Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə7/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   10   ...   114

 Nizami Tağısoy 
 
22
lərə aid daha erkən materiallar tapır. D-r Həmid Koşayın rəhbərliyi 
altında işləyən türk ekspedisiyası Alaca-Hüükdə, prof. Təhsin Ezgü-
cün rəhbərliyi altında Kültəpə, Fırakdın, Qara-Hüük və Xoruztəpədə 
gedən tədqiqatlar, prof. Sədat Alpın rəhbərliyi ilə Qara-Hüükdəki 
(Konya) qazıntılar hettologiyanın inkişafında böyük rol oynayır. 
Hettlərin etnogenezinin, antropologiyasının, tarixinin, dini ba-
xışlarının, dilinin, adət-ənənələrinin öyrənilməsində hettologiya sa-
həsində tanınmış mütəxəssis məşhur ingilis şərqşünası Oliver Gyor-
ninin xidmətləri xüsusi ilə qeyd edilməlidir. Prof. M.Mellouenin 
məsləhəti ilə mühüm tədqiqatlara girişən O.Gyorni özünün müxtə-
sər, lakin olduqca dəyərli «Hettlər» kitabında oxuculara bəşər sivili-
zasiyasının erkən dövrlərində yaşamış bu tayfalar haqqında mühüm 
məlumat vermişdir. Tədqiqatçı hettlərlə bağlı mülahizələrini alman 
və fransız alimlərinin fikirlərinə istinad edərək inkişaf etdirsə  də, 
onun kitabı hettlərin tarixi, dövlət və ictimai quruluşu, təsərrüfat hə-
yatı, qanun və müəssisələri, hərb işi, dillər və etnoslar, din, ədəbiy-
yat və incəsənət haqqında maraqlı məlumatlarla zəngindir. Bu kita-
ba oxucu marağı böyük olduğundan o nəinki İngiltərədə, Avropanın 
digər ölkələrində, həm də Rusiyada oxuculara çatdırılmışdır. 
Hettologiyanın inkişafında rus alimlərinin araşdırmaları da 
mühüm yer tutur. V.İvanonun «Hett dili», S.Dyakonovun «Qədim 
ön Asiya dilləri», İ.Dunaevskayanın «Hett heroqliflərinin dili» və s. 
kimi araşdırmalar tarix, mədəniyyət, din, dil əlaqələri və s. həsr 
edilmişdir və bu əsərləri oxuduqda Kiçik Asiyada qədim dövrlərdə 
yaşamış tayfa və xalqların həyatı haqqında mühüm təsəvvürlərə ma-
lik olmaq mümkündür. 
Hettologiyanın inkişafında Türkiyə alimlərinin apardığı tədqi-
qatlar xüsusilə qeyd edilməlidir. Belə ki, K.Balkan qədim hett döv-
rünün tarixi və  mədəniyyəti ilə bağlı, E.Akurqal hett incəsənətinin 
tarixi, S.Alp hettlərin tarixi abidələrinin xüsusiyyətlərinin araşdırıl-
ması ilə yaxından məşğul olmuşlar. 
Heç də təsadüfi deyildir ki, dünyada hettlərin öyrənilməsi ilə 
bağlı mühüm mərkəzlərdən söhbət getdikdə Berlin, Münxen, Visba-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
23
den, Çikaqo, Moskva, Tbilisi, Sankt-Peterburq şəhərləri ilə yanaşı, 
həm də Ankaranın adı çəkilir. 
Hettlərlə bağlı alman, ingilis, fransız, Amerika, İtaliya, İsveç, 
çex, rus, türk, gürcü, abxaz, erməni alimləri sistemli araşdırmalar 
aparsalar da, Azərbaycanda hettlərin öyrənilməsi istiqamətində iş o 
qədər də planlı, konkret sahələr üzrə getməmişdir. Bununla belə biz 
İ.Məlikovun «Hatt-ümumtürk dil paralelləri», M.Novruzovun «Mə-
kani hallar (tarixi-tipoloji dilçilik axtarışları təcrübəsindən)» məqa-
lələrində, Azərbaycan Sovet Ensiklopediyasının X cildində «Hett 
dövləti», «Hettlər», «Hett-luviya dilləri materiallarında, Y.Yusifo-
vun «Qədim Şərq tarixi» kitabında «Hett dövləti» fəslində hettlərin 
tarixi, mədəniyyəti, dövlət ənənələri ilə tanış oluruq. 
Hettlərin həyat və tarixinin işıqlandırılmasında gürcü, abxaz 
və erməni alimlərinin də əməyi az deyildir. V.Ardzinbann «Qədim 
Anadolu ritualları və mifləri», «Hett diplomatiyası», Q.Georqadze-
nin «Hettlər və hurritlər qədim hett mənbələrində», «Hett padşahlı-
ğı», Q.Melikişvilinin «Hett padşahlığının yaranması və Zaqafqaziya 
və Kiçik Asiyanın qədim  əhalisi problemi», V.Xaçatryanın «Hett 
imperiyasının şərq əyalətləri», M.Xaçikyanın «Hurrit və Urartu dil-
ləri» və d. məqalə  və monoqrafiyaları problemin öyrənilməsində 
özünəməxsus yer tutur. 
Hettlərin tarixinin öyrənilməsi XX əsrin sonuncu rübündən 
başlayaraq yeni mərhələyə qədəm qoymuşdur. Hettlərin tarixi, dili, 
yazısı, qrammatikası, folkloru, dini mərasimləri, ayinləri, əfsunları, 
adət-ənənələri, mifləri və  əfsanələri ilə bağlı problemlər XX əsrin 
80-ci illərinə qədər, demək olar ki, sistemli və konsepsiyalaşdırılmış 
şəkildə öyrənilməmişdir. Belə ki, bəzi ölkələrin müəlliflərinə görə 
(ingilis) hettlər dedikdə onları Boğazköyədəki mixi yazıları və daş 
kitabələrlə eyniləşdirmək məqsədəuyğundur. Digər tərəfdən isə 
Anadolu Hett padşahlığı mədəni, tarixi, linqvistik aspektlərdə tama-
milə  təcrid olunmuş  şəkildə öyrənilmişdir. Prof. A.Qyotse hesab 
edirdi ki, yalnız Anadolu padşahlığı hett padşahlığı adlana bilər. 
Alimin «heroqlif hett» heç cür «mixi hettə» yaxın ola bilməz» mü-
lahizələri (belə ki, o, «mixi hetti» hurrit sənəti nümunəsi kimi nəzər-


 Nizami Tağısoy 
 
24
dən keçirirdi) sonra tədqiqatçılar tərəfindən təkzib olundu və konk-
ret olaraq müəyyənləşdirildi ki, hər iki yazı (həm «heroqlif hett», 
həm də «mixi hett») bir-biri ilə sıx əlaqədədir. Elə buna görə də ye-
nə də onların sintezinə meyl gücləndi və, beləliklə, Anadolu və Su-
riya padşahlığını tamın iki hissəsi kimi nəzərdən keçirməyə üstün-
lük verdilər. Heroqlif yazılar  əsas etibarı ilə ithaf formulası kimi 
dərk edildiyindən bu günün özündə dünya hettologiyası Suriya hett-
ləri haqqında (onların xarici siyasi tarixi oçerki istisna olunmaqla) o 
qədər də geniş məlumatlara malik deyildir. 
Hazırda məhz Boğazköy lövhələri bizə bu qədim xalqın həya-
tı, tarixi, düşüncə tərzi haqqında təsəvvürlər almağa kömək edir. 
Hettlərin dini və Allahlar panteonu onların mədəniyyətinin di-
gər atributları kimi, demək olar ki, sırf özəl xarakter daşıyır. Belə ki, 
ilbəil Hett padşahlığında artan stabillik və firavanlıq ölkədə məbəd-
lərin, dinin, Allahlar panteonunun inkişafı üçün münbit zəmin yara-
dırdı. Hattusa inkişaf etdikcə yerli müqəddəs ziyarətgahlar və onlar-
da həyata keçirilən ayinlər rəngarəngləşirdi. Şah hər il geniş bayram 
mərasimləri təşkil edir, özü ölkəni səyahətə çıxmaqla mühüm ayin, 
kult mərkəzlərinə baş çəkir, onlara qayğı göstərirmiş. Yerli vəzifəli 
şəxslər məbədlərin qorunub saxlanılması və onların fəaliyyət göstər-
məsi qeydinə qalırlarmış. Dövlətin ən başlıca sənədləri allahların və 
ilahələrin nəzəri altında olarmış. Dövlətlər və monarxiyalar ən möh-
təşəm allahların təsiri altında olmaqla, eyni zamanda paytaxt ritual-
ları olduqca mürəkkəb və təntənəli şəraitdə gedərmiş. 
Yuxarıda iqtibas gətirdiyimiz O.Gyorni qeyd edir ki, Boğaz-
köydə tapılmış lövhələrdə bu dövlət ayini ilə bağlı çoxsaylı nümu-
nələr vardır. Bundan başqa ölkənin müxtəlif  ərazilərində olan abi-
dələr də yerli ayin haqqında təsəvvürlər yaradır. Bu abidələr ilahələ-
rin və allahların bu və ya digər yerli şəraitə uyğun olan qismini əks 
etdirir. Hett allahları adətən dörd qismə bölünür: 1) sağ əlində tut-
duqları silahın, yaxud başqa əşyanın görünüşünə görə; 2) sol əlində-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə