117
Deyən gərək, sənin bu gəzərgi qaraçılarla nə işin var?! Niyə it arısının
yuvasına çöp uzadırsan?.. Neynək, hələ tacir Hacı Fərəcoğlu ölməyib! Qoy o
lüt Alonun oğlu Nəbi olsun, mən də tacir Fərəcoğlu, görərik kim kimin
başını torpağa quylayacaq.
-
Ey, qaçaqlar! – Qaçaq Nəbi dostlarını səslədi. – O nərlərdəki parça taylarını
da açın. Hamısını paylayacağam.
Tacir daha dözməzdi. O, can verən adamlar təki çənə atmağa başladı.
-
Nəbi, başına dönüm, o dəvələrin yükünə dəymə! Mən o parçanı
Firəngistandan gətirmişəm, özüm də onları qəpik-quruşla qazanmışam!...
-
Heç kəmhövsələ olma, bütün dəvələrin yükünü boşaldacağam! Sən qəpik-
quruşla qazan, mən də top-top satım. – Qaçaq Nəbi çəkməsinin ucu ilə taciri
tərpətdi: - Qalx! Mən tacir tayfasını yaxşı tanıyıram; desələr kəfən müftədir-
yıxılıb ölər.
Hacı Fərəcoğlu güclə qəddini düzəltdi. O, daha deməyə söz tapmadı. Dodaqları
əsməyə, çənəsi titrəməyə başladı. Sifətinə elə bil zəfəran sarısı çökmüşdü.
Başını sinəsinə endirib tələyə düşmüş canavar təki dişlərini qıcartdadır, altdan-
altdan Qaçaq Nəbiyə göz qoyurdu: “Lap kəmfürsətdir! Allah bəlasını versin!
Çovuş Kərbəlayı Pirverdiyə əl qoyan, zəvvarların qabağını kəsən quldurdan
bundan artıq nə gözləmək olar?! Mən indi başıma haranın daşını salım? Parça
alan birdi, ikidi? Tacir gözlərini parça aparan kəndlilərdə dolandırır, onların sir-
sifətlərini yadında saxlamağa çalışırdı. – O çolaq köpəkoğlu iki top mahud
apardı. Deyəsən, qaçaqlar o keçələ bir top qanovuz verdilər. Ona bax, ona bax,
lüt Hətəm gör kiseyi topu necə qucaqlayıb?!
Hacı Fərəcoğlu talan-qarətə dözməyib donquldandı:
-
Apar, lüt Hətəm, apar! Səni ki, yaxşı tanıyıram! Əhməd xanın qapısında hər
gün it təki sümsünənlərin birisən.
Hətəm kişi özünü eşitməməzliyə vurdu.
Karapetin atmacası tacirin lap ürəyinə inlədi:
-
Ara, ay dəli musurman, o qədər qudurdun, axırda
Qaçaq Nəbini özünə şagird
elədin?! Gör səhərdən bəri nə qədər parça satıb!
“Bu cavur köpəkoğlunun danışdığına bir bax! Onun qanını içsəm, doymaram!
Gərək burda da erməniliyini göstərəydi. Gör camaatın içində məni necə
iynələyir?! Əlbət bir vaxt əlimə fürsət düşəcək!”
Payız günəşi dağların dalına çəkildikcə cah-cəlallı qaçaq bazarı hiss olunmadan
sovrulurdu. Ətrafa dilsiz bir sükut çökürdü. Qaçaqların hamısı qızılsac palıdın
altına toplaşmışdı. Onlar şam edirdilər.
QAÇAQ NƏBĠ QUYUDA
Kəndin uçuq-sökük komaları qatı qaranlıq içində can verirdi. Torpağa qısılmış
bu yapalaq evlərdən səs-səmir kəsilmişdi; sanki nə bir nəfəs çəkən vardı, nə bir
işıq yandıran Əhməd xanın malikanəsində isə gecə hiss olunmurdu. Nökərlərin
əlində çıraq, qulluiqçuların əlində çıraq, mehtərlərin əlində çıraq... Elə bil
buradakı adamların hərəsi bir canlı çıraqdana dönmüşdü. Günəş pəncərələrdən