Etnos
v
ə epos: keçmişdən bugünə
65
Mərvanın 737-ci ildə xəzərləri darmadağın etməsindən sonra
üç onillikdən artıq bir müddət ərzində xilafətlə sərhədlərdə əmin-
amanlıq hökm sürdü. Eyni zamanda hakimiyyətdə – Abbasilər süla-
ləsində dəyişiklik oldu və paytaxt Dəməşqdən Bağdada köçürüldü.
Xəlifə Mansur xəzərlərin düşmənçiliyindən və döyüşkənliyindən
çəkinərək xilafətin Qafqaziya üzrə hökmdarı Yəzidə göstəriş ver-
mişdi ki, Xəzər xaqanı Bahadurun qızı Xatunu istəyib özünün xanı-
mı etsin. Xəzərlərin tarixi üzrə tanınmış mütəxəssis (yuxarıda isti-
nad etdiyimiz) M.İ.Artamonov bu hadisə ilə bağlı yazır: «Xaqan ra-
zılıq verib qıza cehiz olaraq 100 min dirhəm təyin etdi… Şahzadəni
ən yaxşı əsil-nəsildən olan on min xəzər müşayiət edirdi. Onlar qu-
lunları ilə qırx madyan, min qatır, min nökər, on min körpəcinsli
Xəzər dəvəsi, min Baktriya tipli iki donqarlı dəvə, on min qoyun
götürdülər… Gəlini bu səfərdə gümüş və qızıllarla bəzədilmiş 10
üstübağlı araba… bundan əlavə 20 müxtəlif yüklə doldurulmuş
qızıl, gümüş dolu araba da müşayiət edirdi… Xəzər xaqanın qızı
başının dəstəsi ilə Bərdəyə çatandan sonra şəhər darvazalarının
yanındakı alaçıqlarda düşərgəsinə yerləşdi (2, 241-242). Xatun bu-
rada müsəlmanlığı qəbul edir və 760-cı ildə Yəzidlə evlənir.
Nigahdan 2 il 4 ay sonra Xatun və iki uşağı Bərdədə vəfat edir.
Xəzərlər Xatunun və övladlarının ölümünün ərəblər tərəfindən həyata
keçirildiyini güman edərək, 762-ci ildə böyük qüvvə ilə Qafqaziyaya
hücuma keçib Mussa ibn Kəbənin rəhbərliyi altında döyüşən ərəb or-
dusunu darmadağın edir və 50 min nəfərdən artıq insanı əsir aparır.
764-cü ildə xəzərlər yenidən Astarxanın
1
, yaxud Rastarxanın
başçılığı altında Qafqaziyaya hücum edirlər. Bununla bağlı ibn-əl-
Əsir qeyd edir ki, 764-765-ci illərdə türklərə başçılıq edən Xarəzmli
Astarxan müsəlmanların üzərinə hücuma keçib çoxsaylı müsəlman
və zimmiləri əsir götürərək Tiflisi tutur. Türklərlə müharibəyə Man-
sur Cəbrayıl ibn-Yəhyanı və Zərba ibn-Abdullahi göndərir, özləri
1
Ãåéä åäÿê êè, áó ýöíêö Ðóñèéà Ôåäåðàñèéàñûíûí Àñòðàõàí âèëàéÿòè âÿ Àñòðàõàí
øÿùÿðèíèí àäû õÿçÿð õàãàíûí îüëó Àñòàðõàíûí (éàõóä Ðàñòàðõàíûí) øÿðÿôèíÿ áåëÿ
àäëàíäûðûëìûøäûð. Áèç èñÿ îíó ñÿùâ îëàðàã Ùÿøòÿðõàí àäëàíäûðûðûã. Ðóñëàð òàðèõè àäû
ñàõëàñàëàð äà, áèç îíó åòèìîëîæè ÿñàñûíäàí êÿíàðëàøäûðìàüà ÷àëûøìûøûã. —
Í.Òàüûñîé.
Nizami Tağısoy
66
bir qədər döyüşdükdən sonra qaçır, əsgərlərinin böyük əksəriyyəti
isə öldürülür.
Xəzərlərin ərəblərlə sonuncu toqquşması VIII əsrin sonlarına
təsadüf edir. Bu dəfə də Xatunla Yəzidin evlənməsi ilə bağlı tarixcə,
demək olar ki, təkrarlanır. Harun-ər-Rəşid tərəfindən Qafqaziyaya
canişin təyin edilmiş əl-Fadl əl-Bərmaki Dərbəndə doğru xəzərlərin
Həmzin qalasına hücum edir, lakin xəzərlərin qarşısında tab gətir-
məyib qaçmağa məcbur olur (22, 100).
Əl-Bərmaki məğlubiyyətə uğradıqdan sonra özünün şimal
qonşusu ilə vəziyyəti normallaşdırmaq məqsədi ilə Xəzər xaqanının
qızı ilə evlənmək qərarına gəlir. Münasibətlər tədricən düzəlməyə
başlayır. 798-799-cu illərdə Xəzər xaqanı öz qızı Subtu Qafqaziya-
ya göndərir. Lakin Subt Bərdəyə çatmamış yolda vəfat edir. Şahza-
dəni müşayiət edənlər geri dönüb qızının ərəblər tərəfindən qətlə ye-
tirildiyini xaqana söyləyirlər. Bundan bərk qəzəblənən Xaqan çox
böyük ordu ilə Qafqaziyaya daxil olub, ərəbləri darmadağın edir (2,
249-250).
Xəzərlərin Qafqaziyaya sonuncu yürüşü ilə bağlı digər müla-
hizə və fikirlər də vardır. Məsələn, akad.Z.M.Bünyadov müxtəlif
mənbələrdəki məlumatlara istinad edərək xəzərlərin sonuncu müha-
ribədə 100 mindən artıq ərəbi əsir götürdüklərini göstərir. Bundan
sonra ərəblərlə xəzərlər arasında sülh bərqərar olur.
VII əsrin birinci yarısından - VIII əsrin sonuna qədər xəzərlər-
lə ərəblər Azərbaycan ərazisində ardı-arası kəsilməyən müharibələr
etmişlər. Ərəblər Azərbaycana gələnə qədər uzun müddət bu yerlər-
də hökmranlıq edən xəzərlər Azərbaycana öz doğma əraziləri kimi
baxmış, onun xilafətin qapalı bir vilayətinə çevrilməsinə imkan
verməmişdilər. Məhz buna görə də ərəb mənbələri Azərbaycanın
düzən hissələrini Xəzəristan ərazisinə aid edirlər. Məsələn, İbn Rus-
ta X əsrin əvvəllərində yazdığı «Qiymətli daşlar» kitabında Xəzər
torpaqlarının olduqca geniş əraziləri əhatə etdiyini, bir tərəfinin
Qafqaz dağlarına, ucqar sərhədlərinin isə Tulas və Suqara yəni Tif-
lis ölkəsinə qədər uzandığını göstərmişdir. A.Kudam isə Xəzər əra-
Etnos
v
ə epos: keçmişdən bugünə
67
zilərinin Azərbaycandan Xuvarəzmə (yəni Xarəzmə) qədər gedib
çıxdığını söyləmişdir (22, 104).
Beləliklə, yuxarıda qeyd olunanlar da göstərir ki, xəzərlər di-
gər geniş ərazilərdə yaşamaqla yanaşı, həm də Azərbaycanın mədə-
ni-iqtisadi, siyasi-hərbi həyatında mühüm rol oynamışlar. VI-X əsr-
lər dövründə xəzərlər geniş Qafqaziya, Qafqaz, Qara dəniz, İdil,
Dunay, Dnepr nəhrlərinə qədər və quzeydə Kiyev ərazilərinə yayıl-
maqla, həm də Şərqi Avropa xalqlarının tarixində böyük rol oyna-
mışlar. Xəzərlərin böyük əksəriyyətini hunlar, göytürklər, oğuzlar,
bulqarlar və macarlar təşkil edirdi. Onlar iranlılara layiqincə müqa-
vimət göstərmək məqsədi ilə bizanslılarla əlaqəyə girməyi də hələ o
zaman nəzərdən qaçırmamışdılar.
Xəzərlərin konkret olaraq hansı əsrlərdə yaşamaları, onların
yayıldığı ərazilər və dövlət kimi mövcud olmaları barədə mülahizə-
lər olduqca müxtəlifdir. Məsələn, «Türk ensiklopedisi»ndə (25,
134-136) onlar VII-XI yüzilliklər dövründə İdil çayı, Şimali Qafqaz
və Kubanla Don çaylarının sahilindəki sahədə böyük bir xaqanlıq
qurmuş qüvvətli qövm kimi nəzərdən keçirilir və Xəzər dənizinin
adının da məhz onlara görə adlandırıldığı qeyd olunur. «İslam an-
siklopedisi»ndə (10, 397) isə xəzərlərin VI-X əsrlər dövründə İdil
çayı ilə Krım adası arasında məskunlaşaraq qüvvətli dövlət quran
bir qövm olduğu diqqət mərkəzinə çəkilir.
Ümumiyyətlə, mənbələr xəzərlərin yaşadıqları zaman kəsiyini
bəzi fərqlərlə göstərmələrinə baxmayaraq, əsasən bu fikirdə israrlı-
dır ki, onlar Şimali Göytürk dövlətinin «şimal hissəsi»ni təşkil et-
məklə VI əsrin ortalarından İdil (Volqa) çayı, Xəzər və Terek dəniz-
lərinin ətrafında geniş ərazilərdə məskunlaşmış və sonrakı beş əsr
ərzində ərazilərini daha da genişləndirmişlər.
Xəzərlərin etnogenezi
Xəzərlərin böyük xaqanı Yusufun məktubunda xəzər camisini
təşkil edən 10 uruğ arasında Nazir sülaləsinin mənsub olduğu uyur
(yəni uyğur) qəbiləsindən başqa, türk, yaxud türgiş olan bir qə-
bilə, 7 xəzər, 9 bulqar ilə 10 sabir uruqlarının adını çəkir ki, bu 10
Dostları ilə paylaş: |