Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə21/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
65
Mərvanın 737-ci ildə xəzərləri darmadağın etməsindən sonra 
üç onillikdən artıq bir müddət  ərzində xilafətlə  sərhədlərdə  əmin-
amanlıq hökm sürdü. Eyni zamanda hakimiyyətdə – Abbasilər süla-
ləsində dəyişiklik oldu və paytaxt Dəməşqdən Bağdada köçürüldü. 
Xəlifə Mansur xəzərlərin düşmənçiliyindən və döyüşkənliyindən 
çəkinərək xilafətin Qafqaziya üzrə hökmdarı  Yəzidə göstəriş ver-
mişdi ki, Xəzər xaqanı Bahadurun qızı Xatunu istəyib özünün xanı-
mı etsin. Xəzərlərin tarixi üzrə tanınmış mütəxəssis (yuxarıda isti-
nad etdiyimiz) M.İ.Artamonov bu hadisə ilə bağlı yazır: «Xaqan ra-
zılıq verib qıza cehiz olaraq 100 min dirhəm təyin etdi… Şahzadəni 
ən yaxşı əsil-nəsildən olan on min xəzər müşayiət edirdi. Onlar qu-
lunları ilə  qırx madyan, min qatır, min nökər, on min körpəcinsli 
Xəzər dəvəsi, min Baktriya tipli iki donqarlı  dəvə, on min qoyun 
götürdülər… Gəlini bu səfərdə gümüş  və  qızıllarla bəzədilmiş 10 
üstübağlı araba… bundan əlavə 20 müxtəlif yüklə doldurulmuş 
qızıl, gümüş dolu araba da müşayiət edirdi… Xəzər xaqanın qızı 
başının dəstəsi ilə  Bərdəyə çatandan sonra şəhər darvazalarının 
yanındakı alaçıqlarda düşərgəsinə yerləşdi (2, 241-242). Xatun bu-
rada müsəlmanlığı qəbul edir və 760-cı ildə Yəzidlə evlənir. 
Nigahdan 2 il 4 ay sonra Xatun və iki uşağı Bərdədə vəfat edir. 
Xəzərlər Xatunun və övladlarının ölümünün ərəblər tərəfindən həyata 
keçirildiyini güman edərək, 762-ci ildə böyük qüvvə ilə Qafqaziyaya 
hücuma keçib Mussa ibn Kəbənin rəhbərliyi altında döyüşən ərəb or-
dusunu darmadağın edir və 50 min nəfərdən artıq insanı əsir aparır.  
764-cü ildə xəzərlər yenidən Astarxanın
1
, yaxud Rastarxanın 
başçılığı altında Qafqaziyaya hücum edirlər. Bununla bağlı ibn-əl-
Əsir qeyd edir ki, 764-765-ci illərdə türklərə başçılıq edən Xarəzmli 
Astarxan müsəlmanların üzərinə hücuma keçib çoxsaylı müsəlman 
və zimmiləri əsir götürərək Tiflisi tutur. Türklərlə müharibəyə Man-
sur Cəbrayıl ibn-Yəhyanı  və  Zərba ibn-Abdullahi göndərir, özləri 
                                                 
1
 Ãåéä åäÿê êè, áó ýöíêö Ðóñèéà Ôåäåðàñèéàñûíûí Àñòðàõàí âèëàéÿòè âÿ Àñòðàõàí 
øÿùÿðèíèí àäû õÿçÿð õàãàíûí îüëó Àñòàðõàíûí (éàõóä Ðàñòàðõàíûí) øÿðÿôèíÿ áåëÿ 
àäëàíäûðûëìûøäûð. Áèç èñÿ îíó ñÿùâ îëàðàã Ùÿøòÿðõàí àäëàíäûðûðûã. Ðóñëàð òàðèõè àäû 
ñàõëàñàëàð äà, áèç îíó åòèìîëîæè ÿñàñûíäàí êÿíàðëàøäûðìàüà ÷àëûøìûøûã. — 
Í.Òàüûñîé. 


 Nizami Tağısoy 
 
66
bir qədər döyüşdükdən sonra qaçır,  əsgərlərinin böyük əksəriyyəti 
isə öldürülür.  
Xəzərlərin ərəblərlə sonuncu toqquşması VIII əsrin sonlarına 
təsadüf edir. Bu dəfə də Xatunla Yəzidin evlənməsi ilə bağlı tarixcə, 
demək olar ki, təkrarlanır. Harun-ər-Rəşid tərəfindən Qafqaziyaya 
canişin təyin edilmiş əl-Fadl əl-Bərmaki Dərbəndə doğru xəzərlərin 
Həmzin qalasına hücum edir, lakin xəzərlərin qarşısında tab gətir-
məyib qaçmağa məcbur olur (22, 100). 
Əl-Bərmaki məğlubiyyətə  uğradıqdan sonra özünün şimal 
qonşusu ilə vəziyyəti normallaşdırmaq məqsədi ilə Xəzər xaqanının 
qızı ilə evlənmək qərarına gəlir. Münasibətlər tədricən düzəlməyə 
başlayır. 798-799-cu illərdə Xəzər xaqanı öz qızı Subtu Qafqaziya-
ya göndərir. Lakin Subt Bərdəyə çatmamış yolda vəfat edir. Şahza-
dəni müşayiət edənlər geri dönüb qızının ərəblər tərəfindən qətlə ye-
tirildiyini xaqana söyləyirlər. Bundan bərk qəzəblənən Xaqan çox 
böyük ordu ilə Qafqaziyaya daxil olub, ərəbləri darmadağın edir (2, 
249-250). 
Xəzərlərin Qafqaziyaya sonuncu yürüşü ilə bağlı digər müla-
hizə  və fikirlər də vardır. Məsələn, akad.Z.M.Bünyadov müxtəlif 
mənbələrdəki məlumatlara istinad edərək xəzərlərin sonuncu müha-
ribədə 100 mindən artıq  ərəbi  əsir götürdüklərini göstərir. Bundan 
sonra ərəblərlə xəzərlər arasında sülh bərqərar olur.  
VII əsrin birinci yarısından - VIII əsrin sonuna qədər xəzərlər-
lə ərəblər Azərbaycan ərazisində ardı-arası kəsilməyən müharibələr 
etmişlər. Ərəblər Azərbaycana gələnə qədər uzun müddət bu yerlər-
də hökmranlıq edən xəzərlər Azərbaycana öz doğma əraziləri kimi 
baxmış, onun xilafətin qapalı bir vilayətinə çevrilməsinə imkan 
verməmişdilər. Məhz buna görə  də  ərəb mənbələri Azərbaycanın 
düzən hissələrini Xəzəristan ərazisinə aid edirlər. Məsələn, İbn Rus-
ta X əsrin  əvvəllərində yazdığı «Qiymətli daşlar» kitabında Xəzər 
torpaqlarının olduqca geniş  əraziləri  əhatə etdiyini, bir tərəfinin 
Qafqaz dağlarına, ucqar sərhədlərinin isə Tulas və Suqara yəni Tif-
lis ölkəsinə qədər uzandığını göstərmişdir. A.Kudam isə Xəzər əra-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
67
zilərinin Azərbaycandan Xuvarəzmə (yəni Xarəzmə) qədər gedib 
çıxdığını söyləmişdir (22, 104). 
Beləliklə, yuxarıda qeyd olunanlar da göstərir ki, xəzərlər di-
gər geniş ərazilərdə yaşamaqla yanaşı, həm də Azərbaycanın mədə-
ni-iqtisadi, siyasi-hərbi həyatında mühüm rol oynamışlar. VI-X əsr-
lər dövründə  xəzərlər geniş Qafqaziya, Qafqaz, Qara dəniz,  İdil, 
Dunay, Dnepr nəhrlərinə qədər və quzeydə Kiyev ərazilərinə yayıl-
maqla, həm də Şərqi Avropa xalqlarının tarixində böyük rol oyna-
mışlar. Xəzərlərin böyük əksəriyyətini hunlar, göytürklər, oğuzlar, 
bulqarlar və macarlar təşkil edirdi. Onlar iranlılara layiqincə müqa-
vimət göstərmək məqsədi ilə bizanslılarla əlaqəyə girməyi də hələ o 
zaman nəzərdən qaçırmamışdılar. 
Xəzərlərin konkret olaraq hansı  əsrlərdə yaşamaları, onların 
yayıldığı ərazilər və dövlət kimi mövcud olmaları barədə mülahizə-
lər olduqca müxtəlifdir. Məsələn, «Türk ensiklopedisi»ndə (25, 
134-136) onlar VII-XI yüzilliklər dövründə İdil çayı, Şimali Qafqaz 
və Kubanla Don çaylarının sahilindəki sahədə böyük bir xaqanlıq 
qurmuş qüvvətli qövm kimi nəzərdən keçirilir və  Xəzər dənizinin 
adının da məhz onlara görə adlandırıldığı qeyd olunur. «İslam an-
siklopedisi»ndə (10, 397) isə  xəzərlərin VI-X əsrlər dövründə  İdil 
çayı ilə Krım adası arasında məskunlaşaraq qüvvətli dövlət quran 
bir qövm olduğu diqqət mərkəzinə çəkilir. 
Ümumiyyətlə, mənbələr xəzərlərin yaşadıqları zaman kəsiyini 
bəzi fərqlərlə göstərmələrinə baxmayaraq, əsasən bu fikirdə israrlı-
dır ki, onlar Şimali Göytürk dövlətinin «şimal hissəsi»ni təşkil et-
məklə VI əsrin ortalarından İdil (Volqa) çayı, Xəzər və Terek dəniz-
lərinin  ətrafında geniş  ərazilərdə  məskunlaşmış  və sonrakı beş  əsr 
ərzində ərazilərini daha da genişləndirmişlər.  
 
Xəzərlərin etnogenezi 
 
Xəzərlərin böyük xaqanı Yusufun məktubunda xəzər camisini 
təşkil edən 10 uruğ arasında Nazir sülaləsinin mənsub olduğu uyur 
(yəni uyğur)  qəbiləsindən başqa,  türk, yaxud türgiş olan bir qə-
bilə, 7 xəzər, 9 bulqar ilə 10 sabir uruqlarının adını çəkir ki, bu 10 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə