Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə3/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
9
 
 
Ы  Б Ю Л М Я 
 
 
QЯDИM ШЯРГ MЯDЯNИYYЯTИ 
 
 
HETTLƏR: TARİXƏ MUXTƏSƏR EKSKURS 
 
Hettlərin (Qərbi Avropa və Türkiyə mənbələrində hithitlər) ta-
rixinin öyrənilməsi Fələstində, Suriyada, Kiçik Asiyanın şimalında 
“Hatti ölkə”sində Boğazköydə yaşaması XX əsrin  əvvəllərindən 
başlayır. 
“Hatti ölkəsi” eramızdan əvvəl II minillikdə dövlət olub, son-
ra imperiyaya çevrilmişdir. Bu padşahlıq və onun rəsmi dili tarixdə 
“hett” olmaqla möhkəmlənmişdir. Hett adını bu ölkəyə burada əv-
vəllərdən məskunlaşmış hatti xalqı vermişdir. Fateh xalqın hind-Av-
ropa hett dili sonralar hind-Avropalı olmayan hattların dilinə çevril-
di. Eyni zamanda ehtimal olunur ki, elə dövrlərdəcə digər hind-Av-
ropa dialektləri olan pali, liki, luvi və “hett heroqlifi” Anadolunun 
digər hissələrində geniş işlənirdi.  
Əfsanəyə görə, (təxminən e.ə.1400 il) Akkad sülaləsindən 
olan dördüncü padşah Naramsuen (e.ə.2200-ci il) on yeddi padşah 
koalisiyası ilə döyüşən zaman onların arasında Hatti ölkəsinin Pam-
ba adlı padşahı da varmış.  
Hettlərin  əsil tarixi e.ə.1900-cü ildən Assuriyalı tacirlərin 
Anadolu yaylasına gəlişi ilə başlayır. Bu, həmin dövrdür ki, məhz 
Aşşura əhalisi Vavilon mixi yazıları, gil cədvəllər ilə tanış idi. Tica-
rətlə məşğul olanlar məhz bu yazıların köməyi ilə öz paytaxtları ilə 
yazışma aparırdılar. Söylədiklərimizə aid nümunələr Kayseri yaxın-
lığındakı Kültəpədə tapılmışdır.  


 Nizami Tağısoy 
 
10
Bu cədvəllərdən yerli əhali və onun tarixi haqqında o qədər də 
geniş  məlumat almaq mümkün deyildir. Lakin bununla yanaşı bu 
cədvəllərdən hökmdarlar, onların xanəgahları, ölkənin ən azı on ki-
çik padşahlığa bölünməsi haqqında fikir söyləmək olar. Bu padşah-
lıqların  ən böyük şəhəri Büraşxattum (hettcə Purusxanda) daha 
möhtəşəm mövqeyə malik imiş. Buradan da bizə  məhz Pitxana və 
onun oğlu Anittanın adı  məlumdur. Hett dilindəki mətndə Anitta 
Pitxananın oğlu olmaqla Kussar padşahlığındandır. Onun hakimiy-
yət uğrunda atasının Nesa, Salpuka, Purusxanda, Salatinara və Hatti 
(Hattusa)  şəhərlərinin hökmdarları ilə döyüşlər apardığı  və onların 
tarixi haqqında məlumat verilir. Sonuncu şəhərin Hett padşahlığının 
paytaxtı, onun bu müharibədə yerlə-yeksan olduğu göstərilir. Qələ-
bədən sonra Anitta öz iqamətgahını Nesu (Kültəpə)  şəhərinə köçü-
rür. Kültəpədə Anittanın adı yazılmış xəncər tapılmışdır. Ehtimal et-
mək olar ki, padşahlığın son dövrlərində artıq Anitta Kappadokiya-
nın böyük hissəsini ələ keçirmişdir.  
Bəs Anittanın hett padşahlığı ilə hansı əlaqələri vardır? Əvvə-
lən, Hett padşahlığının paytaxtı Kussar ilkin hettlər dövründə şahın 
iqamətgahı, idarəçilik mərkəzi olmuşdur. Elə bu məsələ alimləri 
hettlərin şahlıq ənənələrini Anittadan götürməyə sövq edir, lakin bu 
da məlumdur ki, heç bir hett şahı Anittanı öz xələfi kimi qəbul et-
məmişdir. Bunu əldə rəhbər tutan bəzi alimlər də Hattinin (Hattusa-
nın) dağıdılması və Anittanın bu şəhəri viran qoyması onu hett pad-
şahlığının xələfi kimi qəbul etmək şübhəsini yaradır.  
Mənbələrdə ilk hett padşahı Pabarna, onun oğulları, sonra 
onun nəvələri və ən axırda onun qan, nikah qohumları olduğu söylə-
nilir. İlk dövrlərdə ölkə kiçik olsa da, bu, şahlara bir-birinin ardınca 
döyüşlərə girib, digər ölkələri viran qoyub, öz sərhədlərini dənizlər 
boyu genişləndirməməyə mane olmamış, yürüşlərdən qayıtdıqdan 
sonra isə Labarnanın oğulları Xupisna, Tuvanuva, Nenassa, Landa, 
Salara, Parsuxanda və Lusna şəhərlərinə sahib çıxaraq hökmdarlıq 
etmələrini əngəlləyə bilməmişdir.  
Labarnanın xələfi I Hattusilinin adı Kussara şahı kimi mənbə-
lərdə keçir. Onun bu şəhərdə söylədiyi nitq bu qədim padşahlığın si-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
11
yasi durumu haqqında mühüm informasiya mənbəyi kimi dəyərlən-
dirilir. Elə bu mənbədə Hattusili dövründə Hattus şəhərinin siyasi 
mərkəz olduğu bildirilir. Mənbədə bu da bildirilir ki, Hattusili yox, 
paytaxtı Kussaradan Hattusav məhz Labarna köçürmüşdür. Tama-
milə  təbiidir ki, paytaxtı Kussaradan ölkənin  şimalındakı Hattusa 
köçürən Labarna bunu şəhərin strateji mövqeyi ilə bağlamışdır. Hat-
tusili dövründə Hett padşahlığı  cənub-şərqə doğru genişlənməyə 
başlamışdır. Sərhədlərini genişləndirərkən hettlər paytaxtı  Hələb 
olan çiçəklənmə dövrünü yaşayan Yamxad padşahlığı ilə üz-üzə 
gəlir. Lakin Yamxadın hettlərə məğlub olduğunu da söyləmək düz-
gün olmazdı. Bu da məlumdur ki, Samsuditana dövründə Hattilər 
Akkad üzərinə hücuma keçmişlər. Belə bir nəzər nöqtəsi mövcud-
dur ki, hettlər e.ə.1600-cü ilə qədər Babilistanı tutmuşdular. Daxili 
didişmələr, qiyam nəticəsində Hattusilidən sonra şahlığa Mursili 
adlı bir gənc yiyələnmişdir. Onun qonşu dövlətlərə qarşı müharibə-
lərə başı qarışır. Babilistandan döyüşdən geri qayıdarkən Mursili 
xəyanət nəticəsində  şahın bacısını almış Xantili tərəfindən öldürü-
lür, ölkədə uzun müddət özbaşınalıq, aclıq, səfalət hökm sürür. 
Mursili tərəfindən dəfələrlə həmlələrə məruz qalmış Van gölü ətra-
fında dağlarda yaşayan hurritlər (bəlkə hürrilər) hettlərin şərq ərazi-
lərinə hücuma keçir, paytaxt yaxınlığındakı Nerik və Tiliura şəhər-
lərini darmadağın edirlər.  
Vəziyyət e.ə. 1525-ci ildə Telepinunun (sonralar hett epik ən-
ənələrində  qəhrəman kimi göstərilir) taxt-taca yiyələnməsi nəticə-
sində yaxşıya doğru dəyişməyə başlayır. Telepinu ölkənin şimal və 
şərq sərhədlərindən düşmənləri kənara atır. Ümumiyyətlə, Telepinu 
dövründə ölkənin ictimai-siyasi vəziyyəti müsbətə doğru dəyişir. 
Boğazköydə tapılmış qanunlar külliyyatında ölkədə  əmin-amanlıq 
olduğundan bəhs olunur.   
Sonrakı dövrlərdə çiçəkləmə dövrü keçirən hettlər imperiya 
yaratmağa müvəffəq olduqda II Tudxaliya Hələbə hücum edib, ora-
nı  ələ keçirir. E.ə.1457-ci ildə III Tutmos səkkizinci yürüş zamanı 
hürrit hökmranlığına son qoyur. Tutmos Haniqalbat üzərində qələbə 
çalır.   


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə