Etnos V ə epos: keçmişdən bugünə 1


Etnos  v ə epos: keçmişdən bugünə



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə2/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
5
Каракалпакский «Шарьяр» – образец лиро-эпической поэмы.........330 
История каракалпакской драматургии и театра…………………….333 
 
VI BÖLMƏ 
ERMƏNİLƏR: TARİXİ, ƏDƏBİYYATI  
VƏ ƏDƏBİYYATŞÜNASLIĞI 
 
Ermənilərin və yunanların türklərə nifrəti nədən qaynaqlanır?!.............336 
Erməni separatçıları və dünya xalqları.....................................................345 
Erməni ədəbiyyatşünaslığı erməni tarixşünaslığı kimi kompilyasiyadır.356 
Армянское литературоведение подобно армянской       
историографии компилятивно.............................................................360 
Armenian literature is compaliation as Armenian  histography..............366
 


 Nizami Tağısoy 
 
6
 
 
GИRИШ 
 
Düz on səkkiz il bundan əvvəl – 1992-ci ildə Türkdilli ölkələ-
rin dövlət başçılarının Ankarada ilk zirvə görüşü olmuşdur. Bundan 
sonra bu tipli görüşlər mütəmadi olaraq İstanbulda, Bişkekdə, Daş-
kənddə, Astanada, Bakıda,  İstanbulda, Antalyada, Naxçıvanda, so-
nuncu zirvə toplantısı isə 2010-cu il sentyabrın 16-da İstanbulda 
“Çırağan” sarayında keçirildi. Zirvə görüşündə iştirak etmiş Türkiyə 
Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Qa-
zaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti 
Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Roza Otun-
bayeva türk xalqlarının və türk dövlətlərinin bir-birinə inteqrasiyası, 
atalarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri 
qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımın-
dan bu toplantının mahiyyətini yüksək dəyərləndirməklə, eyni mil-
lətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və 
əbədi qardaşlıq tellərinin konkret əməkdaşlığa çevriləcəyinə inan-
dıqlarını və güvəndiklərini ifadə etmişlər. Prezidentlər bu əməkdaş-
lığın geniş coğrafi  ərazini  əhatə edən Türk dünyasının qarşılaşdığı 
problemlərin həllində vacib rol oynayacağını, ölkələrimizi və xalq-
larımızı bir-birinə daha sıx bağlayacağını, regionda sabitliyə xidmət 
etməklə, mədəni-ədəbi ortaq dəyərlərimizin öyrənilməsi və bir-biri-
nə yaxından tanıtdırılması sahəsində aparıcı əhəmiyyət kəsb edəcə-
yini vurğulamışlar. 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev zirvə 
görüşündəki çıxışında Azərbaycanın təşəbbüsü ilə Türksoy Fondu 
yaradıldığını qeyd edərək fondun nəinki türkdilli dövlətlərdə, bütün 
türk ellərində  mədəni abidələrin bərpası, qorunması ilə  məşğul ol-
ması, bu istiqamətdə tarixi-mədəni araşdırmalar aparmasını, mədəni 
sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələ-
rinin inkişaf işinə böyük töhfə verməsini ön plana çəkdi. 
Prezident haqlı olaraq söylədi ki, bizi ortaq tarix, ortaq mədə-
niyyət, ortaq mənəvi dəyərlər birləşdirir. Xalqlarımız əsrlər boyu bir 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
7
yerdə yaşamış, bir yerdə çalışmış, daim bir-birinə arxa, dayaq ol-
muşlar. Bu gün türk dövlətləri bütün sahələrdə  uğurlu  əməkdaşlıq 
aparmaqla ədəbiyyat və mədəniyyətlərini inkişaf etdirirlər.  
Azərbaycan prezidenti daha sonra qeyd etdi ki, biz XXI əsrdə 
yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun in-
kişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meylləri-
ni gücləndirməliyik. Bizim gücümüz bizim birliyimizdədir. Biz ça-
lışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək. 
Vaxtilə yaradılmış, sonra pozulmuş ənənə artıq bərpa olunur. Yəni 
artıq zirvə görüşləri keçirilir. Ümid edirəm ki, gələcəkdə nəzərdə tu-
tulmuş bütün məsələlər, planlar həyatda öz əksini tapacaq və ölkələ-
rimiz arasında dostluq, qardaşlıq münasibətlərinin uğurlu inkişafı 
davam edəcəkdir.  
Hazırda bu tipli toplantı müstəqil türk dövlətlərini birləşdirir-
sə, yəqin yaxın gələcəkdə belə görüşlərdə tatarların, başqurdların, 
yaqutların, çuvaşların, qaraqalpaqların, qaqauzların, qaraimlərin, 
qaraçayların, malkarların, noğayların, qumıxların və digər türk xalq-
larının da iştirak etməsi mühüm olacaqdır və onlar digər məsələlərlə 
yanaşı, həm də müştərək etno-mədəni, folklor-ədəbi əlaqələrimizin 
yaxınlaşmasına öz töhfələrini verəcəklər.  
Göründüyü kimi, türkdilli ölkələrin prezidentləri, o cümlədən 
ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları ara-
sında olan əlaqələrin intensivləşməsinə daha böyük diqqət yetirirlər. 
Elə buna görə xalqlarımızın mədəni-mənəvi, etnik-milli və  ədəbi-
bədii ənənələrinin, yaşam tərzinin dərindən öyrənilməsi bizi ümum-
türk mədəniyyətini daha geniş kontekstdə mənimsəməyə sövq edir. 
Bu baxımdan biz türk xalqlarının həyat və fəaliyyətinə daha dərin-
dən nüfuz etməyə çalışırıq. Zəngin folklor, epik, ədəbi-mədəni ənə-
nələri olan türklərin həyatı bildiyimizdən də qədim dövrlərə və etnik 
köklərə gedib dirənir. Digər tərəfdən isə hər bir xalq özü-özlüyündə 
unikal və özünəməxsus olmaqla başqaları ilə nəinki regional baxım-
dan, həm də digər cəhətləri ilə əlaqədədir. Daha doğrusu, dünya da-
ha sıx, etnoslar isə bir-birinə daha yaxındırlar. Qaqauz, qaraqalpaq, 
qaraçay, malkar, noğay və xəzər türklərinin etnik-folklor ənənələrini 


 Nizami Tağısoy 
 
8
öyrənmək bizi qıpçaq və oğuz boylarının həyat şəraitini, fəlsəfəsini, 
dünya baxışlarını öyrənməyə meylləndirdi. Türklərin səpələndiyi 
coğrafi ərazilərə nəzər saldıqca mənbələr bizi daha uzaqlara – hett 
folkloruna, miflərinə,  əfsanələrinə, qədim hind mədəniyyətinə mü-
raciət etməyə yaxınlaşdırdı. Onlardan hər biri haqqında dolğun mə-
lumat almaq üçün Misir salnamələrinə, mətnlərinə üz tutmağı zəruri 
etdi. Təhlillər xalqlar, onların tarixi, folkloru və  mədəniyyəti haq-
qında təsəvvürlərimizi təzələdi.  
Tələbkar oxucularımıza təqdim etdiyimiz bu kitab bir neçə 
aparıcı mövzulara – Qədim Şərq mədəniyyəti; Türk xalqları: etno-
genezi və folkloru; Çağdaş türk xalqları  ədəbiyyatı; Müasir Azər-
baycan nəsri problemləri; Folklorumuzun unikal janrı meyxana, ilk 
baxışda nəzərdən keçirilən məsələlərlə heç bir əlaqəsi olmayan, la-
kin hər bir halda öyrənilməsi vacib olan erməni tarixi, ədəbiyyatı və 
ədəbiyyatşünaslığı ilə bağlı problemlərin qismən də olsa çözülməsi-
nə həsr olunmuşdur. 
Kitabda yer almış mövzu və materialların bir qismi son illərdə 
respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda, 
dövrü mətbuat səhifələrində (“Azərbaycan”, “Ulduz”, “El sözü” jur-
nallarında, “Ədəbiyyat” qəzeti, “Respublika”, “Bakıniski raboçi”, 
“Xalq cəbhəsi”, “525-ci qəzet”, “Kredo”, “Azərbaycan müəllimi”, 
“Müasir Azərbaycan müəllimi” və s. səhifələrində işıq üzü görmüş-
dür. Bir qisim materiallar isə ilk dəfə  təqdim olunduğundan, oriji-
nallığı və rəngarəngliyi ilə seçildiyindən türksevərlərin nəzər-diqqə-
tini cəlb edəcəyinə şübhə etmirik. Çünki mövzular özünəməxsus şə-
kildə təhlilə cəlb edilməklə, qədim türklərin həyatına və mədəniyyə-
tinə fərdi baxış bucağından verilir.  
Bizə belə gəlir ki, iqtisadi-siyasi istiqamətdə Türkdilli dövlət 
başçıları tərəfindən irəli sürülmüş müddəaları, həm də mədəni-ədəbi 
kontekstdə inkişaf etdirməyə böyük ehtiyac vardır və bu kitab məhz 
belə bir tələbdən araya-ərsəyə gəlmişdir.  
Kitabda müəllifin mülahizələrinin bu və ya digər cəhətləri ilə 
bağlı fikir söyləyənlərə qabaqcadan minnətdarlığımızı bildiririk.  
 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə