Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
19
yazılarla haşiyələnmiş bazalt daşların hettlərə aid olduğu fikrini tək-
lif etdi). Düzdür, buna qədər hələ 1812-ci ildə Burkxardt özünün 
«Suriyaya səyahət» («Travcls in Syria») kitabında Hələbdəki bazar 
meydanındakı evlərdən birinin tinində heroqliflərə oxşayan müxtəlif 
işarəli və fiqurlu daşlar haqqında məlumat vermişdi. Lakin 1870-ci 
ildə iki amerikalı səyyah Conson və Cessap bundan başqa Ham şə-
hərinin evlərinin divarında daha beş ədəd belə daş tapana qədər bu, 
nəzər çarpmamış qalırdı. Yerli əhali tədqiqatçılara bu daşlardan nüs-
xə  çıxarmağa imkan verməsə  də, 1872-ci ildə  Dəməşqdə yaşayan 
missioner Uilyam Rayt Hamda Suriyanın türk hökmdarının müşayi-
əti ilə bu yazılara nəzər saldıqdan sonra, onlar elm aləminə məlum 
oldu. Türk paşası bu beş daşın evlərin divarından çıxarılıb İstanbul 
muzeyinə göndərilməsi haqqında əmr verdi və yalnız bundan sonra 
Rayta yazıların nüsxəsini çıxarmaq müyəssər oldu. Çıxarılmış surət-
lərdən biri Britaniya muzeyinə, digəri isə Fələstin Tapıntılar Fondu-
na göndərilmişdi. Bundan başqa 1871-ci ildə Hələb şəhərində məs-
cidin divarındakı daşlara diqqət yetirilərkən onlardakı qeyri-adi xü-
susiyyət aşkar olunmuşdu. Burada yerli sakinlərdən bu və ya digər 
xəstəliklərə düçar olanların (xüsusən göz xəstəliklərinə) gözlərini 
daşlara sürtməklə müalicə edirmişlər.   
Ümumiyyətlə, hett yazıları Tavr dağlarında qaya üzərində, İv-
rizdə və d. yerlərdə tapılmışdır. Tanınmış hettoloq Seys ilk dəfə bu 
abidələr arasında xeyli oxşar cəhətlər müəyyənləşdirə bilmişdir. Bu 
tipli abidələr haqqında məlumatlar get-gedə artır, Türkiyədə Boğaz-
köy yaxınlığında, Alaca-Hüük kəndində onlara rast gəlinir, Kafir 
Qalasında qayaüstü heykəllər tapılır və i.a və s. 
Bütün bunlar dünya elmi ictimaiyyətinin Türkiyəyə geniş ma-
rağına səbəb olur. Tanınmış  tədqiqatçılar (Humann və Puxşteyn, 
Ramsey və Hoqart, Şantre və Hedlem, Anderson və Krouft) XIX əs-
rin son iyirmi ili ərzində xeyli yeni analoji heykəllər tapıb müəyyən 
edirlər. XX əsrin lap ilk ilində Şimali Suriyada alman ekspedisiyası 
işləyir, elə bu dövrdə L.Messerşmidt hett yazıları ilə olan 96 müxtə-
lif abidənin nəşrinə başlayır. 


 Nizami Tağısoy 
 
20
1907-ci ildə Kiçik Asiyaya səyahət etmiş C.Gerstenq elə hə-
min ilin yazında Boğazköyə gəlir. Nəticədə «Hettlər ölkəsi» («The 
land of the Hittites») kitabı meydana çıxır və artıq 1910-cü ildə o, 
hett abidələri ilə bağlı ümumiləşdirmələr aparmağa müvəffəq olur. 
C.Gerstenq  Şimali Suriyada Sağcagözüdə qazıntılar apararkən hett 
dövrü saraylarının qalıqlarını tapır. Alman tədqiqatçıları ilə yanaşı 
ingilis alimləri də Boğazköy arxivində araşdırmalar aparır və hett 
mixi yazılarının qrammatikası üzərində xeyli işlər görürlər. 
XIX əsrin sonuncu rübündə tədqiqatlar genişlənir: almaniyalı 
(Bossert), isveçrəli (Forrer), amerikalı (Gelb), çexiyalı (Qroznı), ita-
liyalı (Merici) alimlər və başqaları abidələrin öyrənilməsi ilə bağlı 
bir-birindən xəbərsiz onların ümumi strukturunun müəyyənləşdiril-
məsi, işarələrin fonetik anlamının öyrənilməsində xeyli nailiyyətlər 
əldə edirlər. 
1915-ci ildə çexiyalı alim B.Qroznı hett qrammatikası üzrə ilk 
qənaətlərini nəşr edir və müəyyənləşdirir ki, hett qrammatikası 
hind-Avropa strukturuna malikdir. Onun bu mülahizələri «Hettlərin 
dili» («Die Spracheder Hethiter») adlı tədqiqatında öz əksini tapır. 
İxtisasca filoloq olmayan B.Qroznı hett dilinin lüğət tərkibi ilə bağlı 
öz konsepsiyasını bir qədər müstəqil şəkildə inkişaf etdirərək hettlə-
rin söz və ifadələrinin digər hind-Avropa dilləri ilə yaxınlığını gös-
tərir. B.Qroznının apardığı  tədqiqat işlərini dahi fıloİoq F.Zommer 
daha uğurlu  şəkildə inkişaf etdirə bilir. E.Forrer hettlərin tarixinin 
rekonstruksiyası ilə məşğul olur və hett qrammatikası üzrə qeydləri-
ni nəşr etdirir. 
Hettlər haqqında, onların həyatı  və  mədəniyyəti haqqında 
ümumiləşdirilmiş  məlumatlar ilk dəfə B.Qroznı  tərəfindən Britan 
Ensiklopediyasının 14-cü nəşrində öz əksini tapır. 1933-cü ildə isə 
Kiçik Asiyaya, o cümlədən hett sivilizasiyasına həsr olunmuş 
A.Gyotsın hazırladığı  məlumat maraqla qarşılanır. Ümumiyyətlə, 
hettoloqlar bu fikirdədirlər ki, bu alimin hettlərlə bağlı söylədiyi 
mülahizələr bu gün də öz aktuallığını itirməmişdir. Bundan sonra 
1939-cu ildə L.Delaport «Hett qrammatikasının elementləri» («Ele-
ments de la qrammaire Hittite») kitabını nəşr etdirir. Elə XX əsrin 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
21
30-cu illərindən L.Delaport, E.Kavinyak və A.Yüre tərəfindən Pa-
risdə hettlərə və Anadoluya həsr olunmuş jurnal çıxmağa başlayır. 
Amerikada E.Stertevant 1933-cü ildə «Hett dilinin müqayisəli 
qrammatikası» («A comparative Grammar of the Hittite lanquaqe») 
kitabını yazır. Bu kitab müqayisəli etimologiya sahəsində bəsit nə-
ticə  və fikirlərə söykəndiyindən amansız tənqidlərə  məruz qalır. 
1940-cı ildə J.Fridrixin hett dilinin təsviri qrammatikası üzrə «Hett 
dilinin elementar kursu» («Hethitisches Elementarbuch») adlı tədqi-
qat işi nəşr olunur. Bir qədər sonra Y.Fridrixin daha bir sanballı ki-
tabı «Hett lüğəti» («Hethitisches Wörterbuch») leksikoqrafiya sahə-
sində ən mükəmməl kitablardan biri kimi geniş ictimaiyyətə və oxu-
culara çatdırılır. 
Hett torpaqlarında qazıntı işlərinin canlanması XX əsrin 30-cu 
illərinin lap əvvəllərindən başlanır. Kiçik Asiyaya geniş  səyahətə 
çıxmış Çikaqo Universitetindən olan tədqiqatçılar X. Fon der Osten 
və İ.Gelb burada bir sıra kitabələr (abidələr) aşkar edirlər. Məsələn, 
Fon der Osten hett şəhərciyi Əlişar-Hüükdə apardığı qazıntı zamanı 
Anadoluda tunc dövrünə aid edilən müxtəlif növlü saxsı  əşyaların 
xronologiyasını müəyyən edir. Delaport Malatyada qazıntıları bərpa 
edir, K.Bittel Boğazköydə tədqiqatlarını davam etdirir və i.a. və s. 
XX əsrin 30-cu illərində Suriyadakı Ham (Hamat), Tell-Tay-
nat, Tell-Atçan şəhərlərində müvafiq olaraq Danimarkadan İnqolt, 
Çikaqodan isə L.Vullinin başçılığı altında ekspedisiyalar işləyir. Bu 
dövr üçün ən xarakterik məqam kimi o qeyd edilməlidir ki, məhz 
indən etibarən hettlərlə bağlı problemlərin öyrənilməsinə türklərin 
marağı güclənir. Bu, Almaniyadan Ankara Universitetinə  dəvət 
olunmuş prof. Q.Güterbokun və  İstanbul Universitetində Yaxın 
Şərq Tədqiqatları  Şöbəsinin direktoru X.Bossertin apardığı araş-
dırmaların işığında baş verir. Prof. Q.Güterbokun tədqiqatçılıq qa-
biliyyətini dərindən hiss etmiş türk hettoloqu prof. Sədat Alp onu 
Ankara Universitetinə dəvət edir. Bosser isə öz türk həmkarları ilə 
Qaratəpədə hett heroqlif abidələrini kəşf etməklə məşğul olur. 1930-
40-cı illər  ərzində prof. Con Gerstenqin rəhbərliyi altında işləyən 
ekspedisiya hett qəsrində Mərsin yaxınlığındakı Yümüktəpədə hett-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə