Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə64/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   60   61   62   63   64   65   66   67   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

192 



suala  cavab  axtarırlar:  ―Sintaktik  təhlilə  verilən  pedaqoji  tələblər 

hansıdır?‖ 

Məktəb təcrübəsi göstərir ki, sintaktik təhlilə geniş praktik fəa-

liyyət tələb edən tələblər verilir: 

1) Sintaktik təhlil üçün seçilən cümlələr tərbiyəvi xarakterə ma-

lik olmalı; 

2) Təhlil şagirlərin yaradıcı fəallığını təmin etməli; 

3)  Cümlələrdə  şagirdlərə  məlum  olmayan  qayda  və  qanunlara 

aid dil faktlarının işlənməsinə imkan daxilində yer verilməli

4)  Təhlil  məktəblilərin  abstrakt  təfəkkürünün  inkişafına  şərait 

yaratmalı; 

5) Şagirdlərin morfologiyadan aldıqları bilik, bacarıq və vərdiş-

lərin möhkəmləndirilməsinə əsaslı təsir göstərməli

6) Təhlil məktəblilərin ifadəli və məntiqi oxu vərdişlərinin for-

malaşmasına kömək etməli; 

7) Sintaktik təhlil şagirdlərin nitqinin inkişafı istiqamətində apa-

rılmalı; 

8)  Təhlil  məktəblilərdə  düzgün  orfoqrafiya  vərdişlərinin  yara-

dılmasına xidmət etməlidir. 

Sintaktik  təhlil  üçün  cümlələri  ibtidai  siniflərin  ifadə  və  imla 

mətnlərindən, şagirdlərin özlərinin qurduqları şifahi və yazılı inşa-

lardan seçmək mümkündür. Proqramın tələbinə görə, sintaktik təh-

lil  I  sinifdə  şifahi  aparılır.  Məktəblilər  müəllimin  sualları  əsasında 

cümlədə kimin və nəyin haqqında danışıldığını, onlar haqqında nə 

deyildiyini  müəyyənləşdirməyi,  cümlədə  sözlərə  kimdir?  nədir? 

nə edir? nə etdi? necədir? və s. kimi suallar verməyi bacarırlar. II 

sinifdə bu iş bir qədər də genişləndirilir. İntonasiyaya görə cümlə-

nin növlərini (nəqli, sual, nida), onların sonunda qoyulan durğu işa-

rələrini düzgün müəyyənləşdirmək üzrə geniş iş aparılır. Bu cümlə-

lərdə sözlərə suallar verilir, onun cümlənin əsas üzvü olduğu mey-

dana çıxarılır. III-IV siniflərdə isə sintaktik təhlil daha elmi xarak-

ter  alır.  Şagirdləri  yuxarı  siniflərdə  sistematik  sintaksis  kursu  mə-

nimsəməyə hazırlayır. 

Sintaktik təhlil  prosesində məktəblilər öyrənirlər  ki,  sintaksisin 



Ağarəhim                                                                                                     Əsərlər 

 

193 



əsas vahidi olan cümlə sözlərin məna və qrammatik cəhətdən bağlı-

lığı  əsasında  yaranır.  Hər  cür  söz  yığını  müəyyən  bitmiş  bir  fikir 

ifadə etmədiyi kimi, cümlə də ola bilmir. Məsələn, Kərim, ox, Bül-

bül, uç və s. 

I  sinifdə  tədris  ilinin  ikinci  yarısından  şagirdlər  müəllimin  kö-

məyi ilə həmin sözlərdən Kərim  oxuyur, bülbül  uçur  cümlələrini 

qururlar. Bu zaman onlar praktik şəkildə görürlər ki, mənaca əlaqə-

lənmiş  sözlərin  sistemli  düzülüşü,  onların  şəkilçilərlə  bağlanaraq, 

bir fıkir ifadə etməsi nəticəsində cümlə əmələ gəlir. Bundan sonra 

cümlədəki bir sözə görə digərinə suallar verilir: Kərim nə edir? 



Kərim oxuyur? Bülbül nə edir? Nə uçur? 

II sinifdə isə onlar həmin cümlələrin baş üzvlərindən (mübtəda 

və xəbərdən) ibarət olduqlarını mənimsəyirlər. Bu sinifdə artıq şa-

girdlər  mübtəda  və  xəbər  anlayışlarına  yiyələnirlər.  Cümlənin 

qrammatik əsasının mübtəda və xəbərdən ibarət olması, ikinci dərə-

cəli üzvlərin isə bunların (mübtəda və xəbər) ətrafında qruplaşması, 

başqa  sözlə,  mübtəda,  xəbər  zonası  əmələ  gətirməsi  linqvistikada 

elmi  cəhətdən  əsaslandırılır.  Cümlənin  ikinci  dərəcəli  üzvlərindən 

fərqli olaraq, mübtəda və xəbər cümlə əmələ gətirə, bitmiş fikir ifa-

də edə bilərlər.

 

Bu  üzvlərin  cümlənin  qrammatik  əsası  olmasını  başa  salmaq 



üçün II sinifdə şagirdlərə aşağıdakı tipli cümlələr təqdim olunur. 

Məlahət maraqlı hekayə oxudu. — Məlahət oxudu. 

Uşaqlar həyətdə futbol oynayırdılar. — Uşaqlar oynayırdılar. 

Onlar qarşı-qarşıya yazılmış cümlələri oxuyur və müqayisə əsa-

sında belə bir nəticəyə gəlirlər ki, hər iki tərəfdəki cümlələrdə cüm-

lənin baş üzvləri Məlahət və oxuyur, uşaqlar və oynayırlar sözlə-

ridir. Məlahət və uşaqlar  sözləri kim?, oxudu  sözü nə etdi?, oy-

nayırdılar  sözü  nə  edirdilər?  sualına  cavab  verir.  Bundan  sonra 

şagirdlərə həm də praktik şəkildə çatdırılır ki, sol tərəfdəki cümlə-

lərdə  baş  üzvlərdən  birini  atdıqda  cümlə  öz  funksiyasını  tam  icra 

edə bilmir. Hər ikisini atdıqda isə cümlədəki sözlər (ikinci dərəcəli 

üzvlər) bitmiş fıkir ifadə etmir. Cümlə öz funksiyasını tamamilə iti-

rir. Qabaqcıl müəllimlər bu işin başqa variantından da istifadə edir-




Ağarəhim                                                                                                     Əsərlər 

 

194 



lər. Belə ki, yazı taxtasına yalnız baş üzvlərdən (mübtəda və xəbər-

dən) ibarət cümlələr yazılır. Əvvəlcədən təqdim olunmuş ikinci də-

rəcəli üzvlərdən birini, yaxud ikisini əlavə etməklə cümlələr geniş-

ləndirilir. Bu priyom əsasında cümlədə baş üzvlərin əsas, ikinci də-

rəcəli  üzvlərin  isə  köməkçi  rolu  məktəblilərə  çatdırılır.  Beləliklə, 

onlar  cümlə  üzvlərinin  cümlə  əmələ  gətirmək  sahəsindəki  rolunu 

dərk  etməyə  başlayırlar.  Cümlə  üzvlərinin  cümlədəki  yeri,  funksi-

yası mənimsənildikdən sonra sinifdə sintaktik təhlil aparmaq imka-

nı yaranır. 

Təhlil  prosesində  sintaktik  vahidlərin  yerinin  cümlədə  müəy-

yənləşdirilməsində  şagirdlər  çətinlik  çəkirlər.  Onlar  sadə  müxtəsər 

cümlələrdə  əksər  hallarda  mübtədanın  əvvəldə,  xəbərin  isə  sonda 

işləndiyini  görürlər.  Mübtədanın  cümlədə  ilk,  xəbərin  isə  son  ele-

ment  olmasına  əsaslanan  məktəblilər  çox  zaman  sintaktik  təhlildə 

mexaniki hərəkət edirlər. Bu formal məntiq nəticəsində onlar cümlə 

üzvlərinə görə təhlilə mübtədanı tapmaqdan başlayırlar. Bununla da 

ciddi elmi səhvə yol verirlər. Ona görə də ibtidai sinif şagirdlərinə 

rəngarəng praktik çalışmalar (terminlər) vasitəsi ilə başa salınmalı-

dır ki, cümlədə mübtəda həmişə əvvəldə, xəbər isə sonda gəlməyə 

də bilər. Mübtəda və xəbərin yeri cümlədə sabit deyil. Bəzən cüm-

lənin əvvəlində ikinci dərəcəli üzvlərdən biri işlənir. Bu baxımdan 

sintaktik təhlildə cümlənin formasını əsas  götürmək məqbul sayıla 

bilməz. Burada cümlənin məzmunu başlıca funksiya daşıyır. Xəbər 

mübtədaya nisbətən aparıcı rola malik olür. 

Sintaktik  təhlildə  cümlənin  məzmunu  əsas  götürülür,  xəbərin 

mübtədaya  görə  başlıca  funksiya  yerinə  yetirdiyi  nəzərə  alınır, 

mübtəda xəbərin köməyi ilə müəyyənləşdirilir. 

Azərbaycan  dilinin  daxili  qanunları  göstərir  ki,  sintaktik  təhlil 

prosesində əvvəl xəbərin tapılması təkcə mübtədanın deyil, həmçi-

nin ikinci dərəcəli üzvlərinin müəyyənləşdirilməsi üçün də açar ro-

lunu oynayır. Onu da nəzərə almaq lazımdır ki, dilimizdə mübtəda-

sı müstəqil sözlərdə ifadə olunan cümlələrlə yanaşı, mübtədası xə-

bərin köməyi ilə meydana çıxan Dünən mağazadan maraqlı kitab 

aldım.  Sabah  ekskursiyaya  gedəcəyik  və  s.  cümlələr  də  işlənir. 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə