ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

 
120 
 
hörmətli  el  ağsaqqalını,  Xırnazın  fəxrini  adına  layiq  qarşıla-
mağın  tərəddüdündəydilər  –  qarışqa  kimi  ora-bura  vurnu-
xurdular. Qazanlar asıldı, manqallar yenidən qalandı. Kimin 
əziz  günə  saxladığı  nəyi  vardısa,  stolun  üstünü  bəzədilər. 
Ağsaqqallar gözlərini İsgəndər kişinin ağzına dikib durmuş-
dular.  İsgəndər  onların  çoxunu  üzdən  tanıya  bilirdi,  –  “Sən 
Allahyarın  oğlusan,  eləmi?”.  “Hə”.  “Eynən  atana  oxşuyur-
san”. “Sənsə, Bərxudara oxşayırsan”. “Elədir, atamdır”. “Al-
lah  rəhmət  eləsin,  qoçaq,  namuslu  adamıydı”.  İsgəndər  kişi 
çuxanın  düymələrini  bağladı,  –“Soyuqdur.  Daha  xırnazlı 
İsgəndərdən məndə əsər-əlamət qalmayıb – üşüdüm”. Fədai-
lin qızı qaçıb evdən isti kürk gətirib İsgəndərin çiyninə atdı. 
İsgəndər  kişi  Xırnazın  keçmişindən,  məclisdəkilərin  ulu 
əcdadlarından  xatirələr  danışır,  danışdıqca  da  göz  yaşlarını 
saxlaya  bilmirdi.  Dəstəmaz  almaqdan  ağarmış,  dərisi  qırış-
mış bu ağsaqqalın bilmək olmurdu ki, gözləri həmişə nəmli 
olur,  yoxsa,  o  xatirələrdən  ağlayırdı  –  dəsmalı  əlindən  yerə 
qoymurdu. 
–  Şura  hökuməti  musavatı  devirəndən  sonra  bildik  ki, 
bizi  burda  salamat  buraxmayacaqlar,  –  İsgəndər  kişi  başına 
gələnlərdən danışırdı –  Amasiyadan Türkiyəyə keçdik. Bizi, 
Mir  Həmzə  Seyid  Nigarinin  müridləri  qarşıladı.  O  vaxtdan 
Türkiyədə  yaşayıram.  İndi  6  oğlum,  2  qızım,  23  nəvəm,  7 
nəticəm  var.  Bu  yaxınlarda  Azərbaycanın  televiziya  rəhbər-
lərindən biri bizim ilçəyə Seyid Nigari ilə bağlı rəsmi tədbirə 
qatılmışdı. Oğlum gəlib dedi ki, – “Azərbaycandan qonaqlar, 
aşıqlar  gəlib”,    –  məni  də  apardı.  Sazın  dəlisiyəm  –  illah  da 
Azərbaycan  və  Təbriz  aşıqlarının.  Televiziyanın  rəhbəri  Ni-
zami adlı həmin adamla görüşdüm, yerimi-yurdumu dedim. 
Dedi  ki,  –  “Niyə  vətənini  ziyarətə  gəlmirsən?”.  Dedim,  – 


 
121 
 
“Qorxuram.  Sovet  hökuməti  məni  sağ  buraxmaz  –  vaxtilə 
qaçaq,  sonra  isə  musavatçı  olmuşam”.  Dedi,  –  “Allah  evini 
tiksin,  şura  hökuməti  nə  vaxtdan  yıxılıb.  İndi  Azərbaycan 
azaddır,  ürəyin  nə  vaxt  istəsə  gələ  bilərsən”.  “Qorxuram 
oğul,  qorxuram  ki,  elim-obam  çoxdan  bayquş  yuvası  ola. 
Cəmi 13 eviydi, indi yəqin heç onlar da qalmayıb...” – dedim. 
“Kəndinizin  adını  de,  yoxlayım  və  sizə  məlumat  göndərə-
rəm”  –  dedi.  Dedim,  –  “Xırnaz  kəndi...”  Allah  ondan  razı 
olsun,  dediyini  elədi.  Aradan  xeyli  keçmiş  kəndimizin  dağ-
dərələrini,  meşə  və  bulaqlarını  lentə  köçürüb  diskini  mənə 
göndərdi.  Qardaşım  oğlunu,  sizləri  ata  yurdumuzda  görən-
dən  sonra  dedim,  –  “Həbs  etsələr  də,  öldürsələr  də  Xırnaza 
gedəcəyəm.  Qoy  elə  burda  öldürsünlər,  təki  ata-anamın  ya-
nında torpağa gömülüm”. Evdə hamıyla vidalaşıb, halallaşıb 
gəlmişəm. İndi bir nəticəm, bir də mən ömrümüzün axırına-
dək  daha  burda  yaşamağa  qərar  vermişik.  Xırnaz  yaman 
gözəlləşib  –  işığınız,  suyunuz,  yolunuz,  hələ  deyirsiniz  ki, 
qazınız, istiliyiniz, radionuz, telefonunuz da var. İndi burda 
yaşamağa nə var ki... 
İsgəndər kişi olub-keçəndən, Türkiyədəki həyatlarından 
danışdıqca  adam  onun  tilsiminə  düşürdü,  ürəklərimizi  ta-
mam fəth etmişdi. Xırnaz ikinci nəfəsini yaşayırdı, sanki, bu 
kənd ikinci dəfəydi yaranırdı. İsgəndər kişi danışdıqca elə bil 
Xırnaz  boyda  bir  dərd,  bir  sevinən  ürək  dil  açıb  danışırdı. 
Hər kəsin oğul-uşağını soruşdu. Türkiyədən gətirdiyi hədiy-
yə bağlamalarını açıb hər kəsə bəxtinə çıxan hədiyyəni verdi. 
Sonra  bütün  elin  pəpədən-məməyə  hamısı  qəbristanlığa 
yollandılar. İsgəndər kişi ata-anasının məzarlarını tapıb aya-
ğında  diz  çöküb  hönkür-hönkür  ağladı.  Məzardan  bir  ovuc 
torpaq götürüb üzünə-gözünə sürtəndə ağbirçək arvadların, 


 
122 
 
ağsaqqal  qocaların  hıçqırıqları  kəsmək  bilmirdi.  Xırnazlılar 
uzaqdan İsgəndəri öz vüsal dərdiylə baş-başa qoymuşdular. 
O  isə,  –  “Qürbət,  məni  əzəmmədin.  Qovuşdum  Xırnazıma, 
cənnətimə. Allahım, sən heç kimə vətən həsrəti göstərmə”... 
Deyəsən  hamının  qəmli  gözlərini  İsgəndərə  zilləməsi 
onu da sıxdı – camaata dönüb: 
– Siz evlərinizə gedin. Mənsə, Dostəli balamla bu yaxın 
yerləri gəzib dolaşım bir az... 
Adamlar etiraz etmədən kəndə dağılışdılar. Təkcə Qəniş 
ağa  bizimlə  getmək  istədikdə,  İsgəndər  kişi,  –  “Sən  də  get 
Qəniş, get bir mərəvzə qovurması bişirtdir, axşam sizdə top-
laşarıq...” – dedi. İsgəndər kişi, nəticəsi Turan və mən “Bulaq 
dərəsi”nə doğru asta-asta yeriyirdik. “Zibeydənin dədə yur-
du”na  çatanda  İsgəndər  kişi  bir  az  oturub  dincini  almaq 
istədi. 
–  Hə.., Turan  balam,  bu  uçuq  kalafa,  “Zibeydənin dədə 
yurdu” adlanır. Zibeydə kəndimizin Həcər qeyrətli qadınıy-
dı. Sən Zibeydə haqqında eşitmisənmi? – məndən soruşdu. 
– Yox İsgəndər baba. Düzü danışan olmayıb. 
–  Yazıq  Zibeydə...  Cəmil  adlı  bir  cavanla  bir-birini  dəli 
kimi  sevirdilər.  Allah  elə  elədi  ki,  bir  gün  Cəmil  meşəyə 
getdi  və  bir  daha  geri  qayıtmadı.  Nə  ölüsünü  tapdıq,  nə  də 
dirisini.  Nişanəsiz-zadsız  elə  bil  qeybə  çəkildi.  Bax  sabah 
əsgər gedəcək cavanın babası idi. Nəydi o oğlanın adı? 
Mən: 
– İsmil... 
–  Eynən  Cəmilin  özüdür.  O  da  bax  belə  biləkli,  yapış-
dığını  qoparan  igid,  yaraşıqlı  oğlan  idi.  İtkin  düşəndə  Zi-
beydəylə  deyikli  idilər.  Cəmil  qeyb  olandan  sonra  Zibeydə 
havalandı.  Valideynlərinin  etirazına  baxmayaraq  bir  gün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə