Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə37/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   33   34   35   36   37   38   39   40   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

111 



taziyasını, təfəkkürünü, hadisələrə olan münasibətini inkişaf etdirir, 

oxucunu canlı nitqə yaxınlaşdırır. 



 

11. Oxu materiallarının planının tərtibi 

 

Plan  tərtibi  üzrə  işlərin  səmərəli  təşkili  şagirdlərin  məntiqi  tə-

fəkkürünü, rabitəli nitqini inkişaf etdirməklə oxu materialının məz-

mununun  şüurlu  mənimsənilməsinə  güclü  təsir  göstərir,  şagirdləri 

fikri  axtarışlara  daxil  edir.  Bu  prosesdə  şagirdlər  məzmunu  bitkin 

hissələrə ayırır, hissələr arasındakı daxili əlaqələri, rabitə və sistemi 

müəyyənləşdirir, hər hissəni dəqiq əhatə edən başlıqlar tapır, mət-

nin  kompozisiyası haqqında sadə məlumatlar  alır, əsərin ideyasını 

və məntiqi quruluşunu şüurlu mənimsəyirlər. 

Planın  düzgün  tərtibi  məzmunun  şüurlu  mənimsənilməsi  üzrə 

işlərin  mühüm  sahələrindən  biridir.  Ona  görə  də  burada  müəyyən 

elmi-metodik sistem, didaktik tələblər nəzərə alınmalıdır. 

Görkəmli  alimlərin  tədqiqatlarında  plan  tərtibinin  üç  forması 

göstərilmişdir:  a)  sual  cümlələri  ilə;  b)  nəqli  cümlələrlə;  v)  adlıq 

cümlələrilə. 

Məktəb  təcrübəsi  sübut  edir  ki,  plan  tərtibi  üzrə  işlərə  II  sinif-

dən  başlanmalıdır.  Bu  sinifdə  sual  cümlələri  ilə,  III  sinifdə  həm 

sual,  həm  də  nəqli  cümlələrlə  planın  tərtibi  üzrə iş  getməlidir.  Şa-

girdlər  bu  sahədə  müəyyən  bacarıqlara  yiyələndikdən  sonra,  IV 

sinifdə planın hər üç formasından (bəzən də kombinə edilmiş plan-

dan) istifadə olunmalıdır. 

Buradan təbii bir sual meydana çıxır:  görəsən, hər gün, hər bir 

dərsdə  bütün  oxu  materiallarına  planın  tərtibi  zəruridirmi?  Yox. 

Əvvəla, plan tərtibi üzrə iş ən zəruri hallarda həftədə, on gündə bir 

dəfə  aparılmalıdır.  Ikincisi,  bu  iş  üçün  böyük  həcmli,  müəyyən 

hissələrə ayrılması mümkün olan mətnlər seçilməlidir. Kiçik mətn-

lərə, lirik, oynaq şeirlərə planın tərtibi məsləhət görülmür. 

Məktəb  təcrübəsi  göstərir  ki,  II  sinifdə  şagirdlər  elmi-kütləvi 

materiallara  planın  tərtibində  bir  qədər  çətinlik  çəkirlər.  Ona  görə 

də yaxşı olar ki, əvvəlcə şagirdlərə bədii materiallar üzrə praktik il-




Ağarəhim                                                                                                     Əsərlər 

 

112 



kin bacarıq və vərdişlər verilsin. Çünki bədii əsərlərin quruluşu, sü-

jeti  şagirdlərin  təsəvvüründə  yaxşı  canlanır,  II  sinifdə  şagirdlərin 

bədii  materiallar  əsasında  qazandıqları  bu  ilkin  bilik  və  bacarıqlar 

onları elmi-kütləvi materiallara plan tərtib etməyə hazırlayır. 

II sinifdə plan tərtibi üzrə iş ilk vaxtlar müəllimin rəhbərliyi və 

əsaslı  köməyi  ilə ən sadə variantlarda aparılır. Tutaq ki,  II sinifdə 

O.V.Oseyevin ―Oğullar‖ hekayəsinə plan tərtib olunmalıdır. Bunun 

üçün müəllim hekayə oxunduqdan sonra planı yazı taxtasma yazır: 

Qadınlar harada söhbət edirdilər? Onlar oğulları haqqında nə danı-

şırdılar?  Qadınlar  qocadan  nə  soruşdular?  Qoca  onlara  nə  cavab 

verdi? Sizcə oğlanlardan hansı düzgün hərəkət etdi? 

Şagirdlər  planın  hər  maddəsinə  aid  hissəni  tapıb  oxuyurlar. 

Axırda  qüvvətli  şagirdlərdən  biri  plan  üzrə  məzmunu  bütöv  nağıl 

edir.  Beləliklə,  onlar  mətnin  ayrı-ayrı  hissələrdən  ibarət  olduğunu 

öyrənir,  hissələr  arasıdakı  məntiqi  əlaqələri  başa  düşür,  məzmunu 

şüurlu mənimsəyirlər. 

Bu sahədə müəyyən təcrübə toplandıqdan sonra müəllim ―Qar-

ğa və tülkü‖ mətninin planın maddələrini qarışıq şəkildə yazı taxta-

sına yazır: ―Tülkü nə üçün peşman oldu?‖, ―Tülkü necə hiylə işlə-

dib qarğanı tutdu?‖, ―Qarğa necə xilas oldu?‖, ―Tülkünün qarğaya 

nə üçün acığı tutmuşdu?‖, ―O, qarğaya nə dedi?‖. 

Oxu  materialının  əsas  quruluşunun  açılması  və  daxili  məntiqi 

əlaqələrinin dərk olunması baxımından II-IV siniflərdə mətnin ayrı-

ayrı hissələrinə başlıqların verilməsi əlverişlidir. Bu məqsədlə II si-

nifdə ―Tarlada güllü don necə bitdi‖, ―Gözəl yaz‖, ―Bənnanın söh-

bəti‖, N.Süleymanovun  ―Çoban və Bozdar‖,  ―Poçtalyon‖, Mamin-

Sibiryakın ―Bozboyun‖ və s. mətnlərin hər hissəsinə başlıq vermək 

üzrə iş aparılmalıdır. 

II  sinifdə  ―Gözəl  yaz‖  hekayəsində  hissələrə  başlıq  vermək 

üçün hekayə əvvəl bütöv, sonra hissə-hissə oxunur. Hər hissə üzrə 

ayrıca müsahibə aparılır. Bundan sonra birinci hissəyə ―İlk bahar‖, 

ikinciyə  ―Yazda‖,  üçüncüyə  isə  ―Yaz  gələndə‖  başlığı  verilir.  Bu 

əməliyyatdan sonra hər hissəyə necə şəkil çəkməyin mümkünlüyü 

soruşulur. Şagirdlər hekayənin ―İlk bahar‖ hissəsinə bir tərəfdə ya-




Ağarəhim                                                                                                     Əsərlər 

 

113 



şıl  don  geymiş  yamacların,  meşə  və  novruzgülünün,  digər  tərəfdə 

isə  yenicə  yarpaqlayan  ağacların,  tez  çiçəkləyən  zoğalın,  alçanın, 

əriyin, şaftalının təsvirinin verilməsini bildirirlər. ―Yazda‖ hissəsi-

nə  ağacların  nazik  budağına  qonmuş  sərçələrin,  o  tərəfə,  bu  tərəfə 

uçuşan əlvan kəpənəklərin, arıların, həşəratların, qaranquşların, bir 

qədər uzaqda qatar-qatar uçub gələn durnaların, qazların, ―Yaz gə-

ləndə‖ hissəsinə sağ tərəfdə tarlada işləyən kolxozçuların, yer şum-

layan maşınların, sol tərəfdə isə çəmənlikdə oynayan, şən nəğmələr 

oxuya-oxuya  çiçək  dərən  uşaqların  təsvirinin  mümkünlüyünü  söy-

ləyirlər. III sinifdə N.Süleymanovun üç hissəyə ayrılmış ―Çoban və 

Bozdar‖ hekayəsinin birinci hissəsinə müəllimin köməyi ilə ―Çoba-

nın  Bozdarı  axtarması‖,  ikinciyə  ―Bozdarın  yalvarışı‖,  üçüncüyə 

isə  ―Bala  məhəbbəti‖  başlıqları  verilir.  Sonra  şagirdlərdən  ―Çoba-

nın Bozdarı axtarması‖ hissəsinə aid necə şəkil çəkməyin mümkün-

lüyü xəbər alınır. Şagirdlər sözlə şəkil çəkirlər. 

Dağın  ətəyidir.  Göydə  buludlar  görünür.  Çoban  atın  üstündə 

meşəyə tərəf gedir. 

Sonra  ―Bozdarın  yalvarışı‖  hissəsinə  belə  şəkilli  plan  verirlər: 

Meşədir. Bozdar yəhərin üstünə tullanıb. Çoban onun boynunu sı-

ğallayır.  Nəhayət,  ―Bala  məhəbbəti‖  üzrə  şəkilli  plan  tutulur:  Ço-

ban küçükləri köynəyinin içinə yığır. İt ona baxır. Bir az aralıda isə 

at dayanmışdır. 

IV sinifdə isə bu işi şagirdlər müstəqil icra edə bilirlər. 

Şagirdlər belə bir bacarığa yiyələndikdən sonra mətnin hissələrə 

ayrılması üzrə iş aparılmalıdır. II sinifdə asan mətnlərin bitmiş his-

sələrə  ayrılması  tapşırılmalıdır.  Məsələn,  şagirdlər  ―Payızda‖  mət-

nindən  əvvəlcə  vəhşi  heyvanların,  sonra  isə  quşların  həyatına  aid 

hissəni tapırlar. Daha sonra isə mətnin hissələri soruşulur. Şagirdlər 

hekayənin vəhşi heyvanlardan və quşlardan ibarət olmasını bildirir 

və  özləri  başlıqlar  verirlər:  birinci  hissəyə  ―Payızda  vəhşi  heyvan-

lar‖, ―Payızda vəhşi heyvanların həyatı‖, ikinciyə ―Payızda quşlar‖, 

―Payızda quşların həyatı‖. Başlıqlar yazı taxtasına yazılır, kollekti-

vin səyi ilə müzakirə olunur, əsaslandırılır. 

III   sinifdə  şagirdlər  müəllimin  köməyi  ilə  ―Ağılsız  şah  və  ta-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə