Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

105 



Yeni müjdə vərib xoş gələcəkdən  

Qurub-yaratmağa səsləyir bizi. 

 

Göründüyü  kimi,  birinci  misrada  ―cahana‖  və  ―vətən‖  sözləri 



məntiqi vurğu qəbul edir. Ancaq ―cahana‖ sözü daha qüvvətlə ifadə 

edilir.  İkinci  misrada  məntiqi  vurğu  ―doğma  sinəsində‖  ifadəsinin 

və  ―bizi‖  sözünün üzərinə  düşür.  Lakin  ―doğma sinəsində‖ ifadəsi 

birinci,  ―bizi‖  sözü  isə  ikinci  dərəcəli  vurğu  qəbul  edir.  Üçüncü 

misrada  məntiqi  vurğu  ―xoş‖,  dördüncüdə  isə  ―qurub-yaratmağa‖ 

sözlərinin üzərinə düşür. Odur ki, müəllim belə sözlərə qarşı bir qə-

dər diqqətli olmalıdır. 

Mətndə  məntiqi  vurğu  düzgün  müəyyənləşdirilmədikdə,  oxu 

prosesində  vurğunun  yeri  dəyişdikdə  məna  da  dəyişir,  müəllifın 

fikri,  məqsədi  təhrif  olunur.  Məsələn,  III  sinifdə  T.Mütəllibovun 

―Nailənin arzusu‖ şeirindən aşağıdakı parçaya nəzər salaq. 

 

Bir arzum var, ata can, 



Tezcə yaşa dolaydım. 

Böyüyüb, sənin kimi  

Bir maşinist olaydım. 

 

Bu parçada vurğu ―böyüyüb‖ sözünün üzərinə salınarsa, dinlə-



yici elə düşünür ki, qız atası kimi böyüyüb, yaşa dolub maşinist ol-

mağı arzulayır. Halbuki həmin parçada vurğu ―sənin‖ sözünün üzə-

rinə  düşməlidir.  Nailə  böyüyüb  atası  kimi  maşinist  olmağı  arzu 

edir


1

.  


Bu nümunə bir daha sübut edir ki, oxunun şüurluluğunu təmin 

edən əsas məsələlərdən biri də məntiqi vurğunun düzgün müəyyən-

ləşdirilməsidir.  Şagirdlərə  o  da  çatdırılmalıdır  ki,  nitqdə,  mətndə 

işlənən  ―amma‖,  ―ancaq‖,  ―lakin‖,  ―yalnız‖,  ―hətta‖,  ―yenə  də‖, 

―yəni‖ sözləri (bağlayıcıları) həmişə məntiqi vurğu ilə deyilir. Xü-

susi intonasiya tələb edir. 

                                                 

1

 A.Abdullayev, Y.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. 



―Maarif‖. Bakı, 1968, səh.249. 


Ağarəhim                                                                                                     Əsərlər 

 

106 



Fasilə.  Oxu,  eləcə  də  nitq  prosesində  intonasiyanı  təmin  edən 

mühüm  tərkib  hissələrdən  biri  də  fasilədir.  Onun  əsas  funksiyası, 

oxu  prosesindəki  birinci  vəzifəsi  ayrı-ayrı  cümlələri  müəyyən  his-

sələrə (sözlərə, söz qruplarına) ayırmaqdan, ikincisi isə həmin his-

sələrin  mənaca  bir-birinə  bağlanması  işini  təmin  etməkdən  ibarət-

dir.  Fasiləyə  düzgün  əməl  olunması  oxunun  şüurluluğuna  müsbət 

təsir  göstərir,  təfəkkürün  məhsuldarlığını  artırır,  mənimsəmənin 

keyfiyyətini yüksəldir. 

Metodik ədəbiyyatda haqlı olaraq fasiləni üç növə ayırırlar: 

a) qrammatik fasilə

b) məntiqi fasilə

c) psixoloji fasilə. 



a)  Qrammatik  fasilə.  Bu,  adından  məlum  olduğu  kimi  durğu 

işarələri ilə bağlıdır. Başqa fasilələrə nisbətən qısa olur. Cümlədəki 

həmcins  üzvləri,  ayrı-ayrı  cümlələri  bir-birindən  ayırır,  həmçinin 

onlar  arasında  müəyyən  əlaqələr  yaradır,  oxu  prosesini  ahəngdar-

laşdırır. 

Aparılan müşahidələr göstərir ki, I-II siniflərdə şagirdlər durğu 

işarələrinə düzgün əməl edə bilmirlər. III sinif şagirdləri isə vergül-

də də, nöqtəli vergüldə də, qoşa nöqtədə də, nöqtədə də, sual və ni-

da işarələrində də, hətta tiredə də (-) eyni cür fasiləyə əməl edirlər. 

Onlar  bu  durğu  işarələrini  intonasiyanın  müəyyən  elementləri  ol-

duqlarını başa düşmürlər. Ona görə də  yaxşı olar ki, müəllim I-IV 

siniflərdə  şagirdlərə  qrammatik  fasilənin  oxu  prosesində  müəyyən 

intonasiya funksiyasını öyrətmək üçün bu işə ifadəli oxunan mətnin 

müşahidəsindən  başlasın.  Belə  ki,  müəllim  əvvəl  hər  hansı  mətni, 

şeiri qrammatik fasiləni gözləməklə oxuyur. Şagirdlər oxunan ma-

terialı dərslikdə izləyir, müəllimin harada fasiləyə necə əməl etmə-

sinə  diqqət  yetirir.  Bundan  sonra  şagirdlərdən  qrammatik  fasiləyə 

əməl etməklə oxumaq tələb olunur. Beləliklə, şagirdlər bir tərəfdən 

qrammatik  fasiləyə  necə  əməl  olunmasını,  digər  tərəfdən  şifahi 

nitqlə yazılı nitq arasındakı əlaqələri tədricən öyrənirlər. 

Qabaqcıl  müəllimlər  bu  işin  müxtəlif  variantlarından  istifadə 

edirlər.  Tutaq  ki,  III  sinifdə  müəllim  şagirdlərin  qrammatik  fasilə 




Ağarəhim                                                                                                     Əsərlər 

 

107 



haqqındakı  məlumatlarını  bir  qədər  genişləndirməlidir.  Odur  ki, 

N.Xəzrinin  ―Maral‖  şeirini  əvvəlcədən  intonasiyanı  gözləməklə 

maqnitofon lentinə yazır. Dərs prosesində şagirdlər müəllimin tələ-

bi ilə dərslikdən həmin şeiri tapırlar. Sonra müəllim şagirdlərə mü-

raciətlə: 

— Uşaqlar, indi maqnitofonda ―Maral‖ şeiri ifadəli şəkildə səs-

lənəcək.  Siz  həmin  şeirdə  vergül,  nöqtə,  sual  və  nida  işarələri  qo-

yulmuş  yerlərdə fasiləyə və fasilədən sonra səsin qalxmasına fıkir 

verin. Onları  yadınızda saxlayın. Oxu prosesindən sonra müşahidə 

etdikləriniz haqqında məlumat verməyə hazırlaşın. 

Nəhayət, şeir maqnitofonda səslənir. Bütün şagirdlər eşitdikləri-

ni şeirin yazılı forması üzərində müşahidə edirlər. 

Birinci bənd qurtaran kimi müəllim maqnitofon lentini saxlayır. 

Şagirdlərdən müşahidələrini soruşur: 

— Vergül işarəsi olan yerdə nə müşahidə etdiniz? 

— Səs bir az aşağı düşdü. Kiçik fasilə oldu. Sonra isə yenə səs 

əvvəlki kimi artırıldı. 

— Nöqtədə nəyi müşahidə etdiniz? 

— Nöqtədə fıkir bitdi. Fasilə vergülə nisbətən uzun oldu. 

— Bəs sual işarəsi olan yerdə? 

— Sual işarəsi olan yerdə də nöqtədəki qədər fasilə oldu. Ancaq 

burada ―maral‖ sözü ucadan deyildi.  

— Uşaqlar, diqqətlə fıkir verin. İndi də şeirin ikinci bəndi səslə-

nir. 


Şagirdlər ikinci bəndi də müşahidə etdikdən sonra müəllim de-

yir: 


— Uşaqlar, bu bənddə hansı yeni durğu işarəsi işləndi? 

— Bu bənddə iki yerdə nida işarəsi işlənmişdi. 

— Bu işarə olan yerdə nəyi müşahidə etdiniz? 

—  Nida  işarəsi  olan  yerdə  uzun  fasilə  oldu.  Sual  işarəsindəki 

kimi burada da ―maral‖ sözü ucadan tələffüz olundu. 

Şeirin qalan bəndləri üzərində də belə iş gedir. Sonra müəllim 

şagirdlərin müşahidələrini ümumiləşdirir: 

— Uşaqlar, siz düzgün müşahidə etdiniz. Vergül olan yerdə səs 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə