Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 175,22 Kb.
Pdf görüntüsü
səhifə77/92
tarix21.06.2018
ölçüsü175,22 Kb.
#49895
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

söhbətinə  yığıldı.
Y em ək-içm ək arasında bəylər səni  andı.
Üstüm üzə  heç  bir düşm ən-zad  gəlm ədi.
M ən  sənin  dostluğunu-düşm ənliyini 
sınamaq üçün gəldim.
Q azana düşm ən olduğunu bildim!
Qılbaş qalxıb  “ Salamat qalm !”  -  deyib  getdi.
Aruzun  qanı  çox  qaraldı.  Daş  Oğuz  boyləri  üçün  adam  saldı: 
“Əm ən  gəlsin,  Alp  R üstəm   gəlsin,  D önəbilm əz  Tüləkvuran  g ə l- 
sin...Qalan bəylor də  hamı  golsin!” .
Daş  Oğuzun bütün bəyləri  yığıldı.  Aruz  böyük  və  geniş  otaqlarım  
düzdə  tikdirdi.  Atdan  ayğır,  dəvədən  buğra,  qoyundan  qoç  kəsdirdi. 
Daş  O ğuz  bəylərini  əzizləyib  qonaq  etdi.  Dedi:  “B əylər,  bilirsizmi, 
m ən sizi  niyə  çağırtdırdım ?” .  Dedilər:  “B ilm irik” . Aruz deyir:  “Qazan 
bizə  Q ılbaşı  göndərib,  elim -günüm   çapıldı,  başım a  bəla  gəldi,  dayım  
Aruz yanım a gəlsin,  demişdir.  Qılbaşa dedim ki,  Qazan həm işə malını 
Daş oğuz bəylərinin  iştirakı  ilə  talan  elətdirərdi.  B əylər gələr,  Qazanı 
salam layıb  gedərdi” .
Ə m ən dedi:  “Bəs sən axır ona nə cavab verdin?”  Aruz:  “Ay əbləh, 
biz  Q azana  düşm ənik” ,  dedim.  Ə m ən  deyir:  “Yaxşı  dem isən” .  Aruz 
deyir:  “B əylər,  bəs  siz  nə  deyirsiz?” .  B əylər  dedi:  “N ə  deyəcəyik? 
Sən  Q azana düşmən oldunsa,  biz də düşm ənik” , -  dedilər.  Aruz araya 
m üqəddəs  kitabı  gətirdi.  Bütün  bəylər  əl  basıb  and  içdilər,  “Sənin 
dostuna  dost,  düşm əninə  düşm ənik!”  -   dedilər.  Aruz  bütün  bəylərə 
xələt verdi,  dönüb  dedi:  “ Bəylər,  Beyrək  bizdən  qız  almışdır,  yeznə- 
mizdir,  am m a  Qazanın  da  dostudur.  Gəlsin,  bizi  Qazanla  barışdırsın. 
Çağırtdıraq,  gətirdək;  bizə  tabe  olarsa,  çox  yaxşı!  Olmazsa,  mən 
saqqalım tutum, siz qılınc çəkib vurun!  Beyrəyi  aradan götürək. Ondan 
sonra Q azanla  işimiz  yaxşı  olar!” .
B eyrəyə  kağız  göndərdilər.  Beyrək  öz  otağında  igidlərlə  yeyib- 
içirdi.  A ruzdan adam gəldi,  salam verdi.  Beyrək də salam verdi.  Gələn 
adam   dedi:  “Aruz  xan  sizə  salam  göndərir.  Deyir,  B eyrək  gəlsin,  lütf 
edib,  bizi  Qazanla barışdırsın!” .
Beyrək:  “Yaxşı,  olsun!”  -   dedi.  Atını  çəkdilər,  mindi.  Qırx  igidlə 
Aruzun  evinə  gəldi.  Daş  Oğuz  bəyləri  otururkən  girib  salam  verdi. 
A ruz  B eyrəyə  dedi:  “ Bilirsonmi,  səni  niyə  çağırm ışıq?” .  Beyrək  dedi:
“N iyə çağırm ısız?” .  A ruz dedi:  “Biz, bütün  bu oturan bəylər Qazandan 
üz döndərm işik, and içm işik” . Kitab gətirdilər ki, sən də and iç!  Beyrək 
“M ən Q azana dönük çıxm aram !” -  deyə and  içdi.  Soylayıb  deyir:
M ən   Q azanın  nem ətini  çox  yem işəm, 
bilm əzsəm ,  gözüm ü  tutsun!
Q aracıqda Qazlvq  atına çox  m inmişəm , 
bilm əzsəm ,  tabutum  olsun!
Y axşı  qaftanlarım   çox  geym işəm , 
bilm əzsəm ,  kəfənim  olsun!
Böyük,  geniş  otağına  çox  girmişəm , 
bilm əzsəm ,  zindanım   olsun!
M ən  Q azana  dönük çıxmaram,  qəti  bilin!
A ruz B eyrəyin saqqalm dan tutdu.  B əylər Beyrəyə qıya bilm ədilər. 
B eyrək  burada bildi  ki,  Aruz çox  qəzəblənm işdir.  Soylayıb  dedi:
A ruz,  m ən  bilsəydim   bu niyyətini,
Q aracıqda Q azlıq  ata minərdim!
Ə ynim ə  bərk  dəm ir donu geyərdim !
B öyük iti  polad  qıhnc  bağlardım!
Ö z  alnım a parlaq zireh  vurardım!
A ltm ış  tutam  süngümü  götürərdim!
A lagözlü bəyləri  gətirərdim !
Ay  yaram az,  m ən bu  işi  duysaydım,
Sənin  görüşünə  belə  gələrdim ?!
İgidi  aldatm aq  arvad  işidir,
Bu  işi  arvaddan  öyrəndinmi  sən?
Aruz  deyir:  “Ə də,  h ə rz ə -h ə rz ə   danışma.  Qanına  susama,  gəl  and 
iç!” .  B eyrok  deyir:  “Vallah,  mən Qazanın və İç  Oğuzun yolunda başı- 
mı  qoym uşam .  İstəyirsiniz,  yüz para  eloyin,  m ən  Qazana xain  çıxm a- 
ram !” .  Aruz yenidən hirsləndi,  B eyrəyin saqqalından bərk tutub, b əy - 
lərə  baxdı.  G ördü  kim sə  gəlm ir,  qara  polad  iti  qılıncı  çəkib,  Beyrəyin 
sağ  oyluğunu  çapdı.  B eyrək  qara  qanına  boyandı,  başı  dumanlandı. 
Bütün bəy lər dağılışdı. H ə r kəs öz atına mindi.  Beyrəyi də m indirdilər. 
B ir n əfər tərkinə  minib,  onu qucaqladı.  Beyrəyi  gətirənlər atlarını  ça-


paraq,  onu  öz  evinə  çatdırdılar.  Cübbəsini  üzərinə  örtdülər.  B eyrək 
burada  soylayıb  dedi:
İgidlərim ,  yerinizdən qalxın,  durun!
B oz  atımm quyruğunu tutun, kəsin!
A la  dağdan  Arqubeli  gecə  aşın.
İti  axan gözəl  suyu üzüb  keçin.
Q azan  xanın  divamna çapıb  gedin.
Siz ham ınız  ağ  çıxarıb,  qara geyin.
“ Qazan,  tək  sən  sağ ol,  B eyrək öldü!”  deyin...
D anışın ki, nam ərd A ruz dayın adam göndərib, B eyrəyi  istəm işdir, 
o  da  getm işdir.  Daş  Oğuzun  bütün  bəyləri  bir  yerə  yığılıbm ış. 
B ilm ədik,  yem ək -içm ək   arasında m üqəddəs  kitab  gətirdilər,  B eyrəyə 
“Biz  and  içib,  Qazandan  üz  döndərmişik.  G əl,  sən  də  and  iç!”  -  
dedilər.  A nd  içm ədi.  “M ən  Qazandan  dönm ərəm !”  -   dedi.  N am ərd 
dayın q əzəblənib, B eyrəyi qılıncladı. B eyrək huşunu itirib, qara qanına 
boyandı.  Sonra  dedi  ki,  m ənim   qanımı  Qazan  Aruzda  qoyarsa,  sabah 
qiyam ət günündə  əlim   onun yaxasında olacaqdır!
B eyrək bir daha  soylayıb  demişdir:
İgidlərim ,  A ruz oğlu B asat gəlm ədən,
E lim -günüm   çapılmadan,
Q aytabanda dəvələrim i  bağırtmadan,
Qaracıqda Qazlıq  atımı  kişnətm ədən,
A ğca qoyunlarım   m ələşm ədən,
A ğca üzlü  qız-g əlin ə  sataşmadan,
A ğca üzlü  sevgilimi  Basat  gəlib  almadan,
E lim i-günüm ü çapmadan,  Qazan  m ənə  yetişsin,
M ənim  qanımı  Aruzda qoymasın,
A ğ bənizli  sevgilimi  oğluna  alıb  versin,
A xirətin  haqqım   m ənə  halal  etsin,
Bilsin ki,  bəy oğlu bəyzadə  Beyrək 
Ö m rünü bağışlayıb,  A llahına qovuşdu!
B eyrəyin ata-anasına x əbər çatdı. Uca ev-eşiklərində şivən qopdu. 
Q aza b ə n z ə r qız-gəlin  ağ  çıxarıb,  qara geydi.  A ğ-boz atm ın quyruğu- 
nu kəsdilər.  Q ırx-əlli  igid  qara geyib  göy sarındı.  Qazan bəyin yanına
gəlib,  çalm alarım   yerə  vurdular.  “B eyrək!”  deyə  çox  ağlaşdılar.  Q a- 
zanm əlini öpdülər.  “Sən sağ ol, B eyrək öldü!” dedilər.  D edilər ki, n a- 
m ərd  dayın  hiylə  işlətdi.  Çağırtdırıb  bizi  aldatdılar.  Getdik;  bilm ədik 
ki,  Daş  O ğuz  bəyləri  sizdən  üz  döndəriblər.  M üqəddəs  kitab  g ə - 
tirdilər. “B iz Q azana düşm ənik, sən də biz deyənə boyun ə y !” dedilər. 
And  içdilər.  B eyrək  sənin  çörəyini  basm adı.  Onlara  boyun  əym ədi. 
Dayın n am ərd  Aruz qəzəblənib, B eyrəyi oturduğıı yerdə qılıncladı, bir 
oyluğunu  saldı.  Sən  sağ  ol,  xanım,  B eyrek  A llaha  qovuşdu;  dedi  ki, 
m ənim   qanım ı  A ruzda qoymasın.
Q azan  bu  xəbəri  eşitdi,  dəsm ahnı  əlin ə  alıb,  hönkür-hönkür 
ağladı.  D ivanda oturub  zarıldadı.  Orada olan bütün bəylər ağlaşdılar!
Qazan getdi, öz evinə girdi. Yeddi gün divana çıxmadı, oturub ağladı.
B əy lər  yığışıb,  divana  gəldilər.  Qazanın  qardaşı  Qaragünə  deyir: 
“Q ılbaş,  get de, ağam Qazan gəlib çıxsm.  De ki,  sənin ucundan bir igid 
aram ızdan  əksildi.  Həm   də  vəsiyyət  eləyib  ki,  qanını  düşm əndə  qoy- 
mayıb  alasan.  Di,  gedək,  düşməni  haqlayaq!” .  Qılbaş deyir:  “Sən  qar- 
daşısan,  sən  get!” .
N əhayət,  ikisi  birlikdə  getdilər.  Qazanın  evinə  girdilər.  Salam 
verib dedilər:  “Sən sağ ol, ay xan,  bir igid aram ızdan əksildi, sənin y o - 
lunda baş verdi.  D eyirəm , qanını  alaq;  həm  də sizə tapşırmışdır ki, q a - 
nını  alasız.  Ağlam aqla  bir şeymi  olur?  Dur gəl  yuxarı” .
Q azan  deyir:  “ Doğru  m əsləhətdir.  Tez  silahları  hazırlasmlar.  B ü- 
tün b əy lər atlansınlar!” .
B əylərin  hamısı  atlara mindi. Q azanın Q onur atını çəkib gətirdilər, 
m indi.  B oru  çalındı,  nağaralar  döyüldü.  G ecə-gündüz  bilm odən 
atlarım   çapdılar.
Aruza və  Daş Oğuzun bəylərinə xəbər çatdı.  “Budur, Qazan gəldi!”
-  dedilər.  O nlar da qoşun  yığıb,  boru  ucaldan  Qazana qarşı  gəldiler.
Üç  ox  və  Boz  oxun  qoşunları  qarşılaşdı.  A ruz  deyir:  “İç  Oğuzda 
mənim  döyüşçü rəqibim  Qazan olsun!” .  Ə m en deyir:  “M ənim  rəqibim 
Tərsuzam ış  olsun!” .  Alp  Rüstəm  deyir:  “M ənim   reqibim  Ə nsə  qoca 
oğlu  O xçu  o lsu n !” .  H ər kəs öz rəqibini  gözlədi.  Alaylar bağlandı,  qo- 
şunlar  düzüldü.  Borular  çalındı.  T əbillər  döyüldü.  Aruz  qoca  öz  atım 
meydana  sürdü.  Qazam  çağırıb  dedi:  “Ey  yaram az,  sən  m ənim   rəqi- 
bim sən,  sən  bəri  g əl!” .  Qazan  qalxam nı  çəkdi,  süngüsünü  əlinə  ahb 
başı  üzərində  fırlatdı.  Dedi:  “Ay  ebləh,  nam ərdliklə  igid  öldürm əyin 
nə  dem ək  olduğunu  indi  m ən  sənə  g ö stərə rəm !” .  Aruz  Qazanın  ü zə -


Yüklə 175,22 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə