Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   ...   114

 Nizami Tağısoy 
 
12
II Hattusili və III Tudxaliya dövründə Hett padşahlığı olduqca 
çətin vəziyyətə düşür. Belə vəziyyət Suppiluliumun (III Tudxaliya-
nın oğlu) hakimiyyətə  gəldiyi dövrə  qədər (e.ə.1380-ci il) davam 
edir. Məhz Suppilulium Hattusanın hərtərəfli müdafiəsi ilə bağlı 
xeyli işlər gördü. Suppiluliumu Suriya üzərinə – Mitanniyə hücum 
etdi. Fərat çayını böyük çətinlik və itkilərlə keçən Suppilulium Mi-
tanninin paytaxtı – Vaşşukkannini tutdu, Mitanni şahı döyüşdən 
qaçdıqdan sonra Suriyanı tamamilə  ələ keçirdi. Dəməşq 
yaxınlığından başlayaraq hettlərin  ərazisi Livana qədər uzandı. 
E.ə.1370-ci ildə  Həlpə (Hələb), Alalah (Tell-Atçan) hettlərin  əlinə 
keçdi. Ümumiyyətlə, Mitanninin süqutundan sonra hettlər Suriyada 
hökmranlıq etdilər. Bundan sonra Suppiluliumun şöhrəti hər yana 
yayılmağa başladı.  
E.ə.1275-ci ildə taxt-taca III Hattusili yiyələnir. Bu dövrdən 
Hett imperiyasında əmin-amanlıq hökm sürür. Bu, bacarıqlı sərkər-
də imperiyaya rəhbərlik etdiyi dövrdə yalnız Misirlə bəzi çəkişmə-
lər olur və burada ona müharibə baş verəcəyi zaman Babilistanın 
kassit padşahı Kadaşman – Turqu kömək etməyi vəd edir, lakin hər 
şey sülhlə  həll olunur. Görünür, Assuriyanın hərbi potensialının 
güclənməsi bu iki rəqabət aparan imperiyaları – Hatti və Misiri ya-
xınlaşmağa daha çox vadar edir.  
Hattusili paytaxtı yenidən Hattusaya çevirir. Mənbələr də pay-
taxtın dəyişdirilməsinin  şəhərin cənubda vəziyyətinin o qədər də 
yaxşı olmaması ilə izah edilir. Bir müddətdən sonra – qızını Misir 
şahına vermiş Hattusili dünyasını  dəyişir. Hattusilini onun davam-
çısı IV Tudxaliya əvəz edir. O, hökmranlığı dövründə dini məsələlə-
rə daha çox yer ayırır, bayramlar və  dəbdəbəli məclislərin keçiril-
məsi ilə bağlı islahatlar aparır. Alimlər təxmin edirlər ki, bəlkə də, 
Yazılıqayada Tudxaliya şahın Allahın boynuna sarılmasının qayaya 
həkk olunması da onun əmri ilə edilmişdir. İmperiya bu dövrdə in-
kişaf edir. O Asiyadan Roma əyalətinin bir hissəsi olan Assuriya öl-
kəsini tutur və bu ərazilər hettlərin tabeliyinə keçir. Bununla belə, 
IV Tudxaliyanın şahlığının son dövrlərində ölkənin qərbində vəziy-
yət gərginləşir. Axxiyarea şahı Attarsiya hettlər ölkəsinə hücum 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
13
edir. Tudxaliya bu hücuma tablaya bilsə də, Hett imperiyası tədricən 
tənəzzül uğramağa başlayır. Növbəti  şah III Arnuvanda dövründə 
vəziyyət daha çox pisləşməyə doğru gedir. O, düşmənə müqavimət 
göstərə bilmir və tezliklə hakimiyyətə Arnuvandın qardaşı II Suppi-
lulium gəlir ki, onun da şahlığı uzun sürmür. Hett imperiyası zəiflə-
yir, frigiyalılar (Homer əfsanəsinə inansaq) onları məğlub edib Ki-
çik Asiyanın ən böyük qüvvəsinə çevrilir. Bununla belə Hett impe-
riyası  mədəniyyəti regionun inkişafına böyük təsir etməklə,  ən azı 
500 ilə yaxın davam etmişdir. Regionda böyük siyasi hərbi, iqtisadi, 
mədəni dəyişikliklər baş vermişdir. Hett mədəniyyəti Fələstinə tərəf 
irəliləyir, hettlər İsrail ordusunda muzdlu hərbi xidmətə dəvət edilir 
(biz sonralar hettlərin taleyinin eynilə xəzərlər tərəfindən yaşanıldı-
ğının şahidi olmuşuq – N.T.)
1
. E.ə.I minillikdə Assuriyada II Adad-
nerari dövründə yüksəliş baş verir. Assuriya ordusu Fərat və Suri-
yanı keçib sahilə yaxınlaşır. Karhemiş şahı onlara müqavimət gös-
tərmir və Assuriya şahına böyük məbləğdə töycü verməyə razı ol-
muşdur.  
E.ə.853-cü ildə Qarqar yaxınlığında Hamat və Dəməşq şahlıq-
ları assuriyalılara güclü müqavimət göstərir, onlar Finikiya sahillə-
rində Salmanasarı 63 min piyada, 2000 atlı, 4000 araba və 1000 də-
və ilə qarşılayırlar. Döyüş müttəfiqlərə böyük itkilər hesabına başa 
gəlir, öz aralarında münasibətləri gərginləşən assuriyalılar hərbi 
proseslərin dayandırılmasına çalışırlar. Salmanasarın Dəməşq üzəri-
nə hücumu yenidən canlanır, III Adadnerari arameyli Zakirin kömə-
yi ilə hettlər şəhəri Hamatı e.ə.804-cü ildə özünə tabe etdirir və bü-
tün “Hatti, Amurru və Palaştu” torpaqları üzərində hökmranlığını 
elan edir.  
Şimal dağlarında yeni düşmən – Urartu padşahlığı Assuriya 
şahlıqlarının başlıca qüvvəsini özünə  cəlb etməklə, onu zəiflədir. 
Ehtimal olunur ki, Şimali Suriyanın Hett dövlətlərinin Urartu ilə et-
nik və mədəni qohumluğu vardır. Yəqin elə buna görədir ki, əvvəl 
Melid, sonra Qurqum, Samal, Unki (Hattina), Arpad, Karhemiş, 
                                                 
1
 Xəzərlərin belə taleyindən biz buna qədər “Xəzərlər” adlı məqaləmizdə bəhs et-
mişik. – N.T.  


 Nizami Tağısoy 
 
14
Kummux və Kuye Urartu padşahları I Argişti və II Sardurinin tərə-
finə keçmişlər.  
Lakin vəziyyət Assuriyanın III Tiqlatpalasar hakimiyyətə gəl-
diyi dövrdən (e.ə.745-ci il) birdən dəyişməyə başladı. Tezliklə, o, 
Suriya üzərinə hücum etmiş, Sarduri Suriyalı təbəələrə köməyə gəl-
miş, burada geniş miqyaslı qanlı döyüşlər getmiş, Urartu qüvvələri 
məhv edilmiş, Sarduri at belində döyüşdən biabırcasına qaçmışdır. 
Bu döyüşdən sonra böyük qüvvəyə malik Assuriyalılar öz siyasətlə-
rini bütün Suriyada həyata keçirməyə müvəffəq olmuşlar.  
Unki Assuriyanın əyalətinə çevrilməklə ilk hett dövləti olmuş-
dur. Unkinin digər qonşularının da taleyi eynilə beləcə olmuşdur. 
Belə ki, Tiqlatpalasarın ardıcılı olmuş V Salmanasar və II Sarqon 
onun siyasətini daha böyük qəddarlıqla davam etdirmişlər. E.ə.724-
cü ildə Samal və Kuye, e.ə.720-ci ildə Hamat, e.ə.717-ci ildə Karhe-
miş, e.ə.713-cü ildə Tabal, e.ə.711-ci ildə Qurqum, e.ə.709-cu ildə 
Kummux işğal olunmaqla, Şimali Suriyanın hett dövlətlərinin tarixi 
qurtarır. Hatti adı isə yaddaşlardan silinməyə başlayır.  
Hettlər və onların tarixindən danışdıqda təbiidir ki, biz heç də 
Suriya hettləri ilə məhdudlaşmamalıyıq və bilməliyik ki, tarixi mən-
bələr onların Fələstində, Anadoluda yaşadığını artıq bu gün konkret 
faktlar əsasında sübuta yetirmişdir. Bu barədə həm İbrahim haqqın-
da hekayətdə, həm İisus Navinin kitabında məlumatlar vardır. Mə-
sələn, Navinin kitabındakı Yaxvinin İisusa dediyinə  nəzər salaq: 
“Dur, sən və bütün xalq bu Sordan çayından keçib İsrayıl oğullarına 
verdiyim torpaqlara səhra və Livandan böyük Fərat çayına, bütün 
Hetteylər torpağına gedək; günəşin qərbindən böyük dənizə  qədər 
olan sərhədlər sizinkidir”.   
Hettlərin Fələstində yerləşməsi ilə bağlı ingilis tədqiqatçısı 
Ə.Forrer qeyd edir ki, II Mursili dövründə (e.ə.1330-cu il) Hattilər 
ölkəsi taundan əziyyət çəkərkən şah arxivlərdə onların nədən allahın 
qəzəbinə rast gəlməsinin səbəbini axtararkən iki cədvəl tapmışdır ki, 
bu, Kurustanuna şəhəri ilə bağlıdır. Orada aşağıdakılar qeyd olun-
muşdur.  


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə