ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

 
141 
 
burda  da  ailə  qurasan?!)  toyunda  İsgəndər  kişinin  məzarın-
dan  götürdüyüm  torpaq  bükməsini  dəstəyə  və  toydakılara 
göstərib  soruşdum,  –  “Bilirsiniz  bu  torpaq  nə  torpağıdır? 
İsgəndər  babanın  məzarından  götürdüyüm  Xırnaz  torpağı-
dır...  Di  göstərin  mənə  Xırnaz  torpağını!”.  Hamı  bu  saat 
dalına  dəyəcək  zopa  yerini  ovxalayarkən,  Rəxşəndə  xala 
arvadların  arasından  çıxıb  ortaya  girdi.  Əlini  sinəsinə  salıb 
ürəyinin  başından  burun  dəsmalına  bükülmüş  torpağı  çı-
xardı.  Dəsmalın  düyünlərini  açıb  torpağı  göyə  sovurdu. 
Onun  dedikləri  qulaqlarımızda  barıt  kimi  partladı,  musi-
qiçilər gərgin və bərəlmiş gözlərin qamçısına susdular. Rəx-
şəndə xala zopanı əlimdən qapıb: 
–  Budur  Xırnazın  son  qalan  torpağı!  Zibeydənin  qəb-
rindən  götürmüşdüm!  İndi  o  da  Azərbaycanın  torpağına 
Sumqayıtda  qarışdı.  İllərdir  vətən  yadıma düşdükcə  bu tor-
pağı  tutiya  kimi  yemişəm  –  qalanım  bu  qədər  idi!  Di  dizin-
dizin  iməkləyib  ayırın  mənim  torpağımı  bu  yerdən,  ya  da 
arsız-arsız şıllaq atın Xırnaz torpağını tapdalayaraq! Di yığın 
mənim bir çeynəmlik torpağımı!!! 
Hamı  yerində  qurumuşdu.  Əlimdəki  torpağı  ovcuma 
yığıb Rəxşəndə xalaya uzatdım. Bu yallının qaydasına uyğun 
toybaşının çıxardığını göstərmək deyildi, bu ən qiymətli və-
tən  torpağını  onunla  bölüşmək  istəyi  idi.  Lakin  Rəxşəndə 
xala  hələ  Xırnazda  düzəltdiyim,  illərlə  qoruyub  saxladığım 
naxışlı zopunu mənim harama gəldi vurduqca daha da hid-
dətlənir,  –  “Mənə  torpağımı  qaytar!  Qaytar  mənə  öz  dağ-
larımı, meşələrimi, bulaqlarımı” – deyib zopa qırılınca məni 
o ki var döydü. Heç cıqqırımı da çıxarmırdım – qamçıdan da 
acı şaqqıldayan sözləri bütün bədənimi keyitmişdi – mil kimi 
yerimdə donub qalmışdım. Təkcə zopunun əl tutacağı qalan-


 
142 
 
da,  çubuğun  ucu  qaşımı  cırıb  gözümü  qanla  dolduranda 
Rəxşəndə xalanı bağrıma basdım. Göz yaşlarım qan-su oldu. 
Rəxşəndə  xalanın  ürəyinin  döyütüsünü  bütün  sinəmdə  hiss 
edirdim. Kəlağayısı sürüşüb düşmüş, ağ birçəkləri dəli kimi 
pırtlaq-pırtlaq olmuşdu. Handan-hana üzünü məndən aralı-
yıb gözlərimin içinə hiddətlə baxdı:  
–  Axı  sən  savadlısan!  Axı  sən  yuxarılara  yaza  bilərdin! 
Axı sən Xırnazın yolunu tanıyırsan! Axı sən elə bir silah icad 
edə bilərsən ki, bütün ermənini yer üzündən silib atasan! Axı 
sənin  əlin  hələ  silah  tutur!  Axı  sən  Xırnazdan  başqa  da  hər 
şeyini itirmisən!... 
Yer  yarılsaydı,  yerə  girərdim.  Rəxşəndə  xala  qollarımın 
arasında  ağırlaşırdı.  Birdən  yavaş-yavaş  qucağımda  dizüstə 
sürüşdü.  Bircə,  –  “Kəlağayımı  başıma  çək..,  mən  Xırnazıma 
gedirəm...  Qızlığımın  şən  çağlarına  dönürəm...  Sizsə  burda 
yanıb-yaxılın,  biqeyrətlər...”.  Rəxşəndə  xala  canını  elə  quca-
ğımdaca  tapşırdı.  Qadınlar  üzlərini  cıra-cıra,  saçlarını  yola-
yola bizi dövrəyə aldılar. 
Özümə  gələndə  ətrafa  baxdım,  bir-iki  cavandan  başqa 
bütün  kişilər  salonu  tərk  etmişdilər.  92  yaşlı  Absəməd  dayı 
kirli burun yaylığı ilə gözünün mütüyünü silə-silə qalmışdı – 
çıxış  qapısının  yerini  tapa  bilmirdi.  Yanlış  anlamayın,  onlar 
qaçıb  aradan  çıxmamışdılar!  Rəxşəndə  öz  ölümüylə  onlara 
xırnazlı olduqlarını xatırlatmışdı – Rəxşəndə onların qeyrətini 
tərpətmişdi, onlardan kişi qeyrətli, həm də xoşbəxt çıxmışdı! 
 
 
* * * 
 
 
 


 
143 
 
Rəxşəndə xalanım ölümündən bir neçə ay ötmüşdü. Bir 
gün Qədim dedi ki, – “Dostəli əmi, toyumun kassetinə bircə 
siz baxmamısınız, istəyirsinizsə, verim siz də baxın?”. Gətir-
di  və  Rəxşəndənin  ölümünə,  məni  dəlicəsinə  zopa  ilə  döy-
düyü  səhnəyə  baxdıqca,  zopaların  yerini  sığalladım.  Onun 
gözlərimin  içinə  baxıb  dediyi  sözləri  qulaqlarımda  zoqqul-
dadığını eşitdim, – “Axı sən yuxarılara yaza bilərdin! Axı sən 
Xırnazın  yolunu  tanıyırsan!  Axı  sənin  əlin  hələ  silah  tutur! 
Axı  sən  Xırnazdan  başqa  da  hər  şeyini  itirmisən!..”.  Ancaq 
Qədimin öz toyunda göz yaşları axa-axa hərbi forma geymiş 
İsmilin  paqonlarından  yapışıb  onu  silkələyərək  bağırdığını 
indi xatırlayıram: 
–  Bizi  qürbətdəki  Xırnazımızı  azad  etməyə  səsləyən  bir 
əlizopalı “toybaşı” yoxdurmu bu ölkədə!  O “toybaşı” döş ci-
bindən  bizim  Xırnazın  quruca  şəklini  çıxarsın,  qabağa  düş-
məyi  əmr  etsin,  biz  ona  doğma  Xırnazımızı  göstərək  –  onu 
Xırnazın  “Örən”ində  qarşılamasaq  kişi  deyilik.  Hardadır 
görəsən  o  Ağ  Atlı  Oğlan!  Gəl  al  İsgəndər  kişinin  öz  əliylə 
bəzədiyi  yallı  zopasını  bizim  əlimizdən!  Əlimizə  zopa  əvə-
zinə  silah  ver!  Bizi  Xırnazımıza səslə!  Ölək  bu  yolda,  amma 
heç olmazsa, Xırnazımıza bir addım da olsa yaxınlaşaq! Fik-
riniz ancaq Xırnazdakı qızılların yanındadır, şərəfsizlər!  
Vəhabi  olduğundan  saqqalı  onu  yaşından  xeyli  yaşlı 
göstərən Fərzalı da Qədimə qoşulmuşdu: 
–  İsmil,  çox  gecikirsiniz  qaqa!  Dəliqanlı  xırnazlıların 
artıq    sizin  siyasətinizlə  oynamağa  səbri  çatmır!  Ya  qabağa 
düş, ya da, bu davada sənə ehtiyacımız qalmayacaq – dalda 
qalan  tənbəl  sərkərdə  xırnazlılara  lazım  deyil!  Səni  oxudub 


 
144 
 
hərbçi  etdik,  daha  nə  lazımdır  sənə?!  Onsuz  da  sıralarımız 
günbəgün  seyrəlir  –  biz  qırılırıq!  Bizə  Azərbaycansız  yaşa-
maq  da  olar!  Onsuz  da  burda  basdırdıqlarımızın  sümük-
lərini  də  doğma  Xırnaza  daşıyacağıq.  Ancaq  heç  olmasa 
Sumqayıtda doğulan xırnazlılara qeyrət uğrunda cihadın nə 
olduğunu daddırmaq istəyirik. Çünki, bir xırnazlıya göstərə 
biləcəyimiz bir şey varsa, o da, əsl xırnazlının dağ vüqarı və 
kişi  qeyrətidir!  Başa  düş,  biz  gözləməkdən  qeyrət  daşıyan 
başımızı  itiririk!  Bir  azdan  biz  bir  şeyə  yaramayan  qoyun 
sürüsünə  dönəcəyik  –  əlimiz  silah  tutmayacaq!  Allah  elə-
məsin ki, sənə də ancaq bu lazım olsun! Yoxsa, qiyamətin ilk 
qığılcımlarına  Azərbaycan  dözə  bilməyəcək!  Bizə  qeyrəti-
mizi göstərməyə meydan verin! Düşmənə zopa çəkmək üçün 
döyüş  meydanı  verin!  Kimdədir  bu  ixtiyar  –  de,  qabağa 
çıxsın!!! Xırnazı erməninin donuz yaylağına çevirmək oğraş-
lıqdan  da  betərdir.  Qoy  xırnazlılar  şərəfsiz,  qorxaq  olsun, 
ancaq Xırnazı donuz yaylağı olmasına göz yuman Azərbay-
canı bu şərəfsizlikdən qurtarın!”  
Mənim zarıyaraq söylədiklərim isə lap yersiz alınıbmış: 
– Qızıl pulların yerini ancaq mən bilirəm. Çünki, İsgən-
dər  kişinin  gözləri  qarşısında  çar  Nikolayın  kəlləsi  olan  971 
ədəd “onluq” qızılı mən öz əllərimlə basdırmışdım. Bu sirri 
isə məndən başqa heç kim bilmir və bilməyəcəkdi – Xırnazın 
torpağına  and  içmişəm!  And  içmişəm  ki,  yalnız  Xırnazda 
qalan  xırnazlılara  xərcləyəcəyəm  –  xırnazlılar  isə  vətəndən 
və qızıl küpündən çox uzaqlardadırlar. Qızıllar Xırnazdadır. 
Bu  qeyrətlə  xırnazlılar  qulaqlarının  dibini  görərlər,  amma 
qızıllara qovuşa bilməzlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə