Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

120 



dır, dilənçidir, diqqətlidir, 

hər cür əziyyətə dözəndir

sədaqətlidir. 

oğurluğu sevməyəndir, 

cididir, doğru danışandır, 

özünün gələcəyi haqqında 

düşünəndir, səhvini başa 

düşəndir, balacaları 

sevəndir. 

 

Təcrübə göstərir ki, sinfın səviyyəsindən, şagirdlərin hazırlığın-



dan asılı olaraq, bu işi müxtəlif mətnlər üzərində də aparmaq olar. 

Şagirdlər belə müqayisədə hər iki mətnin məqsədini, ideya və məz-

mununu,  hadisələrin məntiqini, obrazların  hərəkətini  tam aydınlığı 

ilə  təsəvvür  etdikdən  sonra  fıkirləşməlidirlər.  IV  sinifdə  ―Şamama 

Həsənova‖ mətni üzrə giriş müsahibəsi, mətnin bütöv və hissə-his-

sə  oxunuşundan  sonra  şagirdlərin  diqqəti  bir  müddət  əvvəl  tədris 

olunmuş Ə.Vəliyevin ―Həcər‖ hekayəsinin məzmununa yönəldilir. 

Sualların köməyi ilə inqilabdan əvvəl Azərbaycan kəndlilərinin acı-

nacaqlı vəziyyəti, xanların,  bəylərin törətdikləri cinayətlər və xalq 

qəhrəmanı Qaçaq Nəbi, onun həyat yoldaşı və silahdaşı Həcər xanı-

mın şücaətləri onlara xatırladılır. 

Şagirdlər  Həcərlə  Şamama  Həsənovanı  fıkrən  müqayisə  edir, 

xarakterik xüsusiyyətlərini verməyə çalışırlar: 

 

Obrazlar 



Oxşar cəhətlər 

Fərqli cəhətlər 

Həcər 

Ağıllıdır, cəsarətlidir, 



tələbkardır, mehribandır, 

gülərüzdür, kəndlilərin 

yaxın dostudur, xalqını 

sevəndir, ədalətlidir, 

çətinliklərdən qorxma-

yandır, bacarıqlıdır... 

Haqsızlığa dözməyəndir, 

at belində tüfəng 

oynadandır, bəylərdən, 

xanlardan zəhləsi 

gedəndir, onlarla 

mübarizə aparandır, 

qoçaqdır. 

Şamama 


Ağıllıdır, mehribandır, 

tələbkardır, gülərüzdür, 

ədalətlidir, kəndlilərin 

yaxın dostudur, əmək 

Pambıq ustasıdar, kəndin 

rəhbəridir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

121 



adamlarını sevəndir, 

əməkçidir, öz işini yaxşı 

biləndir, çətinliklərdən 

qorxmayandır, 

çalışqandır, bacarıqlıdır. 

 

c)  Xoşbəxt  Azərbaycan  uşaqları  ilə  xarici  ölkələrdə  yaşayan 



uşaqların xarakteristikalarının müqayisəli tərtibi. Müşahidələr gös-

tərir  ki,  bu  iş  təkcə  nəsr  əsərləri  üzərində  deyil,  həm  də  şeirlərin 

tədrisi ilə əlaqədar aparılmalıdır. IV sinifdə Z.Cabbarzadənin ―Yer 

üzərində uşaqlar var‖ şeirinin mənimsənilməsi üzrə işdən sonra xa-

rakteristikaların  müqayisəli  tərtibinə  keçirilməlidir.  Məlumdur  ki, 

xarici  ölkələrdə  yaşayan  uşaqların  vəziyyəti,  həyatı  və  xarakter 

cizgiləri  şeirin  üçüncü  bəndindən  açılmağa  başlanır.  Ona  görə  də 

müəllim məqsəddən asılı olaraq şagirdlərin diqqətini şeirin üçüncü 

bəndinə yönəldir: 

Uşaqlar var uzaqlarda 

Dərdi, qəmi çox böyükdür. 

Ac, yalavac gülmür üzü. 

Bir dəridir, bir sümükdür. 

 

Şagirdlərə başa salınır ki, bu bəndin birinci və ikinci misrasında 



təsvir olunan uşaqlar müharibə gedən ölkələrdə dərd, qəm içərisin-

də  yaşayan,  boğulan  uşaqlardır.  Bunlar  heç  də  kapitalistlərin,  za-

vod, fabrik, mədən sahiblərinin övladları deyil, zəhmətkeş fəhlələ-

rin,  kəndlilərin  uşaqlarıdır.  Ata-anaları  doyunca  çörəklə,  yeməklə, 

təzə  geyimlə  təmin  edə  bilmədiklərindən  onların  da  qarınları  doy-

mur, ac-yalavac dolanırlar, həmişə bir parça çörək, təzə paltar haq-

qında  düşündüklərindən  heç  vaxt  üzləri  gülmür,  qəlbləri  açılmır. 

Ona görə də üzləri gülməyən bu uşaqlar haqqında şair deyir: ―Dər-

di, qəmi çox böyükdür... bir dəridir, bir sümükdür‖. 

— Bəs indi kim deyər, bizim ölkəmizdə uşaqların həyatı necə-

dir? Onlar necə dolanırlar? 

— Bizim ölkəmizdə uşaqların heç bir dərdi, qəmi yoxdur. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

122 



İkinci şagird: 

 

—  Bizim  ölkəmizdə  uşaqlar  şən  və  gümrah  böyüyürlər.  Onlar 



çörək,  paltar  haqqında  düşünmürlər,  bayramlarda,  səhərciklərdə 

musiqi alətlərində çalır, mahnı oxuyur, rəqs edir, şənlənirlər.  

Şagirdiərin  bu  cavablarından  sonra  şeirin  dördüncü  bəndi  üzə-

rində iş gedir: 

 

Uşaqlar var yer üzündə, 



Məktəb nədir bilməyiblər. 

Uşaqlar var doğulandan  

Bir doyunca gülməyiblər. 

 

Şeirin  bu  bəndində  şagirdlərə  müharibə  gedən  ölkələrdə  yaşa-



yan  fəhlə  və  kəndlilərin,  zəhmətkeşlərin  uşaqlarının  heç  bir  vaxt 

məktəb üzü görməmələri, oxuyub-yazmağı öyrənməmələri, dünya-

da  baş  verən  hadisələrdən  xəbərsiz  qalmaları,  ağır  əməklə  məşğul 

olmaları  və  s.  açılır.  Sonra  şagirdlərə  özlərinin  məktəb  həyatı  ilə 

əlaqədar suallar verilir, hökumətimizin onların oxumaları üçün gös-

tərdiyi qayğı şərh olunur.  

Bundan sonra şeirin beşinci bəndi oxunur: 

 

Uşaqlar var, bahar belə  



Onlar üçün acı qışdır, 

Uşaqlar var dərd əlindən  

Gənc olmamış qocalmışdır.  

 

Müəllim şagirdlərə başa düşəcəkləri bir dildə çatdırır ki, şeirin 



bu parçası üçüncü və dördüncü bəndlərin məntiqi davamı olmaqla, 

orada  deyilənləri  bir  daha  ümumiləşdirir.  Bu  bənddə  işlənən  ―ba-

har‖ və  ―qış‖ sözləri bənzətmədir. Bahar insanların arzularının çi-

çək açması, qış isə arzu və istəklərinin qəlbində qalmasıdır, mənən 

donmasıdır. Müəllif ―Uşaqlar var, bahar elə onlar üçün acı qışdır‖ 

deməklə bildirir ki, xarici ölkələrdə yaşayan kasıb, kimsəsiz uşaqla-

rın  daxili  aləmi  həmişə  küskün  olduğundan  xoşbəxt  həyat  üçün 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə