Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə23/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
71
finə xəzərlər adlandırıldılar. Onlar çox güclü və geniş yayılmış xalq 
idilər
1
.  
 
Xəzərlərin antropologiyası 
 
Xəzərlərin antropologiyası ilə bağlı xeyli fikirlər mövcuddur. 
V.V.Qinzburq (15, 81-86) qeyd edir ki, xəzərlərin Sarkil şəhərinin 
xarabalıqlarında aparılan qəbir daşları, «qəbirlərdəki qazıntılar» bu 
şəhərdə yaşayan  əhalinin heç də hamısının xəzərlərdən ibarət 
olmadığını göstərir. 
Əgər xəzərlərin bir hissəsi hindliləri andırırsa, tip etibarı ilə 
onlar digər türklərdən heç nə ilə  fərqlənmir, gözlərinin dərinliyinə 
görə digər türklərə nisbətən daha aydın ifadəli təsir bağışlayırlar. 
Xəlil ibn Əhməd xəzərlərin gözlərinin çox qıpıq (huzr əl-uyun) ol-
duğu üçün onlara xəzər deyildiyini qeyd edir. Lakin xarakter etibarı 
ilə  xəzərlərin türklərdən fərqli olduğu da qeyd edilir. İbn Havkala 
görə ağ xəzərlər gözəl imişlər. Həmçinin onların yüksək əsgəri key-
fiyyətə malik olduqları da qeyd olunur. Sasani, İran, Bizans və Ab-
basi hökmdarları bunlardan müdafiə  məqsədi ilə güclü mühafizə 
təşkil edirmişlər. Bizans saraylarında xəzər  əskərlərinin nüfuzu 
daim yüksək tutularmış, imperatorlar dəbdəbəli mərasimlərdə onlara 
daha böyük üstünlük verirmişlər. Ümumiyyətlə, xəzərlərin müsbət 
keyfiyyətli insanlar olduğu Murad Rəmzi, Yəqubi  əl-Buldan,  İbn 
Rusta və Məsudi tərəfindən dəfələrlə vurğulanmışdır. İbn Fakih isə 
xəzərləri digər xalqlarla müqayisədə  səciyyələndərən gözəl bir 
deyim işlətmişdir. O, türklərin vəfalı, rumların saxalı, xəzərlərin 
həyalı, islavların (slavyanların) şücaətsiz olduğunu qeyd etmişdir. 
 
Xəzərlərin dili 
 
Xəzər imperatorluğunda müxtəlif xalqlar öz dillərində ünsiy-
yətdə olur, öz dinlərini qoruyurdular. Burada göytürk, ərəb, yəhudi 
və kiril əlifbaları işlənirdi. Yəhudi, xristian, islam dinləri bu ölkədə 
                                                 
1
 ßôñàíÿ Джафаров Ю. Гунны и Азербайджан êèòàáûíà èñòèíàäÿí âåðèëìèøäèð. 


 Nizami Tağısoy 
 
72
geniş yayılmışdı. Xəzər şəhərlərində sinaqoqlar, kilsələr, məscidlər 
eyni dərəcədə fəaliyyət göstərirdi. Burada yəhudi dini VII, xristian 
VIII, islam isə IX əsrdə yayılmışdı. 
Biz yuxarıda qeyd etdik ki, xəzərlər X əsrin sonlarına qədər 
mövcud olmuş bir etnos idi. VI-X əsrlər arasında İdil çayı sahillə-
rindən tutmuş Krım arasında bu dövlətin sərhədləri daha geniş əra-
ziləri əhatə edirdi. Bu baxımdan bəzi mənbələrin verdiyi məlumatla-
rın özündə də qeyri-müəyyənlik və ziddiyyətlər mövcuddur. Özünə 
yer tutan bu dövlətin xəzər dilində anıla biləcək və günümüzə qədər 
çatan bir nümunəsi yoxdur, mənşələrinə gəldikdə isə təəccüb doğu-
ran fikirlərə təsadüf edirik. Bununla belə bir sıra tədqiqatçılar (ərəb, 
yəhudi və Bizans qaynaqlarına istinad edərək) xəzərlərin birmənalı 
şəkildə türk olmasını və bu gün türk dilinin məhz Çuvaş ləhcəsində 
xəzər dilinin özünü təcəssüm etdirməsini müəyyənləşdirmişlər. On-
ların çuvaş dilində ünsiyyətdə olmaları fikrini E.Kunik, V.Bartold, 
A.Zayonçkovski və digərləri irəli sürmüşlər. Bu fikrə Əl-Biruni də 
tərəfdar çıxır. Mənbələrdə qeyd olunur ki, Bulqar və Suvar şivələri 
(daşlar üzərindəki yazıya əsaslanaraq) türkcə və xəzərcənin arasında 
olan bir dildir. 
Xəzər dilinə aid nümunələr arasında ünvanlar, adlar mühüm 
yer tutur. Bu ünvanların böyük bir qisminə  əski türk kitabələrində 
də rast gəlinir. Xəzərlərdən qalan şəxs adları və digər ad, söz və ifa-
dələrdən oxunuşları  təsbit olunanlar bunlardır:  barsbek, baştuva, 
kundaçık, xaqan, xatun, tarxan, bəy, şad, tudun, ilteber, bolışçı, 
tanrı, xan, ağ, sarı (sarıq), belenger (barangar), səməndər, bı-
ğındı, qaya kənd (ğaya kənd); Bizans qaynaqlarında çiçək (tzitze-
kion), ilbars (gilebaros), buseri (busiros); Mahmud Kaşğaridə: 
ben, bun, bal, azak, tuzdı, yalınık, kıpçak və oğuzlarla bir züm-
rədən olan şivələrlə bardacı, tuğradacı  və  uğralacı  və s. (10, 
408). Qaynaqlarda mənşə  və  mənası bilinməyən bir sıra ifadə  və 
sözlər vardır. Türk ləhcələrindən yalnız çuvaşcada şurı (şari, sarığ) 
sözü «ag» anlamında işlədilir. Çuvaşlarda «kil» sözü də «ev» anla-
mına uyğundur. Buna görə  də  «sarkel» («şarkil») adının bulqar 
türkcəsindən gəldiyi göstərilir. Çuvaşca «kil» sözünün mənşəyi mü-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
73
əyyən deyildir. İslam və erməni müəllifləri Xəzər xaqanlığının pay-
taxtının Səməndər  şəhəri olduğunu qeyd edirlər. Bu adın mənası 
açılmalıdır. Xəzər xaqanlığı ilə bağlılığı olan Şimali Qafqaz hunları-
nın  şəhəri kimi Varaçan da bu yer adlarına  əlavə olunmalıdır (26, 
134).  
Xəzər xaqanlığı etnik baxımdan zəngin və fərqli olduğundan 
bir sıra qövmlərin ehtiva olunduğu bu xaqanlıqda dövlət dili kimi 
müxtəlif dillərdən istifadə  də  təbii qəbul edilməlidir. Xəzəristanda 
türkcədən daha çox istifadənin geniş yayılması mənbələrdə öz əksi-
ni tapmışdır. Bununla yanaşı bu ərazilərdə bulqar türkcəsindən də 
istifadə olunurmuş. Sarkel qalasının adı bu baxımdan  əhəmiyyətli-
dir. Məhşur ərəb səyyahı və coğrafiyaşünası İstahri də bulqar türklə-
ri ilə xəzərlərin eyni dildən istifadə etdiklərini bildirir. Lakin həmin 
əsərin digər hissəsində müəllif yuxarıda söylədiyi fikrini təkzib edir.  
Xəzərlərin mədəni həyatı və şəhərlərindən bəhs edərkən Əbu 
İshak İbn əl-Nadim xəzərlərin ibrani hərflərindən, Mübarəkşah Guri 
isə rus yazısından istifadə etdiklərini qeyd etsələr də, məhz bu dildə 
heç bir əsər dövrümüzə  gəlib çatmamışdır. Buradakı «rus yazısı» 
İbn əl-Nadimdə göstərilən olan norman rusların runik yazısını göy-
türklərin runik yazısının oxşarı kimi götürmək, bəlkə də, daha məq-
sədəuyğun hesab edilə bilər.  
Dövrünə görə  zəngin mədəniyyət daşıyıcısı olan xəzərlərdən 
ibrani dilində yazılmış iki məktubdan başqa bizə  hər hansı yazılı 
abidə və əsərlər çatmamışdır. Bunlardan biri 960-cı ildə Əndəlüslü 
yəhudi elm və dövlət xadimi Haşday bəy tərəfindən İshaç bəy Şap-
ruta yazılan məktub, digəri isə naməlum Xəzəristanlı müsəvi tərə-
findən Yusuf xaqanın dövründə yazılan məktubun Misirdə Fustatda 
Kanisat  əl-Şamidə saxlanılan parçalarıdır. Müxtəlif yönlərdən təd-
qiq olunan bu məktublar yaxın vaxtlara qədər saxta hesab edilirdi. 
Y.Marquarta görə Yusufun adına bağlanan bu məktubun  Əbu Ha-
mid  əl-Əndəlüsinin səyahətnaməsini oxuyan bir nəfər tərəfindən 
1140-cı illərdə uydurulduğu irəli sürülmüşdü. 1938-ci ildə M.Lan-
dau məktubların saxta olmadığını sübut edərkən qüvvətli dəlillər gə-
tirdiyindən Topqapı sarayında  №3346 altında mühafizə edilən  İbn 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə