Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

132 



üçün  daha  hündür  və  məğrur  görünmək  istəyirdi?  Rəfiqələri  ona 

təəccüblə nə dedilər? Qoca ağac necə dayanmışdı? Tənəyin aqibəti 

necə oldu? Tənək və ağacın fərqi nədir?‖ və s. kimi suallar verilmə-

lidir. Bundan sonra şagirdlərdən biri tənəyin, ikincisi isə qoca ağa-

cın haqqında danışdılar. 

III-IV  siniflərdə  məzmunun  şüurlu  mənimsənilməsi,  hekayənin 

tərbiyəvi ideyasının müəyyənləşdirilməsi baxımından bu priyomun 

tətbiqinə bir qədər də geniş yer verilməlidir. 



Yığcam nağıletmə. II-IV siniflərdə yığcam nağıletmə şagirdləri 

problemlə qarşılaşdırır. İbtidai sinif şagirdləri öyrəndiklərini, müşa-

hidə  etdiklərini  təfsilatı  ilə  müəllimə,  yoldaşlarına  çatdırmağa  bir 

növ adət etdiklərindən onlar ―fikrini yığcam nağıl et‖ tələbini yeri-

nə yetirə bilmirlər. Ona görə də təlim prosesində və eləcə də sinif-

dənxaric  tədbirlərdə  bu  məsələyə  xüsusi  diqqət  yetirilməlidir.  Bəs 

bu priyomu təcrübəyə necə tətbiq etmək olar? Hər şeydən əvvəl na-

ğıl olunacaq məzmuna tərtib olunmuş dəqiq planın və ya müəllimin 

istiqamətverici  sualların  köməyilə.  Bu  zaman  plan  və  ya  sual  elə 

tərtib olunmalıdır ki, onun hər bir maddəsi məzmunun əsas hissələ-

rini,  fabulasını  təsəvvürdə  canlandırmağa  imkan  versin.  Məsələn, 

III  sinifdə  İ.Əfəndiyevin  ―Qoçaq  uşaqlar‖  hekayəsinin  məzmunu-

nu: ―Uşaqların fermaya gəlməsi‖; ―Çobanların sevinci‖; ―Qoyunun 

axtarılması‖; ―Qoyunun tapılması‖; ―Uşaqların meşədə tonqal qala-

ması‖;  ―Qəzetdə  qoçaq  uşaqlar  haqqında‖  və  s.  cümlələr,  ifadələr 

əsasında yığcam nağıl etdirmək mümkündür. 

Suallar  tutarlı  və  əsas  mahiyyəti  açmağa  kömək  etməlidir.  Bu 

xarakterli suallar şagirdləri vəzifələrlə qarşılaşdırdığından onlar da 

konkret faktlara əsaslanır, məzmunu yığcam nağıl etməyə çalışırlar. 

Seçmə nağıletmə. Seçmə nağıletmədən III-IV siniflərdə istifadə 

olunmalıdır. Təcrübə göstərir ki, ilk vaxtlar şagirdlər bu əməliyyatı 

tətbiq etməkdə çətinlik çəkirlər. Ona görə də çalışmaq lazımdır ki, 

şagirdlər  nağıl  ediləcək  məzmunu  dərindən  mənimsəsinlər.  Belə 

olmadıqda onlar işin öhdəsindən heç cürə gələ bilməzlər. Məsələn, 

Q.Xəlilovun ―Dağılan yurd‖ hekayəsinin məzmunu ilə əlaqədar şa-

girdlərdən  ―Azərbaycanlıların  yurd-yuvasının  dağılması  hissəsini 



Ağarəhim                                                                                                     Əsərlər 

 

133 



danışın‖, ―Ermənilərin azərbaycanlılara zülmünü təsvir edin‖, ―Sa-

hilənin göz yaşlarını təsvir edin‖ və s. istiqamətdə danışmağı tələb 

etmək olar. 

Şagirdlər  belə  tapşırıqlar  əsasında  fıkirlərini  ifadə  edirlər.  Nə-

ticədə fakt və hadisələr arasındakı məntiqi əlaqələri şüurlu mənim-

səyirlər. 



Nəzmi  nəsrə  çevirməklə  nağıletmə.  Hekayədə,  nağılda  olduğu 

kimi,  nəzm  əsərlərdə  şagirdlər  hazır  nitq  materiallarından  istifadə 

etmirlər. Onlar təfəkkürlərində yaranan obrazı (məzmunu) ifadə et-

mək  üçün  aydın  və  dəqiq  forma  axtarırlar.  Təcrübə  göstərir  ki,  bu 

işə II sinifdə sadə təmsillərdən başlamaq daha məqsədə müvafıqdir. 

Əvvəla, təmsillərdə məzmun heyvanların, quşların dililə açıldı-

ğından şagirdləri çox maraqlandırır. İkincisi, təmsillər bir qədər sa-

də  süjet  üzərində  qurulur.  Məzmun  təfsilatı  ilə  oynaq  dillə  verilir. 

Məsələn IV sinifdə İ.A.Krılovun ―Qurd və quzu‖, ―Kəndli və muz-

dur‖,  B.Vahabzadənin  ―Əlcək‖,  Ə.Kərimin  ―Dənizdə  şəhər‖, 

M.Ə.Sabirin  ―Qarğa  və  tülkü‖,  ―Ağacların  bəhsi‖,  A.S.Puşkinin 

―Balıqçı və balıq nağılı‖ və s. kimi böyük həcmli mürəkkəb və qə-

liz nəzm əsərlərin məzmununu nağıl etdirmək mümkündür. 

Tutaq ki, şagirdlər Ə.Kərimin ―Dənizdə şəhər‖ şeirinin məzmu-

nunu nağıl edə bilmirlərsə, onda müəllim tutarlı suallar verməlidir: 

―Oğlan atasından nə soruşdu‖, ―Atası ona necə cavab verdi?‖, ―Ata 

göy suların  üstündəki  şəhəri necə təsvir etdi?‖, ―Xəzərin dalğaları 

haqqında nə deyir?‖, ―Dəniz coşanda neftçilərin vəziyyəti necə ol-

du?‖, ―Dənizdə neçə adam var idi?‖, ―Usta köməyə gələn dostları 

görüb nə üçün qışqırır?‖, ―Qəhrəman neftçilər sahilə necə çıxdılar? 

və  s.  suallar  şagirdləri  xeyli  fəallaşdırır,  onlara  məzmunu  necə  və 

hansı formada verəcəklərini müəyyənləşdirməkdə kömək edir. 



İmprovizə üzrə nağıletmə. İmprovizə üzrə nağıletmədə şagird-

lər hadisənin məzmununu təkcə təfsilatı nağıl etməklə qalmır, eyni 

zamanda özləri onun iştirakçısına çevrilirlər. 

Tutaq  ki,  III  sinifdə  Y.Kupalanın  ―Oğullar‖  şeirini  müəllim 

əvvəlcə özü ifadəli oxuyur. Səsinin, əl-üz hərəkətlərinin müşayiəti-

lə nümunə verir. Sonra şagirdlərin birinə aparıcının, ikincisinə ata-




Ağarəhim                                                                                                     Əsərlər 

 

134 



nın, qalan altı oğlun obrazının hər birini bir nəfərə tapşırır. Hər rol-

da çıxış edən şagird mətnin məzmununa, hər kəsin arzu və istəyinə 

uyğun olaraq səsini dəyişir, öz bilik və bacarığını nümayiş etdirir. 

Tədricən  şagirdlər  obrazın  psixologiyasına  nüfuz  edir,  məqsəd 

və  fəaliyyətini  real  şəkildə  qiymətləndirirlər.  Beləliklə,  I-IV  sinif 

şagirdlərinin nağıletməyə marağı yüksəlir, əsərin bədii dəyərini ba-

şa düşür, məzmunu, ideyanı şüurlu mənimsəyirlər (Bu haqda gələ-

cəkdə söhbət açılacaq). 



Bir neçə mənbə üzrə nağıltmə. Tutaq ki, IV sinifdə şagirdlərə 

―Qarabağ  Azərbaycanın  ürəyidir‖  mövzusu  ilə  əlaqədar  ―Daşaltı 

əməliyyatı‖, ―Xocalı soyqırımı‖, ―Şuşanın alınması‖ və s. mətnlər 

oxunmuşdur. 

Müəllim ―Qarabağ Azərbaycanın ürəyidir‖ mövzusunda şagird-

lərlə müsahibə aparır. Sonra birinci qrupa ―Azərbaycan oğullarının 

fədakarlığı‖, ikinciyə ―Tarixi abidələrin dağıdılması‖, üçüncüyə isə 

―Qadınların, qocaların və uşaqların əsir alınması‖ mövzuları verilir 

və  növbəti  dərsdə  həmin  mövzularda  nağıl  edəcəkləri  çatdırılır. 

Növbəti  dərsdə  hər  qrup  tapşırılan  mövzu  üzrə  bildiklərini  nağıl 

edir. Hər bir şagird hadisələrə öz şəxsi münasibətini bildirir, sülhse-

vər azərbaycanlılarla qəsbkar, qaniçən ermənilərin hərəkətləri, istə-

yi haqqında bitkin inşalar qururlar. 

Yarımçıq  verilmiş  hekayənin  tatamlanması  üzrə  nağıletmə. 

Qabaqcıl müəllimlər bu nağıletməni III-IV siniflərdə iki istiqamət-

də  aparırlar.  Birincidə  hər  hansı  oxu  materialı  şagirdlərə  təqdim 

olunur. Onun mənimsənilməsi üzərində iş gedir. Sonra şagirdlərdən 

biri  məzmunu  danışır.  Gözlənilmədən  müəllim  nağıletməni  saxla-

yır, başqa bir şagird nağılı davam etdirməli olur. Bu bir neçə cəhət-

dən əhəmiyyətlidir: 

— şagirdləri dərsdə diqqətli olmağa səfərbər edir

— şagirdləri məzmunu dərindən öyrənməyə çağırır; 

— şagirdlərdə fikri yerində tutmaq və onu davam etdirmək ba-

carığı aşılayır; 

— az vaxt  ərzində bir neçə şagirdin nağılını dinləyib,  qiymət-

ləndirmək imkanı verir və s. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə