Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

159 



onların düzgün yazılması və tələffüzü üzrə işlər aparılır. III sinifdə 

isə şagirdlər ―Isim‖, ―Sifət‖ və ―Feil‖ nitq hissələri ilə, onların mə-

nası, sualları ilə, sadə nəzəri məsələləri ilə tanış edilirlər. İsmin kə-

miyyətə  görə  dəyişməsi,  ismin  cümlədə  başqa  sözlərlə  birləşərkən 

şəkilçi qəbul etməsi, sadə və düzəltmə sifətlər (terminsiz), şəkilçi-

lərinin (-lı, -li, -lu, -lü; -sız, -siz, -suz, -süz) yazılışının öyrədilməsi 

məsələləri  irəli  sürülür.  Bu  sahədəki  işlər  IV  sinifdə  bir  qədər  də 

mürəkkəbləşdirilir. III sinifdə öyrədilənlərdən əlavə bu sinifdə sifət 

düzəldən  şəkilçilərlə  praktik  işlər  aparılır,  sifətin  ismə  aid  olması, 

sifətin aid olduğu isimlə birlikdə işlədilməsi, bir sifətin bir neçə əş-

yaya  aid  edilməsi  və  əksinə,  bir  əşyanın  əlamətlərini  bildirən  bir 

neçə sözün tapılması göstərilir. 

IV sinifdə isə ümumi və xüsusi isimlər, sözdüzəldici şəkilçilərin 

köməyi ilə isimlərin öyrədilməsi, isimlərin hallanması, ismin halla-

rı, hal sualları, hal şəkilçiləri və hal şəkilçilərinin yazılışının öyrə-

dilməsi tələb olunur. 

İbtidai siniflərdə ―Sifət‖ mövzusuna xüsusi yer ayrılır. I sinifdə 

əşyanın  necəliyini  bildirməyə  xidmət  edən  necə?  nə  cür?  hansı? 

suallarını  qoymaqla  əşyaların  əlamətlərinin  müəyyənləşdirilməsi 

sahəsində, əşyanın  necəliyini bildirən sözlər mövzusu  üzrə praktik 

işlər aparılır. III sinifdə ―Sifət‖ mövzusu ilə əlaqədar nəzəri mate-

riallar  bir  qədər  elmi  şəkildə  formalaşdırılaraq  şagirdlərə  təqdim 

olunur.  Həm  isimlərdən  sifət  düzəldən  şəkilçilər  (-lı,  -li,  -lu,  lü;       

-sız, -siz, -suz, -süz; -dakı, -dəki), həm də feillərdən sifət düzəldən 

şəkilçilər (-ıq, -ik, -uq, -ük; -ıncı, -ınci, -uncu, -üncü) və sifətlərdən 

ən, çox, daha sözlərinin işlədilməsi nəzərdə tutulur. 

Feilin  tədrisi  ilə  əlaqədar  əşyaların  hərəkətini  bildirən  sözlərə 



nə edir? nə etdi? nə edəcək?  suallarının şifahi şəkildə qoyulması 

tələb olunur. II sinifdə ―Əşyanın hərəkətini bildirən sözlər‖ mövzu-

su  ilə  əlaqədar  məktəblilər  praktik  çalışmalar  üzərində  işləyirlər. 

Hərəkətin hansı zamanda baş verdiyi şagirdlərə çatdırılır. III sinifdə 

həm nəzəri, həm də praktik çalışmalar genişləndirilir. Feilin isimlə 

bağlılığı, onun isimlə birlikdə işlədilməsi, feillərin zamana görə də-

yişməsi (keçmiş şühudi, indiki və gələcək zaman) şəkilçilərinin ya-



Ağarəhim                                                                                                     Əsərlər 

 

160 



zılışı  və  tələffuzü,  başlayacaq,  işləyəcək,  duzlayacaq  və  s.  tipli 

gələcək zaman feillərində və samitlərinin ğ  və y samitinə keç-

məsinin  mənimsədilməsi  nəzərdə  tutulur.  Məsdər,  onun  mənası, 

sualları və şəkilçilərinin öyrədilməsi irəli sürülür. 

IV sinifdə əvvəlki siniflərdəkilər təkrarlanmaqla daha yeni mə-

lumatların verilməsi tələb olunur. Belə ki, məsdərin isim kimi hal-

lanması,  məsdər  şəkilçilərinin  yazılışı,  felin  nəqli  keçmiş  zamanı, 

feilin qeyri-müəyyən gələcək zamanı, indiki, keçmiş və gələcək za-

man feillərinin şəxsə görə dəyişməsi ön plana çəkilir. İsim və sifət-

lərdən düzələn feillər, feillərdə inkar şəkilçilərinin işlədilməsi, mü-

rəkkəb  feillər  haqqında  anlayış,  belə  feillərin  cümlədə  işlədilməsi 

məsələləri göstərilir. 

―Say‖ və ―Əvəzlik‖ haqqında anlayış, onların hər birinin məna-

sı,  sualları  üzrə  iş  nəzərdə  tutulur.  Sayla  əlaqədar,  miqdar  sayları 



(nə qədər?  sualına cavab olması), sıra sayları (neçənci?) sualların 

yazılışının  öyrədilməsi  zəruri  hesab  edilir.  Əvəzliklərlə  bağlı  şəxs 

əvəzlikləri,  işarə  əvəzlikləri,  onların  sualları,  şəxs  əvəzliklərinin, 

onların sualları, şəxs əvəzliklərinin hallanması, o, bu əvəzlikləri ilə 

ifadə olunan mübtədalardan sonra vergül işarəsinin qoyulması gös-

tərilir. 

II-III siniflərdə leksik çalışmalara xüsusi yer verilir. Çoxmənalı, 

yaxınmənalı və əksmənalı isim, sifət və feillərin tematik və lüğəvi 

məna  qrupları  üzrə  qruplaşdırılması,  fıkri  dəqiq  ifadə  etmək  üçün 

daha münasib sözlərin (isim, sifət və feilləri) seçilməsi irəli sürülür. 

―Sintaksis‖ anlayışı, cümlədə sözlərin sayı, ardıcıllığı, bu cüm-

lələrdə  kimin  və  nəyin  haqqında  danışıldığı,  nə  deyildiyi  ilə  tanış 

olur, yeri gəldikcə, onlara cümlə qurma, onları  genişləndirmə üzrə 

sadə  praktik  işlər  icra  etdirilir.  Bütün  bunlar  məktəbliləri  II-IV  si-

niflərdə sintaksisdən zəruri bilik, bacarıq və vərdişlərin qazanılma-

sına hazırlayır. 

―Cümlə‖  mövzusunun  tədrisinə  II  sinifdə  praktik  çalışmalarla 

başlanır. Müxtəlif vasitələrlə cümlələrin qurulması, onların suallar 

əsasında genişləndirilməsi, cümlənin sonunda nöqtə və sual işarəsi-

nin qoyulması üzrə rəngarəng işlər aparılır. III-IV siniflərdə sintak-




Ağarəhim                                                                                                     Əsərlər 

 

161 



sis  təliminin  məzmunu  bir  qədər  də  mürəkkəbləşdirilir,  daha  elmi 

xarakter daşıyır. 

Bunun nəticəsidir ki, III sinifdə cümlənin baş (mübtəda, xəbər) 

və  ikinci  dərəcəli  (növlərə  ayrılmadan,  terminsiz)  növləri,  söz  bir-

ləşmələrinin  tərtibi,  mürəkkəb  cümlə  (iki  sadə  cümlədən  ibarət), 

mürəkkəb  cümlədə  vergül  işarəsinin  qoyulması,  öyrənilmiş  nitq 

hissələri ilə mürəkkəb cümlənin tərtib edilməsi nəzərdə tutulur. Bu 

məsələlərin  bir  qrupu  IV  sinifdə  praktik  çalışmalarla  təkrarlanır. 

Sonra mübtəda və xəbərin müxtəlif nitq hissələri ilə ifadə olunması, 

müxtəsər  cümlələrin  genişləndirilməsi,  o,  bu  əvəzlikləri  ilə  ifadə 

olunan  mübtədalardan  sonra  vergülün  işlədilməsi  qeyd  edilir.  Bu-

nunla  belə,  həmcins  üzvlü  cümlələr,  sadalanan  sözlərin  sonuncu-

sundan əvvəl və, ki,  da,  də,  ilə,  isə  bağlayıcılarının işlədilməsi ön 

plana çəkilir. Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında 

vergülün, amma,  ancaq,  lakin,  çünki  bağlayıcılarının işlədilməsi 

nəzərdə tutulur. 

Azərbaycan dilinin bütün səviyyələrinin öyrədilməsində düzgün 

yazı  təlimi,  orfoqrafik  qaydalar  üzərində  iş  başlıca  yer  tutur.  Şa-

girdlər  ayrı-ayrı  mövzuların  tədrisində  orfoqrafık  qaydaların  mə-

nimsənilməsi ilə əlaqədar rəngarəng praktik çalışmalar üzərində iş-

lədilirlər.  Hər  sinifdə  məktəblilərin  potensial  imkanlarına  uyğun 

olaraq orfoqrafık çalışmalar (böyük və kiçik hərflərin genetik prin-

sipə əsasən qruplar üzrə yazılması, I sinifdə hər məşğələdə 8-10

  də-


qiqəlik hüsnxətt), I sinifdə yazılışı tələffüzündən yalnız fərqlənmə-

yən,  sözlərin,  belə  sözlərdən  tərtib  olunmuş  cümlələrin,  rabitəli 

mətnlərin  köçürülməsi,  kommentarili  yazı  və  həmçinin  müəllimin 

diqtəsinə əsasən yazıların aparılması tələb olunur. 

Məlumdur  ki,  nitq  inkişafı  Azərbaycan  dili  təliminin  başlıca 

prinsipidir.  Bu  sahədəki  işlər  hər  bir  dil  ehtiyatının  zənginləşdiril-

məsi,  danışarkən  ədəbi  tələffüz  qaydalarının  gözlənilməsi,  düzgün 

cümlə qurma bacarıqlarının və rabitəli nitqinin inkişafı hər bir dərs-

də özünə yer tapır. Sinfin ümumi səviyyəsinin  yüksəldilməsi mək-

təblilərin  digər  fənlərin  məzmununu  dərindən  mənimsəməsini  tə-

min edir, onların təşəbbüskarlıq, yaradıcılıq qabiliyyətini formalaşdırır. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə