193
parka gəzdirməyə çıxarmasam, qapını cırmaqlayıb durur.
Dik mənim qardaşımdan da əzizdir mənə. Bu dünyada tək
olanım bu itdir. Sən bilmirsən, ingilis dilində “dik” nə de-
məkdir?
– Vallah ingilis dilindən-filandan başım çıxan deyil, bir-
cə rusca az-maz qırıldadıram. Amma itləri sevidiyimə söz
ola bilməz. Bizdə polisdə bir kinoloq vardı, itləri əhliləşdir-
məklə məşğul idi...
– Rejissor idi?
– Yox ey, kinoloq – itə baxana kinoloq deyirlər.
– Hə..! Birinci dəfədir eşidirəm. Bu ingilis dili lap çayır
kimi alıb ağzına bu məmləkəti. Bir yönlü də dil ola... Bircə
bilirəm ki, “bəd” sözü onlarda da, bizdə də elə bəddir – pis
deməkdir.
– Hə, qoy bir az da həmin o kinoloq dostumdan
danışım. Adı Bədirxan idi. Bir gün yuxarıdan göstəriş gəldi
ki, küçələrdəki kimsəsiz itləri öldürmək lazımdır – quduzluq
yayırlar. Rəisimiz hamını yığıb hərəyə bir tüfəng verdi, –
“Küçədə nə qədər it görsəniz hamısını güllələyib dalda bir
yerdə yığıb yandırın!”. Bədirxanın da günü itlərlə keçdiyin-
dən, silahı rəisə geri verib dedi, – “Cənab mayor, mən qardaş
qanına əlimi batıra bilmərəm. İtlər insanın ən yaxın dostu-
dur, qoy sanitar-gigiyena idarəsi xəstə iti tapıb müalicə elə-
sin. Əgər bir itdə quduzluq varsa, daha niyə yüzlərlə günah-
sız itin canını almalıyıq ki? Deyirsiniz indi şəhərin küçələrin-
də qardaş qırğını düşsün...!”. Amma itləri qırdıq. Bədirxan
itlərin meyidinə baxanda hönkürtüylə bağırdı, – “Allah sizin
ölümünüzə fərman verənin balasını sizin gününüzə salsın!”.
İtlərə bir ağu deyirdi ki, heç yaxın bir əzizi ölsəydi belə ağ-
lamazdı. Bizim hamımızı qatil kimi görürdü. Axırda bizə
194
nifrətdən daxili işlər orqanlarından öz ərizəsiylə təxris
olundu. Bax belə... İndi görürəm ki, siz də maşallah it hə-
vəskarısınız...
Ariz:
– Gör sən allah, nə insan adamıymış... Biri birinin halını
soruşanda deyir ki, – “İt kimiyəm!”, – heyif deyil it kimi
olmaq..? İtlərin qətlinə fərman verənlər yaxşıdır, yoxsa
günahsız qurban gedən itlər? Məncə itlər min dəfə yaxşıdır.
Mən yüz belə prokuroru mənim Dikimin bir dırnağına da
dəyişmərəm – yenə səsini ucaltdı.
– Nə yapışmısan ey prokurordan, burax getsin. Amma,
dayıcan, dedilər qətli ilk görən sən olmusan, bu doğrudur?
– Hə. Qoydu ki, ağzımı açım sənin bu hind toyuğuna
oxşayan prokurorun!
Prokuror çevrilib acıqla Arizə baxdı, – “Sən hələ get-
məmisən! İşin-gücün yoxdur sənin!?” – kişinin üstünə çım-
xırdı.
Ariz:
– Parkı bəlkə atan tikdirib! Sən meyidini qurcala! – sonra
üzünü polisə çevirib söhbətinə davam etdi,– hə bala, bu gün
də iti gəzdirməyə çıxarmışdım. Parkı iki dəfə gəzib bir az
dincimi almaq istəyirdim. Oturdum bax bu skamyada. Bu
heynidə Əlfəddin gəlib çıxdı. Hər dəfə ordan-burdan şirin
söhbət edərdik. Ancaq bu dəfə məndən soruşdu ki, – “Çox
təmizkar itiniz var, lap canavara oxşayır”. Mən də itin sənə
danışdığım bütün tarixçəsini Əlfəddinə danışdım. Soruşdu
ki, – “İtin adı nədir?”. Dedim ki, – “Dik”. Kişi uğunub getdi,
elə bil başına birdən-birə hava gəldi, ya da kişini cin vurdu.
Matım-qutum qurumuşdu. Özünə gələndə soruşdu ki, –
“Qonşu, bu nə addır qoymusan zavallıya!”.
195
– Nədi ki..?
– Ay qonşu, sən allah hardan ağlına gəlib bu adı itə
qoymaq, bir yönlü ad tapa bilmirdin?
Dostum Dik Marşalldan da söhbət elədim. Lap uğundu
getdi. Bilirsən mənə nə dedi? Dedi ki, – “Sən bilirsənmi ki,
ingilis dilində “dik”, biz kişilərin cinsi orqanının adıdır?”.
Cin təpəmə vurdu.
– Yekə kişisən, ziyalı adamsan, danışığını bil. Səhər-
səhər içmisən yoxsa..!
– Quran haqqı düz sözümdür.
– Zayıllama! Baxmaram aramızdakı haqq-salama səni
rüsvay edərəm. Məni təhqir etmək hardan ağlına gəlib səhər-
səhər!
– İnanmırsan, kimdən istəyirsənsə soruş... – yenidən əli-
ni əlinə vurub qəşş elədi. Zavallı itim sanki başa düşmüşdü
təhqir olunduğunu – yazıq-yazıq gözlərini mənə zilləyib
baxdı. Elə bil, – “Qoyun kimi nə gözlərini döyürsən, necə
namusun götürür mənim – dostunun rəzul günə qalmağına,
təhqir edilməyinə!” – deyirdi. Gülməkdən qarnını qucaqla-
yıb əyilib-qalxanda sifətinə yağlı bir sillə çəkdim. Yanağını
tutub yerində qurudu.
– Xətrinə dəydimsə bağışlayın qonşu, amma həqiqətən
ingiliscə “dik” kişi cinsiyyət orqanına deyirlər.
– İt oğlu it, – deyib ikinci silləni də dartdım həmin yana-
ğına. Kişi də ayağa durub döyüşkən hind toyuğu kimi döyüş
vəziyyəti aldı:
– Siz deyəsən ağlınızı itirirsiniz ha..! Bir itdən ötrü bu
qədər irəli getməyə gərək varmı?
– Tez ol itdən üzr istə! – dedim.
– Nə!!
196
– Üzr istə itimdən!
– Səni deyəsən it dişləyib ha! Get işinin dalınca a kişi!
Nə başını ağrıdım, o dedi, mən dedim, axırda əlbəyaxa
olduq. İtin xaltasını kişinin boynuna dolayıb sıxdıqca sıxdım.
Özümə gələndə bir də gördüm ki, kişi keçinib.
Polis devikmiş halda ucadan:
– Siz nə danışırsınız, onu siz öldürmüsünüz..!
Söhbətin bu hissəsinə prokuror da eşidib qulaq kəsildi.
Ariz:
– Hə. Mən öldürmüşəm...
Prokuror onlara yaxınlaşıb soruşdu:
– Bizimlə məzələnirsən?
Ariz:
– Sən haranın tulasısan ki, səninlə məzələnim!
Prokuror:
– İndi sən qotur bir itin adını “dik” adlandıracaqsan,
kimsə sənə bunun tərcüməsini başa saldığına görə boğub öl-
dürəcəksən!?
– Qotur sənin atandır! Bu it gündə iki dəfə çimir. Sən isə
görürəm son bir ayda su üzü görməmisən – küçə itlərinin
iyini verirsən!
Prokuror yaxındakı polis nəfərlərinə çımxırdı, – “Nə
gözlərinizi döyürsünüz ədə, basın bunu maşına!”. Polislər
Ariz kişinin qollarına girib maşınlarına basanda zavallı Dik
məlul-məlul sahibini izləyirdi. Ariz itinə, – “Hə Dik, gəmir
bu it balasını!” – dedisə də, it bir prokurora, bir də sahibinə
boylanıb durmuşdu. Prokuror meyidi əhatəyə almış adam-
lardan soruşdu:
– Bu Dikin sahibini tanıyan varmı aranızda?
– Mən qapıbir qonşusuyam, – bir ahıl qadın qabağa çıxdı.
Dostları ilə paylaş: |