Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə66/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   62   63   64   65   66   67   68   69   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

198 



Sintaktik təhlildə cümlədə baş  üzvlərin  yerini,  funksiyasını  də-

rindən  başa  salmaq  üçün  mübtəda  və  xəbərin  şəxsə  və  kəmiyyətə 

görə uzlaşmasına ibtidai siniflərdə xüsusi diqqət yetirilir. Tutaq ki, 

IV sinif şaggirdlərinə Mən sabahkı dərslərimə hazırlaşıram. Biz 



klubda  müharibə  veteranları  ilə  görüşəcəyik.  O,  bizə  maraqlı 

hekayə  danışdı.  Onlar  həyətdə  ağac  əkdilər  və s. kimi cümlələr 

təqdim olunur. Bu cümlələrdə mübtəda və xəbər müəyyənləşdirilir: 



Mən hazırlaşıram. Biz görüşəcəyik. O, danışdı. Onlar əkdilər. 

Bundan sonra müəllim sual verir: 

— Mən nə edirəm? 

— Hazırlaşıram. 

— Kim hazırlaşır? 

— Mən. 


 Mən sözü hansı nitq hissəsidir? 

— Əvəzlikdir. 

— Bu söz necə əvəzlikdir? 

— Şəxs əvəzliyidir. 

— Mən sözü neçənci şəxsə aiddir? 

— I şəxsə. 

— Bəs hazırlaşıram sözü hansı nitq hissəsidir? 

— Bu söz feildir. 

 Hazırlaşıram sözü feilin hansı zamanında işlənir? 

— Feilin indiki zamanında. 

 İndiki zamanda işlənmiş hazırlaşıram feili hansı şəxs şəkil-



çisi qəbul edir? 

 I şəxsin təkini: -am şəkilçisini. 

— Cümləni Sən hazırlaşıram kimi demək olarmı? 

— Yox, olmaz.  

— Nə üçün? 

— Çünki I şəxsin təkində işlənmiş -am şəkilçisini yalnız mən I 

şəxs əvəzliyinə aid etmək mümkündür. 

  Mən  hazırlaşıram  cümləsinin  mübtəda və xəbəri şəxsə  və 

kəmiyyətə görə uzlaşırmı? 

—  Bəli,  bu  cümlənin  mübtədası  (mən)  I  şəxsin  təkində  oldu-




Ağarəhim                                                                                                     Əsərlər 

 

199 



ğundan onun xəbəri də (hazırlaşıram) I şəxsin təkində işlənir. 

Qalan  cümlələr  üzərində  də  belə  iş  gedir.  Təcrübə  göstərir  ki, 

cümlədə mübtəda və xəbərin şəxsə və kəmiyyətə görə uzlaşmasının 

müəyyənləşdirilməsi ikinci dərəcəli üzvlərin də asanlıqla tapılması-

na kömək edir. 

Baş  üzvlər  arasındakı  uzlaşmanı  şagirdlərə  dərindən  başa  sal-

maq üçün qabaqcıl müəllimlər yazı taxtasına Tahir, mən məktəbə 

gedirəm  və s. kimi cümlələr yazırlar. Sonra məktəblilərdən həmin 

tipli cümlələri sintaktik təhlil etmək tələb olunur. Şagirdlər cümlə-

də gedirəm sözünə nə edirəm? sualını verir, onun xəbər olduğunu 

bildirirlər. Onlar bir tərəfdən xitab haqqında heç bir məlumata yiyə-

lənmədiklərindən,  digər  tərəfdən  Tahir  sözü  kim?  sualına  cavab 

verdiyindən onu cümlənin mübtədası adlandırırlar. Bu zaman müəl-

lim işə qarışır. 

— Cümlənin xəbəri hansıdır? 

— Gedirəm sözü. 

— Bu söz hansı suala cavab verir? 

— Nə edirəm? 

 Gedirəm sözü hansı şəxsə aiddir? 

— I şəxsin təkinə. 

— I şəxsin təki hansıdır?  

— Mən. 

— Bu cümləyə mən şəxs əvəzliyini əlavə etsək, cümlənin məz-

mununa xələl gələrmi? 

— Yox, gəlməz. 

— Elə isə mən şəxs əvəzliyini cümləyə əlavə edirik. 

— Söz cümləyə əlavə olunur. Tahir, mən məktəbə gedirəm. 

— Bu cümlənin mübtədası hansı sözdür? 

 Mən sözü. 

Beləliklə, şagirdlər sintaktik təhlil zamanı cümlədə mübtəda və 

xəbərin  şəxsə  və  kəmiyyətə  görə  uzlaşmasını  nəzərə  almağın  əhə-

miyyətini başa düşürlər. 

II sinifdən etibarən sintaktik təhlil məqsədi ilə Akif aldı. Məla-



hət dərir. O, axtarır və s. kimi mübtəda və xəbərdən ibarət cümlə-


Ağarəhim                                                                                                     Əsərlər 

 

200 



lər  məktəblilərə  təqdim  olunur,  müxtəlif  suallar  əsasında  onların 

genişləndirilməsi üzrə müntəzəm və sistemli işlər aparılır. Məsələn, 



Məlahət  dərir  cümləsi ilə  əlaqədar hansı?  nəyi?  necə?  suallarını 

vermək olar. Bu zaman şagirdlər problemlə qarşılaşır, axtarır, sual-

lara uyğun sözlər tapıb cümlələrə əlavə edirlər. Bu prosesdə şagird-

ləri  belə  bir  məsələ  düşündürür:  Əvvəlcə  hansı  suala  cavab  olan 

üzv cümləyə artırılmalıdır? 

  Məlahət  dərir  cümləsindəki  dərir  sözü  xəbərdir.  Bu  işin 

müəyyən əşya üzərində icra olunduğunu bildirir. Ona görə də sadə 

müxtəsər cümləyə nəyi? sualına cavab olan söz (əşya, obyekt) əla-

və olunur: Məlahət çiçək dərir. 

Bundan sonra hansı? sualına cavab olan mübtədanı dəqiqləşdi-

rici  təyin  (balaca),  daha  sonra  tamamlığı  dəqiqləşdirici  təyin  (əl-

van) cümləyə daxil edilir: ən nəhayət, necə? sualına cavab olan xə-

bəri dəqiqləşdirici zərflik cümləyə  artırılır: Balaca  Məlahət  əlvan 

çiçəkləri  ehtiyatla  dərir.  Müəllimin  köməyi  ilə  qalan  cümlələr 

üzərində də belə iş aparılır. Tədricən sualların sayı artırılır, işə daha 

yaradıcı xarakter verilir. Bu məqsədlə tutaq ki, IV sinifə — aşağı-

dakı xarakter və quruluşda model təqdim edilir. 

hansı?  —  —  kim?  —  —  kimi?  —  —  harada?  —  —                                                                                                                        

nə etdi? 

— — nə cür? — — nə? — necə? — —  nəyi? — — haranı? — 

— nə etdi? 

Müəllimin  tələbi  ilə şagirdlər suallara  cavab olan sözləri tapır, 

cümlələr  qurur,  mübtədanın  altından  bir,  xəbərin  altından  iki  düz 

xətt, ikinci dərəcəli üzvlərin altından isə dalğalı xətt çəkirlər. 

Məktəb  təcrübəsi  göstərir  ki,  sintaktik  təhlil  aparılarkən  cümlə 

üzvlərinin ifadə vasitələri də məktəblilərdən xəbər alınmalıdır. Bu 

bir neçə cəhətdən əhəmiyyətlidir: a) şagirdlərin morfologiyanı necə 

mənimsəmələri  haqqında  müəllimdə  aydm  təsəvvür  yaranır;  b) 

morfologiyadan  alınan  bilikləri  şagirdlərin  yadına  salır  və  onların 

möhkəmləndirilməsinə  kömək  göstərir;  v)  sintaktik  məlumatları 

morfoloji biliklər əsasında mənimsəməyə imkan verir; q) sintaksis-

lə  morfologiya  arasındakı  qarşılıqlı  əlaqələri  üzə  çıxarır;  d)  cümlə 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə