Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə75/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   ...   71   72   73   74   75   76   77   78   ...   92

Su  dibində  fırlamb  dönürdü dənizçilər.
“Tanrı m ənəm !”  deyirlər su dibində  azğmlar. 
D üzü qoyub, tərsini  söyləyir qız-gəlinlər.
Q ızıl aşıq oynadır Sancıdanın bəyləri;
A ltı  dəfə oğuzlar getdi,  ala bilmədi.
A ltı  nəfər igidlə  ora m ən Qazan getdim.
A ltı  gündə qalanı  m ən  aldım,  məğlub  etdim. 
K ilsəsini yıxaraq, yerində m əscid tikdim, 
dua-nam az oxutdum.
Q ızını-gəlinini  ağ köksüm də  oynatdım,
bəylərini  qul  etdim.
M ən  onda  da  “ərəm ,  b əy ə m ”  deyə  öyünm ədim ! 
Ç ox  öyünən kişilərdə bir kişilik görmədim! 
Ə linə  keçmiş  ikən,  ey kafir,  öldür m əni,
Çal  qılıncı,  kəs  başımı,  m ən ki,  qorxan  deyiləm! 
Öz  əslim ə,  öz köküm ə  xain  çıxan  deyiləm!
Qazan yenə  soylayıb  demişdir:
D ağda-daşda qabağım dan çox qaçıbdır,
ey kafır,  atan  sənin. 
O ynatm ışam   qabağım da,  çox  fırlamb 
qız-gəlinin...
A ğca qala  Sürm əlidə  at oynatdım.
A tla  Harun elinə çapdım ,  çatdım.
A ğ hasarın  qalasınm  bürcünü  yıxdım.
A ğ güm üş gətirdilər,  “heçdir,  puçdur”  söylədim . 
Q ızıl-altun  gətirdilər,  adicə  “misdir”  dedim.
A la gözlü  qız-gəlini  gətirdilər,  aldanmadım. 
K ilsəsini  yıxıb  orda m əscid tikdim, 
Q ızılını-güm üşünü  talan  etdim.
O nda da m ən  “ərəm ,  b əy ə m ”  deyə  öyünm ədim . 
Ç ox  öyünən kişilərdə bir kişilik görm ədim! 
Ə linə  düşmüş  ikən,  ey  kafır,  öldür m əni,
Ö z  əslim ə, köküm ə  xain çıxan deyiləm! 
Şərəfınə,  şəninə  tə rif yaxan  deyiləm!
Q azan  bəy  burada  bır daha soylayıb  demişdir:
A ğ qayanın qaplanm ın erkəyində bir köküm  var, 
O rtac  qırda  sizm  keyik  sürünüzü  rahat qoymaz.
A ğ  sazın  aslanm dan  bir köküm  var,
A la  qaz  tək  otlam ağa  düzlərində  bir at qoymaz.
Qorxu bilm əz  qurd balası  erkəyindən bir köküm var. 
Q orxusundan  çobanların  qoyunları  otarammaz.
Ağ  sunqur quşunun erkəyi  tək  bir köküm  var,
Q orxusundan  ala ördək,  qara qazın  suya qonmaz.
U ruz  adlı  oğul  verdim  Qalın  Oğuz elinə,
B ir qardaşım   var ki  m ənim,  adı  igid  Qaragünə,
X ə b ə r tutub,  qolundakı  şahinini  sağ qoymazlar!
Ə linə  düşm üş  ikən,  ey  kafır,  öldür məni!
M ən   ki,  sənin  qılıncından qorxan deyiləm!
Ö z  əslim ə,  öz  kökümə  xain  çıxan  deyiləm!
Bir daha  soylayıb  demişdir:
İt kim i  mırıldayan 
Ç ərk əz  donuzlusan  sən.
Kiçik donuz  şülənin,
Torba  saman  döşəyin,
Yarım   kərpic  yasdığın,
Y onm a  ağac  tanrındır,
M ənim   köpəyim   kafır!
O ğuzlar dura-dura,
Səni  torifləm ərəm !
Sonra öldürəcəksən,
İndicə  öldiir məni.
O nsuz  da  mən  ölümdən, 
qandan  qorxan  deyiləm!
Allah  qoysa,  sağ  qalsam,
M ən  səni  öldürərəm !
K afırlər  dedi:  “Bu  bizi  tərifləm ədi.  Gəlin,  bunu  öldürək!” .  Kafır 
bəyləri  yığışıb  gəldilər.  Yenə  dedilər:  “Bunun  oğlu  var,  qardaşı  var, 
bunu öldürm ək  olm az” .  Gətirib  donuz  dam ına  saldılar.
At  ayağı  iti,  ozan  dili  çevik  olur.  Qazam n  öldüyünü-qaldığını  heç 
kim bilmədi...
Sən dem ə,  xam m ,  Q azanm  kiçik bir oğlu varm ış; böyüyüb  bir igid 
oldu.  Bir  gün  ata  minib  divana  gəlirkən  bir  kişi  deyir:  “M əgər  sən
-*~|e8297gi~«-


Q azan xanın oğlu deyilsən?” .  Uruz hirslənib deyir:  “A y yaramaz,  m ə - 
nim   atam   Baym dır  xan  deyildirm i?” ,  Deyir:  “Yox,  o,  ananın  atasıdır, 
sənin babandır” . Uruz:  “Ə yə, bəs monim  atam  ölüdür, ya diri?” -  deyə 
soruşur.  Deyir:  “Diridir,  Tum anın  qalasmda  dustaqdır” .  B elə  deyəndə 
oğlan  utanm ış  halda  atını  qaytarıb  geri  döndü,  anasınm  yanına  gəldi. 
Burada  anasına soylamış,  görək,  xanım,  nə  soylamışdır:
Ay  ana,  m ən xan oğlu deyiləmmiş,
Q azan xanın oğluyammış...
Bunu  m ənə niyə  əvvəl  demirdin?
A na haqqı -  Tanrı  haqqı  olmasaydı,
Q ara polad  iti  qılmcı  çəkərdim ,
Q əfılcodən gözəl başını  kəsərdim,
A1  qanmı yer üzünə tökərdim!
Anası  ağlayıb  deyir:  “Oğul,  atan  sağdır,  amma  söyloməyə  qorxur- 
dum, kafır elinə gedəsən, özünü vurdurub həlak olasan.  Canım oğul, ona 
görə sono demirdim; ancaq əmin üçün adam sal, gəlsin, görək, nə deyir”.
Adam  göndərdi,  əm isini  çağırtdırdı;  o  da  gəldi.  Uruz  deyir:  “M ən 
atam ın  dustaq  olduğu  qalaya  gedirəm ” .  Birlikdə  danışdılar.  Bütün 
bəylərə  x ə b ə r çatdı:  “Uruz  atası  üçün  gedir, yaraqlanıb  g əlin !” .
Qoşun  toplanıb  goldi.  İgid  U ruz  qurduğu  çadırları  açdırdı,  silah 
yüklorini  hazırlatdırdı.  Qaragünə  qoşunun  başçısı  oldu.  Boruları  göyə 
ucaldıb  köçdülər.  Yola düşdülər.
Yol üzərində kafırin A ya Sofya adlı kilsəsi vardı. K eşişlər qoruyur, 
n əzarət  edirdilər.  Çox  keçilm əz-alınm az  kilsə  idi.  Atdan  düşüb  tacir 
donu geyindilər.  Tacir qiyafəsində  qatır-dəvələrini  çəkib  gəldilər.
K afirlər  gördülər  ki,  gələnlər  tacirə  bənzəm ir,  qaçıb  qalaya  gir- 
dilər, qapılarını bağladılar.  Bürcə çıxıb “kim lərsiz?” -  dedilər.  Bunlar: 
“T acirlərik”  -   dedilər.  K afırlər  “Yalan  söyləyirsiz”  -   deyə  daşa  tut- 
dular.  Uruz  atdan  düşüb  deyir:  “A tam ın  qızıl  qədəhindən  şərab  içən, 
m əni  sevən kim dirsə, atdan düşsün!  Bunların qapısına bir-b ir gürz vu- 
raq !” .  On altı igid sıçrayıb atdan düşdü.  Qalxan  tutdular.  Gürzlorini çi- 
yinlərinə  saldılar.  Qapıya  gəldilər,  b ir-bir gürz  vurub  qapını  sındırdı- 
lar,  içəri  girdilor.  Kafirlərin  hamısını  qırdılar,  bir  nofəri  sağ  qoyma- 
dılar  ki,  gedib  özününkülərə  x əb ə r  versin.  M alını  talan  etdilər.  Öz 
qoşunlarınm   üzərinə  qayıtdılar.
Kafirlərin  bir  m alotaranı  vardı.  Gördü  ki,  qalanı  aldılar.  Qaçıb 
təkurun yanına getdi, A ya Soyfanm alındığını  xobər verdi:  “N ə oturur- 
suz,  üzərinizə  düşm ən  gəlib,  başınıza çarə  eləy in !”  -dedi.
Təkur, b əy ləri  bir y erə yığdı.  “Bunlarla  neyləyək?” -   dedi.  B əylər 
dedilər:  “B unun  yolu  odur  ki,  Qazanı  onların  qabağına  çıxaraq” .  Bu 
fıkri bəyəndilər.  Gedib Qazanı çıxartdıiar, təkurun qabağına gətirdilər. 
Təkur dedi:  “Q azan bəy,  üstüm üzə  düşm ən  gəlib.  Bizi  bu  diişm əndən 
qorusan,  səni  buraxarıq.  H əm  də xərac verm əyə razı olarıq.  Ancaq sən 
də  and  iç  ki,  bizim   bu  elim izə  düşm ənçiliklə  gəln ıəy o cək sən ” .  Qazan 
deyir:  “V allah,  billah  doğru  yolu  görə-görə  əyri  yolla  g əlm ərəm !” . 
K afırlər  “Q azan  yaxşı  and  içdi” ,  -   deyə  sevindilər.  T əkur  qoşunun 
seçm ə  d əstələ rin i  yığıb  meydana gəldi.  Çadır qurdurdu.  Kafirin  qoşu- 
nu Q azanın ətrafm a yığıldı.  Qazana geyim -keci  gətirdilər;  qılınc,  sün- 
gü  və  sair döyüş  silahları  ilə  onu yaraqlandırdılar.
Bu  zam an  oğuz  igidləri  alay-alay  gəldi,  gum bur-gum bur  təbillər, 
nağaralar çalındı.
Q azan gördü ki, bir ağ-boz atlı,  ağ bayraqh,  dəm ir donlu  boy oğuz 
qoşununun  önündə  gəldi.  Çadırını  qurdurdu.  Alay  bağlayıb  durdu. 
Onun  ardınca  Q aragünə  gəldi,  o  da  öz  dəstəsini  düzüb  durdu.  Elo  bu 
zaman  Q azan  atını  m eydana sürüb,  özünə  tay döyüşçü  istədi.
Boz  atlı  B eyrək  at  çapıb  meydana  girdi.  Qazan  burada  soylamış, 
görək,  xanım ,  nə  soylayıb,  demişdir:
Y erindən  qalxaraq  duran  igid,  nə  igidsən?
Ə yninə  bəy dəm ir donu geyən  igid,  nə  igidsən?
Adın  nədir,  igid,  söylə mənə!
B eyrək  burada  soylayıb  demişdir:
A ya,  kafır,  sən m əni tanımırsanmı?
Parasarın  Bayburd hasarından  sıçrayıb  uçan,
A daxhsını  ayrısı  alırkən tutub  alan
B aybörə  xan  oğlu  Bamsı  B eyrək deyirlər m ənə,
Bori  gol,  ay kafır,  döyüşək!
Qazan  burada  bir daha  soylayıb  deyir:
İgid,  qoşunun  önündə  ağ bayraqh  alay  durdu,
Başçı  düzüb  dəstəsini,  çadırını  öndə  qurdu.


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə