ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

 
137 
 
elə düşünürdün ki, – “Bu kişidə azca da olsa insaf yoxdur...”. 
O isə çubuqlar sındıqca digərini əlinə alıb bizə olmazın zülm 
verməkdən zövq alırdı. 
İsgəndər  kişi  çubuqla  yerdə  bir  kiçik  çala  qazdırıb  içini 
suyla doldurdu. Sonra qarnıüstə üzanıb dilini suya batırdı, – 
“Hə  xırnaz  igidləri,  vətən  torpağının  dadını  heç  dadmısı-
nızmı!” – hamı bircə-bircə çalanın suyunu yalayıb ağzındakı 
torpağı  çeynəyə-çeynəyə  dikəlirdi  –  bu  zopu  göynərtisinə 
ara vermək üçün bir fasilə tapşırığı idi... 
Həmin  gün  xırnazlıların  sevinc  günü  oldu.  Analar  hə-
min  gecə  övladlarına,  ərlərinə  təpitmə  qoydular.  Turan 
kürəyində,  baldırlarındakı  zolların  göynərtisindən  gərdəyə 
yaxın duracaq halda deyildi. Sabah xırnazlılar müharibədən 
çıxmış adamlar kimi axsayır, belibükük, sifətində ağrı gəzir-
di.  Ancaq  bir-biri  ilə  qarşılaşanda  zopanın  bədənlərində 
açdığı qançırları göstərib qəşş edir,  zarafatlaşırdılar. 
 
 
* * * 
 
Bax  mənim  doğma  Xırnazım  belə  Xırnazdı.  Allah  da 
sanki  insanların  şərindən,  nadanlığından  bezəndə,  bizim 
Xırnaza  baxıb  dincəlir,  heç  olmasa  yer  üzündə  37  evdən 
ibarət  xırnazlılara  görə  qiyaməti  ləngidirdi.  Amma,  Allah 
xırnazlıların bu şad həyatını qısqandı – bezdi bu qədər şad-
yanalıqdan.  Yerdə  heç  bir  şeyin  düz  getmədiyinə  hirslənib, 
xırnazın  dinc  həyatını  da  haram  elədi.  Acı  qiyamət  gəlib 
Xırnaza da çatdı. 
 Dövran  həmin  dövran  deyildi,  heç  xırnazlıların  da  əv-
vəlki  vaxtı  deyildi, ancaq  Allah  həmən  Allah  idi.  Allah  belə 


 
138 
 
etməməliydi.  Allah  xırnazlıların  həyatını  acı  zəkkuma,  Xır-
nazı  isə  donuz  yaylağına  çevirməyə  qərar  verməməliydi. 
Amma  Allahın  nəfsinə  keçdi  Xırnaz.  Allahı  bu  qərarından 
dəyişməyə  isə  heç  kimin  gücü  çatmadı.    Əzgilin  xörəllədiyi 
vaxtı bir daha görə bilmədik. Erməni oğraşlığı, satqınlarımı-
zın  şərəfsizliyi xırnazlılarıın  dağ  vüqarını  qırdı,  onları  Sum-
qayıtın küçələrinə səpələdi... 
 
* * * 
 
 Mən  bu  qeydlərimi  Xırnaza  getdiyim  gündən  tutmağa 
başladığım  gündəliklərimdən  seçib  yazırdım.  Düşünürdüm 
ki,  arvadımın  və  oğlumun  dərdini  unutduracaq  bir  məşğu-
liyyət tapmışam. Amma bilmədim ki, aradan şeytan dilli illər 
ötəcək və xırnazlılar öz elindən didərgin düşəcək, öz doğma 
dağlarının,  təmiz  havalarının  həsrətilə  qovrulacaq,  sapsarı 
tifillərə çevriləcəklər. Və mənim bu gündəliyim mənə Xırnaz 
boyda  bir  yük  olacaqdır.  Doğma  elimizdən  pərən-pərən 
düşəndən sonrakı günlərimizi bu gündəliyə yaza bilmədim. 
Daha  bu  gündəliyin  davamı  olmayacaq.  Xırnazlıların  son 
günlərini,  indiki  didərginlik  həyatını  yazsam  əlim  quruyar, 
ürəyim  çatlar.  Sumqayıtın  Politexnik  Texnikumunun  yataq-
xanasında məskunlaşmış xırnazlıların hər səhər xlor yükünü 
“kənd  yadigarı  Qazel”imizə  yükləyib  Bakının  kəndlərində 
veyil-veyil, – “Xlor var, xlor!” – deyə bağırmağımızın nəyini 
yazım axı. Küçə-küçə xlor satmaq xırnazlıya yaraşarmı heç... 
 
* * * 
 
 


 
139 
 
İsgəndər kişiylə Xırnaz daha da müdrikləşmiş, birləşmiş, 
bütövləşmişdi.  İsgəndər  kişi  doğma  vətənində  cəmi  iki  il 
yaşadı.  Dediyi  kimi  mələksima  nəticəsiylə  İsmili  evləndirdi. 
Türkiyədə  yaşayan  qohum-əqrəbasının  bir  neçəsini  doğma 
kəndinə  gətirdi.  Onu  valideynlərinin  yanında  dəfn  etdik. 
Yaxşı  ki,  ikinci  dəfə  vətəndən  didərgin  düşməyin  acısını 
yaşamağı tanrı ona qıymadı. Son nəfəsinədək, – “Bu azğınlar  
yenə başladılarsa, yumruğunuzu birləşdirin!” – deyirdi. “Bəs 
özümüzün satqınlarımızı neyləyək?” – soruşanda, –  “cəhən-
nəm olsun vətən, siz Xırnazı qoruyun və onun uğrunda şəhid 
olub  doğma  torpağınıza  qarışın!  Siz  qürbətin  nə  olduğunu 
bilməzsiniz!  Nəbadə  əlinizi  hər  şeydən  üzüb  didərgin 
düşməyə  razı  olasınız!  Özünüzü  öldürün,  ancaq  Xırnazı  tərk 
etməyin!  Qürbətin  nə  olduğunu  anlamazsınız  siz...”  –  bu  da 
son vəsiyyəti oldu aylarca xəstə yatan İsgəndər kişinin. Ancaq 
indi qürbətin nə olduğunu, İsgəndər babanın o vaxt qürbətdə 
nələr  çəkdiyini  bütün  xırnazlılar  yaxşı  bilirlər.  Xırnazlıların 
cəsarəti çatmadı özlərini Xırnazdaca qətl etməyə. Dedilər ki, – 
“Uzağı  bir-iki  aya  hökumət  torpaqlarımızı  geri  alar  yəqin..”. 
İndi  qürbətin  cəhənnəm  əzabını  yaşayırlar  –  həm  də  həyatın 
acı  qamçısını  yalayaraq,  dizin-dizin  sürünərək  yaşayırlar. 
Əgər buna yaşamaq demək olarsa... 
 
 
* * * 
 
İndi  hər  xeyir-şərdə  xırnazlılar  gizli  bir  sirrin  üstünü 
açmaq  üçün  bir-biriylə  çoxdandır  pıçıldaşırlar,  –  “Görəsən 
qızılları  tapan  kim  idi..?”.    Ancaq  Qəniş  ağanın  yasında 
hamının  yekdil  fikri  beləydi  ki,  –  “Elə  İsgəndər  kişinin  Tür-
kiyədən  Xırnaza  qayıtmaqda  məqsədi,  vaxtilə  basdırdıqları 


 
140 
 
küpəni  tapmaq  olub”.  İndi  xırnazlıları  bir  sual  maraqlan-
dırırdı, – “Görəsən İsgəndər kişi qızılların hamısını xərcləyib 
qurtarmışdı, yoxsa, qalanını Turan apardı..?” 
İş orasındadır ki, günlərin birində qoyun nobatına gedən 
cavanlardan  biri  kəndə  xəbər  gətirdi  ki,  “Camov”da  qırılmış 
küp  qırıqları  tapıb,  hətta  qırıqlardan  bir  neçəsini  kəndə  də 
gətirmişdi. Sonradan bu küpənin, “Zibeydənin dədə yurdu”-
nun  arxasındakı  iri  daşın  altından  çıxarıldığı  da  bəlli  oldu. 
Hamı  bir-birindən  şübhələnirdi.  Küpləri  tapanın  susmağı  isə 
xəyanət  kimi  qiymətləndirilirdi  –  çünki  bir  xırnazlının,  xır-
nazlıdan  gizlini  olmazdı.  Ancaq  kəndə  elektrik,  asfalt  yol, 
körpü,  suvarma  arxı  çəkiləndə  bu  işləri  maliyyələşdirən  İs-
gəndər  kişidən  şübhələnməyi  arlarına  sığışdırmamışdılar. 
İndi  Xırnazın  şəhərdə  böyüyən  cavanları  sırtılmış,  ağzına 
gələni  dillərinə  gətirməkdən  çəkinmirdilər.  Didərgin  elin  bir 
ağsaqqalı  yox  idi.  Hamı  qızılların  sahibinin  İsgəndər  baba 
olduğunu, əvvəlcədən küplərin yerini bildiyindən əmin idi.  
Turan və İsmil isə qaçqınlığın əlindən ailələriylə birlikdə 
Türkiyəyə  köçmüşdülər.  İsmil  ikinci  təhsilini  Türkiyənin  ən 
qabaqcıl  hərbi  akademiyalarının  birində  bitirdi.  İndi  bizim 
Müdafiə  Nazirliyinin  zabitidir.  Xırnazlı  ali  təhsilli  gənclərin 
indi sayı-hesabı itib – oğlanlı-qızlı ali məktəblərə qəbul olub-
lar.  Aradan  20  ilə  yaxın  vaxt  keçəndən  sonra    Xırnaz  gənc-
lərinin hər toyunda toybaşılığı  öhdəmə götürüb zopa yallısı 
çəkirəm.  Artıq  toylarımız  zopusız,  zurna-nağarasız  olmur. 
İndi İsgəndər kişinin və Qəniş ağanın ölənlərinə mən rəhmət 
oxutdururam. Ölüb vətəndə qalmadıqlarına görə onlar bun-
dan artığına, Cəmil kimi diri-diri şaqqalanmağa layiqdirlər. 
Bu  günlərdə  Qədim  adlı  xırnazlının  (buna  xırnazlı  de-
mək  olarmı  heç,  –  Sumqayıtda  doğulasan,  burda  böyüyüb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə