ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

 
206 
 
“Mən,  alimi  zibil  yerinə  qoyulan  bir  məmləkətdə  yaşamaq 
istəmirəm”. Mən, haramın “halal” etiketi altında alınıb-satıl-
dığı bir məmləkətdə yaşamaq istəmirəm... Mənə elmlə azad 
məşğul ola biləcəyim bir yer lazımdır.  “Amma kiməsə şika-
yət  edə  bilərdin,  məsələnin  araşdırılmasını,  səni  təhqir  edə-
nin tapılmasını tələb edə bilərdin” – deyəndə, cavab verirəm 
ki,  –  “Mən  elm  adamıyam,  bütün  bicliklərdən,  şeytan  və 
siyasətdən  uzaq  vicdanlı  bir  alim..!  Məni  təhqir  edəni  ax-
tarmaq mənim işim deyil. Bir alim heç bir vəchlə təhqir edil-
məməlidir!”  
 Məni qara yola-qara saata itələdilər Vətən! Əlvida, doğ-
ma Azərbaycanım mənim, məni səndən küsdürdülər, iyrən-
dirdilər,  qəlbimi  qırdılar  vətən!  Mən  elmimi  sənin  xoş  gələ-
cəyin üçün qurban verməyə hazır idim, hər şeyimin sənin ol-
masını istəyirdim vətən...  
Kaş,  heç  olmazsa,  son  məzarım  olaydın.  Artıq  indidən 
qürbətin zəkkum dadını duyuram...  
Məni isti ocağımdan, yurdumdan-yuvamdan edən, səni 
görüm lənətə gələsən!  
 
13 avqust 2010-cu il 
 
 
 
 
 
 
 
 
 


 
207 
 
 
 
 
 
 
Namus dağı 
 
 
 
Bu  hekayə,  Azərbaycan  Respublikası 
Prezidenti  Yanında  Gənclər  Fondunun  maliyyə 
dəstəyi  ilə  çap  olunan  gənc  yazarların  kitabı 
üçün seçilmiş on üç hekayədən biridir

 
A
damın  ki  yaşı  qırxı  ötdü,  hər  dağda-düzdə  gördüyü 
ot-əncərə, gül-çiçəyə diqqət kəsilir, – “Bu ot nəyin dərmanı-
dır? Görəsən bu çiçəyin dəmləməsinin mənə xeyri olarmı?”. 
Molla  Valeh  deyir  ki,  –  “Cəhənnəm  əzabının  bu  dünyadakı 
ən kiçik işartısı böyrək daşının ağrısıdır” – böyrək ağrısı cə-
hənnəm əzabının ən yüngülüymüş. Allah kəssin belə ağrını! 
Heç  düşmənimə  də  arzulamaram  bu  burum-burum  cəhən-
nəm  əzabını.  Allahın  verdiyi  bu  gözəl  nemətləri  bir-birinə 
qarışdırıb yeməkdən böyrəklərimizə daş yığılanda, mədəmiz 
azara tutulanda,  deyirik ki, – “İndiki yeməklərin lap zayı çı-
xıb,  hamısı  zəhər-zəhrimardır”...  Mən  də  həfçoş  yeyənlər-
dənəm – neyliyim, tutma-turşu əvdirməsəm ölərəm, duzsuz 
yemək yeyəndə canıma qut olmur – bir sözlə, rəhmətlik nə-


 
208 
 
nəm demişkən, azca siləfsinliyim
32
 var. Mən də qırxı ötəndən 
sonra dəva-dərman əntəşəsinə düşdüm. Qara çaydan imtina 
etdim  –  ancaq  yaşıl  çaylar  içdim.  Nəfsimi  ətə,  duza  həsrət 
qoydum.  Amma  çifayda,  yaş  öz  işini  görməlidir  –  azar-
bezardan qaçmaqmı olar... 
Son  aylar  böyrəyimin  ağrısı  məni  qəməlti  kimi  doğra-
yanda,  mədəmin  sancısı  böyrəyimin  zoqqultusuna  qarışanda 
ilk  dəfə  ciddi  müalicə  haqqında  düşündüm.  Di  gəl  ki,  dün-
yada  ən  qorxduğum  şeylərdən  biri  də  “şlanq  udmaq”dır  – 
hələ  əsgərlik  vaxtı  birinci  dəfə  udub  zülmünü  görmüşdüm. 
“Ölsəm  də  şlanq  udmaram”  –  deyib,  daş  atdım  -  başımı  tut-
dum.  Canımın  qorxusundan  dərdimin  çarəsini  başına  gələn-
lərdən soruşdum. Hərə minbir dəva söylədi. Amma içində ən 
ağılabatanı  mineral  sular  çıxan  sanatoriyalarda  təbii  üsulla 
müalicə oldu. Sanatoriyaların içində isə həm ucuz, həm yaxın, 
həm  də  daha  şəfalı  suyu  olanı  Gürcüstanın  Sairmə  sa-
natoriyasının üstündə dayandım. İnternetdə bu sanatoriya ilə 
qiyabi  tanış  oldum,  bəyəndim  və  vaxt  itirmədən  bir  aylıq 
müddətə  yer  “bron”ladım.  Siz  də  bağışlayın,  arvad-uşağımı 
da götürüb öz maşınımla Sairmə yolunu aldım əlimə. Yollar-
da dayana-dayana, gəzə-gəzə iki günə gəlib Sairməyə çatdım.  
Hərəyə öz vətəni şirin olmağa şirindir, ancaq belə möcü-
zəli  cənnət  guşəsini  heç  öz  vətənimdə  də  görməmişəm.  Ba-
laca  bir  dərədə  neçə  dərdin  dərmanı  olan  su çıxarmış...  Hər 
addımda göz, revmatizma, qastrit, mədə xorası, böyrək daşı, 
dəri  xəstəlikləri,  Allah  bilir  daha  nə  xəstəliklərin  şəfası  olan 
su bulaqları var idi burada... Vallah, məqsədim Sairməni rek-
lam  etmək  deyil.  İnsan  sağlamlığı  hər  reklamdan  qiymətli-
                                                           
32
 Tamahkirlik 


 
209 
 
dir. Gör neçə-neçə həmvətənim “ağzının içindəki” şəfalı yer-
dən  bixəbərmiş  –  şəfasını  iti  cərrah  bıçağında  görür  zavallı-
lar... Özü də günü 40 lariyə – bizim pulla 20 manata. Bizim-
kilərin  iynə-dərman  siyahısından  yaxa  qurtarmaq  üçün  ən 
məsləhətli yerdir bura. Ən əsası isə, sevdiyim farel balığının 
bolluğuna  düşmüşdüm.  Ancaq  heyif  ki,  həkimlər  farel  qı-
zartması yeməyi qadağan etdilər mənə.  
Zavallı balalarım özlərini cənnətdəki kimi hiss edirdilər. 
Uşaqların  əylənməsi  üçün  burda  nə  yox  idi  ki...  Sıx  meşəli 
sıldırım  dağların  dibində  ürəkdolusu  nəfəs  almaq  nəyə  de-
sən dəyərdi.  Bir  sözlə, Bakının toz sovuran  isti  avqust  külə-
yindən canımızı qurtardığımıza elə sevinirdik ki... 
Yüklərimizi sifariş verdiyimiz otağa yerbəyer edib sana-
toriyanın həyətini gəzdik. Üç övladım var – ortancılım oğlan, 
ikisi isə qızdır. Balacası – Selcan dörd yaşın içindədir. Öz ba-
lamdır deyə demirəm, çox istiqanlı və adamayovuşan uşaq-
dır.  İlk  gündən  Sairməyə  elə  valeh  olmuşdu  ki,  bizə  dinclik 
vermirdi.  Elə,  –  “həyətdə  oynamaq  istəyirəm”  –  deyib  dad 
deyirdi. Uşaqlar bütün günü həyətdə olurdular. Mən isə hə-
kimlərin  yazdığı  prosedurlara  ciddi  əməl  etməyi  qərara  al-
mışdım. Prosedurlardan vaxt tapanda isə gah ailəmlə gəzişir
ya da otaqda sakitliyə çəkilib dincimi alırdım. 
 
* * * 
 
Sairməyə  gəlişimizin  beşinci  günüydü.  Vannadan  yenicə 
qayıdıb  yatağımda  uzanmışdım.  Yoldaşım  sonbeşiyimin  bilə-
yindən tutub güclə otağa saldı. Selcan hönkür-hönkür ağlayırdı. 
– Nə olub, niyə ağlayır? – deyə yoldaşımdan soruşdum. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə