108
– Özündən cavanla yatmaq, yaşıdınla yatmaqdan çox
fərqli şeydir ki?
– Əlbəttə, hələ sənin kimi qulunc sındıran cəngavərlə..,
lap cənnət həzzidir...
– Bizim axırımız necə olacaq Fərqanə?
– Necə olmalıdır ki.., yoxsa, məndən bezmisən artıq?
İsmil:
– Sən nə danışırsan, səndən heç doymaq olarmı!
– Onda gəl axırımız barədə fikirləşməyək. Allah hara
qədər yazıbsa, o vaxta qədər, – “harda qırıla, qırıla”...
– Ömrümün sonunadək səninlə, Vəsiləylə birlikdə ya-
şamaq istəyirəm, amma, bilmirəm özümdən yaşlı birini –
həm də uşaqlı birini adamlar necə qəbul edər. Lap deyərik
ki, Vəsilə öz uşağımızdır, ancaq...
– Əzizim belə şeylərlə özünü çox üzmə. Allahın bəx-
timizə yazdığı taleni yaşayırıq. Alnımıza nə yazılıbsa, o da
olacaq...
– Deyirəm bəlkə köçüb tamam başqa rayonda yaşayaq...
– Mənim saf xırnaz kəlim! – Fərqanə yenə onun belinə
sarılıb üstünə uzandı.
* * *
– Qəmər xala, bəs İsmil gəlməmişdi?
– Yox ay Dostəli, elə dünən sənlə gördüyümdür...
“Deməli kürsək qancığı hələ doymayıb. Yaxşı, mən sənə
göstərərəm, zalımın qızı! Nə İsmilin qanacağı çatmır ki, –
“Axı söz vermişəm, bu gün kəndə qayıtmalıyam”, nə də
qızın vicdanı yoxdur ki deyə, – “Evinizdən narahat olacaq-
lar, çıx get”. Qəmər xaladan dolayısıyla onun ən yaxşı müş-
109
tərisi olan Fərqanənin ev ünvanını təxminən öyrənib, kəndə
İsmilsiz qayıtdım. Mən tanıdığım İsmil belə etməməliydi.
Məni Fərqanənin ayağına verdiyi üçün çox incidim.
Sabah bazarda İsmil məni Qəmər xalanın yanında göz-
ləyirdi. Salamlaşmamış, – “Bağışla, dünən yalançı çıxdım...”
– dedi, mən də ürəyimdəki kini dərhal unutdum. Yükləri
təhvil verib bazardan çıxdıq.
– Hə, de görüm yenə də əvvəlki fikrindəsən, yoxsa, de-
diklərim barədə bir şey düşünmək istəyirsən?
– Qağa, vallah özümlə bacarmıram. Əslinə qalsa, ona ya-
pışan mənəm. O da mənim dərdimdən dəli-divanədir, ancaq
deyir ki, – “Hər şeyi zamana buraxaq, harda qırıla, qırıla...”
– Zamanı yetişincə iş-işdən keçəcək və qucağında iki
uşaqla dədənin yanına qayıtmalı olacaqsan!
– Bilmirəm nə edim, başımı lap itirmişəm...
– Yaxşı, zamana burax deyir, qoy elə olsun.
Amma məndə zamana buraxmağa hövsələ hardaydı.
Sabahı gün ertədən bazar işlərimi bitirib Fərqanənin yaşadığı
ünvana yollandım. Darvazanı özü açdı.
– Salamun əleyküm. Adım Dostəlidir, Xırnazdanam –
İsmilin əmisi.
– Xoş gəlmisiniz, buyurun, qapıda durmayın...
Həyətə keçdim:
– Sizin vaxtınızı iki dəqiqəlik almağa gəlmişəm. İsmil
barədə bəzi şeyləri sizlə məsləhətləşib qərar verməliyik...
İsmil, düzünə qalsa mənim dostumdur və sizin sirrinizi hələ-
lik bilən bircə mənəm.
Fərqanə yəqin ki, utandığından pörtüb qızardı, başını
aşağı dikib susdu. Açığı qıza rəhmim gəldi, onun barəsində
düşündüklərimə peşiman olmağa başlayırdım. İsmilin onda
110
aşiq ola biləcəyi üstünlükləri gözucu nəzərimdən keçirdim –
qız özünəbaxan qızdı.
– Baxıram, yaxşı insana oxşayırsınız. İsmil sizdən görün
neçə yaş kiçikdir? O hələ uşaqdır, nəyin doğru, nəyin yalnış
oluğunu hələ anlamır. Sizin münasibətlər artıq cızığından
çıxır, bir azdan sizin adınıza söz-söhbət çıxacaqdır, bax onda
çarəsizlik və töhmət sizi çıxılmaz vəziyyətə salacaqdır. Artıq
İsmilin təhsilini atıb Bakıdan geri dönməsinə sizin səbəbkar
olmağınızı yəqin ki deməyə ehtiyac yoxdur. Növbəti günah-
lardan qaçmaq üçün məncə ağlınızı başınıza toplayıb bu mə-
sələni vaxtında çürütməyiniz hər ikinizə faydalı olar. Əgər
bu səs-soraq kəndin qulağına çatsa, İsmili fəlakət gözləyir – o
kənd sizi qəbul edə bilməz, onlar bunu bacarmazlar. İsmil o
kəndin gələcəyidir, o, təhsilini başa vurmalıdır, qabaqda
əsgərliyi var hələ. Çox xahiş edirəm, bu məsələyə ciddi ya-
naşın və görüşməyə son qoyun...
Fərqanə başını qaldırmadan:
– Evdə qulağıbatmış kimi körpə uşaqla oturmaqdan
bezmişdim. Ərim rəhmətə gedəndən sonra ömrümü necə
başa vuracağımı çox düşünürdüm. Ancaq bir gün tanrım
qarşıma İsmili çıxardı. Aramızdakı münasibətin sonu olma-
yan bir keçəri həvəs olacağını düşünürdüm, lakin İsmil o
qədər saf və sevimlidir ki, ona bağlandım, onsuz darıxmağa
başladım. Sizə yalvarıram, mənim haqqımda əxlaqsızammış
kimi düşünməyin. Həyatımda ərimdən və İsmildən başqa bir
kişi olmayıb. Əslində İsmillə nə qədər böyük günaha batdı-
ğımı gözəl anlayıram, ancaq özümüzlə bacarmadıq – həvəsi-
miz daha məlhəm hisslərə çevrildi. Məni düzgün başa dü-
şün, mənim kimi birisi üçün, evində gənc oğlanın olması
yaxşı şeydir – adamı gənc saxlayır, insanı paslanmağa qoy-
111
mur. O, qızımı çox sevir, qızım da onun adını sayaqla-
maqdan məni lap bezdirib, ona “ata” deyir. Ondan Vəsiləyə
yaxşı ata çıxardı. İsmilin ağlı-başı yerindədir, həm də artıq
kifayət qədər yaşı var, özü müstəqil qərar verə bilər. Onun
bizdə qalmasında heç bir fəsad görmürəm. Yəqin ki, başqa-
sını sevdikdən sonra məndən də əl çəkər...
– Sizinlə olduğu müddətdə, o başqasını sevə bilməz
axı... Bir bəhanəylə, bir əsasla onu özünüzdən aralamağa –
soyutmağa çalışın...
– Onun sevgisinə layiq olmadığımı anlayıram. Günah-
kar tək mənəm. Di gəl ki, İsmillə münasibətlərimizi soyut-
maq, ayrılamaq üçün ciddi əsasımız yoxdu hələ...
– İstədiklərini eləmək üçün insana əsas yox, bəhanə
lazımdır. Dediklərimə görə üzr istəyirəm, inciməyin, onunla
yatmağa davam etmək üçün sevgi ən yaxşı bəhanə idi. Odur
ki, sevgini başqa bir şeyə çevirin, qoy o, yalnız püskürən
vulkanı söndürmək barədə düşünsün.
– Sizinlə bu mövzuda söhbət etmək mənə çox əzabdır.
Sizin narahatlığınızı başa düşürəm və söz verirəm ki, bacar-
dığımı edəcəyəm ki, İsmil mənsiz xoşbəxt olsun.
– Ümidvaram ki, sizin bu sözünüz öz bəhrəsini ən qısa
vaxtda verəcəkdir... Mən gedim. Narahat etdiyim üçün üzr
istəyirəm.
– Salamat qalın. Bir daha bütün vicdanımla əzab çəkdiyimi
bilməyinizi istəyirəm. Ancaq nəzərə alın ki, ürəyimi qoparıb at-
maq üçün mənə bir qədər vaxt lazım olacaqdır. Siz bu sirrimizi
bilən tək insan kimi, bu zamanı bizim əlimizdən almayın. Bir
də, məni həyasızlığıma görə bağışlayın. Söz verirəm, bu gün-
dən etibarən İsmildən ayrılmaq barədə düşünəcəyəm.
– Allah köməyiniz olsun. Sağ olun.
Dostları ilə paylaş: |