Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

135 



İkinci  istiqamətdə  müəllim  mövzunu  və  mətnin  əvvəlki  iki-üç 

cümləsini  şagirdlərə  təqdim  edir,  onlar  məzmunu  tamamlayırlar. 

Təcrübə göstərir ki, bu işi şagirdlərə  yaxın, onların fantaziyalarına 

uyğun mövzu və məntlər (―Məhsul toplanışı‖, ―Tikinti‖, ―İməcilik-

də‖ və s.) üzərində aparmaq daha faydalıdır. 

Bütün  bunlar  materialın  məzmununu  dərindən  və  şüurlu  mə-

nimsəməyə  güclü  təsir  göstərməklə,  I-IV  siniflərdə  şagirdlərin  id-

rak  fəaliyyətini  fəallaşdırmağa,  onlarda  təhlil-tərkib  aparmaq,  əsas 

məsələləri qeyri-əsaslardan fərqləndirmək, nitqlərinin ümumi  inki-

şafını təmin etmək üzrə işlərin əsasını təşkil edir. 



 

14. Oxu materiallarının mənimsənilməsi üzrə  

dərs nümunələri 

 

Proqramda  nəzərdə  tutulan  mövzular  və  dərslikdəki  oxu  mate-



rialları müəyyən tematika və nəzəri-didaktik prinsiplər əsasında ve-

rilmişdir.  Onların  bir  qismini  elmi-kütləvi  (tarix,  coğrafiya  və  tə-

biətşünaslıq üzrə), ikinci qismini isə bədii (nağıl, hekayə, şeir, təm-

sil və s.) mətnlər təşkil edir. Hər iki qismdən olan materialların həm 

ümumi, həm də özünəməxsus spesifık xüsusiyyətləri olduğu kimi, 

tədrisinin də özünəməxsus cəhətləri mövcuddur. 

İndi də I-IV siniflərdə oxu üzrə bir neçə dərs nümunəsinə diqqət 

yetirək. 



N.Kalmanın “Co” hekayəsinin oxusuna dair dərsin icmalı  (I 

sinif) 

Məqsəd:  Hekayənin  məzmununu  və  ideyasını  şagirdlərə  mə-

nimsətmək və onları ifadəli oxu üzrə məşq etdirmək. 



Təchizat: Şəkil, diafılm, atalar sözləri. 

Giriş  müsahibəsi.  ―Xarici ölkələrdə kimsəsiz uşaqlar necə ya-

şayırlar? Xarici ölkələrdə yaşayan yaşıdlarınız haqqında nə bilirsi-

niz? Siz onlar haqqında necə düşünürsünüz? Bizim ölkədə uşaqlara 

necə qayğı göstərilir?‖ suallarına cavablar alınır. 



Hekayənin  bütöv oxunması.  İndi mən sizə ―Co‖ mövzusunda 

hekayə  oxuyacağam.  Siz  diqqətlə  fikir  verin.  Hekayə  dərslikdən 




Ağarəhim                                                                                                     Əsərlər 

 

136 



ifadəli oxunur. 

Hekayənin məzmunu üzrə müsahibə. ―Co‖ kimdir?, ―O, hara-

da işləyir?‖, ―Conun anası harada işləyir?‖, ―O məktəbə gedən ya-

şıdlarını  gördükdə  nə  fikirləşirdi?‖,  ―Co  nə  üçün  məktəbdə  oxuya 

bilmirdi?‖,  ―O  qızmar  günəş  altında  işləyərkən  qışqırıb  nə  deyir-

di?‖. 

Hekayənin  şagirdlər  tərəflndən  oxunması.  Şagirdlərdən  biri 

hekayəni  oxuyur,  yoldaşları  oxunu izləyirlər. Səhvə  yol  verildikdə 

şagirdlər dərhal oxuyanın səhvini düzəldirlər. 

Şəkil  üzrə  iş.  Məzmunla  bağlı  şəkil  təqdim  olunur.  Məzmun 

üzrə müsahibə aparılır. Xarici ölkələrdə yaşayan yaşıdları haqqında 

şagirdlərin eşitdikləri, öyrəndikləri materiallarla əlaqələndirilir. 

Hekayənin  təkrar  oxunması.  Hekayə  bütöv  oxunur.  Müəllim 

şagirdlərin ifadəliliyə necə riayət etdiklərinə diqqət yetirir. 



Hekayənin  nağıl  olunması.  Bir-iki  şagird  hekayənin  məzmu-

nunu öz sözləri ilə, yaxud olduğu kimi nağıl edir. 



Ümumiləşdirici  müsahibə. ―Hekayə xoşunuza gəldimi?‖, ―Co 

necə hərəkət etmişdi?‖, ―Kapitalist ölkələrində zənci uşaqların belə 

ağır şəraitdə yaşamasına səbəb nə idi?‖ sualları verilir. 

Hekayənin sonuncu oxusu. Hekayəni bir şagird oxuyur, qalan-

ları onu izləyirlər. Məzmun şagirdlərin şüurunda yenidən canlandı-

rılır, möhkəmləndirilir. 

 

―Aslan  və  dovşan‖  nağılının  oxusuna  həsr  olunmuş  dərsin 



təxmini sxemi (I sinif) 

Məqsəd:  ―Aslan  və  dovşan‖  nağılının  məzmununu  şagirdlərə 

mənimsətmək,  ondakı  fantaziyanı  şagirdlərin  gözləri  qarşısında 

canlandırmaq,  onları  kollektivçilik,  sözbirliyi  ruhunda  tərbiyə  et-

mək, ifadəli oxu üzrə məşq etdirmək. 



Təchizat: Şəkil, maqnitofon. 

Giriş müsahibəsi. Uşaqlar, hansı nağılları bilirsiniz? Bildiyiniz 

nağıllarda  əsas  surətlər  hansılardır?  Heyvanlar  danışa  bilirlərmi? 

Aslan və dovşan görmüsünüzmü? Onlar necə olur? Dovşan Aslana 

yaxın düşə bilərmi?.. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

137 



Nağılın  maqnitofonda  bütöv  oxunması.  Heç  bir  izahat  işi 

aparmadan rollar üzrə ifadəli oxunu dinləmək, hər rola uyğun səsin 

(incə,  kobud,  alçaq,  uca,  mülayim)  dəyişməsini,  surəti,  məzmuna 

uyğunluğunu,  sözlərin  ədəbi  tələffuz  qaydalarına  əsasən  ifadəsini 

və s. müşahidə etmək. 

Nağılın məzmununu müəllimin danışması.  Məzmunu təxmi-

nən  kitabdakı  kimi  danışmaq.  Səsini  rollara  uyğun  dəyişmək,  hər 

rolun obrazını yaratmaq, onun daxili aləmini açmağa və şagirdlərin 

hissini, fantazisiyasını oyatmağa çalışmaq. 



Nağılın məzmununun şagirdlərin təsəvvüründə möhkəmlən-

dirilməsi. Nağılı bir şagirdə oxutdurmaq, digərinə məzmunu danış-

dırmaq. Heyvanlar aslanın əlindən nə üçün zara gəlmişdilər? Hey-

vanlar bir  yerə  yığışıb,  məsləhətləşərək necə qərara  gəldilər? Çəp-

göz  dovşana  növbə  çatanda,  o  aslana  nə  dedi?  Aslan  qəzəblənib 

ona  necə  cavab  verdi?  Dovşan  aslanı  su  quyusunun  yanına  gətirib 

nə dedi? Aslan necə hərəkət etdi? Aslanın ölümünə səbəb nə oldu? 

və s. suallara cavab almaq. 

Şəkil üzrə müashibə. Şəkildə hara təsvir olunmuşdur? Dovşan 

harada dayanmışdı? Onun əlində nə görürsünüz? Aslanın görünüşü 

necədir? 

Nağılın təkrar oxunması. Nağılı şagirdlərə bütöv oxutmaq. 

Yekun  müsahibəsi.  ―Aslan  necə  heyvandır?,  O  harada  yaşa-

yır?‖, ―Özgəsinə quyu qazan özü quyuya düşər‖ atalar sözünü necə 

başa düşürsünüz?, ―Kolları gəzər pusa-pusa, Qolları uzun, qolu qı-

sa‖ tapmacası nəyə aiddir? Nağılda söylənilən kimi hadisə baş verə 

bilərmi? Bəs nə üçün nağılda belə göstərilir? Belə suallar əsasında 

nağılda təbliğ olunan ideyanı açmaq və şagirdlərə aydınlaşdırmaq. 



A.Səhhətin ―Cücələr‖ şeirinin oxusuna həsr olunmuş dərsin 

təxmini sxemi (I sinif). 

Məqsəd:  Şeirin  ifadəli  oxusu  üzrə  məşq  etmək  və  şeiri  əzbər-

dən öyrənmək. 



Təchizat: Şəkillər, maqnitofon. 

Giriş müsahibəsi. Cücələrin rəngi, forması necə olur? Cücələrə 

necə  qulluq  edirlər?  Onlar  nə  ilə  qidalanırlar?  Analarının  yanında 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə