Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə73/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   ...   69   70   71   72   73   74   75   76   ...   92

İlxıçı  önünü  aldı,  döndərə  bilmir.
Yaylağın  qoçları ürküb  gedir,
Çoban önünü  aldı,  döndərə bilmir.
Ala gözlü oğlun qardaşını  anıb gedir,
Ağca üzlü  gəlinin döndərə bilmir, 
sizə  m əlum  olsun!
A ta-ana ah etdilər, yerlərindən qalxdılar.  “Oğul, getm ə!” -  dedilər. 
Gördülər,  çarə  olmadı.  Oğlan  “Qardaşım  tutulan  o  qalaya  getm əyə 
bilm ərəm !”  - d e d i.  Ata-anası:  “Get,  oğul.  Yolun uğurlu olsun!  G edib- 
qayıtmaq qism ətində varsa, sağ salamat gedib  g ələsən !”  -dedilər.
Ə yrək  ata-anasınm   əlini  öpdü.  Sıçrayıb  Qaracıq  atına  mindi. 
Gecəni  gündüzə  qatıb  atını  çapdı.  Üç  gün  gecəli-gündüzlü  at  çapdı. 
D ərəşam   sərhədindən  keçib,  o  qardaşının  tutulduğu  qoruğa  gəldi. 
Gördü ki, ilxıçı kafırlər day güdürlər. Qılınc çəkib altı kafıri yerə sərdi. 
A tla fırlanıb dayları ürkütdü;  qovub həm in qoruğa saldı.  Ü ç gün g ec ə- 
gündüz  at  çapmış  yorğun  igidin  gözlərini  yuxu  basdı.  Səyrək  atının 
yüyənini  biləyinə  bağladı,  yatıb  yuxuya getdi.
K afırin  casusu  vardı.  Gəlib  təkura  dedi:  “Oğuzdan  bir  dəli  igid 
gəldi.  İlxıçıları  öldürdü,  dayları  ürkütdü-qovdu,  gətirib  qoruğa saldı” .
T ə k u r  deyir:  “A ltm ış  yaraqlı  adam   seçin;  getsinlər,  tutub 
gətirsinlər” .
A ltm ış  yaraqlı  adam   seçib  getdilər.  G özlənilm ədən  altmış  dəm ir 
donlu  kafır oğlanın  üzərinə  gəldi.  Səyrəyin  mindiyi  ayğır yaxşı  atlar- 
dandı;  at  qulağı  tez  eşidər.  Atlarm  kişnərtisini,  geyim -kecim lərin  qı- 
cıltısını  eşidən  ayğır  çəkib  oğlanı  oyatdı.  Oğlan  gördü  ki,  bir alay  atlı 
gəlir,  yerindən  sıçradı.  Adı  gözəl  M əhəm m ədə  salavat  çəkdi.  Atına 
mindi.  Qaradonlu kafırləri  qılınclayıb,  qalaya  saldı.  Y enə  yuxusundan 
ə l  çək ə  bilm əyib  yerinə  getdi,  yatdı.  Y enə  atınm   yüyənini  biləyinə 
keçirtdi.
K afırlərin  sağ  qalanları  qaçaraq  təkurun  yanına  gəldilər.  Təkur 
deyir:  “Tfu,  üzünüzə!  Altmış  adam   bir  oğlanı  tuta  bilm ədiniz!” .  Bu 
dəfə  oğlanın üzərinə  yüz  kafır gəldi.  Ayğır yenə  oğlanı  oyatdı.  Səyrək 
gördü ki, bir alay atlı gəlir.  Durdu, atına mindi.  Adı gözəl M əhəm m ədə 
salavat  çəkdi.  Kafırləri  qılıncdan  keçirib  qalaya  basdı;  atını  döndərib, 
yenə  öz  yerinə  gəldi.  Yuxusu  gəldi,  yenə  yatdı.  Atmm  yüyənini  yenə 
biləyinə keçirdi.  Bu  dəfə  at oğlanın  qolundan açılıb qaçdı...
K afırlər  yenə  təkurun  yanına  gəldilər.  T əkur  deyir:  “Bu  dəfə  iiç 
yüz  adam la gedin!” .
K afırlər  dedi:  “Getmirik,  köküm üzü  kəsib,  ham ım ızı  q ırar!” . 
Təkur  deyir:  “B əs  necə  eləyək?  Gedin  o  dustaq  igidi  çıxarıb  gətirin. 
“T əpəyənin  köpünü süsəyən yatırar” .  At  verin,  geyindirin!” .
G əldilər,  Ə y rəy ə  dedilər:  “İgid,  təkur  sənin  gücünə-qeyrətinə  sı- 
ğındı.  B urada  bir  dəli  igid  yolçunun-dilənçinin,  çoban-çoluğun  çö rə- 
yini  əlin d ən   alır.  Tut  o  igidi  öldür,  səni  azad  eləyək,  çıx  get!” .  Ə yrək 
“Yaxşı,  olsun!” -   dedi.
Ə yrəyi  zindandan  çıxardılar.  Saç-saqqalını ülgüclədilər.  Bir at,  bir 
qıhnc  verdilər.  Üç  yüz  kafıri  də  ona  yoldaş  kimi  qoşdular.  Səyrəyin 
üzərin ə  gəldilər.  Ü ç yüz kafır kənarda durdu.
Ə yrək  deyir:  “Hanı  o  dəli  igid?” .  Uzaqdan  göstərdilər.  Ə yrək 
deyir:  “G əlin  gedək,  tutaq!” .  K afırlər deyir:  “Təkur  sənə  əm r  eləyi'b, 
sən  g et!” .  Əyrək  deyir:  “Odur,  yatır,  gəlin  gedək!” .  K afırlər  deyir: 
“H ay-hay,  nə yatm aq,  qoltuğunun  altından  baxır.  Qalxar,  gen  dünyanı 
başım ıza  daraldar” .  Əyrək  dedi:  “İndi  m ən  gedim,  əl-ayağını  bağla- 
yım,  ondan  sonra  siz  gələrsiz” .  Sıçrayıb  kafırlərin  arasından  çıxdı. 
A tını  sürüb,  Səyrəyin üzərinə  gəldi.  Atından düşüb, yüyəni bir budağa 
ilişdirdi.  Baxdı  gördü  ki,  bu  cavan  on  dörd  gecəlik  aya  bənzəyir.  Bu 
gözəl,  ala  gözlü  gənc  igid  puçur-puçur  tərləyib  yatır.  G əlo n d ə n -g c- 
dəndən xəbəri  yoxdur.  Əyrək  dolamb,  cavanın  başı  ucuna  goldi.  G ör- 
dü  ki,  belində  qopuzu  var.  Çıxarıb  əlinə  aldı.  Soylamış,  görok,  xanım, 
n ə  soylam ış-dem işdir:
Q alxaraq  yerindən  duran  igid,
Qarayallı  gözəl  Qazlıq  atı  minən,
A rqubeli,  A la  dağı  gecə  aşan,
C oşqun  axan  gözəl  suyu  üzüb  keçən,
Q əribliyə  gələn belə yatarmı?
M ənim   kimi  qollarını,  əllərini 
bağladaraq  donuz damında yatarm ı?
A ğ  saqqallı  atasını,  ağ birçəkli  anasını 
inlədərm i,  ağladarmı?
N iyə  yatırsan,  igid?
Qafıl  olma,  gözəl başını  qaldır,  igid!
A la gözlərini  aç,  igid!


Allah verən  şirin canını  yuxu  almış,
İgid, əllərini  qollarından bağlatma!
Ağ  saqqallı  atanı,  qarı  ananı  ağlatma!
Qalın Oğuzdan  gələn  igid,  necə  igidsən?
Səni  yaradan haqqı üçün  durub gəl!
D örd yanm ı kafır tutubdur bil!
Oğlan gəm əşib  ayağa durdu.  Qılıncının dəstəyindən yapışdı ki,  onu 
vura,  gördü  ki,  onun  əlində  qopuz  vardır.  Dedi:  “Ay  kafır,  D ədəm  
Qorqudun  qopuzuna hörm ət edib  vurmadım.  Ə gər əlində  qopuz  olm a- 
saydı, qardaşımın başına and olsun, səni iki para edərdim.  Səyrək burada 
çəkib  qopuzu onun əlindən aldı,  soyladı,  görək,  xanım, nə  soyladı:
Sübh tezdən  yerim dən  durmağım  qardaş üçündür,
A ğ-boz  atları  yorm ağım  qardaş üçündür.
Qalamzda dustaq varmı,  kafır,  de  m ənə?!
D ərdli başun qurban olsun,  kafır sənə!
Böyük qardaşı Əyrək burada soylamış, görək, xanım, nə soylamışdır:
Ağzın üçün  ölüm,  qardaş!
D ilin üçün  ölüm,  qardaş!
Y erini-yurdunu  soruşsam,  nə  yerdir?
Q aranlıqda azıb,  yol  arasan, 
üm idin nəyədir?
B öyük bayraq  götürən  xanımz  kimdir?
Döyüş  günü  öndə  duran  igidiniz  kim dir?
İgid,  sənin  atan  kimdir?
İgid  adamın  igiddən  ad  gizlətm əsi  eyibdir, 
igid,  söylə,  adın  nədir?
Bir daha  soylayıb  demişdir:
Qaytabanımı  güdən  sarvammsanmı?
Qaracıq  atımı  güdən  ilxıçımsanmı?
Y aylağım ı  güdən  çobanımsanmı?
Qulluğum da dayanan  naibim sənm i?
B eşikdə  qoyub  getdiyim  qardaşımsanmı?
İgid,  söylə  rnənə!
D ərdli  başım  qurban  olsun  bu gün  sənə!
S əyrək  burada  böyük  qardaşına  soylayıb  dedi:
Q ara dövranda yol  azsam,  üm idim   Allahdır,
Böyük bayraq götürən xanım ız  Bayındır xandır!
D öyüş  günü  öndə  duran  igidim iz  Salur Qazandır!
A tam ın  adını  soruşursan,  Uşun  qocadır!
M ənim   adım ı  bilm ək  istəsən,  Səyrəkdir!
Q ardaşım   varmış,  deyirlər,  adı  Əyrəkdir!
B ir daha  soylayıb  demişdir:
Q aytabanını  güdən  sarvanmam,
Q aracıq  atını  güdən  ilxıçınam.
B eşikdə  qoyub  gəldiyin  qardaşınam.
B öyük qardaş Ə yrək burada soylamış,  görək, xamm, necə soylayıb 
demişdir:
A ğzın  üçün  ölüm,  qardaş!
Dilin  üçün  ölüm,  qardaş!
Ərm i,  igidmi  oldun,  qardaş!
Q əribliyə  qardaşın  üçün  sənmi  gəldin,  qardaş?
İki  qardaş  qalxıb  qucaqlaşıb  görüşdülər.  Əyrək  kiçik  qardaşımn 
boynunu  öpdii.  Səyrək  isə böyük  qardaşının  əlini  öpdü.
Q abaq  tərəfdən  kafırlər  baxışıb  deyirlər:  “D eyəsən,  güləşdilər? 
Kaş  ki,  bizimki  bassın!” .  Gördülər  ki,  qucaqlaşıb  görüşdülər,  Qazlıq 
atlarını  m indilər.
İki  qardaş  qara  donlu  kafirlərin  üstünə  at  sürüb  qılınc  çaldı;  onları 
qırıb çatdılar, qovub qalaya saldılar.  Sonra gəlib həm in qom ğa girdilər. 
Atları  bayıra  çıxardılar.  H ərlədib-fırladıb  atları  qabaqlarm a  qatdılar. 
D ərəşam  suyunu üzüb keçdilər.  Gecəni gündüzə qatıb, Oğuz yurdunun 
sərhədinə  yetişdilər.
S əyrək  qanlı  kafirlərin  əlindən  qardaşım  xilas  etdi.  A ğ  saqqallı 
atasına  m uştuluqçu  göndərdi.  “Atam  qabağım a  gəlsin!”  -  dedi.
Uşun  qocanın  qapısına  çapar  gəldi:  “Muştuluq!  Gözün  aydın! 
Oğullarının  ikisi  də  birlikdə  sağ-salam at g əld i” , -  dedilər.
Qoca eşidib  şad oldu.  G um bur-gum bur təb illər çalm dı.  Q ızıl-tunc 
borular göyə ucaldıldı.  O gün böyük, geniş otaqlar tikildi.  Atdan ayğır, 
dəvədən  buğra,  qoyundan  qoç  kəsdirildi.
-•Sİ8291


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə