ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   42   43   44   45   46   47   48   49   ...   88

 
177 
 
daxil  oldu.  Salamsız-kalamsız,  rusca,  –  “Hansı  tərbiyəzis 
heyvan idi bayıra tüpürən!” Hamı “13-cü”yə boylandı. 
–  Maşınımın  şüşəsindən  sapsarı  yumurta  qarışıq  fırtılıq 
lopasını suyla nə qədər çiləyirəm getmir! Düşsün canı çıxsın 
əlləriylə təmizləsin! 
Bax  indi  bu  zavallıya  nədənsə  yenidən  yazığım  gəldi. 
Dərsini  bilməyən  uşaqlar  kimi  ayağa  qalxıb  çıxışa  doğru 
irəlilədi. Bayaqkı oğlan onu görcək, – “Sən eləmisən?!”. “Bə-
li.  Bağşlayın...”  –  dedi.  Rus  isə,  –  “Utanmırsan,  ağsaqqal 
adamsan,  bir  mədəniyyətin,  qanacağın  olsun!  Sənə  heç  tər-
biyə  verməyiblər?!”  –  deyib  coşanda  içimdən  nə  də  olsa  öz 
həmvətənimi  müdafiə  etmək  keçdi.  Fəzail  ətəyimdən  tutub 
məni  yerimdə  oturtdu.  “13-cü”  düşüb  cib  dəsmalı  ilə  öz 
hayxırağını  təmizləyib  qayıdanadək  ağzıdualı  qadın,  –  “Ya 
Rəbb,  özün  qoru  bizi  bu  iblisin  şərindən,  bu  adam  bizim 
başımızı  yeyəcək..!”.  Səid  iki  əlini  də  sükana  çırpıb  yerində 
coşdu: 
– Bu da bizim müsəlman! 
Həmin qadın: 
–  O  müsəlman  olsaydı,  Quranı  cırmazdı...  Aranızdakı 
kişilər  bilmirəm  hara  baxırlar,  başqa  bir  ölkədə  bir  xristian 
Quran  yandıran  kimi  televizorlar  bar-bar  bağırır,  amma 
burda  gözünüzün  qabağında  müqəddəs  Quranı  cırırlar,  heç 
cıqqırını  çıxaran  da  yoxdur!  Heç  müsəlman  yoxdurmu 
aranızda! 
Yerdən kimsə: 
– Bu kişi cuhuda oxşayır vallah... 
–  Hər  kimdirsə  dərsini  vermək  lazımdır!  Yoxsa  Allah-
təala bizim cəzamızı verəcək! 
Səid: 


 
178 
 
– Susun bir az, qoyun cəhənnəm olsun goruna! 
Hamı itaətkarcasına susdu. O isə sakitcə öz yerinə keçib 
bundan sonra da deyilənləri peysərinə atdı – gözlərini həmi-
şəki nöqtəyə zilləyib protezlərini “çeynədi”. 
Nə başını ağrıdım qardaş, yolda maşının təkəri partladı 
– üç saat da təkərlə əlləşməli olduq. Axşam yeməyini Geor-
kovski qəsəbəsindəki balaca və yöndəmsiz bir yeməkxanada 
yedik.  Bütün  yeməkxana  işçiləri  Səidi  yaxından  tanıyana 
oxşayırdılar,  bəlkə  də  müştəri  gətirdiyinə  görə  haqq  da 
verirdilər. Axşam  yeməyimizi  yeyib  avtobusa minəndə  “13-
cü”  şirin  yuxudaydı.  Səid  yemək  vaxtı  bir  neçə  qədəh  vur-
duğundan  avtobusu  şəriki  idarə  edirdi.  Sürücü  gecə  qaran-
lığında  axır  ki,  maqnitafona  kasset  qoyanda  biri  Səidə,  – 
“Allah evini tiksin, maqnitafonun varmış, bəs niyə indiyədək 
qoşmurdun!?”.  
Səid: 
–  Bu  yevrey  dediyiniz  heç  gözümüzü  açmağa,  kefimizi 
yerinə  gəlməyə  qoyur  ki...  –  sonra  “13-cü”nün  ünvanına 
səsləndi – “Kişi, fikir verirəm, sən bütün yol boyu heç kimlə 
bir kəlmə də kəsmədin ha... Adın nədir sənin?”. “13-cü”dən 
cavab gəlmədi. 
Qabaq  sırada  oturan  ağzıdualı  qadın,  –  “Yəqin  dərin 
yatıb  –  dərin  yatmış!”.  Qonşu  sıradakı  cavan  oğlan  onun 
çiynini  dümsüklədi,  –  “A  kişi,  gecə  kim  yatacaq  sənin 
əvəzinə, Səid səninlədir...”. O səssiz idi. Qonşusu onun əlinə 
toxunub  oyatmaq  istədi,  –  “Bunun  əli  buz  kimidir  ki...”. 
Sonra  onun  çiynini  silkələdi,  yanağına,  əlinə  toxundu,  –
“Səid, bu deyəsən ölüb..!”. 
Ağzıdualı qadın: 
– Allah ağzından eşitsin! 


 
179 
 
Oğlan:  
– Səid saxla maşını, vallah bu kişi  ölənə oxşayır – əlləri 
qajıyıb, həm də buz kimidir... 
Yaxın  oturacaqdan  bir  nəfər  də  “13-cü”yə  yaxınlaşıb 
onun  nəbzini  yoxladı.  Son  qərar  bu  oldu,  –  “Vallah  ölüb!”. 
Səid  avtobusu  kimsəsiz  çöllüyün  arasıyla  gedən  yolun 
kənarında  saxladı,  içərinin  işiqlarını  yandırdı.  Hamı  meyidi 
görmək  üçün  ayağa  qalxmışdı.  Mən  də  dostlarımı  yuxudan 
oyatdım,  –  “Bu  Quranı  cıran  dostumuz  deyəsən  gəbərib...”. 
Belə məlum oldu ki, kişini boğub öldürüblər, çünki boğazın-
dakı kəndirin izi aydın görünürdü. Bəs kim öldürüb? Hamı 
bu  sualın  dalına  düşdü.  Avtobusda  yolboyu  çox  sərnişin 
minib-düşmüşdü. Qətl hadisəsini isə görən olmamışdı. Hamı 
çaşıb qalmışdı. Avtobusu həyəcan bürüdü: 
– Bəs indi neyləyək? 
– Milisə xəbər vermək lazımdır. 
– Milis bilsə, heç birimizi buraxmayacaq, bizi çək-çevirə 
salacaqlar. 
–  Qardaş  biz  Kislavodskə  istirahətə  gedirik,  siz  allah 
qoyun biz düşüb taksiylə gedək, siz nə edirsiniz, kimə xəbər 
verirsiniz özünüz bilərsiniz. 
–  Mənim  qabağıma  adam  çıxasıdır,  mənim  buralarda 
səfillənməyə halım yoxdur. 
– Gəlin tullayaq bir dərəyə cəhənnəm olsun. 
– Hə, düz deyir. 
– Vallah hə. Bir itə görə niyə başımız ağrımalıdır ki! 
–  Yox,  belə  insafsız  olmayın.  Onun  da  ailəsi-uşağı  var 
yəqin. Atıb getsək sonra vicdanımız sızlayacaq... 
–  Mənim  heç  vecimə də  olmayacaq!  Ən  azından  dünya 
bir murdar heyvandan canını qurtaracaq! 


 
180 
 
– Səid... 
–  Hə.  Buraları  Səid  daha  yaxşı  tanıyır.  Səid,  sən  nə 
deyirsən? 
Səid  son  dəfə  onun  boyun  arteriyasını  əliylə  yoxlayıb 
zabitəli səslə hamıya tribunadan çıxış edən siyasətçilər kimi 
hökmlə buyurdu: 
– Hamınız yerinizdə oturun! 
Oturduq və qulaqlarımızı Səidə şəklədik. 
Səid: 
– Kim öldürüb bunu!? 
– Biz hardan bilək! 
– Heç kim görməyib? 
– Yox. 
–  Mənim  bir  təklifim  var...  Amma  bu  təklifə  hamınız 
razılaşacaqsınızsa, mən nə etmək lazım olduğunu bilirəm... 
– Sözünü de, ağıllı məsləhət olsa, əlbəttə razılaşarıq. 
Səid: 
– Əgər bu hadisəni sirr kimi saxlamağa söz verirsinizsə, 
qabaqda bir bataqlıq var, mən meyidi qamışlığa atmağı təklif 
edirəm.  Təxminən  beş  kilometr  qabaqdadır,  orda  izi  itirə 
bilərik. Aranızda rəhmətliyi tanıyan varmı? 
– Yox. 
Ağzıdualı qadın: 
–  Lənətlikdir  o,  ona  rəhmət  düşmür!  Qurban  olum 
Allaha,  gör  nə  gözəl  Allahımız  var  bizim...  Ya  Rəbb  sənə 
inanmayan kafirdir. Kafirin cəzasını özün verdin! Qüdrətinə 
şükürlər olsun ya Rəbbəna! 
Səid: 
– Ay arvad kəs səsini, burda insan ölüb, sənsə başlamı-
san ölüyə lənət duası oxumağa! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə