Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə14/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
43
Hett dilindəki – ti (mənə), - ta (sənə) və si (ona) enklitik şəxs 
əvəzlikləri latın  əvəzliyindəki – me (məni), - te (səni) və  se (özü-
mü)-yə müvafiqdir. 
Hett dilində felin iki həqiqi və mediopassiv növü var. Həqiqi 
növ yunan felinin təsrifinə uyğundur. 
Tədqiqatçıların fikrincə hett dilinin lüğət tərkibində hind-Av-
ropa elementləri nisbətən azdır, daha doğrusu, onların  əksəriyyəti 
heç də hind-Avropa mənşəli deyildir. 
XX əsrin əvvəllərindən başlayaraq dilçilik elmindəki sistemli 
və fundamental axtarışlar, həm də hett dilinin ümumi hind-Avropa 
dilləri ailəsində yerini dürüst müəyyənləşdirməyə kömək etməklə, 
bir sıra mübahisəli məqamları da üzə  çıxardı. Bununla bağlı 
O.Gyorni qeyd edir ki, hett dilinə «satem» dillərə, daha doğrusu
hind-İrana xas olan (yəni ilkin k-nın s-ə, q-nın k-ya, e-nin a-ya keç-
məsi, dəyişilməsi kimi) hadisə və xüsusiyyətlər xas deyildir. Və bu-
na görə də belə bir nəticəyə gəlinmişdir ki, hett dili «mərkəz» qru-
puna (latın, yunan, Kelt və müxtəlif german dillərinə) məxsusdur. 
Həm də eyni zamanda belə təsnifatın özünü də tam şəkildə qəbul et-
məyə ehtiyac duyulmur, çünki hett dilinin həqiqətən də hind-Avro-
pa dillərinin xüsusi qolunu təşkil etdiyi bu gün şübhə doğurmur (8, 
108-109). 
Bəhs etdiyimiz məsələ ilə bağlı alimlər daha da irəli gedərək 
təsdiqləmişlər ki, hett dilindəki arxaik forma belə bir nəticəyə gəl-
məyə əsas verir ki, əgər hind-Avropa ailəsinə məxsus digər dillər ar-
xaik formaların yeniləşməsinə məruz qalmışdırsa, hett dili öz on bir 
protoəcdad gövdəsindən ayrılan ilk dildir. 
Bütün bu məsələlərlə bağlı diskussiyalar bu günün özündə be-
lə səngiməsə də, hett dilinin əsl mahiyyətini ilkin tapılmış mənbələ-
rin deşifrovkası (incələnib oxunması) tam şəkildə müəyyənləşdir-
mişdir. Hettlərin istifadə etdikləri mixi yazılarında hər bir işarə heca 
kimi oxunur ki, o ya sait+samit, ya samit+sait, ya da ki sa-
mit+sait+samit  şəklindədir. Belə yazı qaydası  əsasən semit dilinə 
daha çox uyğundur və burada ikidən artıq samitlərin qoşalaşması və 
ya tək samitin sözün əvvəlində, yaxud sonunda işlənməsi praktik 


 Nizami Tağısoy 
 
44
deyildir. Hett dilində isə (digər hind-Avropa dillərində olduğu kimi) 
belə qruplardan istifadə adi hal idi və hettlər onları öz dillərində ver-
mək üçün hecadan istifadə edirdilər. 
Hett yazısının xüsusi metodu «alloqrafiya» metodudur ki, bu 
da tələffüz olunan sözü deyil, başqasını yazmaq qaydası idi. Hett 
mətnləri akkad, yaxud şumer sözləri ilə daha çox başlanır,  şumer 
sözləri adətən bir işarə ilə «ideoqramlar», yaxud «şumeroqramlarla» 
işlənirdi və  əksər hallarda onu kontekstin köməyilə başa düşmək 
mümkün olurdu.  
Bu dili heç də bütün tədqiqatçılar «hett dili» adlandırmırlar. 
Məsələn, B.Qroznı onu «Nesa» dili (Nesa şəhərinin dili), E.Forrer 
«Kaniş» dili (Kaniş şəhərinin dili) kimi işlətməyi təklif edirdi. La-
kin bir şey dəqiq məlumdur ki, hett dili Hattilər ölkəsinin rəsmi dili 
olmuşdur. 
Ümumiyyətlə, hett dilindən bəhs edərkən biz həm hatt (yəni 
protohett), həm də hett-luvi (luvi, Palay, hurri, Mitanni hökmdarla-
rının ari dili, akkad, şumer, hett heroqlif, yaxud tabal) dillərinin sə-
ciyyəvi cəhətlərini nəzərdə tutmalıyıq. 
1.
 
Hatt dili (onu həm də protohett adlandırırlar) – Kiçik Asiya-
nın  şimal-şərqinin  ən qədim dillərindəndir. Sonralar hett və palay 
dilləri kimi hind-Avropa dilləri tərəfindən istifadədən kənarlaşdırıl-
mışdır. Bu dilin öz yazısı mövcud olmamışdır. Lakin hett mixi yazı 
mətnlərində kahinlərin çoxsaylı ayinləri, əfsunları, allahlara müraci-
əti məhz bu dildə saxlanılmışdır. Bu dil yalnız hett tərcüməsi ilə təc-
hiz edildikdə başa düşülür. 
O aqqlyutinativ dildir, isim və sifətə bölgüsü mövcud deyildir. 
Felin qrammatik əlaqələri (münasibətləri) dəyişməz (sabit) ardıcıl-
lıqda olan zəncirvari prefikslərlə (ön şəkilçiləri ilə) ifadə olunur. Bu 
dilin prefikslər qrupu mövcuddur ki, alternativ olaraq o yalnız bir 
mövqedə dayanır. Bu mətnlərdən dilin strukturu, lüğət tərkibi haq-
qında məlumat almaq olar, bütün sözlər prefikslərin köməyilə ya-
ranır, məsələn «binu» – «uşaq», – «le» prefiksi artırmaqla «lebi-
nu» cəm hal «uşaqlar» almaq olur. Bu baxımdan hatt dilinin digər 
dillərlə heç olmazsa uzaq qohumluq əlaqələrinin olduğunu alimlər 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
45
hələ də tapa bilməmişlər. «Hatti», «hattili» sözünü isə ona görə iş-
lətmişlər ki, bu dil rəsmi «hett dili» ilə qarışıq salınmasın. 
Hatt felində zaman və şəxs ilə bağlı göstəricilərə gəldikdə isə 
alimlərin fikirləri haçalaşır. Adlarda qrammatik münasibətlər pre-
fiks (sözönü) və suffikslərlə  (şəkilçilərlə) ifadə olunur, şəkilçilər 
yönlük və digər ümumi halları bildirir. Felin ikisubyektli təsrifi, hə-
rəkət və  vəziyyət fellərinin differensiasiyası hatt dilinin erqativ dil 
olduğunu deməyə imkan verir. «Böyük Ensiklopedik lüğət»in «Dil-
çilik» (3,6) cildində qeyd olunur ki, hatt dilinin abxaz-adıq dilləri ilə 
əlaqəsi, onların fel strukturlarında olan oxşarlıqlarla bağlı qohumluq 
fikri, hatt dilinin fonoloji simasında formantların qeyri-aydınlığı, 
onlar arasında bu tipli müqayisələrin aparılmasını heç də inandırıcı 
şəkildə əks etdirmir, lakin bununla belə V.İvanovun bu istiqamətdə 
apardığı tədqiqatlar hatt dili ilə şimali-qərbi Qafqaz dilləri arasında 
maddi qohumluq axtarmaq üçün istənilən qədər  əsas verir (5). Bu 
istiqamətdə digər alimlərin də apardığı müşahidələr maraq doğurur. 
Onların sırasında biz İ.M.Dunayevskayanın, İ.M.Dyakonovun, A.Kam-
merhuberin, H.S.Şusterin və b. (4, 5, 7, 12) adlarını çəkə biərik. 
Hatt (yaxud hett) dilinin nəinki Qafqaz dilləri, həm də türk 
dilləri və ilk növbədə Anadolu türkcəsi ilə bağlılığı məsələsi də get-
dikcə daha çox gündəmə gəlir. Belə ki, Türkiyədən olan tədqiqatçı-
lar hettlərlə bağlı Boğazköy arxivini, Yazılıqayadakı rəsmləri, mü-
qəddəs kitabları – Tövratı,  İncili, Nuhun gəmisinin batması, «Üç 
Tufan  əfsanəsi», ibn Kamala görə  Səlcuqların soykökünü, Şimali 
Mesopotamiyada arxeoloji araşdırmalarda prototürk izlərini öyrə-
nərkən, ərazinin mədəniyyətinin inkişafında Tövratın rolunu aydın-
laşdırmağa çalışmaqla və o dövrlərdə bu regionda yaşayan çoxsaylı 
qövmlərin məhz bu müqəddəs kitabda adları keçdiyi halda, nə üçün 
bir qisminin (məsələn, turuk, türük, turukku, türk) keçmədiyini araş-
dırmağa çalışır və diqqəti çəkən bir sıra mülahizələr irəli sürürlər. 
Bu tədqiqatçılardan xüsusən Sədi Bayram doğru olaraq söyləyir ki
türklər Anadoluda heç də birdən-birə zühur etməmiş, yavaş-yavaş 
inkişaf edərək tədricən atlı kültür mədəniyyətinə sahib çıxmışlar. 
Buna görə də müəllif türklərin tarixini e.ə. 3500-3000 il əvvəllərdən 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə