ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

 
202 
 
yəvi qatqı var ki, qurd ona yaxın durmayıb. Bu işdə qurd in-
sandan ağıllıdır. Bax genidəyişdirilmiş meyvələr də öz gözəl-
liyilə  adamı  yoldan  çıxarır.  İnsana  görk  olsun  deyə  qurda 
göz və ağız dadı verib yaradan Allah, şeytan vəsvəsəsi kimi 
insanları zahiri gözəlliklə yoldan çıxaranlardan bir gün müt-
ləq haqq-hesab soracaqdır. İblis əslində insanın iradəsini ida-
rə  edə  bilmir,  yalnız  bir  şeyi  gözəl  göstərməklə  insanı  düz 
yoldan  sapdırır.  Gerisini  öz  mükalimənizə  buraxıram  Elçin 
müəllim.  
Quba almasının dadı qaçıb, Qızıləhmədi almasının rəngi 
gündən-günə gözəlləşsə də, artıq oduncaq dadı verir. Selek-
siya qanunları başqa şeydir, gen transplantasiyası isə tamam 
başqa  bir  şey.  Baxın,  həkim  analara,  öz  uşaqlarına  vitamin 
kimi təbii meyvə şirələri çəkib verməyi tövsiyyə edir. Zavallı 
ana da bazarda ən yaraşıqlı və bahalı meyvələri alıb şirəsini 
canından  da  əziz  övladına  verir.  Gecənin  bir  yarısı,  körpə, 
yuxudan  qarnını  doğrayan  sancıyla  yerindən  dəli  kimi  dik 
atılır  və  qusub  rahatlanmadıqca  yuxuya  getmir.  Həkimlər 
bildiyimiz  diaqnozu  qoyur,  –  “Zəhərlənib!”,  ya  da  ən  yaxşı 
halda  –  “qarnı  pozulub”.  Kimyəvi  dərmanlarla,  gen  dəyiş-
məklə alınan meyvələr insana çox ziyanlıdır – insanın nəslini 
kəsmək  üçün  düşünülmüş  bir  silahdır.    Mən  də  meyvələrin 
“həkim”iyəm, mən də alma ağacına nə yedirmək lazım oldu-
ğunu  təyin  edirəm.  Bilirəm,  kiminsə  bostanına  daş  atıram, 
ancaq  paketlənmiş  şirələrdənsə,  yaşadığınız  arealın  təbii  şə-
raitində bitən meyvələrdən istifadə edin. 
 
 
* * * 
 
 


 
203 
 
...Nəysə,  başınıza  dönüm.  Bura  qədər  bəsdi,  gerisi  alim 
araşdırmaları  və tövsiyyələrindən  başqa  bir şey  deyildi.  Bü-
tün kollektiv, Feyzi müəllimi alqışlayır, sevincimizdən atılıb 
düşürdük  –  “Əhsən  İbişov”  bağırırdıq.  Əslində  kişi  hamı-
mızın adından nə lazımdısa, hər şeyi dedi, bir şeyi unutma-
dı.  Tibb  elmlər  namizədi,  dosent  Rəşid  Məmmədov  cindar-
lar, falçılar, ekstrasenslərlə mübarizədə necə ad çıxarmışdısa, 
əmin  idik  ki,  İbişov  da  bu  gündən  “halal  və  haram  tele-
savaşının  ən  yaxşı  hakimi”  olacaqdır.  İşçilər  öz  iş  yerlərinə 
təzəcə dağılışmışdılar ki, telefon zəng çaldı. Sevinclə dəstəyi 
götürdüm.  “Yəqin  alim  dostlarımdan  Feyzulla  İbişovu  ta-
nıyanlar verilişə baxıb məni təbrik etmək istəyir...” 
– Alo, buyurun eşidirəm – demişdim ki, telefonun o biri 
ucunda  yonulmamış  bir  səs  az  qala  cöngə  kimi  böyürdü  – 
“Sən kimsən!?...” 
–  Mən..,  meyvəçilik  institutunun  bioloji  tədqiqatlar  la-
boratoriyasının  müdiri,  biologiya  elmlər  namizədi,  dosent 
Əkbər Vəliyev... 
– Əyə, donqili! O qaloşu sən çıxartmısan televizora?!  
– Nə olub ki..? 
– Ə o bambılıya deynən ki, gözünün yaşını damla-dam-
la  toplayıb  eksporta  göndərərəm.  Ətini  donuz  piyinə  qatıb 
“halal” kolbasası düzəldərəm! Bir də murdar qaşıq kimi özü-
nüzü gözə dürtməyin, eşitdin! 
– Bağışlayın, kimnən danışıram? 
–  Adamın  qanını  damla-damla  içməkdən  zövq  alan  bi-
riylə!  Deyəsən  dediklərim  sənə  yaxşı  çatmadı...  Dilinizi  so-


 
204 
 
xun dinməzinizə, bir də çıxartmayın. Qandın!? Yenotabənzər 
tısbağa, genidəyişdirilmiş porsuq, tüklü heyvərə! 
– .... 
– Düt.., düt, düt.... 
Dəstəyi  peşiman-peşiman  yerinə  qoydum.  Ayaqüstə 
quruyub  qalmışdım.  Bayaqkı  sevincimdən  zərrə  qədər  də 
əsər-əlamət qalmamışdı. 
Ürəyimi  tutub  stula  oturdum.  Axı  İbişov  neyləmişdi  ki? 
Bir vicdanlı alim kimi ürəyindən gələn, haqlı və səmimi elmi 
izahatdan başqa heç bir günah söz işlətməmişdi. Niyə vicdan 
və  haqq  söz  də  kiminsə  monopoliyasına  tabe  etdirilməlidir? 
Maddiyyət  üstündə  çarpışanlar  barədə  çox  eşitmişəm,  ancaq 
bu yolda alimin təhqir edilməsini heç ağlıma da gətirməzdim. 
Allah  sənə  rəhmət  eləsin  Sultan  Səlim.  Deyirlər  Səlimin 
dövründə  vətənə  hücum  olardısa,  sultan  əmr  edərmiş  ki,  – 
“İlk növbədə ölkənin alimlərini təhlükəsiz yerə çıxarın”. Son-
ra öz ailəsini xilas edər və qoşunun qabağında yağı üstünə ge-
dərmiş.  “Vətəni  müvəqqəti  itirmək  də  olar,  ancaq  alimin  eti-
barını bir saniyə də olsa itirmək ağır günahdır”. Dernəyin da-
ğılsın  nadan  insan!  Səni  görüm  yer  üzünə  gəlməz  olaydın! 
Yeri,  Allah  qatında  Şəhidlərlə  bir  tutulan  alimlərin  daş-qalaq 
olunan,  dərbədər  salınan  vaxtıdır!  Günahlarda  yıxanan  yur-
dum, sən allah acgöz, hiyləgərlər, yaltaqlar, nadanlar, ikiüzlü-
lər vətəninə çevrilmə! Halallıq, haqq söz deyən alim də səndə 
təhqir olunacaqsa, artıq buranı tərk etməyin vaxtıdır demək! 
Qeyri ixtiyari əlimə qələm aldım, ağ vərəq götürüb yaz-
dım: 
 


 
205 
 
...institutun direktoruna 
Ərizə 
 
Xahiş edirəm məni səhhətimlə əlaqədar olaraq işdən azad 
edəsiniz. 
İmza:             b.e.n. Vəliyev Əkbər Vəli oğlu 
 
Ərizəni də götürüb direktorun yanına qalxdım və ərizə-
ni stolun üstünə qoyub tam ciddi şəkildə işdən azad olunma-
ğımı  israrla  xahiş  etdim.  Çox  çək-çevirdən  sonra  kişini  bez-
dirdim  və  inandırdım  ki,  mütləq  işdən  azad  olunmalıyam. 
Allah  köməyi  olmuş,  sonda  razılaşdı.  İşdən  azad  olundum 
və birbaşa evə gəldim. 
 
* * * 
 
...Qaynımın “Sədərək” ticarət mərkəzində iri bir dükanı 
var. Ali təhsil almağına mən səbəb olmuşam, onu mən evlən-
dirib adam eləmişəm. İndi onun yanında anbardar işləyirəm. 
İşim  çox  rahatdır,  ancaq  vicdanım  hələ  də  yaralıdır.  Kaş 
mənə o acı sözləri deyən adamı bir gün mənə göstərəydilər. 
Təhqir  olunmuş  vicdanıma  and  olsun  ki,  dəmirdən,  qurğu-
şundan  tökülmüş  olsa  belə,  onu  dişlərimlə,  caynaqlarımla 
parça-parça edərəm. 
Xaricdən  gələn  iş  təkliflərinin  bir  neçəsini  artıq  götür-
qoy  etmişəm.  Mənə  anamdan  da  əziz,  məni  böyüdüb  boya-
başa çatdıran Vətənimi – doğma Azərbaycanımı “uf” demə-
dən tərk  edəcəyim  günü  səbirsizliklə  gözləyirəm. Bazardakı 
tanışlarım tez-tez soruşurlar, – “Niyə işindən, rahat dolanışı-
ğından  imtina  etdin?”.  Həmişə  də  eyni  cavabı  verirəm,  – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə