ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

 
165 
 
məhz indi aşiq olurdu. Bu illər boyu gündə min dəfə gördü-
yü  Aşa,  indi  onun  gözündə  tam  başqa  biri  olmuşdu.  Hər 
ikisi bəlkə də yüz dəfə and içib söz verdilər ki, bir daha bir-
birini qırmayacaq, keçən günləri xatırlamayacaqlar.  
Zalda  həyəcanla  və  xorla  çığıran  övladlarının  səsinə  öz 
şirin röyalarından ayıldılar. Qayğısız övladları saat əqrəbinin 
12-ni “vurmasını” sayırdılar, – “...7, 8, 9, 10, 11, 12...! Urra!!! 
Yeni İlimiz mübarək!”.   
Aşa ərinin dodaqlarından öpdü: 
– Yeni ilin mübarək əzizim. 
Möhsün: 
– Yeni İlin mübarək başımın tacı... 
Uşaqlar içəri təpildilər: 
– Yeni iliniz mübarək ata, ana... 
– Yeni iliniz mübarək mələk balalarım..! – Möhsün, ana-
sını torpağa verdikdən sonra ilk dəfəydi ki yenə də doyunca 
ağlamaq istədi... 
 
* * * 
 
 ...Aradan  xeyli  vaxt  ötdü.  Aşa  indi  ərinin  gecələr  yaz-
masına mane olmurdu, əksinə yazdıqlarına ciddi maraq gös-
tərirdi. Çünki, Möhsün alternativ enerji mənbələri barəsində 
tədqiqat işi yazırmış. İnşallah uğurlu alınsa və təcrübədən də 
üzüağ  çıxsa,  hamımızın  dövlətdən  elektrik  asılılığına  son 
qoyulacaqdı. 
 
29 dekabr 2010 - 24  yanvar 2011 
 
 


 
166 
 
 
 
 
 
 
 
 
Lənət 
 
 
 
Bu  hekayə,  “Yessentukidə  istirahət” 
adıyla IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi-
nin  “Ən  yaxşı  hekayə”  nominasiyası  üzrə  II 
yerin qalibi seçilmişdir. 
 
B
ir  gün  yaxın  dostlarımdan  biri  məni  restorana  dəvət 
etdi  –  sir-sifətindən  yaman  sözlü  adama  oxşayırdı.  Bir-iki 
həftə  bundan  qabaq,  Yessentukiyə  istirahətə  getdiyindən 
xəbərim  vardı,  dedim,  –  “Dədə  vay,  belə  tez  qayıtmaqda 
yəqin  zəhrimaraqalmış  pis  xəstəlikdən  onda  da  tapıblar”. 
Salat,  göy-göyərti  və  pendirlə  mədəmizin  qurdunu  öldü-
rəndən sonra sözə başladı: 
–  Elə  sirr  var  ki,  adamın  içini  deşir  –  faş  olmayınca 
dinclik  tapa  bilmirsən.  Ağzıyırtıqlıq  olmasın,  sənə  bir  sirrin 
üstünü açacağam. Yoxsa ürəyim partlar, bu sirri özümlə axi-
rətə aparsam gorum çatlar” – dedi. Məni də əntəşədə qoydu. 
 


 
167 
 
* * * 
 
– Şeytanın qıçını sındırıb, qırx ilin sonunda iki dostumla 
Yessentukiyə – sanatoriyaya getməyi qərara aldıq. Allah hər 
ikisinin  də  bəlasını  versin!  O  qədər  xəsisdirlər  ki,  5-10  ma-
natın söhbətini uzadıb avtobusla getməyə israr etdilər.. “Ay, 
avtobusun kondensioneri var, ay nə bilim yolboyu televizora 
baxacağıq,  lyuks  oturacaqlar,  yolları  seyr  edərik,  Rusiyanı 
yolboyu  öz  gözlərimizlə  görəcəyik...”  –  nə  başını  ağrıdım, 
saqqızımı oğurladılar.  “Azlıq çoxluğa tabedir” – gördüm ki, 
burcutmağın  mənası  yoxdur,  dilimi  dişimə  tutub  onlarla 
razılaşdım.  Səhər  saat  8.30-da  kəsdirdik  avtovağzalın 
qapısını.  11.30-da  “lyuks  avtobus”umuzun  yanına  çatanda, 
ürəyimdən  inilti  keçdi,  –  “Kaş  bu  maşın  olmayaydı...”  – 
dedim.  Amma  o  oldu!  Qardaş  qadan  alım,  avtobus  nə 
avtobus! 80-ci illərdə dəb olan “İkarus”ların ən antikvarı! Nə 
kondensioner,  nə  televizor,  nə  rahat  oturacaqlar  a  kişi! 
Əməlli-başlı  at  arabasıymış!  Artıq  20  ilə  yaxındır  ki,  ağ-
daşlılar  belə  avtobusla  Qəbələnin  Nic  bazarına  pomidor-
badımcan  daşıyırlar.  Allahın  talkuçka  alverçiləri  də  bu 
maşına minməzlər. Üzü qara olsun pis dostun. Acıqla keçib 
oturdum bir qırağı qaynaq yerindən qopmuş 23 saylı yerim-
də  –  düz  təkərin  üstündə.  Söykəncəyi  dala  çəkmək  istəyən-
də,  düymə  yerindən  sallanan  ücumiz  yay  barmağımı  deşdi. 
Hirsimdən  dişim  bağarsağımı  doğrayırdı.  İşimi  bildim,  dü-
şüb  köşkdən  yarımlitrlik  bir  araq  aldım.  Avtobusun  nöm-
rəsinə  elə  hirslə  baxdım  ki,  dedim  qoy  bu  saat  nömrə  ye-
rindən qırılıb düşsün. Ancaq, PA 759/26Rus seriyası gözünü 


 
168 
 
mənə  bərəldib,  az  qala,  –  “Nə  var  ə,  çernomazıy
29
,  xoşuna 
gəlmir  düş  piyada  get!”  –  deyirdi.  Avtobusun  sürücüsü  ba-
qajları yerbəyer edirdi. Mənim çantamı yerləşdirəndə dedim 
ki, – “mümkündürsə üstə qoyun, içində sınan şey var”... Sü-
rücü  dalıqatta  çönüb,  –  “Bəlkə  ağzımda  aparım!?”  –  üzümə 
bozardı.  Səsimi  uddum,  –  “Cəhənnəmə  sınsın,  necə  istəyir-
sən  elə  də  qoy”  –  mən  də  acıqlıydım  axı...  “Baqaj  pulunu 
ver” – dedi. “Nə qədərdir?” – soruşdum. 
– 5 manat. 
– Yessentukiyədək 45 manat, baqaj pulu da 5 manat? 
–  Can  ğardaş,  beynimin  tasını  atdırma,  uzun  yol 
sürəcəyəm! – bu dəfə səsini əməlli-başlı qaldırdı. 
Sakitcə beşliyi çıxarıb ona uzatdım. Pulu cibinə soxub, – 
“Di keç yerində dinməzcə otur!” – mırıldandı. 
Dilimi dinc qoymadım:  
– Bu avtobusla mənzil başına çata biləcəyik? 
Sürücü: 
– Sən deyəsən gedə bilməyəcəksən! Odey taksi, min get! 
– Söz soruşduq da, niyə bağırırsan! 
–  Bütün  gecəni  yol  sürmüşəm,  sən  də  yorğun  vaxtı 
başlamısan ölüm-itimdən danışmağa! 
Qardaş,  işim  bədə  keçmişdi,  qayıdıb  bir  yarımlitrlik  də 
araq  götürdüm.  Səid  adlı  bu  sürücü  şələbığ,  bozsifət, 
gödəkboy,  qarnıyoğun,  sərxoş  çöhrəli  (bəlkə  də  özü  demiş-
kən,  –  yorğunluqdan)  kobud  bir  şeydi.  Dağıstan  ləzgisiydi 
deyəsən.  “Lənət  şeytana”  –    deyib  yerimə  keçdim.  Mən  nə 
qədər  hirsliydimsə,  dostlarım  da  o  qədər  şən  və  məni  cır-
                                                           
29
  Ruslar  bizi  bəzən  belə  çağırırlar  -  “qaradərili”  kimi  bir  məna  versə  də, 
təhqir formasında işlədilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə