Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

96 



prosesində materialın məzmun və formasından asılı olaraq səsin tə-

ləffuzə,  tona,  gücə,  temp  və  tembrə  görə  belə  dəyişməsi  nitqdə 

ahəngdarlıq  yaradır.  Obrazlı  desək,  bu  komponentlər  sanki  musiqi 

notlarıdır. Musiqiçi gözəl bir musiqi əsəri çalarkən, çaşaraq notları 

dəyişik saldıqda melodiya və melodik taktlar pozulduğu kimi, into-

nasiyanın  komponentlərindən  də  düzgün  istifadə  edilmədikdə  ifa-

dəlilik pozulur. Hər iki halda (musiqidə, ifadəli oxuda) musiqiçinin, 

oxucunun  və  eləcə  də  dinləyicilərin  hissləri,  duyğuları  gərginləşir, 

dinləmək, başa düşmək, mənanı şüurlu dərk etmək olmur. 

İntonasiyanın gözlənilməsində səsin aşağı və ucalığı, səsin gücü 

və tempi köməkçi vasitə kimi meydana çıxır. İntonasiyada əsas ma-

hiyyət,  funksiya  oxu  materialının  məzmunundan  irəli  gələn  səsin 

tembridir, məzmunun şən va yaxud qəmgin əhvali-ruhiyyə tələb et-

məsidir. Deməli, materialın aşağıdan və yaxud ucadan oxunmasını, 

səsin güc və tempini həmin materialın tembri müəyyənləşdirir. Səs 

tembri mətndəki hiss və həyəcanları ifadə edir, oxuya emosionallıq, 

əlvanlıq gətirir. Bu, oxucunun məzmuna, ayrı-ayrı obrazlara, onla-

rın hərəkətinə münasibəti ilə, həmin hadisənin ona təsiri ilə, özünün 

(oxucunun) psixofızioloji təbiəti, fərdi temperamenti və bilik səviy-

yəsi ilə əlaqədardır. Əgər oxucuda müəyyən anda (oxu prosesində) 

şən əhval-ruhiyyə  yoxdursa, heç şübhəsiz ki,  o, hər hansı  lirik bir 

şeiri  də  şən  əhvali-ruhiyyə  ilə  oxuya  bilməyəcəkdir.  Bunun  üçün 

oxucunun özündə daxili ehtiras, həvəs olmalıdır. Bu situasiya oxu-

cuya səsin tembrindən düzgün istifadə etmək imkanı verir. Deməli, 

oxu prosesində səsin tembrə görə dəyişməsi bir tərəfdən oxu mate-

rialının, digər tərəfdən isə oxucunun özünün psixofizioloji vəziyyə-

tindən asılı olur. Oxu prosesində səs tembrinin gözlənilməsi intona-

siyanın digər tərkib hissələrindən (səsin aşağıdan və yuxarıdan, gü-

cündən, tempindən) daha çətindir. Ona görə də müəllim bu məsələ-

ləri praktik şəkildə öz oxusu və yaxud nitqi ilə şagirdlərə çatdırma-

lıdır. Bununla belə səsin aşağı və ucalığının, gücünün və tempinin 

əhəmiyyəti heç də azaldılmır. Əksinə, onların da intonasiyanın mü-

hüm komponentləri olması göstərilir. İndiyə qədər deyilənləri belə 

ümumiləşdirmək  olar:  intonasiya  oxu  materialının  (yaxud  danışı-




Ağarəhim                                                                                                     Əsərlər 

 

97 



ğın) mahiyyətindən, məqsədindən doğan insan hisslərinin şifahi şə-

kildə ifadəsidir. 

Araşdırmalar  göstərir  ki,  I-IV  siniflərin  dərsliklərindəki  mate-

rialların bir qismi şən, ikinci qismi isə qəmgin əhvali-ruhiyyə tələb 

edir.  Məsələn,  II  sinifdə  A.Şaqin  ―Ana  yurdum‖,  İ.Səfərlinin 

―Ana‖,  O.Sarıvəllinin  ―Bizim  bağda‖,  T.Elçinin  ―Yaşar  sənət  se-

çir‖, T.Mütəllibovun  ―Qonaq gəlir‖, ―Şən  yolka‖, Ə.Cəmilin ―Və-

tən‖,  III  sinifdə  M.Dilbazinin  ―Yay  nəğməsi‖,  R.Rzanm  ―Beşik 

nəğməsi‖, A.Səhhətin ―Quşlar‖, Ə.Əlibəylinin ―Təzə il‖, IV sinifdə 

N.Rəfıbəylinin  ―Sev‖,  İ.Tapdığın  ―Dostluğun  gücü‖,  H.Razinin 

―Ana məhəbbəti‖, C.Cavadlının ―Hədiyyə‖ və s. mətnlərini şən əh-

vali-ruhiyyə ilə oxumaq lazım gəlir. Bunsuz həmin mətnlərdə veri-

lən hissləri, sevinci, emosiyanı,  şairin hadisələrə olan münasibətini 

vermək mümkün deyil. 

İkinci qism materiallara isə III sinifdə C.Novruzun ―Ananın sə-

si‖, N.Xəzrinin ―Maral‖, IV sinifdə M.Dilbazinin ―Mənim andım‖, 

Z.Cabbarzadənin ―Yer üzündə uşaqlar var‖ və s. daxildir. Bəzən bu 

materiallarda  səsin  alçaq  və  ucalığı,  səsin  tempi  öz  yerində  qalır, 

tembr isə bir neçə dəfə dəyişməli olur. Oxu materialının məzmunu-

nun, mahiyyətinin, məqsədinin, oradakı hisslərin, duyğuların, başqa 

sözlə,  ruhi  halların  incəliklərinə  qədər  meydana  çıxmasına  şərait 

yaradır. Oxucunun fıziki və psixi keyfıyyətləri qarşılıqlı əlaqədə ol-

duğundan oxu prosesində intonasiyanın nəfəs, səs (məlahətli, incə, 

təmiz,  kobud,  zəif,  gur,  xırıltılı,  tıntın  və  ya  xırıltılı),  diksiya  (dil, 

diş, dodaq və s. fəaliyyətindən asılı olaraq aydın, anlaşıqlı tələffüz) 

və s. kimi texniki cəhətləri də nəzərə alınmalıdır. Şagirdlər ilk gün-

dən bilməlidirlər kı, oxumazdan əvvəl dərindən nəfəs almaq, mənti-

qi  cəhətdən  bitmiş  hissə  qurtarana  kimi  onu  eyni  qaydada  burax-

maq  lazımdır,  həmçinin  oxu  prosesində  ifadəliliyi  gözləmək  üçün 

nəfəs ağızla deyil, burunla alınmalıdır. 

I-IV  siniflərdə  şagirdlərə  oxu  prosesində  mətndəki  rollara  uy-

ğun səslərini dəyişmək bacarıqları da aşılanmalıdır. Respublikanın 

müxtəlif zonalarında apardığımız müşahidələr göstərir ki, III sinif-

də təlim ilinin əvvəllərində şagirdlər bu işi yerinə yetirməkdə çətin-




Ağarəhim                                                                                                     Əsərlər 

 

98 



lik çəkirlər. Lakin müntəzəm aparılan məşqlər nəticəsində onlar bu 

işə tez alışırlar. Belə ki, II sinif şagirdləri ―Tülkü və keçi‖, ―Qarğa 

və tülkü‖, L.Tolstoyun ―Şir və siçan‖, ―Aslan və dovşan‖, ―Getdin, 

gördün‖  və  s.  kimi  dialoqlu  mətnlərdə  səslərini  tülküyə,  keçiyə, 

qarğaya, şirə, siçana, aslana, dovşana, canavara və ata uyğun olaraq 

asanlıqla dəyişirlər. Aparıcının sözlərini adi qaydada verməyə çalı-

şırlar.  III  sinifdə  ―Şah  və  tamahkar  vəzir‖,  N.Gəncəvinin  ―Şah  və 

xidmətçi‖, ―Dost dosta tən gərək‖, I-IV sinifdə İ.Krılovun ―Qurd və 

quzu‖,  ―Kəndli  və  muzdur‖,  Ə.Sabirin  ―Hörümçək  və  ipəkqurdu‖, 

―Qarğa və tülkü‖, H.Ziyanın ―Kirpinin cavabı‖, A.Səhhətin ―Qarış-

qa və milçək‖, ―Şir və tülkü‖ və s. kimi daha mürəkkəb xarakterli 

mətnlərdə  obrazlara,  onların  hərəkətinə,  xarakterinə  uyğun  intona-

siya seçirlər. Bu prosesdə şagirdlər hər obrazın ayrı-ayrılıqda daxili 

aləminə  atılır,  onun  məqsədini,  hərəkətlərini,  keçirdiyi  iradi-emo-

sional hissləri anlayır, şüurlu şəkildə başa düşür və dərk edirlər. Bə-

zən elə mətnlər də olur ki, onun məzmununa, təsvir olunan obrazla-

rın xarakterinə uyğun intonasiya variantı tapmaqda şagirdlər çətin-

lik çəkirlər. Tutaq ki,  III sinif şagirdləri N.Gəncəvinin ―Kərpickə-

sən qoca‖ hekayəsinin oxusu prosesində intonasiyaya düzgün əməl 

edə bilmirlər. Bu zaman müəllim şagirdlər sualla müraciət edir: 

— Uşaqlar, hekayənin birinci abzasında nədən bəhs olunur? 

— Şam şəhərində qoca bir kişinin hər gün kərpic kəsməsi, çö-

rək pulu qazanmasından. 

— Bəs sonra? 

—  Heç  kimdən  minnət  götürməməsi,  heç  kəsə  əl  açmamasın-

dan. 


— İkinci abzasda nədən danışılır? 

—  Qocanın  kərpic  kəsməsindən,  onun  yanına  cavan  oğlanın 

gəlməsindən və qocaya salam verməsindən. 

— Doğrudur. İndi kim deyər, bu abzası biz necə oxumalıyıq? 

— Adi danışıq qaydası ilə. 

— İndi də üçüncü abzası hamınız səssiz oxuyun. 

Şagirdlər hekayədən həmin hissəni oxuyurlar: 

―— Sözün doğrusu, mən sənə təəccüb edirəm. Bu qoca yaşında 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə