ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

 
161 
 
– Gördün oğlanı..? 
–  Bölməyə  gətirmişdilər,  izahatını  almağa...  Başı  bütöv 
sarğının içindəydi. 
– Bəs atan niyə gəlmədi? 
– Hara gəlsin, türməyə salıblar! 
– Yəni polis bunu ciddi qəbul edir? 
– Vurub camaatın beynini dağıtmısan, bundan da ciddi 
nə olmalıydı? Yoxsa öldürmək istəyirdin adamı? 
– Bu nə işdi biz düşdük bu bayram axşamı... 
Otaqları  bir-bir  var-gəl  elədi.  Nə  qərara  gəldisə  şalını 
başına atıb oğluna qıcandı: 
– Geyin! Mənə polisin yerini göstər! 
–  Nə  edəcəksən,  yoxsa  onları  da  qırıb  tökəcəksən,  istə-
yirsən top-tüfəng də götürək? 
– Çərənləmə, tələs! 
Onlar  polis  bölməsinin  darvazasına  çatanda  həyətdəki 
oturacaqda  sahə  müvəkkili  ilə  söhbət  edən  Möhsünü  gör-
dülər.  Aşa  naməhrəmdən  örpənən  qadınlar  kimi  ərinin  onu 
görməsindən utandı. Çox qeyzlə gəlmişdi, amma indi muma 
döndü.  Möhsün  hirsliydi,  deyişmələri  hasarın  yanınadək 
gəlirdi. 
Sahə müvəkkili Mehti: 
– Möhsün müəllim, dörd mindən aşağıya yeyə durmur. 
Hələ yaxşı ki, oğlan şikayətçi olmadı, yoxsa heç rəis boynuna 
da götürməzdi. 
Möhsün: 
– Daha yaxşı. Şikayətçi yoxdursa, bəs bu qədər pulu ni-
yə istəyirsiniz? Yenə 200-300 manat istəsəydiniz dərdyarıydı, 
bir əncam çəkərdik... Mən müəllimbaba adamam, məndə bu 


 
162 
 
qədər  pul  hardandır  ay  Mehti.  Get  denən  ki,  500-dən  bir 
qəpik artıq verməyəcəyəm, tuturlar, qoy tutsunlar! 
Mehti: 
– Onda başqa çarəmiz qalmır, gərək yoldaşınızı xuliqan 
kimi çək-çevirə salaq... 
–  Bölmənizin  altını  üstünə  çevirərəm!  Kişilik  hələ  öl-
məyib, namusumuz şərəfimizdən də üstündür. Axırıncı dəfə 
deyirəm  1000  manat  son  verə  biləcəyim  puldur.  Söz  güləş-
dirmə mənimlə! 
– Onda 100 də mənə verərsən, uşaqlarla boğazımızı yaş-
layarıq. 
– Onu eliyərəm... 
Möhsün  bayaqdan  arvadını  da,  oğlunu  da  görmüşdü. 
Çevrilib arvadına səsləndi: 
– Uşağa min manat pul ver gətirsin! 
Aşa başının işarəsilə, – “Yaxşı...” – deyib evə yollandı. 
Mehti: 
– Müəllim, bəs deyirdiniz pulunuz yoxdur? 
Möhsün: 
–  Bundan  sonra  sizə  verməyə  hələ  çox  pulum  olacaq! 
Qoy bayram çıxsın, bir də ölüm hadisəsinə görə məni çağıra-
caqsınız...  –  bunu  da  iti  addımlarla  gedən  arvadının  arxa-
sınca baxaraq dilinin altında mızıldandı. 
Bir xeyli vaxt keçdi və Gülağa bölmənin hasarından çöl-
də  atasını  səslədi.  Möhsün  oğlundan  pulu  aldı.  Həyətdəcə 
sayıb Mehtiyə verdi, sağollaşıb bölmənin həyətindən çıxdı. 
Bayram günü olsa da poçtun qapısı açıq idi – “Zalımlar! 
Bayramdan istifadə edib camaata pul ödətdirirmişlər”. Poçta 
getdi.  İşığa  görə  borcunu  soruşdu,  –  “7  manat,  50  qəpik”  – 
dedilər. Borcu ödədi və evə yollandı. Yolda bir neçə şagirdi, 


 
163 
 
– “Yeni iliniz mübarək Möhsün müəllim” – deyib onu təbrik 
etdi.  Möhsün  dinməzcə  başıyla  təbrikləri  qəbul  edir  və  do-
daqlarını gəmirə-gəmirə evə tez çatmağa tələsirdi. Qapını qı-
zı  açdı  ,  heç  nə  olmamış  kimi  atasının  boynuna  sarılıb,  – 
“Yeni  İlin  mübarək  mənim  gözəl  atam!”  –  dedi.  Qızının 
alnından öpdü, – “Sənin də mənim balam” – anasının adını 
qoymuşdu  deyə,  qızını  hər  kəsdən  çox  sevirdi.  Əynindəki 
paltonu  çıxarıb  birbaş  mətbəxə  getdi.  Axtardığını  orda  tap-
madı,  yataq  otağına  keçdi.  Aşanın  ağlamaqdan  gözləri  şiş-
mişdi.  Əfv  diləyən  yaşlı  baxışlarla  ərini  süzdü.  Gözləri  bir-
birinə  tuş  gələndə  isə  yenidən  hönkürüb  üzünü  yastığa  da-
yadı.  Can  verən  adamlar  kimi  boğuq  səsi  güclə  eşidilirdi,  – 
“Bağışla  məni  Möhsün,  bağışla...”  –  deyib  başını  yastığa 
daha  bərk  sıxdı.  Möhsün  yerində  donub  qalmışdı.  Ağlayan 
onun uşaqlarının doğmaca anası, uşaq vaxtı birlikdə qayğısız 
oynadığı,  birgə  böyüdüyü  dayısı  qızı,  vaxtilə  çox  sevdiyi, 
onu it kimi dalasa da ətini yeyib çölə atmayan ömür-gün yol-
daşıydı. Möhsün ehtiyatla əlini onun pırtlaşıq saçlarına apar-
dı.  Aşanın  telini  sığalladı.  İçində  azacıq  da  olsa  hirs  və  kin 
qalmamışdı. Arvadının telindən aldığı cərəyan sanki deyirdi
–  “Əzizim,  sən  axırıncı  dəfə  mənim  başımı  nə  vaxt  sığal-
ladığını  xatırlayırsanmı...?”.  Aşa  da  bilirdi  ki,  o,  ilk  dəfəydi 
ki, günahını boynuna alıb ərindən üzr istəyir və ona məğlub 
olur.  Aşa  durub  ərinin  düz  üzünə  baxdı,  –  “Mən  daha  əv-
vəlki kimi olmayacağıma söz versəm məni bağışlayarsan?”.   
 Möhsün: 
– Sən mənim uşaqlarımın anası, mənimsə namusumsan. 
Biz birlikdə övladlarımızı bir ağ günə çıxarmağa borcluyuq, 
onlara yaxşı nümunə olmalıyıq. 


 
164 
 
– Bağışla məni, xahiş edirəm... Gəl bir də ayrılmaq barə-
də  düşünməyək.  Hər  dəfə  düşünəndə  ki,  biz  nə  vaxtsa  bo-
şanmalıyıq, onda dəli oluram. Hər açılan səhəri ayrılıq günü 
kimi  qarşılayıram.  Hər  gün  tökdüyüm  zəhərlər  həmin  gü-
nün  acı  əntəşəsidir.  Hərdən  o  günün  tez  yetişməsini  özüm 
də  arzulayıram  ki,  bu  iztirablarıma  son  qoyulsun.  Gör  sənə 
nə  qədər  əzab  vermişəm  Möhsün...  Qurbanın  olum,  nolar, 
keç günahlarımdan. Mən sənsiz, övladlarım olmadan yaşaya 
bilmərəm. 
–  Sən  də  məni  bağışla..,  sənə  bəlkə  də  lazımınca  diqqət 
ayırmamışam. Mən də günahkaram... 
Aşa  ərinin  boynunu  qucaqlayıb  üzündən  öpdü,  Möh-
sünsə onun alnından. 
Möhsün: 
– Biz nə vaxtdandır fitrə-zəkat vermirdik? 
– Unutmuşam... 
–  Qoy  o  min  manat,  acılı  günlərimizin  fitrəsi,  canımıza 
gələn qada-bəlanın zəkatı olsun. 
Onlar  qol-boyun  olub  Gülağanın  yatağında  xısınlaşa-
xısınlaşa  saatlarla  dərdləşdilər.  Sanki  bir-birini  ilk  dəfədir 
görür və ilk məhəbbətin ilk ülvi təmaslarını yaşayırdılar. Bu 
günədək zəhər-zəkkumla keçən dövrlərini yada salıb boşuna 
yelə verdikləri günlərinə o ki var güldülər. Hər dəfə zəvzək 
halını  arvadına  xatırlatdıqca  Aşa  haldan  hala  düşür,  yanaq-
ları qıpqırmızı allanırdı. Aşa bir dünya gözəli, mələk olmuş-
du  ərinin  gözlərində.  Möhsün  arvadının  yanaqlarında  gilə-
lənən yaşı silir, qaşını, burnunu, dodaqlarını oxşayır, Aşa isə 
onun sinəsinə qısılıb yanaqlarını öpür, qayğılı gözlərinə bax-
maqdan  doymurdu.  Bu  saat  dünyada  onlardan  xoşbəxt  və 
qayğısız  cütlük  yox  idi.  Möhsün  ilk  dəfə  idi  ki,  bir  qadına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə