Nizami Tağısoy
62
Xəzərlərin artıq IV-V əsrlərdə Qafqaz, Azərbaycan (Dərbənd)
ərazisində yerləşməsi ilə bağlı digər məlumatlar da vardır və onlar
yüzilliklər ərzində sasanilər üçün daim böyük təhlükə mənbəyi he-
sab olunmuşlar (12,45).
Xəzərlər V-VI əsrlərdən başlayaraq digər etnoslar - alban,
kəngər, qarqar, hun, barsillər və b. ilə birlikdə Azərbaycanın
digər ərazilərində də geniş şəkildə yaşayırdılar.
Hunların qalan hissəsi Şimali Qafqaza V əsrin əvvəllərində
onoqur (onoğuz) tayfasının başçılığı ilə hun-bulqar tayfa birliyini
yaratdıqdan sonra daxil olmuşdur. Azərbaycan ərazisinə bu dövrdə
hücum edən hun tayfaları onoqurlarla yanaşı, ümumi «hun» adı al-
tında oğur (oğuz), saraqur (Sarı oğuz), akatsir (ağ xəzər), bar-
dur, kutriqur, kəngər və b. tayfalar da vardı (1,29).
VI əsrin ikinci yarısından başlayaraq sabir, bulqar, barsil və
b. türk-Qafqaz tayfaları ilə birgə Moqolustandan Qara dənizədək bö-
yük bir ərazini əhatə edən Türk xalqlarının tərkibinə daxil olmuş xə-
zərlər həmin tayfalar arasında uzun müddət aparıcı rol oynamışdır.
VII əsrin 20-ci illərində bizanslıların İrana yürüşü zamanı
xəzərlər Bizans tərəfində vuruşaraq Qafqazdakı türk qoşunları
arasında başlıca qüvvəni təşkil edirdi. Dərbəndi, Tiflisi, Albaniyanı
işğal edən Türk xaqanlığında ara müharibələri başlayanadək onlar
bu yerləri əllərində saxlaya bilmişdilər. Sonralar bu ərazilərə gələn
ərəblər bu ölkələri Azərbaycanla birlikdə «Xəzərlər (yəni türklər)
ölkəsi» adlandırmışdı.
Eramızın VII əsri Azərbaycanda hərbiləşmiş ərəb yaşayış
məskənlərinin yaranması və bu dövrdə aparılan ərəb-xəzər mühari-
bələri ilə əlamətdar idi. Bu dövrlərdən başlayaraq ərəblər zəbt etdik-
ləri Arran və Azərbaycan torpaqlarında yerləşir və Bərdənin, Bey-
ləqanın, Qəbələnin, Dərbəndin, Varsanın (yaxud Varaçanın), Təb-
rizin, Mayanın, Barzanın, Nazirin yerli əhalisinin torpaqlarına sahib
çıxırdılar (27,50). Bu dövrdə xəzərlərin Azərbaycanda hərbi-siyasi
təsiri heç də uzunmüddətli olmamışdı. Belə ki, Azərbaycanı işğal
edən ərəblər Dərbəndə yetişib xəzərlərin və digər türk qəbilələrinin
şimaldan buraya daxil olmalarına mane olmuş, xəzərlərlə ərəblər
Etnos
v
ə epos: keçmişdən bugünə
63
arasında ardı-arası kəsilməyən müharibələr getmiş, Azərbaycan san-
ki hərbi teatr meydanına çevrilmişdi.
Ərəblərin Xəzəristana ilk uğursuz yürüşü VII əsrdə (653-654-
cü illərdə) oldu. Daxili çəkişmələr və xarici həmlələr nəticəsində
xilafət zəifləmiş, bundan istifadə edən xəzərlər 684-cü ildə yenidən
Qafqaza hücum edərək, Albaniyanı ələ keçirib, əhalini ağır vergi
ödəməyə məcbur etmişlər. Yalnız 692-ci ildə ərəb orduları Albani-
yadan keçərək Dərbənd şəhərini ələ keçirə bildi (21, 36). Əlbəttə,
döyüşkən xəzərlər az keçmədən 710-cu ildə yenidən Dərbəndə sa-
hib oldular. Lakin Dərbənd sakinlərindən birinin satqınlığı nəticə-
sində ərəb sərkərdəsi Həbib ibn-Məslam yenidən xəzərləri (713-cü
ildə) Azərbaycandan vurub çıxardı.
717-ci ildə xəzərlər yenidən Azərbaycanı tutdu: ət-Təbari ya-
zırdı ki, 717-718-ci illərdə türklər Azərbaycan üzərinə hücuma ke-
çərkən müsəlmanlar çoxsaylı itki verdilər (5, 109).
Bundan dörd il sonra xəzərlər Armeniyaya hücum edərək,
oradakı ərəb ordusunu bütünlükdə məhv etmişdi. İbn Əl-Əsir bu-
nunla bağlı qeyd edirdi ki, çoxsaylı xəzərlər qıpçaqların və digər
türk qəbilələrinin köməyi ilə döyüşə girmiş və saysız-hesabsız mü-
səlmanı məhv etmişdir (9, 23).
Əlbəttə, bütün bunlar ərəb ordusunun komandanı əl-Cərrahı
olduqca qəzəbləndirmiş və o, öz ordusunun köməyi ilə nəinki xəzər-
ləri Qafqaziyadan çıxarmış, həm də Dərbəndi tutaraq, Xəzəristanın
daha da içərilərinə daxil olmaqla, onları məğlubiyyətə uğradıb,
Həmzin, Tərqu, Bələncər kimi şəhərləri işğal edib və xeyli qənimət
ələ keçirmişdir (3, 52-54). Ərəblərin Xəzəristana yürüşü nəticəsində
adları çəkilən şəhərlərin əhalisi Azərbaycan ərazilərinə, xüsusən
Qəbələ ətrafına köçürülmüşdür (5, 109).
Bu ağır zərbədən özlərinə çətinliklə gələn xəzərlər 726-727-ci
illərdə Xaqanın oğlunun başçılığı altında yenidən Azərbaycana da-
xil olub bir neçə şəhəri viran qoyaraq ələ keçirmiş, lakin yenə də
ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur
olmuşlar. Araz çayı üzərində güclü döyüşlər zamanı türklər böyük
itki verərək geri çəkildilər.
Nizami Tağısoy
64
730-cu ildə xəzərlər yenidən yürüşə çıxıb Azərbaycanın Şərq
torpaqlarını tutdular. Ərdəbil ətrafında Əl-Cərrah ordusu ilə xəzərlər
arasında qanlı döyüşlər baş verdi. Xəzərlərin və türklərin sayı mü-
səlmanlardan hədsiz artıq çox olduğundan onlar ərəbləri darmada-
ğın edə bildilər. Əl-Cərrahın həm özü, həm də ordusu Ərdəbil çö-
lündə həlak oldular.
732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu
xəzərlərə qarşı iki tərəfdən - Dəryal dərəsindən və Dərbənddən hü-
cuma keçdi. Xəzər xaqanı sülh imzalamağı təklif etdi. Bununla kifa-
yətlənməyən ərəb sərkərdəsi Mərvan o dövrlər misli görünməmiş
bir ordu yığaraq Xəzəristan üzərinə yenidən hücuma keçdi və hü-
cum zamanı nəinki Xəzəristan dövlətinin ürəyi olan Varaçar və Sə-
məndəri tutdu, həmçinin Xəzəristanın yeni paytaxtına (İdilə) qədər
irəliliyə bildi. Bu gərgin vəziyyəti görən Xəzər xaqanı paytaxtı qo-
yub İdil çayı boyunca bu dövrdə onun tabeliyində olan burtasların
ərazisinə qaçdı. Mərvan öz süvariləri ilə birgə İdilin sağ sahili ilə
irəliləyərək burtaslar ölkəsini darmadağın etdi və 20 mindən artıq
ailəni əsir götürdü.
Xəzər ordusunun İdilin sol sahilindəki meşədə gizləndiyini
eşidən Mərvan xəzərlərə güclü zərbə endirərək 10 min nəfərdən ar-
tıq insanı öldürdü və 7000 nəfəri əsir götürdü. Çaşbaş qalan Xəzər
xaqanı Mərvanı sülh müqaviləsi bağlamağa çağırır. Mərvan isə qar-
şılığında Xəzər xaqanından islamı qəbul etməyi tələb edir. Xaqan
razılıq vermək zorunda qalır. Xəzəristanın bütün ərazilərində daimi
hakimiyyətini bərqərar etmək üçün çoxsaylı ordunun gərəkliyini dü-
şünən Mərvan xaqanın müsəlman dinini qəbul etməsi ilə kifayətlə-
nərək onu yenidən öz hakimiyyətində bərpa edib, Qafqaziyaya qayı-
dır. Mərvan geri qayıdarkən 40 mindən artıq xəzər və burtaslardan
ibarət olan əsirləri Qafqaziyaya Samur, Şabiran və Kaxetiyada yer-
ləşdirir (8, 2, 218-221).
M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan
– Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun
əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri
dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə –
Səməndər şəhərinə köçürüldü (2, 229).
Dostları ilə paylaş: |