ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

 
210 
 
–  Yapışıb  bir  gürcü  uşaqdan,  əl  çəkmir  ki,  –  “Qoy  ba-
cıyla oynayım!” 
– Qoy oynasın da, nə var ki bunda? 
– Dilini bilmir axı, necə oynaya bilər? 
–  Uşaqların  öz  dili  olur.  Dəymə,  qoy  oynasınlar,  –  de-
dim. 
Amma  uşaq  kirimək  bilmirdi.  Naəlac  qalıb  özüm  onu 
həyətə düşürdüm. Gül-çiçəkli  meydançada uşağın gözü elə 
hey  təzə  tapdığı  “rəfiqəsi”ni  axtarırdı.  Kəlməbaşı,  –  “Anuş 
hardadı?” – deyib dururdu.  Uşağı bir qədər ovudub bir gür-
cüylə  şirin söhbətə  girişmişdim.  Ölkələrimizin  fərqli  qanun-
larını  “xırdalayıb”  dərdləşirdik.  Birdən  Selcanın  sevincək 
mənim  qolumdan  dartışdırmasına,  böyrümü  dürtmələməsi-
nə  barmağıyla  göstərdiyi  səmtə  boylandım.  Cavan  ər-arvad 
qarayanız qızcığazın əlindən tutub 4 nömrəli mineral bulaq-
dan su içməyə gəlirdilər. Bu qızcığaz elə sevimliydi ki, özü-
mün də qanım qaynadı uşağa. Selcanı görcək, o da valideyn-
lərinin  əlindən  dartınıb  çıxdı  və  düz  qızıma  doğru  götürül-
dü.  Övladım  yalvarış  dolu  gözlərini  mənə  dikdi.  “Get  ba-
cıyla oyna” – demişdim ki, rəfiqəsinə doğru elə qaçdı ki, bir-
birlərinə çatanda az qalmışdı toqquşşub yıxılsınlar. Heç doğ-
ma bacısını, məhlədəki həmyaşıdlarını, heç gəlinciklərini be-
lə  sevmirdi  Selcan.  Cütlük  yanımıza  çatanda  kişiyə  əl  verib 
gürcücə  bildiyim  tək  sözü  dedim,  –  “Qamar  coba
33
”.  Ər, 
rusca  “zdrastvuy”  dedi.  Səki,  uşaqların  birlikdə  oynaması 
üçün  valideynlərdən  icazə  alacaqdım.  Soruşdum,  –  “Gürcü 
deyilsiniz?”. Dedi, – “Yox, erməniyik”. Sanki, təpəmə bir qa-
zan  qaynar su tökdülər.  Elə  bil  əlim  murdar  ətə dəymişdi – 
                                                           
33
 Gürcü dilində “Salamun əleyküm” deməkdir. 


 
211 
 
qanım  it  qanına  döndü.  Daha  danışacaq,  soruşacaq  sözüm 
yox  idi.  Gözüm  qızımı  axtardı.  Balacalar  çəməndə  böcək 
uçurur,  deyib-gülürdülər.  “Selcan!”  –  səsimdəki  hirsi  qızım 
da  duydu,  –  məlul-məlul  yanıma  gəldi,  –  “Ata  qoymursan 
oynamağa..?” – soruşdu. “Yox” desəydim gözünün mütüyü-
nü  axıdacaqdı,  odur  ki,  –  “gedək  yeməyimizi  yeyək,  sonra 
oynayarsınız” – dedim. Candərdi razı oldu. Anuşa qaçıb ye-
məkdən sonra axşamadək birlikdə oynayacaqlarını sevincək 
çatdıranda,  Anuş  da  öz  erməni  dilində  nələrsə  dedi  və  hər 
ikisi  sevincdən  atılıb-düşdülər.  Selcanı  evə  gətirib  anasına 
acıqlandım,  –  “Anuş  dediyiniz  uşaq  gürcü  yox,  it  küçüyü  – 
erməniymiş! Bir bu çatışmırdı! Uşağı yanında hərlə, qoyma o 
uşaqla oynasın!”. 
Yoldaşım:  
–  Buy  ayıb  ola!  Bəs  xəbərin  var  ki,  onlar  bizim  divar 
qonşumuzdular? Yan otaqda qalırlar... 
– İşə düşmədikmi..! “İlanın zəhləsi yarpızdan gedir, o da 
gəlib  yuvası  ağzında  bitir”..!  Cəhənnəmə  olsun!  Uşağa  bax 
sən! – lap ciddi tapşırdım.   
Hövsələsiz olduğumu bilirəm. Bu dəfə lap özümə yer ta-
pa  bilmirdim.  Elə  bil  ki,  dörd  yaşlı  uşağım  böyük  və  bağış-
lanmaz bir günah işlətmişdi. Allaha ağır getməsin, doğmaca 
körpəm gözümdən düşmüşdü. Bu bir yana qalsın, bir ermə-
niylə qonşu olmağın töhmətini götürə bilmirdim. Axşam ye-
məyindən  sonra  müştəri  qəbulu  və  qeydiyyatı  şöbəsinə  ya-
xınlaşıb  yerimizi  dəyişmək  üçün  başqa  otaq  soruşdum,  – 
“Bütün otaqlar doludur, heç cür mümkün deyil” – dedilər.  
İstirahətim  və  müalicəm  üçün  hər  cür  yaxşı  şəraitin  ol-
masına baxmayaraq özümü çox əsəbi hiss edirdim. Get 13 il 
Qarabağda  bu  mənfurlarla  vuruş,  yaralan,  axırda  da  gəlib 


 
212 
 
onlarla  bir  sanatoriyada  istirahət  elə.  Bunu  mənim  kimi 
kəmhövsələ  heç  götürərdimi?  Hər  dəfə  bu  erməni  ailəsini 
həyətdə asudə gəzən görəndə ətim ürpənirdi. Məni qınama-
yın,  bu  dünyada  erməninin  varlığı  məni  iyrəndirir.  Hər 
millətin  ikiüzlüsü,  nadanı,  yaltağı,  baltaya  sap  olanı  var, 
ancaq  bütöv  bir  millət  olaraq  rusun  xatirinə  öz  millətinə, 
qonşusuna, dünyaya xəyanət etmək, satqın və nadan olmaq 
ermənilərin  əsas  xislətidir  –  bu  mənim  qəti  fikrimdir.  Nə 
vaxtsa  onlarla  barışası  olsaq  belə,  hətta,  bu  sözlərimə  görə 
gələcək  nəsillərimiz  məni  daş-qalaq  etsə  də  bu  fikrimdən 
dönmərəm!  Lap  erməni  kirvəmiz  də  olub,  erməniylə  gediş-
gəlişim  də  olub,  ancaq  dədə-babadan  erməniyə  nifrətlə  bö-
yümüşəm. Bu nifrətlə Qarabağ döyüşlərində erməniyə silah 
da  qaldırmışam.  Bu  müharibəni  uduzduğumuz  üçünsə,  ilk 
növbədə özümü günahlandırıram – çünki, hələ də sağam və 
bu  boyda  dərdin  göynərtisini  unudub,  böyrəyimin,  mədə-
min  azarının  qeydinə  qalmağa  gəlmişəm.  Qaysaq  bağlamış 
Qarabağ  yaramın  qabığını  qoparmışdı  bu  erməni  ailəsi. 
Onların  məni  heç  vecə  almaması,  asudə  gəzməsi  isə  mənə 
lap  od  qoyurdu.  Həyətdə  gəzişərkən  Selcan  hər  dəfə Anuşa 
doğru dartınanda dalına yağlı sillə çəkib yerində oturdur və 
göz yaşlarına baxmadan amansızca onu susdururdum.  
 
* * * 
 
...Gecənin birində yoldaşım hövlnak məni yuxudan oya-
dıb deyəndə ki, – “Selcan otaqda yoxdur, uşaq itib!”, –  Sair-
mə  başıma  fırlandı  –  ilk  ağlıma  gələn  qonşularım  ermənilər 
oldu  –  “Bunlar  nə  desən  edərlər...”  –  düşündüm.  Hamama 
baxdım,  çarpayıların  altına  boylandım,  balkona,  dəhlizə, 


 
213 
 
foyeyə  cumdum  –  uşaq  heç  yerdə  yox  idi.  Qonşunun  qapı-
sını  döyməyi  özümə  sığışdırmırdım.  Lakin  sonda  naəlac 
qalıb  hirslə  qapını  döydüm.  Qapını  üzümə  “dığa”  açdı. 
“Uşaq itib, Anuşun yanında deyil ki?!...” –  hirslə soruşdum. 
Otağın işığını yandırdı. Onun da gözləri bərələ qaldı – Anuş 
nə  anasının  qucağında,  nə  də  öz  yatağında  yox  idi.  Səsə 
arvadı  –  “haxçik”  yuxudan  oyandı.  Övladlarının  yataqda 
olmadığını  görəndə  ilk  olaraq  balkona  baxdı.  Dığa  gülüm-
sünüb  barmağı  ilə  məni  balkona  çağırdı.  Balkonlarına  ba-
xanda Anuşu üzüstə, atasının idman pencəyinin altında kir-
pi kimi yumrulanıb gizlənmiş gördüm.  İndi fikir verdim ki, 
balkonlarımız  arasındakı  arakəsmə  nazik  azbest  lövhədən-
miş  və  altı,  uşağın  başı  girəcək  qədər  hündürüymüş.  Anuş 
yazıq-yazıq  atasına  boylandı.  Üzüstə  erməninin  balkonuna 
uzandım  –  arakəsmənin  o  üzündən  baxan  qızımın  məsum 
gözləriylə  qarşılaşdım.  Öz  otağımıza  keçdim,  balkonumuza 
çıxdım. Qızım yun yataq örtüyünün altında gizlənib Anuşla 
xısın-xısın söhbətləşirmişlər...  Onu vurmağa əlim gəlmədi – 
axı  uşaq  nə  bilir  ki,  erməni  nədir,  düşmən  nədir,  düşmənə 
necə  nifrət  etmək  lazımdır?  Onu  qucağıma  alıb  yatağına 
uzatdım.  Üstünü  örtəndə,  –  “Ata,  Anuşu  evimizə  aparaq? 
Mən  istəyirəm  ki,  Anuş  mənim  bacım  olsun”  –  bircə  bunu 
dedi  və  rəfiqəsiylə  doyunca  oğurluq  görüşdən  sonra  şirin 
yuxuya  getdi.  Hirsim  ən  yüksək  həddəydi.  Qonşumun  işığı 
hələ də yanılı idi. Siqaretimi yandırıb balkona çıxdım. Ermə-
nini balkona səslədim. Birnəfəsə, – “Çıxın gedin burdan! Sizi 
görmək istəmirəm! Yoxsa əlimdən bir xəta çıxacaq!” – dedim 
və yatağıma qayıtdım. 
 
* * * 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə