Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə9/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

 Nizami Tağısoy 
 
28
Hattusadakı  rəngarəng yerli ayinlərdən kahinlər Arinna mü-
qəddəs ocağına yaxın rəsmi panteon yaratmışlar. Günəş  İlahəsi 
Arinna Hatti ölkəsinin şahzadəsi, Yerin və Səmanın şahzadəsi, Hat-
tilər ölkəsinin şahlar şahı və şahzadəsi idi ki, Hatt padşahlığına və 
şahzadəliyinə  rəhbərliyi məhz o həyata keçirirdi. Məsələn, padşah 
Muvatalli dua zamanı ona belə müraciət edirmiş: 
«Ey cənabım, Səma allahı Günəş, bəşər övladının yol göstərə-
ni! Sən dənizdən qalxıb səmalara boylanırsan. Ey səmalar allahı 
Günəş, hər gün sən insanlar, itlər, donuzlar və vəhşi heyvanlar qar-
şısında məhkəmə qurursan». Analoji deyimi biz həm də Arinna şə-
hərində Günəş ilahəsinə müraciətdə görürük. «Sən ey bu əyalətin 
müqəddəratını  həll edən, daim öz məhkəməndə yorulmazsan və 
haqlısan». 
Müvatalli nə üçün səmalar allahı Günəşin dənizdən qalxması-
nı deyir? Ehtimal olunur ki, hettlərin Günəş allahı Anadolu mənşəli 
yox, oraya şərq sahillərində yaşayan tayfalar tərəfindən gətirilmiş-
dir. Məsələn, Fələstindən, Livandan. Günəş allahının müxtəlif təsir-
ləri var: başında balıqlar olan Günəş allahı, su allahı olan Günəş al-
lahı, yeraltı dünyanın Günəş allahı və s. hesab edilirdi ki, günəş bü-
tün bu dünyaları sutkanın qaranlıq vaxtında qərbdən şərqə keçərək 
yol gəlir. 
Anittada, Arinnada, Hattusda və Kussarda Tufan allahı möh-
təşəm obrazlar kimi diqqəti cəlb edir. Bundan başqa hesab edilirdi 
ki, III Hattusili ilə II Ramzes arasındakı müqavilə Misir Günəş alla-
hı ilə Hatti Tufan allahı arasında o məqsədlə bağlanmışdır ki, Misir-
lə Hatti ölkəsi arasında daim əmin-amanlıq olsun. 
Hettlərin Yazılıqaya rəsmlərində  əksini tapmış allah və ila-
hələr hurritlərdən gəlir. Burada Teşub mərkəzi sima olmaqla, Tufan 
allahı kimi tanınır və «Hatti Tufan allahına” baxarkən onun timsa-
lında bir neçə Yeraltı səltənətlər allahı, Günəş səma allahı, Ay alla-
hı, hurrit İştarı, Ea yeraltı dənizlər allahını görmək mümkündür. 
Hett allahlar panteonunda hurritlərin Teşub allahı Hatti Tufan 
allahı ilə, ilahi oğul Şarma isə öz tərəf müqabili Tufan allahı Nerik 
və Sippalandla eyniləşdirilir. Yazılıqaya rəsmlərində Tufan allahı və 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
29
onun xanımının ayaqları arxasından iki öküz şəkli görünür. Bu iki 
öküzün adı bizə  məlumdur: öküzlər – Səri və Hürridir
1
 (Səri və 
Hürri «axşam-səhər» deməkdir – N.T.). Hürri həm də şərq aləmin-
də, o cümlədən Azərbaycanda qənirsiz gözəllik kimi başa düşülür, 
qəbul edilir. 
Boğazköydə tapılmış lövhələrdən bəzilərində şahların və şah-
zadələrin dəfn mərasimlərini  əks etdirən fraqmentlər mövcuddur. 
Mərasim ən azı 30 gün və bəlkə də daha çox davam edirmiş. 1936-
cı ildə qazıntılar zamanı tapılmış mətn dəfn mərasiminin ikinci gü-
nünü təsvir edir. Mətndən aydın görünür ki, əvvəlki gün və gecə ər-
zində cəsəd kremasiya olunmuşdur. Dəfnin birinci gününə aid mət-
nin fraqmentində «od, alov» və «yandırma»dan söhbət gedir.
2
 Dəf-
nin ikinci gününü əks etdirən mətn isə aşağıdakı kimi başlayır: 
«İkinci gün hava işıqlaşan kimi qadınlar sümükləri yığmaq 
üçün «ukturi»yə («ukturi» – «dəfn tonqalı» deməkdir – N.T.) gedir-
lər. Onlar on bardaq pivə, on bardaq çaxır və on bardaq «valxi» (ri-
tual zamanı içilən içki – N.T.) ilə tonqalı söndürürlər. 
Gümüşü bardaq təmizlənmiş yağ ilə doldurulur. Qadınlar sü-
mükləri gümüşü «lappa» («lappa» – «qaşıq» – N.T.) ilə götürüb gü-
müşü bardağın içindəki yağa qoyurlar, sonra sümükləri təmizlənmiş 
yağın içindən çıxarıb kətan «qassarnulliyə» (gözəl, təzə, təmiz pal-
tar – N.T.) qoyurlar». 
Sümükləri yığıb qurtardıqdan sonra onlar onu kətan parça ilə 
birlikdə yenidən təzə parçaya büküb stul üstünə qoyurlar; əgər vəfat 
etmiş qadındırsa, skamya üstə qoyurlar. 
Ətrafında cəsəd yanan “ukturi”də 12 qoğal qoyur, qoğalın üs-
tünə isə piyli bişinti yaxırlar. Bu vaxt artıq tonqal pivə  və çaxırla 
söndürülmüş olur. Sümüklər qoyulan stulun qarşısında stol qoyur-
lar.  İnsanlara isti qoğal paylayırlar... Onları ayini yerinə yetirmək 
üçün isti qoğala qonaq edirlər. Aşpazlar və xidmətçilər hər bir zəruri 
                                                 
1
 Bu adın bugünkü azərbaycanlı türk adı Hüri ilə eyni olduğunu yəqin etmək olar. 
- N.T. 
2
 Hindistanda bu günün özündə gedən dəfn mərasimi ilə müqayisə edək. – N.T. 
 


 Nizami Tağısoy 
 
30
məqamda yemək paylayır və yenə  də lazım olduqda yığışdırırlar. 
Onlar sümük yığmağa gələnlərin hamısını yeməklə təmin edirlər. 
Sonra gələnlərə üç dəfə içki verirlər və onlar ürəklərincə, do-
yunca içirlər. İştarın burada qoğalı və musiqi alətləri yoxdur». 
Bundan sonra qoca qarı və onun tərəf müqabili bəzi əfsunlar 
həyata keçirirlər. 
Biz yuxarıda qeyd etmişdik ki, hettlərin tarixinə, həyatına, 
mədəniyyətinə, dilinə, dininə və s. aid informasiyanı yalnız arxeo-
loqlar və alimlər tərəfindən tapılmış lövhələrdən alırıq və, təəssüf 
ki, bu və ya digər sahələrə aid olan bu lövhələrin bəzi hissələri ya 
tamamilə  qırılır, ya aydın olmur, ya pozulur, ya da onların indiyə 
qədər bərpası mümkün olmamışdır. Dəfn mərasimləri ilə bağlı möv-
cud lövhələrdə də vəziyyət belədir. Elə təqdim etdiyimiz mətndə də 
vəziyyət bu cürdür. 
Yuxarıda gətirdiyimiz mətn sonra aşağıdakı kimi davam edir: 
«Bu zaman saraydan iki öküz və iki dəfə ardıcıl olaraq doq-
quz qoyun gətirirlər. Öküzlərdən birini qoyunlardan isə doqquzunu 
Günəş (Yer) ilahəsinə qurban kəsirlər, digər bir öküzü və doqquz 
qoyunu dünyasını dəyişmişə qurban kəsirlər. Sonra onlar sümükləri 
ukturidən götürüb onun «Daş evinə» gətirirlər. «Daş evin» içəri ota-
ğında onlar yataq açırlar və stuldan götürülmüş sümüyü onun üstü-
nə qoyurlar, sümüklərin qarşısında onlar şam və  təmizlənmiş yağ 
dolu bardağı yandırırlar. Yenə bundan sonra dünyasını  dəyişmiş 
adamın ruhuna bir öküz, bir qoyun qurban kəsirlər». 
Yenə də bu lövhədəki sonrakı günləri əks etdirən fraqmentlər 
itmişdir. Səkkizinci, on ikinci və on üçüncü günlərin təsviri, görü-
nür, ümumi xarakterli rituallar və qurbanlarla bağlıdır. 
Yazılıqayada digər mühüm materiallarla yanaşı, xeyli küpələr 
tapılmışdır ki, onlar qoşa-qoşa qoyulmuşdur. 1911-ci ildə d-r Vink-
ler, sonra 1936-cı ildə d-r Bittel müəyyən etmişlər ki, bu küpələr 
ağız-ağıza durmuşdur və onların içində xeyli dərəcədə kremasiya 
külü olmuşdur. Bundan başqa Yazılıqayada daha 72 dəfn odaları 
müəyyənləşdirilmişdir ki, onlardan 50-si kremasiya olunmuşdur. 
Kül müxtəlif ölçülü və formalı gil qablara yığılmışdır. Bu isə onu 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə