ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

 
169 
 
natmağa həvəsliydilər. Başımı qatmağa, hirsimi boğmağa bir 
şey  axtarırdım.  Avtobus  işə  düşəndə  cavan  bir  uşaq  əlində 
peraşki  torbası  içəri  girdi,  –  “Yaxşı  isti  peraşki  var,  peraşki 
istəyən varmı?”. 
– Qardaş 10 dənəsini ver – dedim. 
Peraşki  satan  avtobusu  o  baş-bu  baş  gedənədək  araq 
şüşəsinin qapağını açıb başıma çəkdim, sonra da peraşkidən 
bir  dişləm  alıb  çeynədim.  Araq,  Dağıstanın  “geydirmə” 
arağı,  peraşkinin  kartofu  isə  kartof  tozundan  idi.  Qurban 
olum  Allaha,  Ramazan  ayının  22-ci  günüydü,  belə  demək 
günahdı,  amma,  əsl  geydirmə  və  haram  dolu  bir  gün  baş-
lamışdı. 
Hə,  elə  hər  şey  də  bu  anlarda  vaqe  oldu.  Peraşki  satan 
yerə  düşdü.  Avtobus  təzədən  yerindən  tərpənmək  istəyirdi 
ki, 20-21 yaşında bir cavan oğlan əlində kalendar, ya da kart 
böyüklüyündə  olan,  Quran  ayələri  və  hansısa  müqəddəsin 
şəkli olan ramazan təqvimi və duaları olan vərəqlərlə maşına 
dürtüldü, – “Ramazan duaları, ayələr, Məhəmməd peyğəm-
bərin,  həzrət  Əlinin  şəkli  (bilmirəm,  bunlar  həqiqətən  bu 
müqəddəs  insanların  öz  şəkilləridir,  ya,  rəssam  təxəyyülü-
nün  məhsuludur..?).  Kim  istəyir,  biri  20  qəpiyə...”.  Zavallı 
qaqaşım iki-üç dəfə car çəkəndən sonra ilk siftəsini eləmişdi 
ki, 13-cü oturacaqdakı sərnişin oğlana səsləndi, – “Gətir bura 
əlindəkiləri..!”.  Oğlan  əlindəki  müxtəlif  nüsxələrin  hərəsin-
dən  birini  bu  50-52  yaşlı  sərnişinə  uzatdı.  Zalımın  balası, 
təqvimləri  alan  kimi  hamısını  ikiyə  bölüb  cırıq-cırıq  elədi,  – 
“Rədd  ol  düş  avtobusdan  küçük,  hamınız  İranın  agentlə-
rinisiz!  Belə  zir-zibillə  (əstəfurullah!)  bəsdirin  bu  millətin 
beynini yediniz! Cəhənnəm ol maşından, qoduq!”. Hamımız 
bu qudurğan insanın hərəkətinə məəttəl qaldıq. 


 
170 
 
Yazıq oğlan çaşıb qaldı: 
–  A  kişi,  adam  da  Quran  ayələrini  cırar  heç,  sən  mü-
səlman deyilsən!? 
– Rədd ol dedim, mənim müsəlmanıma bax bir! Müsəl-
man  da  Quranla  alver  edər!  Bir  tərəfdən  deyirsiniz  şəkil 
çəkdirmək haramdır, digər tərəfdən onların şəkillərini mon-
taj edib satırsınız! 
–  Səni  Allaha  tapşırıram.  Allah  özü  öz  bəlanı  versin!  – 
satıcını elə bil ildırım vurmuşdu. 
– Ə düş aşağı, küçüyün biri küçük..!, – kişi oturacaqdan 
durub  oğlanın  biləyindən  yapışdı.  Çıxışa  qədər  dartıb 
qapıdan çölə itələdi, – “İtil burdan, tərbiyəsiz!”. 
Oğlan həmin sərnişin tərəfə keçdi və yerdən: 
– Kaş atam yaşda olmayaydın, səni it balası kimi döyüb 
öldürərdim, imansız kafir! 
Yol  yoldaşımız  olacaq  bu  sərnişin  ayağa  qalxıb  açıq 
pəncərəsindən bayaqkı satıcıya çımxırdı: 
–  Sən  bunun  tərbiyəsizliyinə  bax  bir,  gör  özündən  bö-
yüklə necə danışır! Düşsəm səni ayağımın altına salacağam! 
İtil gözümdən! 
Oğlan: 
– Sənin kimi böyüyü lənətə gəlsin! 
Kişi dözmədi. Yerindən çölə doğru götürülmək istəyən-
də sürücü Səid qapının dəstəyini çəkdi: 
–  A  kişi  fikir  vermə!  Görmürsən  uşaqdır,  niyə  baş  qo-
şursan ey! 
Qapı  bağlandı  və  avtobus  axır  ki  qara  tüstü  buraxıb 
ləngər vuraraq yerindən tərpənmək istədi. Pıçhapıç  başlan-
dı. Yaşlı bir qadın ilk etiraz səsini qaldırdı – üzünü “13 saylı” 
sərnişinə  (adını  axıradək  bilmədiyimdən,  elə  belə  də  adlan-


 
171 
 
dıracağam) tutub, – “Ağsaqqal kişisən, adam da bu müqəd-
dəs  ayda  Quran  cırar!  Qorxmursan  Allahın  cəzasından?!”. 
“13-cü” cavab vermədi. Pəncərənin şüşəsini bir az da açdı ki, 
içəri  dolmuş  tüstü  çölə  çıxsın.  Ancaq  təmiz  hava  yerinə, 
yerdən  bayaqkı  oğlanın  gülərüzlə  oxuduğu  lənəti  gəldi  – 
düz  onun  pəncərəsinin  qabağında  avtobusla  yanaşı  yeriyib 
aramla “13-cü”yə deyirdi: 
–  Qabağına  uğur  çıxmasın!  Bütün  yolboyu  lənətim  və 
Allahın  qəzəbi  üstündə  olsun!  Getdiyin  yer  cəhənnəmə  dö-
nüb səni udsun! Səni görüm əzablar içində öləsən! Get, indi 
rahat  get,  əzablı    ölümə  doğru  rəzil  halda  get!  Ünvanını  de 
ki, evinizə qayıtmayacağını indidən xəbər verim... 
“13-cü”  yerindən  dik  atılıb  çıxışa  doğru  cumdu.  Sürü-
cüyə, – “Ə, aç qapını bu köpəyoğlunu öldürəcəyəm..!” 
Səid: 
– Əşşi otur görək! Uzaq yol gedəcəyik, əsəbləşdirməyin 
məni görüm! Ehh..! – sonra da başını şüşədən çıxarıb oğlana 
çımxırdı,  –  Sən  də  get  Quranını  başqa  yerdə  sat!  –  deyib 
şüşəni bağladı və tam sürətlə avtovağzaldan çıxdıq. İçəri lal 
bir  sükuta  qərq  oldu.  Hamı  yanındakıyla  bu  imansız  “13-
cü”nün şərəfsiz hərəkətini çöjəliyirdi. Bayaqkı qadın yenidən 
cürətə  gəlib  səsini  ucaltdı,  –  “Şeytanla  yol  yoldaşıyıq  ay 
camaat,  Allaha  dua  edin,  bəlkə  sağ-salamat  çata  bilək! 
Günümüz pis başladı, axırı xeyir olsun”... 
“13-cü”nün  isə  heçnə  vecinə  deyildi.  Key  kimi  lal  otur-
muş, ölümcül göy gözlərini qabaqkı oturacağın arxasında bir 
nöqtəyə  zilləyib  saqqız  çeynəyirmiş  kimi  protez  dişlərini 
şaqqıldadırdı. Çox sakit adam idi – əsəbiyə oxşamırdı, ya da 
bu  sifətlə  anormalın  biri  idi.  Təmiz  qırxılmış  üzü,  ağappaq, 
seyrək  və  ipək  kimi  parlaq  saçını  arxaya  daradığından  ba-


 
172 
 
şının qırmızımtıl dərisi görünürdü. Yoğun qarnı köynəyinin 
düymələrini dartıb gərmişdi. Altdan mayka geymədiyindən 
ağ  tüklü,  yağlavca  dərisi  və  göbəyi    görünürdü.  Boz  zolaqlı 
sürtülmüş  şalvarına  yaraşan  ağ  köynəyi  onu  bir  qədər 
ziyalıya oxşadan yeganə şey idi. Hamı dəqiqəbaşı çönüb ona 
baxır, o isə gözünü zillədiyi nöqtədən bircə an belə çəkmirdi. 
Avtobus  Xırdalana  çatanda  “13-cü”nün  yanındakı  sər-
nişin  durub  arxadakı  boş  oturacaqlardan  birinə  keçdi.  Ən 
arxa uzun oturacağı isə saqqallı və qısabalaq şalvarlı, cüssəli 
bir  cavan  oğlan  və  bir  qız  bütövcə  zəbt  eləmişdilər.  Bu 
oğlanın  pinti  saqqallını  ona  görə  xatırlayıram  ki,  hələ  mən 
avtobusa  minəndə,  bu  oğlan  başını  yanındakı  qızın  dizinə 
qoyub  yatmışdı  və  hər  dəfə  araq  şüşəsini  başıma  çəkəndə 
qorxudan gözucu ona baxırdım. 
Rusiya  sərhəddinə  çatanda  artıq  günortaydı.  Sərhəddin 
qarşısındakı  yeməkxanaya  gedib,  ağaclıqda  özümüzə  yer 
seçdik və adama bir kasa kiftə sifariş verdik. Yeməklərimizi 
tələsik yeyirdik ki, birdən avtobus yola düşər çölün ortasın-
da qalarıq. Aldığım araqlardan birini özüm yolda peraşkiylə 
içmişdim, digər yarımçığı da dostlarımla içib avtobusumuza 
doğru tələsdik. Ancaq it əzabı buna deyirmişlər qardaş – düz 
altı saat biz tərəfdə avaralandıq, –  bizi buraxmalarını gözlə-
dik. Sonra bizi neytral zonaya buraxdılar – burda da düz iki 
saat  gözləyəsi  olduq.  İki  dövlətin  arasında  –  körpünün  üs-
tündə  sahibsiz  qalmışdıq.  Maşın  karvanının  ucu  görünmür-
dü.  Qadınlar  öz  körpə  uşaqlarını  elə  yolun  qırağındaca  çiş 
tutur, kişilər isə sərhədçi əsgərin görə biləcəyi qədər aralanıb 
kol-kos  dibindəcə  özlərini  boşaldırdılar.  Amma  bizim  “13-
cü”  avtobustan  düşməmişdi.  İki-üç  dəfə  yalnış  “alarm”la 
avtobusa  minib  yenidən  düşdük.  Amma  daha  avtobusdan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə