Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
49
hurri  əlavələri aşağıdaki formula ilə gedir: «Hurri ölkəsindən olan 
aşıq aşağıdakı kimi oxuyur», yaxud «aşıq aşağıdakı kimi «hurlili» 
oxuyur. 
4. Hettlərə babil dili kimi məlum olan akkad dilindən Yaxın 
Şərqdə beynəlxalq  əhəmiyyətli diplomatik yazışmalarda Hett pad-
şahları cənub və şərq qonşuları ilə münasibət və əlaqələrdə istifadə 
edirdilər. Çoxsaylı müqavilə və məktublar məhz akkad dilində ya-
zılmış və hələ Boğazköy arxivindəki mətnlərin başlıca gövdəsi (nü-
vəsi) şifrələnib açıqlanana qədər tərcümə vasitəsi ilə çatdırılmışdır. 
Bundan başqa hett dilində yazılmış mətnlərdə akkad sözlərinə alloq-
rafiyalardan biri kimi rast gəlinir.  
5. Hett dilinin Aşağı Mesopotamiyanın qədim dili (bu gün 
ölü) olan şumerlə də əlaqəli olduğu müəyyənləşmişdir. Bu dil həm 
Hattuşada, həm də Babilistanda geniş şəkildə öyrədilirmiş və məhz 
şumer-hett lüğətləri də burada tapılmışdır. Şumer sözlərinin əksəriy-
yəti təkhecalardan ibarət idi. Bəlkə elə buna görə də hett dövründə 
mixi yazı  işarələri ilə bildirilən hecalardan çoxunun şumer sözləri 
olmasına baxmayaraq mənaları unudulmuşdu.  Şumer dilini öyrən-
mək istəyənlər ideoqram kimi ayrı-ayrı işarələrdən istifadə etmişdi-
lər. Ona görə də müvafiq predmet, əşya və anlayışları qeyd etmək 
üçün daha çoxhecalı hett və akkad sözlərinin yazılışına nisbətən 
vaxta qənaət edilirdi. Bu baxımdan Şumer həm də hett xəttatları tə-
rəfindən geniş istifadə olunan alloqrafiya formalı sürətli yazı kimi 
istifadə edilmişdir. 
6. Hett dili ilə əlaqəsi olan dillərdən biri də Mitanni hökmdar-
larının ari dilidir. Bu dildə yazılmış mətnlər dövrümüzə qədər gəlib 
çatmasa da, alimlər hesab edirlər ki, hettlər dövründə bu dildə danı-
şılırmış. Lakin indiyə qədər bu dilin necə adlandırılması müəyyən-
ləşməmişdir. Məsələn E.Forrer Mitanni hökümdarlarının dilində 
Umman-Mandanı qarışdıraraq təklif edir ki, onu «mandan» dili ad-
landırsınlar, O.Gyorni isə hesab edir ki, «mitanni» dili də öz növbə-
sində xeyli qarışıqlıq yaradır. İndiyə qədər bu dilin konkret adı da 
müəyyən edilməmişdir. Alimlər Mitanni hökümdarlarının ari dilinə 
Mitannidə tərtib olunmuş «Atçılıq» traktatında təsadüf etmişlər. Bu-


 Nizami Tağısoy 
 
50
radakı bəzi peşəkar terminlərin təhlili göstərir ki, onların daxilində 
elə elementlər vardır ki, sanskritdəki sayla qohumluq elementlərinə 
malikdir. 
7. Hett dilindən bəhs etdikdə hett heroqlif yazısı, yaxud tabal 
dili haqqında da danışmaq lazım gəlir. Heroqlif yazıdan, demək olar 
ki, bütün qayaüstü heykəllər və daş abidələrdə istifadə olunmuşdur. 
Heroqlif yazı üçün ən yaxşı material bazaltdır. Hett heroqlifləri hett-
lərin kəşfi kimi qəbul edilir. Misir heroqlifləri ilə müqayisə edildik-
də onun hett heroqlifinə yalnız stimullaşdırıcı təsirini görmək olar. 
Bu o dövrdəki yeni heroqlif, yaxud mixi yazısı olub, Levanta ölkə-
lərində inkşaf edən beynəlxalq münasibətlər zamanı e.ə. II minil-
likdə  kəşf olunmuşdur. Bu da, şübhəsiz ki, məhz o dövrdə Nil və 
Fərat mədəniyyətlərinin qarşılıqlı  əlaqələri sayəsində mümkün ol-
muşdur.  
Hett heroqlif yazılarında insan bədəninin müxtəlif hissələri
əlin, ayaqların, pəncələrin vəziyyəti, sifətin profildən görünüşü; 
heyvan-öküz, at, it, donuz, şir, maral, dovşan, quş, balıq, onların baş 
hissəsi, tikilinin, binanın müxtəlif tərəfləri, məsələn, fasadı, stol, 
stul və s. şəkilləri həkk olunmuşdur. 
Bu abidələrin  əksəriyyəti Hett imperiyası süquta uğradığı 
dövrdən sonraya təsadüf edir. Onların sırasında Hett klassik dövrü-
nə aid olanları da vardır. Hett heroqlif, yaxud tabal dili yazısının ey-
ni ilə Hett dilinə aid olunduğu da hələ tam dəqqiqləşdirilməmişdir. 
Bununla belə bir şeyi demək mümkündür ki, hett heroqliflərindən, 
yuxarıda qeyd etdiyimiz kimi, Hett imperiyasının xəttatları istifadə 
etmişlər. Bu dilin qədim dövrlərdə hansı ad daşıdığı da naməlum 
olaraq qalır. Lakin Assuriya dövründə Tabalda (Köhnə Zavetdə 
Tubal) tapıldığına görə E.Forrer onu tabal dili adlandırır. Bundan 
başqa bu günün özündə belə hettoloqlar bu dili həm «hett 
heroqlifi», həm də «luvi heroqlifi» adlandırırlar. 
Biz burada hett dili ilə ya birbaşa, ya da dolayısı ilə əlaqədə 
olan bir neçə dillərdən danışdıq. Alimlər  əsasən hatt dilini digər 
hind-Avropa dillərinə aid olan və onunla qohumluq təşkil edən hett
luvi, palay və «hett heroqlif yazısına» qarşı qoyurlar. Onlar qeyd 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
51
edirlər ki, mətnlər yazılıb hazırlanan dövrdə hatt dili artıq ölü dil idi. 
Buna görə mətnlərdəki hattca olan yerləri məmurlar tələffüz edə bil-
sinlər deyə, onlar hett dilində sətri tərcümə ilə təchiz olunurdu. 
Əlbəttə, biz hett lövhələri və möhürləri ilə bağlı fikirləri ümu-
miləşdirdikdə yenə də hett dilinin bu və ya digər cəhətlərindən, xü-
susiyyətlərindən danışacağıq və burada hurri dilindəki mətnlərə də 
nəzər salacağıq. Bir məsələ olduqca maraqlıdır ki, hett dilinin Şima-
li Qafqaz xalqlarının dillərinə uyğun cəhətlərinin olması burada nə-
inki hett dilinin ubıx, adıgey, kabardin, abazin, abxaz, adıq (11; 1, 
193, 194, 205) və digər dillərlə əlaqələri, həm də Qafqazda yaşayan 
və sonralar tarixi-siyasi səbəblər ucbatından assimilyasiyaya uğra-
yan dillər və xalqların dili ilə bağlılığını  yəqin etməyə  əsas verir. 
Türkiyədən olan tədqiqatçı  Sədi Bayramın konsepsiyasına uyğun 
olaraq məsələyə münasibət bildirsək, təbii ki, hettləri prototürklər 
kimi də nəzərdən keçirmək olar və bu da, təbii ki, hettlərin dilinin 
bu gün türklərin dili ilə xeyli yaxın olduğunu diqqət mərkəzinə 
çəkər. Türk dilləri ilə hett terminologiya və anlayışlarında yaxınlığa, 
oxşarlığa gəldikdə isə yuxarıda adını  çəkdiyimiz  İ.Məlikovun və 
M.Novruzovun məqalələrini də problemin aktuallığı baxımından 
dəyərləndirməmək insafsızlıq olardı. Məhz buna görə də adları çəki-
lən dillərin (o cümlədən türk dilinin) hett dili ilə genetik əlaqələri 
məsələlərini daha dərindən tədqiq etməyə böyük ehtiyac vardır.  
 
 
ƏDƏBİYYAT 
 
1.  Ардзинба  В.Г.  Послесловие  к  книге.  Герни  О.Р.  Хетты.  М., 
Наука, 1987. 
2. Áàéðàì Ñÿäè. Êàéíàêëàðà ýþðÿ Ýöíåé – Äîüó Àíàäîëóäà ïðîòî-
òöðê èçëÿðè. Èñòàíáóë, Òöðê Äöíéàñû Àðàøòûðìàëàðû Âàêôû, 1988. 
3.  Большой  Энциклопедический  Словарь.  Языкознание.  М., 
Большая Российская Энциклопедия, 1998. 
4. Дунаевская И.М. Принципы структуры хаттского (протохет-
тского) глагола. – «Преднеазиатский сборник», т.1; 1961.  
5. Дьяконов И.М. Языки древней Передней Азии. М., 1967. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə