ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

 
112 
 
– Xeyir aparın. 
İçimdə  bir  rahatlıq  yaranmışdı.  Fərqanənin  belə  anlayış 
göstərməsi  mənə  xeyli  rahatlatmışdı  –  “Yaxşı  ki,  şüvən-
qiyamət  qoparanlardan  deyilmiş”.  Kim  deyir  ki  məhəbbət 
qondarma şeydi, yalan deyir. İnsanı özündən alıb sərgərdan 
edəndir  eşq.  Dinc  həyatı  burulğana  çevirəndir  eşq.  Aşiqin, 
sevdiyinin  ürəyindən  şeytanı  qovaraq  oraya  hakim  kəsil-
məsidir  eşq.  İnsanı  dərbədər  çöllərə  salan,  gecələri  yuxusuz 
qoyan  iztirabdır  eşq.  Hər  doğulan  günəşi  görmək,  vüsala 
çatmaq arzusudur eşq. Hər şeyin başıdır eşq... 
 
 
* * * 
 
Kəndə  çatanda,  camaat  “Örən”ə  toplaşmışdılar.  Yaxın-
laşdım – tanış olmayan iki yad cavan oğlan gördüm. Fərzalı 
dedi  ki,  –  “Televizordan  kəndimizi  çəkməyə  gəliblər.  Yəqin 
radiomuzun  sorağı  Bakıyadək  gedib  çıxıb”.  Hansısa  tele-
viziyadan  idi  –  səhv  etmirəmsə,  “Səyyah”  verilişinin  apa-
rıcısı idi – adı Səbuhi, videooperator isə Bəxtiyar. Qonaqları 
öz evimə dəvət etdim. Otaq ağzınadək xırnazlılarla dolmuş-
du,  hamı  videokamera,  mikrofona  boylanıb  durmuşdular. 
Çay qaynadıb yerdə süfrə saldıq. Səbuhi məramını dedi: 
– Rayonda sizin kəndi istinad verdilər. Kəndinizin tarixi
görməli  yerləri,  tarixi  abidələri,  qocaları  barədə  veriliş  çək-
mək  istəyirik.  Xalq  ədəbiyyatı  və  sənət  incilərini  lentə  yaz-
maq istərdik. 
Qəniş ağa: 
–  Nolar  bala,  lap  xoş  gəlib,  səfa  gətirmisiniz.  Əcəb  elə-
misiniz, gözümüz üstə yeriniz var. 


 
113 
 
Quyruqlu  bir  toğlu  kəsildi.  Manqal  və  qazanlar  doldu, 
boşaldı.  Məclis  xeyli  davam  elədi.  Sabah  Hərtiz  kəndində 
yaşı  97-ni  haxlamış  Şüşə  nənəni  çəkmək  üçün  bizdə  gecələ-
yəsi oldular. Axşamayaxın kəndin bir neçə ağsaqqalı, bayatı 
bilən bir neçə ağbirçəyi qonaqların sərəncamına verildi. Söz-
sözü  çəkdi,  bayatı  laylaları.  Çox  maraqlı  bir  çəkiliş  alındı. 
Lakin məni daha çox maraqlandıran isə Qəniş ağanın kəndin 
keçmiş tarixi barədə verdiyi məlumat oldu. 
Sən  demə  bu  Xırnaz  kəndi,  hələ  şura  hökumətinin  ilk 
dövrlərində  qaçaqların,  daşnaqlarla,  sonra  isə  bolşeviklərlə 
mübarizə aparan musavatçıların  daldalanacaq yeri – etibarlı 
sığınacaqlarıymış. 
Qəniş ağa: 
–  Buralarda,  sonra  Zəngəzurda  qaçaqlar  30-cu  illərə 
qədər  dururdu.  Bir  gün  eşitdik  ki,  qaçaqların  hamısını  şura 
hökuməti  qırıb  al  qanına  bələyibdir.  Sən  demə  yazıqların 
duzu qurtarıbmış. Aşağı kəndlərdən bir qoyun otaran çobanı 
tutublar,  deyiblər  ki,  –  “Sənin  qoyunlarına  biz  baxarıq,  sən 
qaç kəndə bizə bir qutu duz al gətir”. O yediyi gözünə dur-
muş  da,  gedib  hökumətə  qaçaqların  yerini  xəbər  verir.  Hö-
kumət  də  gəlib  elə  gizləndikləri  mağaradaja  hamısını  qırıb-
biçiblər.  Onda  mən  hələ  uşaq  idim.  O  bizi  yaradana  and 
olsun  ki,  cavan-cavan  igidləri  xərəkdə  iki-iki,  üç-üç  daşıyır-
dılar.  Xərəkdən  sallanan  saçlarından,  saqqallarından  al  qan 
süzülürdü.  Camaatda  bir  ağlaşma-şivən  vardı,  gəl  görəsən. 
Sonra  bu  dağlarda  10-15  qaçaq  qaldı.  Onların  da  yarısı  am-
nistiyadan  sonra  təslim  oldu,  yarısı  da  qoşuldu  Zəngəzur 
qaçaqlarına. Onların sonrakı aqibətlərindən heç kimin xəbəri 
olmadı.  
Səbuhi: 


 
114 
 
–  Qəniş  ağa,  Kərbəlayi  İsmayılın  dəstəsinə  qoşulan  qa-
çaqlardan kiminsə adını tanıyırsanmı heç? 
–  Biri  bizim  kənddəniydi.  Yəqin  indi  rəhmətə  getmiş 
olar  –  İsgəndər  kişi.  Yaman  qoçaq  adamıydı.  İndi  onlara 
“qaçaq-quldur”  deyirlər,  amma  vallah  onlarda  quldurluq 
deyilən  bir  şey  görməmişdi  bu  xalq.  Onların  işi  şura  höku-
mətiylə olub. Qalanları isə xatirimdən çıxıb – aşağı kəndlər-
dən idilər. 
– İndi təxminən İsgəndər kişinin neçə yaşı olar? 
– Odey, qardaşıoğlu Həmdulladan soruş – bax o təvərə 
papaqlı  kişinin  əmisiydi.  Sağ  qalsaydı,  indi  təxminən  85-90 
yaşı olardı. 
–  Həmdulla  əmi,  desələr  ki,  –  “əminiz  sağdır”,  neylər-
diniz?  Əminizi  görsəniz  tanıyarsınızmı?  –  Səbuhi  Həmdul-
lanı sorğuya çəkdi. 
Həmdulla: 
–  Niyə  tanımıram,  indiki  kimi  gözümün  qabağındadır. 
Nə bilim ağrın alım, daha əmimi çoxdan unutmuşam. Yəqin 
ürəyim  partlayar,  yerimdəjə  ölərəm...  Nədi,  yoxsa  əmimin 
qəbrini-zadını tapmısan? 
– Yox əmican, elə belə sözgəlişi soruşdum. 
Bu  söhbət  çox  uzandı,  odur  ki,  hər  xırdalığına  varmağı 
məsləhət görmürəm. Ancaq axşam hərə öz evinə dağılışanda 
Səbuhiylə  yanaşı  döşəmədə  yerimizə  uzandıq.  Özümün  bu 
kəndə  gəlişim  barədə  xeyli  söhbət  elədik.  Bir-birimizə  xeyli 
isinişdik. Birdən qonağım ehmalca məndən soruşdu: 
–  Sənə  bir  şey  desəm,  bunu  hələlik  sirr  kimi  saxlayar-
sanmı? 
– Əlbəttə, o nə sözdür? – dedim. 


 
115 
 
– Mən bu kəndə adi çəkiliş üçün gəlməmişəm. Bayaq Qə-
niş  ağanın  dediyi  İsgəndər  kişi  sağ-salamatdır  və  Türkiyədə 
yaşayır. O bizim televiziyanın rəhbəriylə Türkiyədə görüşüb və 
xəlvəti öz kəndlərini, sağ qalan yaxınlarını videolentə köçürüb 
ona göndərməyimizi xahiş edib. İndi 93 yaşın içindədir. 
Yerimdə dik oturdum, gözlərim heyrətdən bərəldi. 
– Bu necə ola bilər! Bəs indi necə olacaq? 
Səbuhi: 
–  Mənə  çəkməli  olduğum  yerlərin  siyahısını  veriblər  – 
stulun  başına  keçirdiyi  pencəyin  qoltuq  cibindən  kağız 
çıxarıb mənə uzatdı – bax gör bu yerləri tanıyırsanmı? 
İşığı  yandırıb  siyahıdakı  adları  oxudum,  –  “Camov, 
Atlıxan,  Dəvəüçən,  Cin  kahası,  Vəl  düzü,  Böyük düz,  Saray 
xanım, Qaçaq kahası, Səngər dağı, Hidayət bulağı, İldırımın 
gəri, Nal parası, Zibeydənin dədə yurdu...” 
– Hə, tanıyıram. Bircə, “Zibeydənin dədə yurdu”nu də-
qiqləşdirməliyəm – eşitmişəm, ancaq dəqiq yerini bilmirəm – 
dedim. 
–  Onda  sabah  ertədən  səninlə  birlikdə  bu  yerləri  yaxşı-
yaxşı çəkərik. Olarmı? 
– Əlbəttə. 
Sabah  Qəniş  ağanı  da  götürüb  bir-bir  yuxarıda  adlarını 
çəkdiyim  bütün  yerləri  ətraflı  çəkdik.  Ağa  bütün  yerlər  ba-
rədə  şövqlə  məlumat  verməkdən  yorulmurdu  –  hökumətin 
işinə yarıdığı üçün özünü çox məmnun hiss edirdi. 
–  Ağa,  bəs  “Zibeydənin  dədə  yurdu”  deyilən  yer  hara-
dı? – soruşdum. 
– Elə “Hidayət bulağı”nın düz yanındakı uçuq kalafadı, 
yerində evin çalasından və bir-iki divardan başqa heç nə qal-
mayıb. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə