Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə49/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   45   46   47   48   49   50   51   52   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

147 



 

15. Sinifdənxaric oxunun təşkili 

 

Sinifdənxaric oxunun təşkili üzrə aparılan işlər ibtidai siniflərdə 



oxu  təliminin  mühüm  sahələrindəndir.  Bu  işin  səmərəli  təşkili  isə 

şagirdlərin intellektual və emosional inkişafına, həmçinin müxtəlif 

fənlər  üzrə  biliklərin  dərindən  və  şüurlu  mənimsənilməsinə  güclü 

təsir göstərir. Sinifdənxaric oxunun məqsədi I-IV sinif şagirdlərinin 

oxu və yazı vərdişlərinin təkmilləşdirilməsini təmin etməklə, təbiət 

və  ictimai  həyat  haqqında  onların  dərsliklərdən  aldıqları  bilikləri 

genişləndirmək, təfəkkürünü bədii obrazlarla zənginləşdirmək, nit-

qini, fantaziyasını inkişaf etdirmək, vətənə, xalqa, ana dilinə, elmə 

və  s.  məhəbbət  hissləri  tərbiyə  etmək,  humanist  hisslər  aşılamaq, 

onlarda kitabla müstəqil işləmək və ona böyük həvəs  yaratmaqdır. 

Bu  məqsədə  müvafiq  olaraq,  sinifdənxaric  oxunun  qarşısında 

müəyyən vəzifələr durur: 

— şagirdlərdə uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin 

tərbiyə olunması; 

— şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsi; 

— oxunan materialın məzmunundan tərbiyəvi ideyanın çıxarıl-

ması; 

—  vətənimiz,  onun  qüdrəti,  xalqımızın  qəhrəman  keçmişi,  bu 



günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginli-

yi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zənginləşdirilməsi; 

— respublikamızın sülh siyasəti, kiçik və etnik qrupların həm-

rəyliyi,  dostluq  ideyalarının  şagirdlərə  çatdırılması  və  onlara  milli 

mənlik şüurunun aşılanması; 

— şagirdlərə kommunist ideologiyasının çürüklüyünün dərk et-

dirilməsi, onların türk dünyası, islam dəyərləri, milli-adət ənənələr 

ruhunda tərbiyə olunması; 

— şagirdlərə ana dilinin dərindən mənimsədilməsi; onun gözəl-

liyinin, böyük qüdrətinin dərk etdirilməsi, onlardan zövq almaq qa-

biliyyətinin  formalaşdırılması,  nitq  və  təfəkkürlərinin  inkişaf  etdi-

rilməsi; 




Ağarəhim                                                                                                     Əsərlər 

 

148 



— uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə-

lərə rəğbət hissinin aşılanması və s. 

Məktəb təcrübəsi göstərır ki, bu vəzifələri müvəffəqiyyətlə həll 

etmək üçün müəyyən pedaqoji tələblər gözlənilməlidir: 

1) sinifdənxaric oxu üçün materiallar seçilərkən şagirdlərin yaş 

və bilik səviyyəsinin nəzərə alınması; 

2) sinifdənxaric oxunun müntəzəm, mütəşəkkil və sistemlə apa-

rılması; 

3) sinifdənxaric oxunun qiraət dərslərində əldə edilən biliklərlə 

əlaqələndirilməsi; 

4)  şagirdlərə  təqdim  olunan  materialların  həyatımızın,  məişəti-

mizin müxtəlif sahələrini əhatə etməsi

5)  şagirdlərə  verilən  sual  və  tapşırıqların  əsərin  əsas  məğzini 

üzə çıxarmağa xidmət etməsi; 

6)  il  boyu  şagirdlərə  tövsiyə  olunan  əsərlərin  rəngarəngliyinin 

təmin olunması; 

7)  tövsiyə  olunan  əsərdə  yazıçının  məqsədinin,  əsərin  məzmu-

nunun müəyyənləşdirilməsi və tərbiyəvi ideyanın çıxarılması; 

8) əsərin məzmununun müasir həyatla, şagirdlərin müşahidələri 

və şəxsi təcrübələri ilə əlaqələndirilməsi. 

9) əsərin müzakirəsində şagirdlərin yaradıcı fəallığının, fantazi-

yasının, rabitəli nitqinin tədricən inkişaf etdirilməsi

10) əsərin məzmununa şagirdlərdə emosional münasibət bildir-

mək bacarıqlarının aşılanması və s. 

Informasiyalar  axının  təssəvürəgəlməz  dərəcədə  artdığı  indiki 

şəraitdə gənc nəslin təlim-tərbiyə sahəsindəki tələbatını sinifdə yal-

nız oxu dərslərinin keçirilməsi ilə ödəmək mümkün deyil. Ona görə 

də bu tələbatı ödəmək məqsədi ilə sinifdənxaric məşğələlərdə ibti-

dai  sinif şagirdlərinə  proqramın tələblərinə  uyğun bədii (nağıl, he-

kayə, şeir və s.) və elmi-kütləvi (tarix, coğrafiya, təbiətşünaslıq və 

s.) əsərləri, qəzet və jurnal məqalələri oxunub müzakirə etdirilməli, 

təlim-tərbiyə əhəmiyyəti olan nəticələr çıxarılmalıdır. 

Sinifdənxaric  oxu  ilə  əlaqədar  müəllimlərimizi  həmişə  belə  bir 

məsələ  düşündürür.  Görəsən,  bir  sinifdənxaric  oxu  üçün  hər  dəfə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

149 



neçə əsərin müzakirəsini tapşırmaq olar? Əlbəttə, bu məsələ müəl-

limdən  bir  qədər  dərin  düşünmək,  götür-qoy  etmək  tələb  edir. 

Müəllim  şagirdlərin  bu  sahədəki  təcrübəsini  və  ümumi  inkişafını, 

onlara  tövsiyə  etdiyi  əsərin  həcmini  diqqət  mərkəzində  saxlamalı-

dır. 

Əgər müəllimin məqsədi tutaq ki, IV sinifdə sinifdənxaric oxu 



məşğələsində  müəyyən  bir  kitabın  müzakirəsini  keçirməkdirsə,  o 

zaman sinfə yalnız bir kitab verə bilər. Yaxud, IIl-IV siniflərdə I və 

II yarımilin sonunda sinifdənxaric oxu materiallarının xatırlanması-

na həsr olunmuş toplanış keçiriləcəksə, bu zaman müəllim şagirdlə-

rə  8-10  kitabın  təkrar  oxusunu  tövsiyə  edə  bilər.  Qalan  bütün 

hallarda — sinifdənxaric oxu üçün şagirdlərə 2-3 kitabın oxusu tap-

şırılmalıdır. Həmin kitabları əvvəlcədən müəllim özü oxumalı, on-

ların məzmunu, ideyası ilə əlaqədar sual və tapşırıqlar hazırlanma-

lıdır.  Müzakirə  prosesində  hər  dəfə  şagirdlərin  diqqətini  tərbiyəvi 

nəticənin  çıxarılmasına  yönəltməlidir.  Əvvəlcədən  sinfə  verilən 

sual  və  tapşırıqlar  şagirdlərin  oxuya  məsuliyyətini  artırır,  hər  kəs 

sual  və  tapşırıqlara  müstəqil  cavablar  axtarır,  araşdırır,  obrazların 

fəaliyyətini qiymətləndirir, yazıçının məqsədini başa düşür. Həmçi-

nin  bu  sual  və  tapşırıqlar  şagirdlərin  bilik  səviyyəsini  müəllimə 

diqtə edir. 

Tutaq  ki,  II  sinifdə  şagirdlər  ―8  Mart  —  Beynəlxalq  Qadınlar 

Günüdür‖  bölməsi  ilə  əlaqədar  mətnləri  oxuyub  öyrənmişlər.  Bu 

bölmə  ilə  əlaqədar  müəllim  şagirdləri  üç  qrupa  ayırır.  Birinciyə 

H.Abbaszadənin ―Sən nə yaxşı nənəsən‖, ikinciyə M.Rəhimovanın 

―Çiçək dəstəsi‖, Ə.Babayevanın ―Hörüklər‖, üçüncüyə isə H.Cüm-

şüdovun ―Anamın ad günü‖ əsərlərinin oxusunu tapşırmışdır. Sinif-

dənxaric oxu məşğələsində müəllim bu işə giriş müsahibəsi ilə baş-

layır. Sonra bir qüvvətli şagird oxuduğu əsərin məzmunundan xoş-

ladığı  hissəni  danışır.  Bundan sonra hər qrupa tapşırılan  əsər üzrə 

müzakirə başlanır. Məzmun açılır, ideya müəyyənləşir, hər kəs öz 

fikrini  söyləyir,  münasibətini  bildirir,  işin  sonunda  sinifdənxaric 

oxu materiallarının (hər qrup üzrə) məzmunu yekunlaşdırılır, tərbi-

yəvi  əhəmiyyəti  meydana  çıxarılır.  Nəhayət,  növbəti  sinifdənxaric 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə