Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə51/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   47   48   49   50   51   52   53   54   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

153 



masında  II-IV sinif şagirdlərinin də iştirakı  təmin olunmalıdır. Bu 

kataloqları isə üç cür tərtib etmək mümkündür: a) marağa görə te-

matik (ictimai-siyasi hadisələri, tarix və s.) prinsip əsasında; b) ay-

rı-ayrı müəiliflərin əsərləri üzrə; v) janr (nağıl, hekayə, şeir, təmsil 

və s.) üzrə. Bunların tərtibində başlıca yeri əyanilik tutmalıdır. Şa-

girdlər  tədricən  formadan  məzmuna  (şəkillərdən,  cilddən  kitabın 

məzmununa) doğru istiqamətlənirlər. 

Proqramın tələbinə görə I-IV siniflərdə sinifdənxaric oxuya iki 

həftədə bir saat ayrılır. 

I sinifdə sinifdənxaric oxu məşğələlərində əsərləri müəllim oxu-

yur.  Onların  məzmunu  ilə  əlaqədar  müsahibə  aparır,  suallar  verir, 

tərbiyəvi ideyanı müəyyənləşdirir, II-IV siniflərdə isə işin xarakteri 

əsaslı şəkildə dəyişir. 

Bu siniflərdə tədris ilinin əvvəllərində ilk məşğələlər yay tətilin-

də  oxuduqları  əsərlərin  müzakirəsinə  və  yekunlaşdırılmasına  həsr 

olunmalıdır. Bu prosesdə üç məsələyə diqqət yetirilməlidir: 

— şagirdlərin yay tətilində oxuduqları kitablar haqqında müsa-

hibə keçirmək; 

— şagirdlərin hansı əsərləri oxuduqlarını və mütaliə dəftərindən 

onların məzmunu ilə əlaqədar apardıqları qeydləri öyrənmək;  

—  sonrakı  məşğələlər  üçün  tövsiyə  ediləcək  əsərlər  haqqında 

söhbət aparmaq. 

Sinifdənxaric  oxu  məşğələlərini  müəllim  həm  sinifdə,  həm  də 

kitabxanada apara bilər. 

Qabaqcıl müəllimlər II-IV siniflərdə dərslikdəki həm tematika-

ya (tutaq ki, payıza aid) sinifdənxaric oxu üçün tövsiyə edilən əsər-

lərin  siyahısını  ―Maraqlı  kitablar‖  başlığı  altında  böyük  bir  kağıza 

yazıb sinifdən asır. Siyahının altında isə ―Payızda ağacların yarpaq-

ları nə üçün saralır? Bəzi quşlar nə üçün başqa ölkələrə uçub gedir-

lər?  Adamlar  payızda  hansı  işləri  görürlər?  Meşələr  necə  olur? 

Günlər  nə  üçün  qısalır?  Pambıqdan  nələr  alınır?  Payızda  hansı 

meyvələr yetişir?‖ və s. suallar yazırlar. 

Şagirdlər tövsiyə olunan əsərləri oxuyur, onlardan və dərsliklər-

dən öyrəndikləri əsasında həmin suallara cavab tapıb yazırlar. Belə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

154 



sual və tapşırıqların tələbi ilə şagirdlərdə axtarıcılıq, müstəqil işlə-

mək qabiliyyətləri yaranır. 

III-IV  siniflərdə  həm  I,  həm  də  II  tədris  ilinin  sonunda  sinif-

dənxaric oxunun keçirilməsinə həsr olunmuş toplanışların təşkili də 

faydalıdır.  Belə  toplanışlar  şagirdlərin  yarım  il  ərzində  oxuduqları 

əsərlərin məzmun və ideyasını, obrazların fəaliyyətini, onlardan çı-

xarılan  tərbiyəvi  nəticənin  nə  dərəcədə  yada  salınmasını  müəllimə 

yoxlamağa imkan verir. Təcrübə göstərir ki, belə toplanışları ədəbi 

didaktik oyunlar vasitəsi ilə aparmaq şagirdləri daha çox maraqlan-

dırır, onlarda oyunda  fəal  iştirak etmək, çox cavab vermək həvəsi 

oyadır.  Ona  görə  də  toplanış  keçiriləcəyi  vaxtı,  toplanışla  ədəbi 

oyunların xarakteri, təkrar olunacaq 8-10 əsərin adı ən azı bir həftə 

əvvəl şagirdlərə çatdırılmalıdır. Qarşıya qoyulmuş məqsəddən asılı 

olaraq,  ―Yadındamı‖,  ―Öyrənirik‖,  ―Tamamla‖,  ―Əsərin  müəllifi 

kimdir?‖ və s. kimi bədii-ədəbi didaktik oyunlardan istifadə etmək 

mümkündür. 

Tutaq ki, müəllim toplanışda ―Yadındamı‖ ədəbi-bədii oyunun-

dan istifadə etməlidir. Bunun üçün o, II sinifdə tədris ilinin sonunda 

təşkil olunmuş toplanışda sinifdənxaric oxu üçün təkrar tövsiyə edi-

lən  əsərlərdən  müəyyən  parçalar  oxuyur.  Sonra  həmin  parçanın 

hansı  əsərdən  götürüldüyünü  soruşur.  Şagirdlər  fikirləşib  tapırlar. 

Yaxud ―Tamamla‖ ədəbi-bədii didaktik oyunu ilə əlaqədar müəllim 

hər  hansı  əsərdən  müəyyən  hissəni  oxuyur  (və  ya  danışır).  Gözlə-

nilmədən  oxunu  mətnin  yarısında  saxlayır  və  şagirdlərdən  tələb 

edir  ki,  həmin  hekayəni  davam  etdirərək  tamamlasınlar.  Ola  bilər 

ki, şagirdlərdən həmin əsərin adı, onun müəllifi, əsərdəki obrazların 

təsviri xəbər alınsın. Belə oxu xarakterli toplanışlar şagirdləri fikri 

axtarışlara dəvət edir. Onları dərindən düşünmək, axtarışlara əsasən 

cavab vermək vəzifəsi ilə qarşılaşdırır.  İşin sonunda şagirdlər cəd-

vəldəki qrafaları doldurub müəllimə qaytarırlar. 

Əsərin müəllifi, əsərin adı, əsas surətlər, əsərdə nədən danışılır. 

Müəllim cavabları nəzərdən keçirir, qrafaların hamısını düzgün 

dolduran şagird qalib hesab olunur. Cədvəlin bir qrafasında səhvə 

yol verən şagird II, iki qrafasında səhv edən şagird isə III yeri tutur. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

155 



Yarımillik  sinifdənxaric  oxunun  təşkilinə  həsr  olunmuş  belə 

tapşırıqlar  şagirdlərin  mütaliə  marağını  artırmaqla  onların  təfək-

kürünün müstəqilliyinə də güclü kömək göstərir. 

Qabaqcıl  müəllimlər  III-IV  siniflərdə  şagirdlərə  oxuduqları 

əsərlər haqqında sadə, yüngül rəylər də yazdırırlar. İbtidai sinif şa-

girdlərinə kitabla davranmaq üzrə ən zəruri qaydalar haqqında mə-

lumatlar da verilməlidir. Bunun üçün kitabın hazırlanması, ona sərf 

olunan xərc, zəhmətkeşlərin əməyi, həyatda onun böyük əhəmiyyə-

ti şagirdlərə çatdırılmalıdır. Onlara başa salınmalıdır ki, hər bir in-

san kitaba borcludur. Kitabsız dünyanı dərk etmək, baş verən hadi-

sələri yadda saxlamaq, onun səbəblərini öyrənmək mümkün deyil. 

Kitab yaxşı saxlandıqda, onu yüzlərlə adam oxuyur, zəngin bi-

liklərə yiyələnirlər. 

Ona görə də kitabı qorumaq lazımdır. Onu cırmaq, yağışın, qa-

rın altına qoymaq olmaz. 

Bununla belə ibtidai sinif şagirdlərinə bir sıra gigiyenik məslə-

hətlər də verilməlidir. Onlara izah edilməlidir ki, kitabı oxuyarkən 

düz oturmaq, onun üstünə əyilməmək, kitabla göz arasındakı 15-20 

sm məsafəni gözləmək, işığın sol tərəfdən düşməsini təmin etmək, 

yorulanadək  oxumamaq  lazımdır.  Əks  təqdirdə,    həm  şagirdlərin 

materialın  məzmununu  mənimsəmə  işi  çətinləşər,  həm  də  onların 

sağlamlığına mənfi təsir göstərilmiş olar. 

 

 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə