ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

 
197 
 
Prokuror: 
– Bunun ağlı başındadır, yoxsa “devit-be
31
”dir? 
Qadın: 
– Vallah bir axmaq hərəkətini görməmişik. 12 ildir qon-
şuyuq, tam normal adamdır... 
Prokuror  polis  maşınının  arxa  pəncərəsindən  itinə 
yazıq-yazıq boylanan Arizə dedi, – “Get. İtinə yönlü ad qoy-
mayan  çobanın  dərisinə  saman  təpib  ağacdan  asmaq  lazım-
dır”. Arizi polislər apardı. Diki isə bayaqkı polis ipindən tu-
tub  saxlamışdı.  Arizlə  bayaqdan  söhbət  edən  polis  proku-
rordan soruşdu: 
– Yoldaş prokuror, bəs bu iti neyləyək? 
Prokuror: 
– Adını dəyişib idarənizə təhvil verin! 
Təcili  yardım  maşını  meyidi  götürüb  gedəndən  sonra 
adamlar dağılışdılar. Müstəntiq prokuroru yanladı: 
–  Görəsən  doğrudan  “dik”  ingilis  dilində  “penis”  de-
məkdir? 
– Yox əşşi bir! İngilis kimi ağıllı millət də murdar bir şe-
yi itinə ad seçər? Gicbəsər manyakın biridir da, deyir, siz də 
inanırsınız...  Mən  özüm  neçə  kinolarda  Dik  adlı  adam  gör-
müşəm. Yox, rəhmətlik zarafat etmək istəyib, bu da qansızın 
biriymiş, boğub öldürüb yazığı... 
Müstəntiq: 
– Vallah bəlkə də mərhum düz deyirmiş, bu ağıllı saydı-
ğımız ingilisin bir qiymətli şeyi varsa, o da barmağıdır – “in-
gilis  barmağı”  –  yəni  siyasəti.  Qalan  namus,  qeyrət  məsələ-
                                                           
31
 Ağıldankəm - “xidmətə yararsızdır” diaqnozunu bildirən tibbi müayinənin 
məşhur “9
b
”  maddəsi. 


 
198 
 
lərində sən deyən diqqətcil millət deyillər. Kim bilir, bəlkə öz 
“dik”lərindən ilhamlarıb, oğlunun adını Dik qoyan bir ingi-
lis də varmış..? 
–  Sən  də  bayaqkı  kişi  kimi  zəhləmi tökmə. Başım  çatla-
yır, gedək bir pivə içək. Axır ki, bir cinayətin üstünü aça bil-
dik...  Dikin  tərcüməsini  isə  prokurorluqda  öyrənərik  –  ota-
ğımda lüğət olmalıdır. 
– Pah atonnan kişidə it qıscanclığına bax ey... 
– İt yox, canavar qısqanclığı... 
 
 14-16 dekabr 2011 
 
 
 
 
 


 
199 
 
 
 
 
 
 
Təhqir edilmiş vicdan 
 
 
 
 
Bu  hekayə,  IV  Nəsimi  Milli  Ədəbiyyat 
Müsabiqəsinin  “Ən  yaxşı  hekayə”  nominasi-
yası  üzrə ilk onluğa seçilmişdir. 
 
İ
nstitutlardan  birində  bioloji  tədqiqatlar  lobaratoriya-
sının  müdiriydim.  Elmlər  namizədiyəm.  Bir  gün  özəl  tele-
viziyaların  birindən  zəng  vurdular  ki,  –  “genidəyişdirilmiş 
meyvə-tərəvəz,  korservləşdirilmiş  ərzağa  vurulan  konser-
vantların  insan  orqanizminə  zərərinə  dair  veriliş  çəkilir,  xa-
hiş  edirik  canlı  proqramda  iştirak  etmək  üçün  başıçıxan  bir 
nümayəndə göndərəsiniz”.  
 Ay sizin qadanızı alım, burda nə pis şey vardı ki... An-
caq mən nə bilim ki, axırı zibilə dönəcək. Laboratoriyamızın 
“ağıl  dəryası”,  içimizin  ən  savadlısı  olan  Feyzulla  İbişovu 
göndərməyi  şəkk-şübhəsiz  qərara  aldım.  Adamın  vicdanı 
olar, mən də qarışıq, bütün laboratoriya tərəzinin bir gözünə
Feyzi müəllimsə digər gözünə qoyulsa, yenə də onun çəkisi 
savadda ağır gələr. Allah baxır, hamımızdan savadlıdır kişi, 
özü də biologiya elmlər namizədi, dosentdir. Özünə yanaşıb 


 
200 
 
xəbəri  dedim.  “Necə  məsləhət  bilirsiniz..!”  –  deyib  pal-
paltarını dəyişib çəkilişə getdi. 
 Bütün  işçilərlə  birlikdə  iki  saatdan  sonra  televiziya  ilə 
canlı yayımda gedən həmin verilişə baxmaq üçün mənim ka-
binetimə yığışmışdıq. Feyzulla müəllimi televiziyada görən-
də  hamımızın  içindən  bir  qürur  hissi  cərəyan  kimi  keçdi,  –  
o,  bizim  layiqli  təmsilçimiz  idi.  Birinci  dəfəydi  ki,  fağır  və 
ürəyiyuxa  kolleqamın  üzündəki  alim  nurundan  gözüm  qa-
maşdı – həqiqətən televizor adamı başqa cür göstərirmiş. 
Mövzu çox maraqlı mövzuydu. Durub bütün verilişi da-
nışası  deyiləm.  Söhbəti  birbaşa  mətləbin  üstünə  gətirirəm. 
Söz verildi Feyzulla müəllimə... O üzünü aparıcıya tutub çox 
inamla və əminliklə hamının bildiyi, qəzetlərin, televiziyala-
rın gündə toxunduğu eyni şeyləri təkrar etdi: 
–  Elçin  müəllim,  bu  “reklam”,  “keyfiyyət”,  “halal”  ter-
minləri  bazara  girəndən  hər  şeyin  zayı  çıxıb,  meyarlar  tərsi-
məzhəb olub. Reklam olunan şeyi almaqdan insanlar çəkinir, 
–  “demək  nəysə  zay  məhsuldur  ki,  bu  qədər  xərc  çəkib 
camaata  sırışt  edirlər.”  –  deyə  düşünürlər.  Reklama  aldanıb 
alırsan,  məlum  olur  ki,  keyfiyyətsiz  bir  şeymiş,  bir  daha 
aldadıldığına it kimi peşiman olursan. Haram şeylərə “halal”  
etiketini  elə  vururlar  ki,  adamın  vicdanı  sızıldayır.  Mən  ali-
məm,  nə  reklamdan,  nə  keyfiyyət  alverindən,  nə  də  halal 
ticarətdən  başım  çıxır.  Amma  bilirəm  ki,  kolbasaya  donuz 
yağı vurulmasa bu artıq kolbasa deyil. Lap, damla-damla de-
yil,  qətrə-qətrə  toplasan  da,  əgər  şirə  konservləşdirilib  paket-
lənirsə,  içinə  mütləq  kimyəvi  reagentlər  və  emulqatorlar 
vurulur.  Gəlin  bu  camaatın  başına  cəvərən  hörməyək.  Qoy 
heç  olmazsa  sağlamlıqlarının  qayğısına  özləri  qalsınlar.  Hələ 
ki,  kampotun  keyfiyyətini  əvəz  edən  bir  şirə  yoxdur.  Qoyun 


 
201 
 
kampotlarını içib, cemlərini, mürəbbələrini bişirməkdə davam 
etsinlər. Ya da ki, kişi kimi üstündə yazın ki, – “ey müsəlman, 
məmulatın  içində  donuz  piyi  var”.  Qoy  özünü  müsəlman 
sayan  da  bilsin  ki,  bu  kolbasa  haramdır,  yeyər,  ya  da  imtina 
edər  özü bilsin, bir də Allahı... Mən bir şeyə məttəl qalmışam 
– təsəvvür edin ki, “dindar” insan “Halal” kolbasası yeyir və 
ya  alkoqolsuz  “Hacı”  pivəsi  içir.  Bir  burdakı  iyrənc  məntiqə 
baxın  –  demək  vaxtilə  yediyi  haramın  dadını  unuda 
bilmədiyindən damağının dadını qurcalayır bu adam. Belə də 
mömin olar? Belə məhsula ruhanilər idarəsi də rüxsət verirsə, 
gör  nə  böyük  fəlakətdədir  müsəlmanın  başabəla  nəfsi?  Bu 
“halallıqda”,  “hacılıqda”  iblis  barmağı  açıqca  görünür. 
Bazarın  alver  qaydalarına  kim  gətirib  bu  şeytan  düsturunu? 
Camaatı  aldatmaq  günahdır,  bu  milləti  özbaşına  buraxsan, 
nəyin haram, nəyin halal olduğunu özü yaxşı ayırd edəcəkdir.  
Mən  Zakatala  rayonundanam.  O  gün  rayona  gedəndə 
şəhərin  girəcəyində  bir  reklam  lövhəsinə  gözüm  sataşdı. 
Deməli,  şəkildə  iki  alma  var  –  birinin  böyrünü  qurd  yeyib 
azca  qaraldıb,  digəri  isə  genidəyişdirilmiş  “sappasağlam” 
qırmızıyanaq  almadır.  Şəkilin  altından  iri  hərflərlə  belə 
yazılıb: –  “Yaxşısını özün seç!”. Bu bir bank reklamıdır. De-
mək  istəyir  ki,  –  “başqa  banklar  çürük  işlər  görür,  biz  isə 
sağlamıq,  bizimlə  işləsəniz  bax  belə  sağlam  alma  yeyəcək-
siniz”.  Elçin  müəllim,  sizə  sual  verirəm,  siz  qurd  yemiş  al-
manı seçərdiniz, ya qırmızıyanaq sağlam almanı? 
Aparıcı: 
– Sağlam almanı. 
Feyzulla müəllim: 
–  Bax  burda  səhv  edirsiniz  –  belə  düşünənlərin  hamısı 
səhv edir. Qurdun yemədiyi sağlam almada ziyanlı bir kim-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə