Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

129 



rasiyalar  verilmişdir.  Şəkillər  məzmunun  hər  hansı  bir  epizodunu 

özündə əks etdirir. 

İllüstrasiyalar şagirdlərin ruhuna, qəlbinə yaxın olduğundan on-

ları çox maraqlandırır, orada təsvir olunanları dərhal öyrənməyə ça-

lışırlar. Ona görə də müəllim bu situasiyadan istifadə edərək heka-

yə  ilə  təsvir  arasında  qarşılıqlı  əlaqələrin  yaranmasına  səy  göstər-

məlidir,  məsələn  II  sinifdə  şagirdlər  H.Zeynalovanın  ―Qaldırıcı 

kran‖ hekayəsini oxumuş, müəllimin müsahibəsi nəticəsində şəklin 

məzmununu öyrənmişlər. İndi onlardan hekayənin məzmununu şə-

kil əsasında danışmaq tələb olunur. Bu prosesdə şagirdlər fikrən he-

kayənin  məzmunu  ilə  təsvir  arasında  əlaqələr  yaradır,  tutuşdurur, 

fərqli və oxşar cəhətləri müqayisə edirlər. Sonra məzmunu verməyə 

çalışırlar. Təcrübə göstərir ki, şagirdlər nağıletmə prosesində hər iki 

obyektə (şəkil və hekayəyə) daha yaradıcı yanaşaraq sərbəst fikirlər 

söyləyirlər. Maraqlıdır ki, bəzən hekayə və şəkildə olmayan tikinti 

materiallarının  (qum,  sement,  dəmir  taxta,  şifer,  mıx  və  s.),  əmək 

alətlərinin (dəhrə, balta, mala, rəndə və s.) və peşə adlarını (dülgər, 

suvaqçı, rəngsaz, bənna və s.) da çəkirlər. Əlbəttə, bunların nağılın 

məzmununa daxil olmasına səbəb tikinti obyektinin şəkil vasitəsilə 

şagirdlərin gözləri qarşısında canlandırılmasıdır. 

Araşdırmalar  göstərir  ki,  dərsliklərdə  elə  böyük  həcmli  mate-

riallar vardır ki, onların  məzmunu ilə bağlı şəkillər verilməmişdir. 

Yaxşı olar ki, həmin materiallarla bağlı sinfə şəkillər gətirilib, onla-

rın da məzmunu mümkün qədər əyaniləşdirilsin. Şəkillər I-IV sinif 

şagirdlərini bir növ hadisənin şahidinə çevirir. Yadlarına düşməyən 

ən kiçik, xırda məsələləri onlara diqtə edir. Bu məqsədlə tutaq ki, 

III  sinifdə  şagirdlərə  M.Dilbazinin  ―Payızda‖  mətni  ilə  əlaqədar 

―Maarif‖  nəşriyyatı  tərəfindən  buraxılmış  eyni  adlı  (―Payızda‖ 

mövzusunda) süjetli şəkil təqdim olunur. Sonra şəkil üzrə məzmu-

nu danışmaq tələb edilir. Şagirdlər şəkillə mətnin məzmunu arasın-

da əlaqə yaratmağa çalışır. Hekayədən öyrəndiklərini şəkildə müşa-

hidə edir, nağıl edə bilirlər. 

Yaxud  IV  sinifdə  B.Həsənovun  ―Ayı  ovu‖  hekayəsini  əvvəlcə  

şagirdlər  oxuyurlar.  Sonra  sinfə  məzmunla  əlaqədar  şəkil  təqdim 




Ağarəhim                                                                                                     Əsərlər 

 

130 



olunur. Şəklin məzmunu müsahibə vasitəsilə açılır. Sinifdə canlı si-

tuasiya yaranır. Bu prosesdə şagirdlərdən tələb olunur ki, məzmunu 

şəkil  əsasında  danışsınlar.  Şagirdlər  hekayənin  məzmununu  şəkil 

əsasında  ifadə  edərkən  hadisənin  başlanğıcını,  dinamik  inkişafını, 

kulminasiyasını, ovçu ilə ayı arasındakı əlbəyaxa mübarizəni, fina-

lını çox canlı və maraqlı şəkildə verirlər. 

Ümumiyyətlə, nağıletmə göstərir ki, şəkillər hekayənin məzmu-

nuna əlavələr etməyə, onu zənginləşdirməyə, fikri geniş, əhatəli və 

məntiqi şəkildə açmağa imkan yaradır. 

Məzmunu  həyati  müşahidələrə  əsasən  nağıletmə.  Məzmunu 

həyati müşahidələrə əsasən, nağıletmə şagirdlərdən daha çox yara-

dıcılıq qabiliyyəti tələb edir. Bu zaman şagirdlər gördükləri ilə oxu 

materialı  arasında  uyğunluq,  eynilik  axtarmalı  olurlar.  Məzmuna 

uyğun forma (söz, ifadə və cümlələr) seçir. Gərək III-IV siniflərdə 

bu priyomun tətbiqi dərsliyin bütöv bir bölməsilə bağlansın. Məsə-

lən,  III  sinifdə  ―Yaz‖  bölməsi  üzrə  mətnlər  oxunub  qurtardıqdan 

(mənimsənildikdən) sonra şagirdlərlə yaz fəsli ilə əlaqədar müsahi-

bə  aparsın,  onların  faktik  müşahidələri  keçilənlərin  məzmunu  ilə 

əlaqələndirilsin,  sonra  isə  ―Yazda‖  mövzusunda  danışmaq  tələb 

olunsun. Bu zaman diqqət  yetirmək lazımdır ki,  yazda  fəsli  dəyiş-

mələri açarkən quşların, həşəratların, heyvanların həyat tərzi, insan-

ların yazda əməyi və s. məsələlər qabarıq şəkildə nağılda əks olun-

sun. 


IV sinifdə bu işin daha düşündürücü formasından istifadə etmək 

mümkündür. Məsələn, tutaq ki, növbəti dərsdə ―Büllur salxım usta-

ları‖  mətni  oxunmalıdır.  Müəllim  əvvəlcədən  yazı  taxtasına  ―Siz 

üzüm  sahələrini  görmüsünüzmü?  Onlar  necə  olurlar?  Büllur  sal-

xımları  kimlər  yetişdirirlər?  Adamlar  onlardan  necə  istifadə  edir-

lər?  Hökumətimiz  büllur  salxım  ustalarının  əməyini  necə  qiymət-

ləndirir?‖  və  s.  kimi  suallar  yazır.  Mətnin  oxunuşundan  sonra  bir 

neçə şagird məzmunu suallar üzrə danışır. Müəllim isə nağıletmədə 

məzmunun tam şəkildə, lakin yaradıcı formada təzahürünə nəzarət 

edir.  Beləliklə,  oxu  materialının  məzmunu  ilə  real  həyat  arasında 

möhkəm əlaqə yaranır. Nağıletmə canlı və məzmunlu olur. 



Ağarəhim                                                                                                     Əsərlər 

 

131 



Şəxsi dəyişməklə nağıletmə. Şəxsi dəyişməklə nağıletmə yara-

dıcı  nağıletmənin  mühüm  formalarındandır.  Bu  prosesdə  şagirdlə-

rin  təfəkkür  fəaliyyəti  daha  da  intensivləşir.  Tutaq  ki,  III  sinifdə 

E.Ağayevin  ―Bir  dəstə  gül‖  hekayəsinin  məzmununu  Lətifə  obra-

zında  çıxış  etməklə  nağıl  etmək  şagirdlərdən  tələb  olunur.  Bu  za-

man çıxış edən şagird özünü bir anlığa Lətifənin yerinə qoyur, fik-

rən hadisənin iştirakçısına çevrilir: anasına kömək edir, bağda gül-

ləri becərir, dərir, dəstələyir, bazarda satır, çörək pulu qazanır, xəs-

tə anasına dərman alır... Beləliklə, hekayədə cərəyan edən hadisələ-

ri  nağıledən  öz  üzərinə  köçürür.  Lətifənin  daxili  aləminə  nüfuz 

edir, başqa sözlə, onunla birlikdə sevinir, şənlənir, fərəhlənir və s. 

Ümumiyyətlə,  I  şəxsin  dililə  verilən  hekayəni  II  və  III  şəxsin,  II 

şəxsin dililə nağıl olunanın, I və III şəxsin dililə vermək mümkün-

dür. Eləcə də III şəxs tərəfındən söylənilən hekayənin I və II şəxsin 

dili ilə verilməsi faydalıdır. Təcrübə göstərir ki, bu prosesdə şagird-

lər yalnız şəxsi dəyişməklə kifayətlənmir, eyni zamanda hekayənin 

formasını məzmuna uyğun dəyişir, yeni üslub, yeni ifadə tərzi ve-

rir. 


Zamanı  dəyişməklə nağıletmə. İbtidai siniflərdə hekayədə təs-

vir olunan zamanı dəyişməklə məzmunun nağıl etdirilməsi də fay-

dalıdır. Əlbəttə, bu iş I sinif üçün çətindir. II sinifdən isə bu işi da-

vam etdirmək olar. Tutaq ki, hekayə keçmişdə baş vermiş hadisəyə 

həsr olunmuşdur. Müəllim şagirdlərin yaradıcı fəaliyyətini və şüur-

luluğunu  təmin  etmək  üçün  məzmunu  indiki,  yaxud  gələcək  za-

manda nağıl ctdirsin. Məsələn II sinifdə Cahangir Gözəlovun ―Qə-

ribə  əhvalat‖  hekayəsini  indiki  zamanda  şagirdlərə  nağıl  etdirmək 

mümkündür. Müəllimin tələbilə şagirdlər işə girişirlər. 

Obrazları  qarşılaşdırmaqla  nağıletmə.  Bu  nağıletmədən  II 

sinifdə tədris ilinin ikinci yarsından, III-IV siniflərdə isə il boyu is-

tifadə  olunmalıdır.  Əlbəttə,  bütün  dərslərdə  yox,  müəllim  ehtiyac 

hiss  ctdikdə,  oxu  materialının  məzmunu  obrazları  qarşılaşdırmağa 

imkan verdikdə bu priyom tətbiq edilməlidir. Bu prosesdə şagirdlər 

daha dərindən düşünürlər. Məsələn, III sinifdə  Leonardo da Vinçi-

nin  ―Tənək  və  qoca  ağac‖  hekayəsi  oxunduqdan  sonra  ―Tənək  nə 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə