Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

108 



aşağı düşür. Ani fasiləyə əməl olunur. Fasilədən sonra səs əvvəlki 

kimi qalxır. Nöqtədə fıkir bitir. Burada fasilə bir az uzun olur. Sual 

və nida işarələrində də təqribən nöqtədəki qədər fasiləyə əməl edi-

lir.  Lakin  əsas  fıkri,  məqsədi,  hiss  və  həyəcanı  başqalarına  aydın, 

dəqiq şəkildə çatdırmaq üçün sual və nida ifadə edən söz bir qədər 

ucadan  ifadə  olunur.  Düzdür,  bu  şeirdə  nöqtəli  vergül,  qoşa  nöqtə 

işarələri  işlənməmişdir.  Oxu  prosesində  onlarla  da  tez-tez  qarşıla-

şırıq.  Nöqtəli  vergüldə  fikir  müəyyən  qədər  bitir.  Orada  nöqtəyə 

nisbətən az fasilə edilir.  Qoşa nöqtədə isə  ani  fasilə olur.  Bu işarə 

onu  göstərir  ki,  hələ  fikir  bitməmişdir.  Müəllif  nə  isə  söyləyəcək, 

nə isə izah edəcək, öz fikrini dəqiqləşdirəcəkdir. 

Şagirdlərə o da çatdırılmalıdır ki,  müəllifın hiss və həyəcanın-

dan, keçirdiyi hisslərdən asılı olaraq, nida işarəsi müxtəlif intonasi-

ya ifadə edə bilər. Bunu nəzərə almadan intonasiyaya düzgün əməl 

etmək olmur. Məsələn, III sinifdə R.Spuqaytenin ―Svetofor‖ şeirin-

dən bir parçanı nəzərdən keçirək. 

 

Küçəni keçən zaman  



Ayaq saxla, bir dayan! 

Gözlə siqnallarımı, 

Çox tələsmə, ay oğlan! 

 

Göründüyü kimi, bu parçada nida işarəsi o qədər hiss, həyəcan 



bildirmir. Fikir yumşaq, adi tembr tələb edir. 

IV sinifdə ―Azadlıq‖ hekayəsində deyilir: 

— Budur, müharibə belədir. 

— Biz müharibə istəmirik! 

— Rədd olsun müharibə! 

— Yaşasın sülh! 

— Yaşasın azadlıq! 

Bu  parçada  xalqın  müharibəyə,  onun  yaratdığı  faciəyə  nifrəti, 

öz doğma yurdundan didərgin düşən qaçqın və köçkünlərə münasi-

bəti,  onlara  göstərilən  qayğı  təsvir  olunur.  Bu  parça  qüvvətli,  kəs-

kin, hiddətli, qəzəbli tembr tələb edir. Bunsuz hekayədəki vəziyyə-



Ağarəhim                                                                                                     Əsərlər 

 

109 



ti,  xalqın  müharibəyə  olan  kəskin  qəzəbini  vermək  olmaz.  Oxucu 

da  təsvir  olunan  hadisəni,  yazıçının  hisslərini  şüurlu  şəkildə  başa 

düşə bilməz. 

b)  Məntiqi  fasilə. Məntiqi fasilə söz və ifadələrin məna qrup-

larına  (sintaqmlara)  ayrılmasına,  onların  mənasının  daha  aydın  və 

dəqiq  şəkildə  nəzərə  çatdırılmasına  xidmət  edir.  Burada  heç  bir 

qrammatik  durğu  işarəsinə  əməl  olunmur.  Uzun  cümlələrdəki  mə-

naca  sıx  bağlı  olan  söz  qrupları  ayrıca  tələffüz  edilir  və  bir  vahid 

kimi  asanlıqla  digərlərindən  ayrılır.  Ani  bir  fasiləyə  əməl  olunur. 

Oxu prosesində məntiqi fasilə gözlənilmədikdə ahəng pozulur. Oxu 

prosesi ya sürətlə, yaxud da ki, həddən artıq yavaş, qırıq-qırıq da-

vam edir. Çox zaman da uzun cümlələrdə şagirdin nəfəsi çatmır, la-

zım gəlməyən yerlərdə nitq kəsilir. Belə oxu materialin şüurlu mə-

nimsənilməsinə mənfi təsir göstərir. Dinləyiciləri yorur, bezikdirir. 

Ona görə də müəllim müntəzəm məşq nəticəsində şagirdlərə mənti-

qi fasilənin yerini müəyyənləşdirmək bacarığı verməlidir. Məsələn, 

III  sinifdə  şagirdlər  Q.İlkinin  ―Bizim  Bakı‖  hekayəsini  oxuyarkən 

/―1928-ci  ildə  2-ci  dəfə  paytaxtımıza  qonaq  gələn  Maksim  Qorki/ 

/bu dəfə Bakıya heyran qalmış/ və onu gözəllikdə /İtaliyanın  Nea-

pol  şəhərinə  oxşatmışdır/  cümləsində  beş  yerdə  məntiqi  fasiləyə 

əməl etməlidirlər. Bu fasilələr nəticəsində sintaqmların hər biri bir 

vahid kimi ifadə olunur, oxunun ifadəliliyini yüksəldir. 

Məntiqi  fasilə  şeirlərin  oxusu  prosesində  daha  böyük  zərurət 

kəsb edir. Məsələn, III sinfin dərsliyindən götürülmüş parçaya diq-

qət yetirək. 

 

Biz her vaxt alınmaz /bir qala kimı/ 



O böyük qüvvətə /arxalanmışıq/ 

Ağır zamanlarda, /çətin günlərdə/ 

Bir xilaskar kimi /onu anmışıq/. 

 

Bu parçada edilən məntiqi fasilə şeirin deyim çalarlığını rənga-



rəngləşdirir.  Onun  (parçanın)  aydın  və  ahəngdar  şəkildə  ifadəsini 

təmin edir. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

110 



III  sinifdə  şagirdlərə  o  da  çatdırılmalıdır  ki,  oxu  prosesində 

məntiqi fasiləyə düzgün əməl olunmadıqda şeirin, cümlənin mənası 

dəyişir.  Oxucu  müəllifin  fıkrini  aydın  və  dəqiq  şəkildə  başa  düş-

mür. 


c)  Psixoloji  fasilə.  Bu  fasilə  öz  təbiətinə  görə  qrammatik  və 

məntiqi  fasilələrdən  fərqlənir.  Birincisi,  bu,  müddətinə  görə  onlar-

dan daha uzun olur. İkincisi, psixoloji fasilə hisslərlə bağlıdır. Bu, 

mətndə təsvir olunan qəhrəmanın, müəllifin keçirdiyi hissləri mey-

dana  çıxarır.  Oxu  prosesini  iradi-emosional  intonasiya  ilə  təmin 

edir. K.S.Stanislavski göstərir ki, məntiqi fasilə ağıla, psixoloji fa-

silə isə hisslərə xidmət edir. Y.V.Yazovitskiyə görə, psixoloji fasilə 

prosesində oxunun məzmunu mətnaltı fikirlə müəyyənləşir və əsə-

rin ideya-estetik mahiyyətinin açılmasını xarakterizə edir. 

I-II siniflərdə şagirdlər psixoloji fasiləyə əməl edə bilmirlər. La-

kin  III sinifdən şagirdlərdə psixoloji fasiləyə riayət etmək bacarıq-

ları aşılanmalıdır. IV sinifdə Ə.Kərimin ―Dənizdə şəhər‖ şeirindən 

götürülmüş parçada psixoloji fasiləyə nəzər salaq. 

Birdən usta qışqırır: 

— Köməyə dostlar gəlir. 

Birinci misrada birdən sözündən sonra psixoloji fasilə edilir. Bu 

fasilə oxucunun intizarıni, həyəcanını artırır. Fasilədən sonra ―usta 

qışqırır‖  ifadəsinin  təzahürü  yaranmış  situasiyanı,  psixoloji  halları 

(qorxunu,  kədəri,  dəhşətli,  təlatümlü  hissləri)  daha  da  gərginləşdi-

rir.  ―Köməyə  dostlar  gəlir‖  misrası  isə  dinləyicilərdə,  o  cümlədən 

oxucuda təəccüb, sevinc hissləri doğurur, gözləri önündə ürək açan 

bir mənzərə yaradır. Köməyə gələn dostların görünməsi ilə ustanın 

hədsiz sevinci, qışqırığı, yoldaşlarına şad xəbər verməsi əvvəlki kə-

dər, qorxu, ağır həyəcan hisslərini dağıdır, oxucunun keçirdiyi psi-

xoloji  halları qüvvətləndirir. Oxucu bunsuz nə şeirin məzmununu, 

nə oradakı hissləri, emosiyanı, nə şairin duyğularıni şüurlu şəkildə 

başa düşər, nə də özünün keçirdiyi psixoloji vəziyyəti ifadə edə bi-

lər. 


İfadəli  oxu  üzrə  işlərin  belə  təşkili  materialın  məzmununun 

şüurlu mənimsənilməsini təmin etməklə şagirdlərin hisslərini, fan-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə