Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə58/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   54   55   56   57   58   59   60   61   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

174 



rüşünün formalaşmasına güclü kömək göstərir. 

 

7. Azərbaycan dilindən təhlilin aparılması 



yolları 

 

Qrammatik  təhlil  Azərbaycan  dilinin  bir  çox  səviyyələrindən 



qazanılan bilik, bacarıq və vərdişləri bu və ya digər dərəcədə hərə-

kətə gətirir. Şagirdlərin şifahi və  yazıl nitqinin, məntiqi təfəkkürü-

nün inkişafına kömək göstərir. Azərbaycan dilindən mənimsənilən-

ləri möhkəmləndirir. Təhlil prosesində məktəbli dildən aldığı nəzəri 

bilikləri  praktik  çalışmalara  (ayrı-ayrı  sözlərə,  cümlələrə,  rabitəli 

mətnlərə) tətbiq edir, onlardan Azərbaycan dilinin müvafiq qayda-

larını tapır, hansı bölmələrə aid olduğunu müəyyənləşdirir, oxşar və 

fərqli  cəhətlərini  ayırır,  əlamətlərinə  görə  təsnif  edir,  ümumiləşdi-

rilmiş nəticələrə gəlir. Təhlil olunan söz və cümlələrə xarakteristika 

verir. 


Təhlil  şagirdlərdən  tam  şüurlu  fəaliyyət  tələb  edən  prosesdir. 

Burada  məktəblilərdən  yalnız  keçilmişləri xatırlamaq,  bir  növ  tək-

rarlamaq tələb olunmur. Onlar həm nəzəri cəhətdən yeni qayda-qa-

nunlar  mənimsəyir,  həm  də  öyrəndiklərini  praktik  çalışmalara  tət-

biq edirlər. Belə bir şəraitdə şagirdlərin diqqəti iradiləşir, vərdişləri 

möhkəmlənir, müstəqil fəaliyyət göstərmək bacarıqları artır. 

I sinifdə şagirdlər ―cümlə‖, ―söz‖, ―səs‖, ―hərf‖, ―sait‖, ―samit‖, 

―qalın  sait‖,  ―incə  sait‖  və  s.  kimi  terminlərlə  tanış  olduqları  za-

mandan bəsit şəkildə də olsa, sinifdə Azərbaycan dilinin bölmələri 

üzrə  şifahi  təhlil  gedir.  Cümlələr  sözlərə,  sözlər  hecalara,  hecalar 

səslərə  ayrılır,  səslə  hərf  arasındakı  münasibətlər  açılır,  cümlədə 

sözlərə  suallar  qoyulur.  Hər  hansı  səsin  dəyişməsi  ilə  (şal-sal-nal-

xal-bal; çala-xala-mala-tala) sözlə,  yaxud sözün dəyişməsi ilə (Ta-

hirə məktəbdə (səhnədə) oxuyur. Atam (müəllim, həkim, traktorçu, 

bənna və s.) işləyir) cümlədə məna dəyişir. Təcrübə göstərir ki, təh-

lil prosesində bu məsələlərə diqqət yetirilməlidir. 

I-IV siniflərdə təqdim olunan materialların məzmunu, xarakteri 

əvvəlkilər bir növ təkrar olunmaqla genişlənən əlaqələr sistemində 




Ağarəhim                                                                                                     Əsərlər 

 

175 



xeyli mürəkkəbləşdirilir. II sinifdə əlavə olaraq əşyanm adını, necə-

liyini, hərəkətini bildirən sözlər, sözlərin kök və şəkilçiyə ayrılma-

sı, cümlənin növləri, III sinifdə dodaqlanan və dodaqlanmayan sait-

lər,  ahəng  qanunu,  sözün  tərkibi,  III-IV  siniflərdə  sözün  quruluşu, 

nitq hissələrinin qrammatik əlamətləri, sadə və mürəkkəb cümlələr, 

cümlə  üzvləri,  müxtəlif  qrammatik  qaydalar  arasındakı  oxşar  və 

fərqli cəhətlər və s. verilir.

 

Tədris  materialının  məzmunundan  və  dərsin  məqsədindən  asılı 



olaraq Azərbaycan dilindən təhlili müxtəlif şəkildə aparmaq müm-

kündür (metodik ədəbiyyatda bunu yarımçıq, bütöv və tam təhlil də 

adlandırırlar). 

a)  Konkret  mövzu  üzrə  yarımçıq  təhlil.  Burada  məqsəd 

konkret  mövzu  üzrə  şagirdlərin  nələrə  yiyələndiklərini  aşkara  çı-

xarmaqdır.  Ona  görə  də  sözün,  nitq  hissəsinin,  cümlənin,  cümlə 

üzvlərinin  yalnız  bir  və  ya  bir  neçə  əlamətinin  göstərilməsi  tələb 

olunur. Məsələn, III sinifdə ―Ahəng qanunu‖ mövzusunun tədrisin-

dən  sonra  müvafiq  sözlərin  həmin  qanuna  tabe  olub-olmaması  sə-

bəbləri, saitlərin dodaqların vəziyyətinə görə növləri aydınlaşdırılır. 

Yaxud, IV sinifdə felin tədrisindən sonra hər hansı hərəkətin adını 

bildirən sözün yalnız sualı və şəxsə (yaxud zamana) görə dəyişməsi 

tapdırılır. Bu təhlil növündən hər bir dərsdə istifadə edilir. 



b) Bölmə üzrə bütöv təhlil. Azərbaycan dilində hər bir bölmə-

nin  sonunda  müraciət  olunur.  Müvaflq  sözün,  yaxud  cümlənin 

bütün  qrammatik  əlamətlərinin  göstərilməsi  tələb  edilir.  Məsələn, 

IV sinifdə ―Cümlə üzvləri‖ (baş və ikinci dərəcəli üzvlər) mövzusu 

keçildikdən sonra Körpə quzular yaşıl çəməndə otlayırlar cümlə-

sində  qrammatik  əsasın  (mübtəda  və  xəbərin)  suallar  əsasında 

müəyyənləşdirilməsi, körpə  və yaşıl  sözlərinin hər ikisinin  necə? 

sualına cavab olması, körpə ikinci dərəcəli üzvünün quzular müb-

tədasını, yaşıl  ikinci dərəcəli üzvünün çəməndə ikinci dərəcəli üz-

vünü  izah  etdiyini  müəyyənləşdirir.  Adından  məlum  olduğu  kimi, 

bu  təhlildən  yalnız  müəyyən  bölmənin  tədrisindən  sonra  istifadə 

edilir. 


c)  Cümlədəki  sözlərin  bütün  qrammatik  əlamətlərinə  görə 


Ağarəhim                                                                                                     Əsərlər 

 

176 



tam  təhlili.  Cümlənin  növü  müəyyənləşdirilir,  sözlərin  hamısının 

bütün qrammatik əlamətləri (cümlə üzvləri, onların ifadə vasitələri, 

sözlərin quruluşu və s.) göstərilir. Belə təhlilin tədris ilinin sonunda 

aparılması məsləhət bilinir. 

Azərbaycan dili üzrə təhlil öz məzmununa görə dilin bütün sa-

hələrini  birləşdirir.  Burada  dilin  bir  sahəsi  demək  olar  ki,  digərin-

dən  təcrid  olunmur.  Belə  ki,  əksər  hallarda  fonetik  və  morfoloji, 

morfoloji  və  sintaktik,  morfoloji  və  orfoqrafık,  morfoloji  və  orfo-

epik, orfoqrafik və orfoepik, sintaktik və durğu işarələri üzrə təhlil 

əlaqəli  aparılır.  Qrammatik  təhlil  üslubi  işləri  də  öz  məzmununda 

birləşdirir. 

 

Fonetik təhlil 

 

Fonetik  təhlil  nitqin  səs  cəhətinin,  səslərin  düzgün  tələffuzü, 



eşitmə  analizatorlarının  inkişafı,  danışıq  səslərinin  birləşmələri  və 

onları  yazıda  verə  bilmək  üzrə  bilik,  bacarıq  və  vərdişlər  yaradır. 

Fonetik təhlildə sözlər hecalara, hecalar səslərə ayrılır, sözlərin səs 

və  hərf  tərkibi  müəyyənləşdirilir.  Təcrübə  göstərir  ki,  bu  təhlildən 

nitqin  səslərinin  aydınlığı,  dəqiqliyi  və  normal  eşitmə  qabiliyyəti 

başlıca şərtdir. Təhlil prosesində dörd cəhətə diqqət yetirilməlidir: 

a)  nitq  yüksəkliyinin  müxtəlif  diapazonlarda  qavrama  qabiliy-

yəti (fiziki eşitmə); 

b) nitq səslərinin dilin fonetik sistemi fonunda qəbulu (fonema-

tik eşitmə) və tələffüz qabiliyyəti

c) nitq tembri rənginin duyulması (sürətli və ritmik səsi eşitmə) 

və eyni cür tələffüz qabiliyyəti

ç) nitqin sürət və ritminin duyulması (sürətli və ritmik səsi eşit-

mə) və eyni  cür tələffüz qabiliyyəti. Nitqin səslənməsi ilə şagirdin 

eşitmə analizatorunda müxtəlif səs çalarlıqlarının ayrılması baş ve-

rir, düzgün tələffüzün etalonu yaranır. 

I sinifdə şagird ana dili təlimi prosesində fonetika üzrə səs, hərf, 

sait, samit, heca, vurğu və s. kimi terminlər eşidir, hələ məktəbəqə-

dərki dövrdə mənimsədiyi dilin müxtəlif fonetik qanun və qaydala-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə