ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

 
126 
 
rətində azca çat olan biri, xırnazlı ola bilməz! Bu dağlar mə-
tinliyi, kişiliyi, dözümü xırnazlılardan öyrəniblər. 
Dözmədim: 
–  İsgəndər  baba,  sizin  qaçaq  hərəkatının  xirnazlılar  bil-
mədiyi sonrakı aqibətini bilmək olarmı? 
–  Yox...  Bu  igidliyimizlə  indi  fəxr  etməyə  dəyməz  – 
yetərincə sərt cavab oldu. 
–  Bəs  sizi  bir  ovuc  duza  satan  o  çobanın  aqibəti  necə 
oldu? 
–  Onu  Allaha  tapşırdıq.  Allah  da  onu  layiqincə  cəza-
landırdı.  Beş  qızı  oldu,  beşi  də  qız  qarıdı  –  heç  kim  bu 
şərəfsizin qızını almadı. Beləcə, nəsli yer üzündən itib getdi – 
bundan böyük lənət olardımı? Özü də aldığı lənətlərin yara-
sından  diri-diri  çürüyüb  lay-lay  ət  tökdü,  sonra  da  it  kimi 
gəbərdi.  Heç  kim  o  zibilə  əl  bulayıb  özünün  təmiz  adını 
korlamaq  istəmədi,  meyidini  də  it  leşi  kimi  bir  çalaya  di-
yirləyib quransız-filansız torpaqladılar ki, üfunəti kəndə gəl-
məsin. 
İsgəndər kişi acı keçmişi xatırladığından bir qədər yoru-
lana  oxşayırdı.  Turan,  –  “Dərmanını  verimmi?”.  Babası,  – 
“Hə, birini ver, deyəsən dərdimi təzələdim, yaramın qabığını 
qopardım” – dedi. Hərəmiz onun bir qoluna girib yeriməyi-
nə  yardım  etdik.  O,  Zibeydənin  məzarının  başdaşından  ar-
xada iri bir daşın üstünə oturub, – “Turan, bax mən dediyim 
daş bu daşdır. Mən də cavan vaxtı bu daşın üstündə oturub 
çox gözləmişəm...”. Turan, – “Başa düşdüm dədə...” – dedi.   
Kəndə qayıdanda artıq gün xeyli əyilmişdi. Kəndin girə-
cəyində bizi Qəniş ağa qarşıladı – mərəvzə qovurması bişirt-
dirib  bizi  gözləyirdi.  Süfrənin  ətrafı,  yerləşə  biləcəyi  qədər 
xırnazlıyla doldu. 


 
127 
 
İsgəndər kişi: 
– Sabah əsgər gedən balamız hanı bəs? 
– Evlərindədir, yır-yığış edir. 
– Onu çağırın gəlsin bura, yığışmağa vaxtı var hələ... 
Fərzalı İsmilin dalınca qaçdı. Bir azdan İsmil gəlib İsgən-
dər  kişinin  yanında  “fərağat”  durdu,  –  “Buyur  baba... Məni 
çağırtdırmısınız...” 
İsgəndər: 
– İstədiyin bir qız varmı? 
–  Yox...  hələ  tezdir  baba...  –  İsmil  qəfil  sualdan  pört-
müşdü. 
– Qəlbidən
28
 de, yaxşı eşitmədim! 
– Yoxumdur baba... – bu dəfə tək mənə baxdı. 
–  Yaxşı..,  kənddə  İsmili  sevən  bir  qız  varmı?  –  hamını 
gözdən keçirdi. 
Heç kimdən səs çıxmadı. 
–  Xırnazlı  sözü  bir  dəfə  deyir.  Dedisə,  demək  düzünü 
deyir.  Mən  qəbul  edirəm  ki,  sənin  sevdiyin  və  səni  sevən 
hələki yoxdur. Düzdür, razısan? 
İsmil: 
– Bəli, elədir baba... 
– Ay camaat, bəlkə siz nəsə bilirsiniz – bu oğlanı istəyən 
qız, ya da bu oğlanın istədiyi qız varmı? Bilən desin. 
Kimsədən səs çıxmayanda: 
–  Əsgərlikdən  qayıdan  kimi  Türkiyəyə  yollanacaqsan. 
Orda  mənim  nəticəm  Gülaya  ilə  evlənəcəksən.  (Sonradan 
Qəniş ağa qulağıma pıçıldamışdı ki, Gülaya vaxtilə İsgəndər 
kişinin  sevdiyi  qızın  adıymış,  həm  də  İsmilin  nənəsi  –  Sa-
                                                           
28
 Ucadan 


 
128 
 
maya  xalanın  anasıymış)  Gülaya  ilə  birlikdə  Xırnaza  gələ-
cəksən. Eşitdin!? 
–  Bəli,  eşitdim  baba...  –  Bu  dəqiqə  İsmilə  “öl”  deyən 
olsaydı, yəqin ki “uf” demədən ölərdi. 
–  Əgər  etirazın  və  sevdiyin  başqası  varsa,  bir  şans  da 
verirəm,  elə  indi  etiraf  elə,  ya  da  dediyimi  yerinə  yetirə-
cəksən! 
– Baş üstə baba. Siz deyən boynumun borcudur. Məslə-
hət sizindir. 
–  Bir  xırnazlı  evləndikdən  sonra  da  sevməyi  bacarır. 
Bizdə  keçmişdən  bir  məsəl  vardı,  –  “Elini  hürküt,  ancaq 
axsağını da buraxma!”. Ailə quranda, gözünüzün qabağında 
böyümüş  cavanlardan  seçin  evlənin.  Sevgini  yalnız  Allah 
yolunda xərcləyərlər. Sevgi pulla alına bilsəydi, ona bir qara 
qəpik  də  verməzdim.  Türkiyədə  bir  sevilən  yazıçı  var  – 
Orxan  Pamuk.  O  deyir  ki,  –  “Eşq  evlilikdən  sonra  gəlir. 
Evlənməmişdən  qabaq  alovlanan  eşq  yanğısı  evlənəndə 
sönür,  geridə  boş  və  kədərli  kül  yeri  qalır.  Əlbəttə,  evlə-
nəndən  sonra  duyulan  eşq  də  tükənir,  amma  yerini  xoş-
bəxtlik  tutur.  Bəzi  tələskən  səfehlər  evlənməmişdən  qabaq 
aşiq  olub,  yana-yana  bütün  eşqi  tükədirlər.  Niyə?  Çünki  ən 
böyük məqsədi eşq sayırlar”. Xırnazlı üçün “uşaqların anası” 
sözü  bəs  edər.  Kişiyə  namus  lazımdır.  Kişinin  namusu 
Xırnazdan  da,  elə  özünün  kişiliyindən  də  üstündür.    Kişi 
olan  kəs  uşaqlarının  anasını  hər  şeydən  üstün  tutmalı,  onu 
ən  yaxın  köməkçisi  və  sirdaşı  bilməlidir.  Türkiyədə  qoyub 
gəldiklərim də xırnazlıdırlar – vətəndən ayrı düşmüş xırnaz-
lılar. Onların vətənə qayıtması üçün qaynayıb-qarışmalısınız. 
Bu üzüyü isə öz xeyir-duam kimi sənə hədiyyə edirəm, – gö-


 
129 
 
dəkcəsinin cibindəki qırmızı qabı çıxarıb bahalı üzüyü İsmilə 
verdi, boynunu əyib alnından öpdü. 
İsgəndər  kişinin  bu  sərt  qərarından  hamının  matı-qutu 
qurumuşdu. Daşdan iri dağa rast gəldiklərindən ürəklərində 
Qəniş  ağanın  ölənlərinə  rəhmət  oxuyurdular.  Amma  Qəniş 
ağanın  üzü  gülürdü  –  İsgəndər  kişidən  ağsaqqalığı  öyrənir-
di. İsgəndər kişi üzünü nəticəsinə tutdu: 
–  Bir  ayın  tamamında  isə  Turanımın  toyudur!  Gəlinin 
kimliyini bir həftədən sonra özüm deyəcəyəm! 
Turan: 
– Əmrin başım üstə dədə! – dedi. 
Qəniş  ağanın  gözlərində  bir  sevinc  parladı,  –  “Bərəkal-
lah, tərbiyəni belə verərlər ey..!” – dedi. 
– Sabahdan isə bütün xırnazlılar yığışıb Turana və mənə 
bir ev qaralayacağıq. Baxıram hamınızın sifətindən tənbəllik 
yağır,  deyəsən  bir-birinizin  hayına  biganə  olmusunuz!  Bu 
gecə isə Dostəli balamın evində gecələyəcəyəm. 
Heç kim etiraz etmədi. Başqa vaxt olsaydı qonağın qol-
larından  o  yan,  bu  yana  dartmaqdan  qollarını  yarım  metr 
uzadardılar.  Elə  bil  qurbağa  gölünə  daş  atmışdın,  İsgəndər 
kişinin  sözünü  döndərən,  yəqin  ki,  bundan  sonra  da  tapıl-
mayacaqdı. 
 
* * * 
 
Sabah ertədən bazar yükümü doldurub, İsmili da götü-
rüb  rayona  yollandıq. Kəndin  bütün  arvadları  arxamızca  su 
atdılar.  Ağlayanlar  yenə  bir-birinə  qarışmışdı.  Qəddini  dik 
tutan bircə İsgəndər kişiydi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə