddən və s. asılı olaraq, metod priyoma, priyom 

da metoda çevrilə bilər. 

İbtidai siniflərdə təlim prosesində didaktikanın ümumi metodla-

rı (müəllimin şərhi, müşahidə, müsahibə, şagirdlərin müstəqil işləri 

üzərində rəhbərlik və s.) ilə yanaşı, Azərbaycan dili tədrisinin spe-

sifık metodlarından da istifadə olunur. Spesifik metodları üç qrupa 

ayırmaq  mümkündür:  praktik  metodlar;  nəzəri  metodlar;  tətbiqi 

metodlar. 



Praktik metodlar. Buraya: 1) imla, ifadə və inşa yazılara hazır-

lıq;  2)  tədris  materialının  məzmununun  açılmasına  hazırlıq;  3) 

oxunmuş materialların məzmununu danışdırmaq; 4) zəruri dil fakt-

larını  mənimsətməyə  əlverişli  zəmin  yaradan  bədii  parçaların  əz-

bərlədilməsi; 5) şagirdlərin nitqindəki müxtəlif xarakterli nöqsanla-

rın aradan qaldırılması üzrə hazırlıq və s. priyomlar daxildir. 



Nəzəri metodlar. Buraya aşağıdakı priyomlar daxildir:  

1) əvvəlki dərsdə şagirdi yeni materialı mənimsəməyə hazırlıq; 

2) səpəli faktlardan, praktik çalışmalardan nəzəri mülahizələrin çı-

xarılması;  3)  müqayisə  və  tutuşdurma;  4)  analiz  və  sintez;  5)  mü-

cərrədləşdirmə və konkretləşdirmə; 6) sistemləşdirmə; 7) induksiya 

və deduksiya və s. 

                                                 

1

 М.Кедров. Предмет и взаимосвязь наук. М., 1947, стр.42. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

166 



Tətbiqi  metodlar.  Bura  aşağıdakı  priyomları  aid  etmək  olar:  

1)  Azərbaycan  dilindən  müxtəlif  xarakterli  (fonetik,  orfoqrafık, 

qrammatik  və  s.)  təhlil;  2)  yoxlama  imla,  ifadə  və  inşalar;  3)  hər 

hansı  fikri  paralel  konstruksiyalarla  ifadə  etmək;  4)  sxemlər,  mo-

dellər əsasında cümlələr qurmaq; 5)  yoldaşlarının yazı işini  yoxla-

yıb qiymətləndirmək və s. 

Tədris  materiallarının  məzmununun  şüurlu  mənimsənilməsi 

üçün dərsdə bir neçə metod və priyomdan istifadə oluna bilər. Bir 

dərsdə müxtəlif priyomlardan istifadə rəngarəngliyi təmin etməklə, 

tədris  materialının  məzmununun  açılmasını  da  intensivləşdirir,  şa-

girdlərin təşəbbüskarlıq, yaradıcılıq qabiliyyətini yüksəldir. 

 

5. Azərbaycan dili üzrə şagirdlərdə anlayışların  

yaradılması 

 

İbtidai  sinif şagirdlərində Azərbaycan dilindən anlayış  yaradıl-



ması həmin fənnin elmi əsasda şüurlu öyrədilməsini intensivləşdi-

rir. Təcrübə göstərir ki, Azərbaycan dilindən anlayışların məzmunu 

praktik  yolla  müqayisəli  açılmalı,  onların  hər  birinin  ifadə  etdiyi 

qrammatik-semantik  məna  şərh  olunmalıdır.  Kiçik  məktəb  yaşı 

dövründə anlayışların elmi inkişafı məsələsi, hər şeydən əvvəl, bö-

yük, bəlkə də birinci  dərəcəli praktik  əhəmiyyətə malikdir.

1

  Onun 


yaranmasında  hissi  idrakın  əhəmiyyətini  yüksək  qiymətləndirən 

İ.M.Seçenov sözün mənasına  yiyələnməyin mexanizmini sözlə qı-

cıqlandırıcı arasında yaranmış rabitə kimi izah edirdi. Onun fikrin-

cə, uşağın bilikləri zənginləşdikcə hissi idrakı da tədricən əyanilik-

dən, konkretlikdən uzaqlaşır, mücərrəd təfəkkür mərhələsinə yaxın-

laşır.


2

  İ.P.Pavlov  İ.M.Seçenovun  idrak  prosesi  haqqındakı  bu  təli-

mini daha da inkişaf etdirir. İdrak prosesini baş beyin qabığında ye-

ni  rabitələrin  yaranması,  köhnə  rabitələrin  möhkəmlənməsi  və  şə-

                                                 

1

  Выготски  Л.С.  Избранные  психологические  исследования.  Из-во 



АПН РСФС. М., 1956, стр. 213. 

2

 Павлов И.П. Собр.трудов. т.111. 1949, стр.63. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

167 



kildəyişməsi  kimi  izah  edir.

1

  Onun  təliminə  əsasən,  hər  bir  kiçik 



assosiasiya təfəkkürdə müəyyən fıkir oyadır. Bu fıkrin tədricən ge-

nişləndirilməsi,  müntəzəm  və  sistem  halında  möhkəmləndirilməsi 

təfəkkürün  inkişafına  güclü  təkan  verir.  Bu  prosesdə  şagirdlərin 

məhfumlara yiyələnmələri birinci və ikinci siqnal sistemlərinin bir-

gə fəaliyyətindən kənarda mümkün deyil.  

Anlayış  əşyanın  nəticəsi  kimi  heç  də  əşyanın  fərqli  əlamətləri 

haqqında sadəcə fikir deyil, anlayış-nəticə əşyanın mühüm cəhət və 

əlamətlərini xarakterizə edən, bir sıra əvvəlki mühakimə və nəticə-

lərin yekunu olan mürəkkəb bir fikirdir. Anlayış idrakın nəticəsi ol-

maqla əşya haqqında artıq əldə edilmiş bir çox biliklərin bir fikirdə 

cəmləşdirilmiş yığınıdır.

2

 



Anlayış sözün daxili və xarici  təbiətinin, maddi aləmdəki  əşya 

və  hadisələrin  əks  etdirilməsinin  ən  yüksək  pilləsidir.  O,  maddi 

aləmdə əşya və hadisələr haqqındakı təsəvvürlərin tədricən ümumi-

ləşməsi  əsasında  meydana  gəlir.  Anlayış  təfəkkürün  elementlərin-

dən biri olmaqla əvvəlcədən qazanılmış biliklər zəminində mühaki-

mə yolu ilə, müxtəlif əlaqələrin köməyi ilə sistemə salınır, məntiqi 

kateqoriyalar əsasında inkişaf edir. Şagird sinifdən-sinfə keçdikcə, 

onun maddi aləm haqqındakı bilikləri zənginləşir, əşya və hadisələ-

rin mahiyyətinə varma,  dərketmək imkanları da  artır. Ona  görə  də 

...müəllim dil vahidlərinin verilməsində ciddi məntiqliyə riayət et-

məli,  müqayisəyə  geniş  yer  verməli,  anlayışların  mahiyyətinin  ay-

dınlaşdırılmasına xidmət edə bilən müxtəlif situasiyalar yaratmağa 

çalışmalıdır.

3

  Şagirdlərin  Azərbaycan  dili  üzrə  məlumatlara  dərin-



dən  yiyələnməsi  üçün  anlayışların  tam  şəkildə  mənimsədilməsinə 

xüsusi diqqət yetirilməlidir. Anlayışların tamlığını dar və geniş mə-

nada qəbul etmək mümkündür. Anlayışın geniş mənada tamlığı de-

dikdə, kiçik (―Baş üzvlər‖, ―İkinci dərəcəli üzvlər‖ və s.) anlayışın 

                                                 

1

 Yenə orada. səh.66. 



2

  Логика.  Под.  ред.  Д.П.Горского  и  П.В.Тавонша.  Госполитизад.  М., 

1956, стр.29-30. 

3

  Основа  методики  руского  языка  в  IV-VIII  классак.  М.,  «Просвеще-



ние». 1978, стр.147. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə